Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi .....                     Məhkəmə sabiq məmurun oğlu və digərlərinin işi ilə bağlı qərar çıxardı .....                     Rektor Elçin Babayevin başı dərddə .....                     Razi Nurullayevin sürücüsü olmuş qardaşı oğlu ADY-nin mühafizəçisini necə aldadıb? .....                     "Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur .....                     Ramiz Mehdiyevin hakim qohumu yola salınır .....                     Həkim bir aydır Xəzərdə itkin düşüb: 5 gəmi və helikopterlə axtarış .....                     Xaricdən 3 manata alınan sarıkök marketlərdə 30 manata satılır .....                     "Bəlkə, istintaq Ramizi təmizə çıxardı, onda nə deyəcəksən?" .....                     Rusiya əhalini sakitləşdirmək üçün bunu edir .....                     Nəzarət edən yoxdur deyənə... .....                     ABŞ Çinin nadir torpaq metallarına ixrac nəzarətini dayandırmağa çalışır .....                     Naxçıvanda FHN sahibkarlara BELƏ ƏNGƏL OLUR... .....                     Gəncə Regional Kollecdə rüşvət iddiası və intihara cəhd .....                     Bir sifarişə görə iki dəfə ödəniş alsalar da... .....                     Daha bir ŞÜBHƏLİ TENDER... .....                     Bu ərazi Azərbaycanın nəzarətinə keçdi .....                     Elm və Təhsil Nazirliyində müsahibə qalmaqalı .....                     Partiya sədri qardaşı ilə sədrlik davasına qalxan deputata mesaj verdi .....                     "Bəli, Ramiz Mehdiyev haqda yüksək fikirdə olmuşam..." .....                     İşçilər bunları BİLSƏLƏR, YAXŞIDIR... .....                     Əgər Sahil Babayev mübarizədə səmimidirsə... .....                     ABŞ şirkəti Ukraynaya milyardlıq sursat kontraktını yerinə yetirə bilmədi .....                     Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir .....                     Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq .....                     "İndi biz nə edək? Adam öldürməmişik ki..." .....                     "Hər bir qız nişanlana da bilər, ayrıla da..." .....                     Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı .....                     Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... .....                     Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... .....                     "Sən canın, geyimimə heç nə deməyin..." .....                     Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək .....                     Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı .....                     Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib .....                     Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub .....                     “Panika salanlar insanların immunitetini riskə atır” .....                     “Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” .....                     Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi .....                     PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb .....                     “Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” .....                 

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... - MALƏSƏF, BU FAKTDIR...
Tarix: 10-10-2025, 09:59 | Çap et

«Təzadlar» qəzeti redaksiyasına daxil olan şikayəti aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron ünvanına göndərərək münasibət bildirilməsini xahiş etmişik. Lakin hələ də cavab olmadıbından aşağıda kiçik ixtisarla təqdim edirik:

«Hörmətli redaksiya!

“Bayırşəhəri qoruyaq” təşəbbüs qrupunun rəhbəri kimi Sizə mütəmadi olaraq mədəni irsimizin incilərindən olan İçərişəhərin davamı olan Bayırşəhərin məhv edilməsinə qarşı faktlarla yazılar dərc etdiyiniz üçün təçəkürümü bildirirəm.

Xatırladırıq ki, Bayırşəhər məhəlləsi Azərbaycan prospekti ilə M.Fətəli küçəsi ilə M.Əliyev və Nizami küçələrinin sərhəd əhatəsində yerləşən ərazini əhatə edir. Bu ərazi 150-dən çox tarixi abidələr olmaqla, tarixi abidələrin fonunda XIX əsrin sonlarında tikilən tarixi əhəmiyyətli binararla zəngindir. Bildirirəm ki, bu ərazidə bir dənədə olsun qəzalı vəziyyətdə olan bina yoxdur. Bunu əminliklə bildirirəm.

Baş plan (Bakı-2040) işlənən zaman alman memarlar cəlb edilmişdir. Həmin memarlar ərazidə olan hər bir binanın videoçəkilişini aparmışlar. Məhz buna görə də, bu ərazi Baş planda Xüsusi Müfafizə Zonası kimi göstərilmişdir. Baş planda həmin ərazidə söküntü işləri aparılması nəzərdə tutulmamışdır.

Baş plan Prezidentin imzası və Nazirlər kabinetinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmişdir. Bu möhtəşəm ərazi indi kimlərinsə maraqlarına qurban verilərək vəhşicəsinə dağıdılır. Hətta tarixi abidə kimi Nazirlər Kabinetində siyahıya alınan bir çox evlər siyahıdan çıxarılaraq, məhv edilir.

