"20.02.2026 il tarixində İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı hörmətli Nahid Bagirov cənablarına maddi yardımla əlaqədar olaraq həm elektron, həm də poçt vasitəsilə müraciət etmişəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Qarabağ Qazisi Tərlan Babayev yazıb.
O daha sonra müraciətini belə davam edir: "Etdiyim müraciətdən iki ay keçməsinə baxmayaraq mənim yaşayış şəraitimlə heç kim maraqlanmayıb və mənə heç bir cavab gəlməyib.
Hansı quruma gedirəm, mənə deyirlər, İcra hakimiyyətinə müraciət elə. Mən də müraciət etdim və cavabsız qaldım.
Onda belə çıxır ki, vətən qarşısında borcumu layiqincə yerinə yetirsəm də, vətən mənim əlacsız halımı vecinə də almır?
Yaxın günlərdə sosial şəbəkə ehasbımda canlı yayımda olacam. Hörmətli milyonçu məmurlara müraciət edirəm: onu da nəzərinizə çatdırmaq istəyirəm ki, sizdən fərqli olaraq bu vətən üçün iki əsgər böyüdürəm... Niyə belə deyirəm? Çünki mən xidmət etdiyim müddətə bir məmur övladını Murovdağda görmədim!"