Bildirirəm ki, dövlət büdcəsindən 2019-cu ildə bu ərazidə miyonlar xərclənərək, təmir bərpa işləri aparılmışdır. İndi həmin evlərin əksəriyyəti «qəzalı vəziyyət» damğası ilə məhv edilir. Sual yaranır: yaxşı, bəs təmir zamanı qəzalı olmasına niyə göz yumulurdu? Yaxud da, ərazi maraqlara qurban veriləndə 2019-cu ildən sonra qəzalı vəziyyətə düşdü? Bu ərazinin sökülməsi üçün isə hal-hazırda Nazirlər Kabinetinin qərarı yoxdur.

Nazirlər Kabinetinin 2018-ci ildə verdiyi 572 saylı qərarının icrasının davamı kimi, Abdulla Şaiq, Nabatxanım Aşurbəyova və Süleyman Tağızadə küçələrinin parka bitişik hissəsində söküntü aparılması üçün 38 milyon pul ayrılmışdır. Bundan istifadə edərək, Bayırşəhəri Sovetski adlandıraraq, kimlərsə nəfslərinə qurban verirlər.

«Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovun rəhbərliyi ilə evlər şəxsi adlara satın alınır…»

Bayırşəhərdən, sanki qisas alırlar. Bayırşəhərdə daşnaqlarla yerli əhalinin şiddətli döyüşləri olmuşdur. Ərazidə tarixi binalarda çoxsaylı gullə yerləri bu gün də gözlə görünür və bu biz sakinlərin hər görəndə yaddaşını təzələyir. Ulularımızla qurur duyuruq. Nə yazıq ki, Bayırşəhərlə bağlı əfşanələr olmasına baxmayaraq, düşməncəsinə tarixi yaddaşımız kimlərinsə tapşırığı ilə məhv edilir.

Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovun rəhbərliyi ilə evlər şəxsi adlara satın alınır. Əhaliyə psixoloji təsir edirlər ki, dövlətlə dövlətçilik etməyin, qaz, su, işiq olmayacaq, və s. Hətta ərazidə dəfələrlə biz sakinlər günlərlə qazsız, işiqsız, susuz qalmışıq. Zülfəyi İsmayılova evlərini satmaq istəməyən sakinlərə isə divan tutulur, satın aldıqları az sayda evləri də sonradan quldurcasına dağıdaraq, ərazidə toz-duman yaradır, qazı, işiği və suyu kəsərək sakinləri Zülfəli İsmayılova evlərini satmağa təhrik edirlər. Evlər dövlət ehtiyacı adı ilə alınır deyilsə də, alqı-satqı şəxsi adamların adına alınır.

Açıqlamalarında bildirirlər ki, bu küçik bir ərazidə 150 Tarixi abidə var və ərazidə park olacaq. Ərazidə isə iki göydələn var. Parkda göydələn olması hansı tikinti standartlarına uğundur?

Biz məcburən “Bayır şəhəri qoruyaq” təçəbbüs qrupu yaratmışıq. Sakinlərdən ibarət vatsap qrupu yaradılıb. Vatsap qrupu vasitəsilə ərazidə yaşayan sakinləri marifləndiririk ki, ərazinin sökülməsi Baş planda (Bakı 2040) nəzərdə tutulmayıb. “Bayırşəhər” adlanan ərazinin Xüsusi Mühafizə Zonası olması, Nazirlər Kabinetinin ərazidə söküntü aparılması barədə qərarının olmaması, cənab Prezidentimizin imzaladığı, Nazirlər Kabinetinin təsdiqlədiyi Baş planın əleyhinə olaraq ərazidə vətəndaşların evlərinin dövlət ehtiyacları adı ilə satın alınması və ərazidə qanuna zidd olaraq söküntü işlərinin aparılması birmənalı yolverilməzdir! Eyni zamanda, “Bayırşəhər məhəlləsi tariximizdir, onu məhv etməyin!!!”- kimi vətənpərvərliyə səsləyən şuarlar ilə ərazidə müraciətlər yaymaqda davam edirik.

Hörmətli «Təzadlar» qəzetinin redaksiyası! Çoxsaylı imzalarla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, cənab Baş Nazir Əli Əsədova, Milli Elmlər Akademiyasının Prezidenti cənab İsa Həbibbəyliyə, OMBUDSMAN xanım Səbinə Əliyevaya, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyevaya, Memarlar İttifaqının Rəyasət Heyətinin sədri cənab E.Qasımzadəyə, Mədəniyyət naziri cənab Adil Kərimliyə, Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyevə, Milli Məclisin 17 saylı Yasamal üçüncü Seçki dairəsinin deputatı cənab G.Qəhrəmanova, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca, Prezidentin köməkşisi Şahmar Mövsümova və Baş Nazirin müavini Çahin Müstafayev cənablarına müraciətlər etmişik.

Tarixi abidələrin siyahıdan çıxarılmasına və sanki açıq muzey olan mədəni irsimiz Bayırşəhərin məhvinə memarlarla yanaşı, Respublikanın ziyalıları 264 imza ilə, ictimaiyyət nümayəndələri və sakinlər olmaqla, 2082 imzaları ilə müraciətlər edərək, etirazlarını bildiriblər.

Onu da deyək ki, aidiyyatı qurumlara edilən çoxsaylı kollektiv müraciətlərimizə cavablar verilmişdir ki, həmin ərazidə söküntü yox, təmir-bərpa işləri aparılacaqdır. Eyni zamanda, müraciətlərimizə ziddiyyətli cavablar da verilmişdir. Aidiyyatı qrumlardan Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan çoxsaylı imzalarla müraciətlərimiz Yasamal Rayon İcra Hakimiyyətinə göndərilib. Hətta ölkə ziyalılarının 264 imzası ilə Prezident Adminitrasıyasının rəhbəri cənab Samir Nuriyevə göndərilən müraciət Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Mənzil-Kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir. Departament sədrinin birinci müavini, Baş mühəndis tərəfindən verilən 08 may 2025-ci il tarixli cavabda göstərilir: «Bakı şəhər İcra Hakimiyyətindən Departamentə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirirk ki, müraciətdə qeyd edilən ərazidə Departament tərəfindən söküntü işləri aparılmır».

13.03.2023-cü il tarixli Bakı şəhər İcra Hakimiyyətindən daxil olan cavabda isə belə yazılıb: «Bildiririk ki, müraciərtinizdə qaldırılan məsələyə aidiyyatı üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün tərəfimizdən Yasamal rayon İcra hakimiyyətinə məktub göndərilmişdir».

13.03.2023-cü il tarixli Yasamal rayon İcra Başçısının birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda göstərilir: «Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2028-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda ”Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunukasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacı üçün satın alınır. Bildirirk ki, Bakının Yasamal rayonu, Azərbaycan prospekti ilə M.Fətəli Axundov küçələri və M.Əliyev küçəsi ilə Nizami küçələrinin arasında yerləşən yaşayış sahələri QEYD EDİLƏN QƏRARIN TƏSİRİ DAİRƏSİNƏ DÜŞMÜR. Həmin ünvanların dövlət ehtiyacları üçün alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarından sonra həyata keçiriləcəkdir. Gələcəkdə həmin ünvanlar söküntü mərhələsinə düşərsə, qanunvericiliyin tələblərinə uyğun olaraq orada yaşayan sakinlərə bildiriş göndəriləcək, eyni zamanda həmin binaların yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq tədbirlər görüləcəkdir».

31.03.2023-cü il tarixində Yasamal rayon İcra Hakimiyyətinin Başçısının müavini Xalid Möhbaliyev tərəfindən verilən cavab da eynidir. 29. 05 2025-ci il tarixli Yasamal rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda göstərilir: «Sizin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən daxil olmuş müraciətinizə Yasamal rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirik ki, Bakı şəhər Yasamal rayonu, B.Səfəroğlu küçəsi-84 ünvanının yaxınlığında və ətrafında yaşayış və qeyri-yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınmasına başlanılmışdır. Söküntü mərhələsinə düşən binaların memarlıq abidələri siyahısında olub-olmaması dəqiqləşdirilir».

14.07.2025-cü il tarixli Yasamal rayon İcra Başçısının Birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda isə belə deyilir: «Bildirirk ki, Bakı şəhər,Yasamal rayon ərazisində yeni parkın salınması məqsədilə istismar müddəti bitmiş qəzalı olan binaların sökülməsi və həmin istismar müddətini başa vurmuş binalarda yaşayan daima köçürülmələri barədə kollektiv müraciətlər edən sakinlərin köçürülməsi istiqamətində müraciətləri nəzərə alınaraq qeyd olunan ərazidə yaşayan vətəndaşlarla bu günki bazar qiymətinə, əmlakın dəyərinə və təmir xərcinə uyğun kompensasiya ödənilməsi barədə danışıqlar aparılır. Eyni zamanda bildiririk ki, həmin ərazidə istismar müddətini başa vurmuş qəzalı və bərpa olunması mümkün olmayan bəzi binaların yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq tədbirlər görülür».

Budur, söküntüyə könül vermişlərin niyyəti burda açılır: tarixi abidələrin siyahıdan çıxarılması üçün işlər gördüklərini eiraf edirlər. Əsas kimi də bildirirlər ki, sakinlər guya xahiş edirlər ki, evləri sökülsün. Sakinlər “Qız qalası”nın sökülməsini istəsələr sökəcəklər??? Bəs Baş plan niyə hazırlanıb? Sakinlər öz evləri barədə müraciət edə bilərlər, “Bayışəhər” barədə yox. Mən belə bir müraciətin olmasına inanmıram.

Bakı şəhər İcra Hakimiyyəti müraciətlərimizə cavab vermək əvəzinə, məktubumuzu Mənzil Kommunal Təsərrüfatı Departamentinə və Yasamal rayon İcra Hakimiyyətinə göndərərək, qanunsuz əməllərindən yayındığını gördükdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edərək araşdırmasını xahiş etmişik. 07 iyul 2025-ci il tarixli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Bakı şəhər İcra Hakimiyyətinə sorğu vermişdir. Sorğuda göstərilmişdir: «Şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə bizə məlumat verməyinizi xahiş edirik».

2025-ci ilin 21 iyul tarixində OMBUDSMANIN biz sakinlərə cavabında göstərilir: «Sorğuya cavab olaraq göstərilənlərdən bilinir ki, ərazidə Bakı şəhər İcra Hakimyyətinin müvafiq sərəncamı ilə aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Qiymətləndirmə bu sahədə ixtisaslaşdırılmış, lisenziyası olan müstəqil qiymətləndirmə şirkəti tərəfindən müəyyən edilir».

10 mart 2023-cü il tarixli Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən cavabda isə yazılır: «Bildirirk ki, sözügedən ərazi ilə əlaqədar tikintiyə icazə icraatı çərçivəsində Komitəyə hər hansı müraciət daxil olmamışdır».

28.07.2025-ci il tarixli Memarlar İttifaqının Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanladığı məktubda bildirilir: «…və əgər ərazinin yenidən qurulması layihəsi varsa, onları bu layihə ilə tanış etmək… vacibdir» və s.

Bu isə ərazidinin layihəsinin olmamasını təsdiq edir. Baş plana nəzarət edən qrumlardan biri kimi Memarlar İttifaqında layihə olması barədə məlumatın olmaması bir daha Tarixi irsimizin incilərindən olan Bayırşəhərin kimlərinsə marağı naminə məhf edilməsini təsdiq edir.

Sonda onu da bildirirəm ki, Baş planın icrasına nəzarət edilməsində İcra hakimiyyətlərinin iştirakı nəzərdə tutulmamışdır. Dörd qrum- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Memarlar İttifaqı Baş planın icrasına nəzarət etməsi göstərilmişdir. Bayırşəhər İçərişəhərin davamı kimi maqnatlar tərəfindən salınmışdır. Və biri-biri ilə harmioniya təşkil edir. Hal-hazlrda tariximizi sevənlər tərəfindən “Bayırşəhər”ə turlar təşkil edilir, hər bir Azərbaycanlının kimliyi turistlərə təqdim edilir. 30-31 iyul 2025-ci il tarxində Milli Elmlər Akademiyasında «Tarixi yerlər və abidələr 5-ci Beynəlxalq Bakı “Bayırşəhər”» simpoziumu keçirilmişdir. Simpozium “Bayırşəhər”in qorunması üçün qərar qəbul etmişdir.

Cənab Prezidentin imzasına və Nazirlər Komitəsinin qərarına əhəmiyyət verməyən söküntü dəstəsi isə ərazidə meydan sulayır. Baş plan Prezidentim imzası və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. Mədəni İrsimizin incilərindən olan Bayırşəhər və burada olan abidələrin aqibəti isə hazırda sual altındadır. Nə qədər ki, gec deyil, ciddi və sərt tədbirlər görülməlidir.

Zahidə Əzizova,

«Bayırşəhəri qoruyaq» təşəbbüs qrupunun rəhbəri











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 09:25
Məhkəmə sabiq məmurun oğlu və digərlərinin işi ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:21
Rektor Elçin Babayevin başı dərddə – Mehdiyev işi
Bu gün, 09:15
Razi Nurullayevin sürücüsü olmuş qardaşı oğlu ADY-nin mühafizəçisini necə aldadıb? - MƏHKƏMƏ
Bu gün, 09:14
"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur
Bu gün, 09:07
Ramiz Mehdiyevin hakim qohumu yola salınır - digər qardaşı isə...
Bu gün, 09:03
Həkim bir aydır Xəzərdə itkin düşüb: 5 gəmi və helikopterlə axtarış - FOTO
Bu gün, 08:55
Xaricdən 3 manata alınan sarıkök marketlərdə 30 manata satılır – Rəsmi statistika
Bu gün, 08:48
"Bəlkə, istintaq Ramizi təmizə çıxardı, onda nə deyəcəksən?" - REAKSİYA
Bu gün, 07:24
Rusiya əhalini sakitləşdirmək üçün bunu edir - Timoçko
Bu gün, 07:14
Nəzarət edən yoxdur deyənə... - başı qəssablara qarışan AQTA-nın NƏZƏRİNƏ
Bu gün, 07:12
ABŞ Çinin nadir torpaq metallarına ixrac nəzarətini dayandırmağa çalışır - “Fox News”
Bu gün, 06:50
Naxçıvanda FHN sahibkarlara BELƏ ƏNGƏL OLUR... - NARAZILIQ VAR...
Bu gün, 06:48
Gəncə Regional Kollecdə rüşvət iddiası və intihara cəhd – müəllimə “Xoşqədəm dedi: et!” (VİDEO)
Bu gün, 06:43
Bir sifarişə görə iki dəfə ödəniş alsalar da... - GİLEY
Bu gün, 06:39
Daha bir ŞÜBHƏLİ TENDER... - TƏFƏRRÜAT
Bu gün, 06:21
Bu ərazi Azərbaycanın nəzarətinə keçdi – Sərkisyan maraqlı FOTO yaydı
Bu gün, 06:15
Elm və Təhsil Nazirliyində müsahibə qalmaqalı - Rəsmi məsləhətçi “qanun pozuntusu” iddiası ilə çıxış etdi
Bu gün, 06:12
Partiya sədri qardaşı ilə sədrlik davasına qalxan deputata mesaj verdi Partiya sədri qar- "Siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir..."
Bu gün, 06:08
"Bəli, Ramiz Mehdiyev haqda yüksək fikirdə olmuşam..." - AMMA...
Bu gün, 06:05
İşçilər bunları BİLSƏLƏR, YAXŞIDIR... - DİQQƏT
Bu gün, 05:56
Əgər Sahil Babayev mübarizədə səmimidirsə... - bu pulları GERİ QAYTARSIN!
Bu gün, 05:49
ABŞ şirkəti Ukraynaya milyardlıq sursat kontraktını yerinə yetirə bilmədi - "Financial Times"
Bu gün, 05:43
Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir - Sabiq deputatdan çağırış
Bu gün, 01:00
Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 00:45
"İndi biz nə edək? Adam öldürməmişik ki..." - Bu söz QƏZƏBƏ SƏBƏB OLDU
Bu gün, 00:43
"Hər bir qız nişanlana da bilər, ayrıla da..."
Bu gün, 00:38
Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı - VİDEO
Dünən, 18:48
Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... - BU NƏDİ BELƏ?
Dünən, 18:44
Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... - GƏLİŞMƏ
Dünən, 17:42
"Sən canın, geyimimə heç nə deməyin..." - FOTO
Dünən, 17:40
Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək - ÇÜNKİ...
Dünən, 17:37
Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı - Gümrüdə siyasi böhran dərinləşir
Dünən, 17:33
Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Dünən, 12:52
Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub - FOTO
Dünən, 12:50
“Panika salanlar insanların immunitetini riskə atır” - AKTUAL
Dünən, 12:00
“Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” - Paşinyan
Dünən, 11:57
Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi - Rusiya nefti yerini ərəb və Amerika neftinə verir
Dünən, 11:02
PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb - KİV
Dünən, 10:54
“Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” - İTTİHAM
Dünən, 10:08
Fəzail Ağamalının partiyasından yeni xəbər - QALMAQAL davam edir...
Dünən, 10:06
Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir
Dünən, 10:03
Cəlilabad sakinləri Prezidentə müraciət etdi - BUNA GÖRƏ...
Dünən, 10:01
Ankarada əyləncə məkanına silahlı hücum olub - FOTO
Dünən, 09:51
Kassada bir qiymət, piştaxtada başqa qiymət... - ETİRAZ VAR!
Dünən, 09:49
Ermənistan yenidən silahlanır: nə üçün və kimə qarşı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:28
Paşinyan sülhə əsaslanan yeni respublika qurur - ŞƏRH
Dünən, 09:26
Qardaş, bu milyonu HARDAN ALMISAN... - İcazə verin şübhələnək...
Dünən, 09:22
Zəngəzur dəhlizi təkcə bizə lazımdırmı? - GƏLİŞMƏ
Dünən, 09:17
Kirayə mənzil bazarında TƏLATÜM... - BELƏ HARA GEDİRİK?
Dünən, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru