Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                     "Azərpoçt"un rəhbəri işdən çıxıb .....                     Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                 

“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -Ölkəni fəlakətə aparırlar...
Tarix: 7-10-2025, 11:44 | Çap et

Əmr böyük yerdən olduğuna görə QHT Agentliyi böyük məbləğdə müsabiqədənkənar qrantlar verir

Adam var ki, 3 QHT-nin sədri olub. İndi birinə qardaşının, birinə qayınatasının adını yazıb

Bir tərəfdən Vətəndaş Cəmiyyəti üçün ayrılan milyonlar istədikləri kimi xərcləyib mənimsəyirlər, digər tərəfdən də QHT sektorunun illərlə formalaşmış prioritetlərini məhv edirlər

Ötən günlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı "QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası -ŞOK FAKTLAR""QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -QHT sədri ŞOK FAKTLAR AÇIQLADI" sərlövhəli yazılarımız rəsmi dairələrdə və ictimai arenada maraqlı reaksiyalara səbəb oldu və olmaqdadır.

Doğrusu, yazıların bu qədər rezonans doğuracağını , çoxlu sayda zənglərin olacağını, QHT Agentliyindən layihə alıb da, hazırda icra edənlərin belə maraqlarına səbəb olaraq, Yenixeber.org-a yeni məlumatlar ötürəcəklərini gözləmirdik. Məlum aktuallığını nəzərə alıb, mövzunu “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı ilə davam etdiririk:

Dövlətə bundan böyük xəyanət olar?

Mətanət xanım, son günlər QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlar məlum özəlliyi ilə diqqətdən yayınmır... Siz necə düşünürsünüz, bu sektordakı yumşaq desə xoşagəlməz gəlişmələr hansı səsbəblərdən qaynaqlanır?

Bütün qurumlarda demək olar ki, məmur özbaşınalıqları, rüşvət, korrupsiya faktları var. Yəni bunlar Azərbaycan gerçəkliyidir. İstər QHT-lərə Dövlət Dəstəyi Şurasının, istərsə də QHT Agentliyinin ilkin dövründə müəyyən neqativ hallar var idi. Amma iş orasındadır ki, möhkəm vətəndaş həmrəyliyi, QHT sektorunun canlanması da vardı. Bu proseslərdə, istər COVİD19 pandemiyası, istərsə də 44 günlük Vətən Müharibəsi zamanında QHT sektorunun fəallığı özünü qabarıq göstərdi. İndi heç kəs bunu dana bilməz. Bu gün hansısa neqativ hallara görə, istər medal satmaq, istərsə də şəxsi həyatla bağlı QHT-lərin üzərinə gedilməsi, belə halların bilərəkdən müəyyən dairələrə ötürülməsi sanki səlib yürüşünü xatırladır. İş orasındadır ki, zamanla hansısa hadisələr lap sektorun içində əriyib gedirdi. İndi isə bunlar zaman-zaman Ali Rəhbərliyə ötürülür. Bu medal məsələsini bu qədər şişirtməyə dəyərdimi? Əgər yuxarıdan çağırıb qadağa qoyulsaydı, bu hallar baş verməzdi. Halbuki inanmıram yuxarının icazəsi, razılığı olmadan bu fəaliyyətləri kimsə özbaşına həyata keçirsin. QHT Agentliyində baş verən neqativ hallar, korrupsiya əməllərini ictimailəşdirdiyimizə görə bizim adımızı Ədliyyə Nazirliyinə verib, dövlət reyestrindən çıxarışımızın verilməməsini bərk-bərk tapşıranlar elə saxta medala da eyni münasibəti bəsləyərdilər. Vaxtında tədbir görməyib mətbuata, TV-lərə sifariş verib, ardıcıl süjetlər hazırladanlar təkcə Vətəndaş Cəmiyyətini deyil, eyni zamanda ölkəni gözdən salırlar. Əslində bu proses son iki ildə daha surətlə davam edir ... Milli, dövlətə sadiq, təcrübəli şəxslərin sektordan uzaqlaşdırılması məqsədli şəkildə aparılır. Dövlətə bundan böyük xəyanət olarmı? Budur dövlət maraqlarına, Prezidentə sadiqlik?

İndi daha çox ictimai sektorun sağlam qüvvələrə ehtiyac var.

Siz də daxil, müəyyən QHT rəhbərləri ilə bağlı sanki bir ayrı-seçkilik müşahidə olunmaqdadır...

Bir qrup QHT yaratdılar, ötən dəfə qeyd etdiyim kimi, öz çevrələri, o makiyajlı qadınlar, Vətəndaş Cəmiyyətinin nə olduğundan xəbəri olmayan insanlardılar ki, bu sektora nə aidiyyətləri var, nə də illərdir qocaman təşkilatlar kimi müəyyən proseslərdən keçməyiblər. Qeyd etdiyim kimi əgər bu gün ictimai sektora töhfə verən təşkilatların sənədləri verilmirsə, kənarda saxlanılırlarsa, biz necə deyə bilərik ki, ölkədə demokratiya, vətəndaşın hüquq və azadlıqları var. İctimai xadimlər, aparıcı qüvvələr müxtəlif yollarla şərlənib sıradan çıxarılırlırsa, qərəzli olaraq bu sektoru gözdən salırlarsa, deməli, burada çirkin, qorxunc məqsədlər var. Kim deyir ki, artıq ölkəyə Vətəndaş Cəmiyyəti lazım deyil. Dünyada müəyyən proseslər gedir. İndi daha çox ictimai sektorun sağlam qüvvələrə ehtiyac var. Bilirik ki, cənab Prezidentə özlərinə sərf edən məlumatlar ötürürlər. Müəyyən qrup vətəndaş cəmiyyət nümayəndələrini “dövlətin düşməni” damğası vurmaqla gözdən salırlar. Əslində elə dövlətin düşməni bu oyunları quranlardılar. Prezident deyir İctimai Nəzarət ləng gedir, gücləndirin, bunlar, məhz korrupsiya və digər oyunları quranları ifşa etdiyimizə görə bizlərə qarşı ən naqis hərəkətlərə əl atırlar.

... “bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə necə olur dövlət təltifləri verilir.

Necə düşünürsünüz, baş verənlər bir özfəaliyyətdir, yoxsa hansısa mənbənin düşünülmüş "Atla gedişi"?

Ən maraqlısı Ümummilli lider Heydər Əliyev, cənab Prezident İlham Əliyev və ailə üzvləri haqqında hədyanlar yağdıranlara qarşı heç bir addım atılmamısıdır. Həmin şəxslər ən üst məqamlara, məclislərinin başına keçirilirlər. Lakin bunların haqqında fakt ortaya qoyan, korrupsiya oyunlarını ifşa edən şəxsləri hədəf götürüb, troll qruplarını işə salırlar, özləri sanki toxunulmazdılar. Nəticədə İctimai Nəzarəti həyata keçirən şəxslərin ailə üzvləri ilə də təhdid etməkdən çəkinmirlər.

Müxtəlif yönümlü şəxslər var, bir vaxtlar “bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə necə olur dövlət təltifləri verilir? Bu proses dövlətə xəyanət deyil? Kimin kibiri, kimin kini, səlahiyyət və vəzifə hərisliyindən istifadə edərək bu sektoru məhv etmək yolunu tutubsa, nəhayət ifşa olunmalıdılar. Prezidentin ətrafında ona sadiq xeyli sayda məmur var. Vətəndaş Cəmiyyətinin məhv olunması barədə, araşdırma apararaq ona təcili məlumat verməlidirlər. Baş verən hadisələr heç də sıradan deyil. Guya tədbirlər, görüşlər keçirilir. Bunlar yalnız maliyyənin silinməsi üçün hesabatlardır. Yaşlı QHT sədrlərini yığıb, kiməsə yumurta atmaq heç də fəaliyyət deyil. Əgər Cənab Prezidenti inandırıblarsa ki, bu ölkəyə ciddi Vətəndaş Cəmiyyəti deyil, yalnız əl oyuncağı QHT-lər lazımdır və nə deyilsə onunla oturub-dursunlar, o zaman belə fəaliyyətlər ölkəni fəlakətə aparıb çıxarar. Xaricdən təhdidlər, hücumlar olarsa, kim zəmanət verər ki, elələri həmin dairələrin sifarişlərini yerinə yetirməyəcək??? Vəziyyəti analiz edin, artıq mediada müxtəlif nazirlər, deputatlar haqqında qaralayıcı yazılar gedir. Müstəqil saytlar bunu versə, anlayaram. Amma hakimiyyət yönümlü media müəyyən məsələləri qabardırsa, fikirlərimdə yanılmadığıma sübutdur: “Sənə qrant ayırıram, dediklərimi icra et, yaz!”...

...arxadan zərbə vurmaq üçün münbit şərait gözləyirlər...

Layihələrin icrası ilə də bağlı birmənalı fikir yoxdur...

Ən narahatedici faktlardan biri budur ki, Vətəndaş Cəmiyyəti üçün ayrılan milyonlar istədikləri kimi xərcləyib mənimsəyirlərsə, digər tərəfdən də QHT sektorunun illərlə formalaşmış prioritetlərini məhv edirlər. İnsanlar layihənin əsirinə çevrilməməlidirlər. Baxın, demək olar ki, 70 faiz media nümayəndələrinə QHT açılıb. Kim ildə bir dəfə layihə qrantı və səfər qrantından qaçar? Yadıma düşmüşkən, səfər qrantları ilə bağlı da hesabatlılıq yoxdur. Kimə verirlər, xaricdə hansı fəaliyyətlər icra olunur??? Yadımdadır, xaricdə bir layihə icra olunmuşdu. Əlikram Hümbətovun bir nömrəli adamını gətirib başda oturtmuşdular... Belə adamları təmizə çıxarıb, guya “peşmandır” fikri formalaşdırılır. Bunlar nə qədər ziyanlı, qorxuncdur, təsəvvür edə bilməzsiz. Elə şəxslər bu dövlətə qarşı nə fikirlərini, nə də düşmənçiliklərini əldən verməzlər. Sadəcə arxadan zərbə vurmaq üçün münbit şərait gözləyirlər.

QHT Agentliyinə ilk növbədə şəffaflıq gətirilməlidir

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəalliyyətini nə dərəcədə şəffaf hesab etmək olar?

İstər dövlət qurumu olsun, istərsə də ictimai təsisat, onların fəaliyyətində ən vacib prinsip şəffaflıq, açıqlıq və hesabatlılıq olmalıdır. Deməzdim buna çoxları əməl etmir. Xeyir, kifayət qədər qurum var ki, öz fəaliyyətində hesabatlılığa üstünlük verir.

Demokratik cəmiyyətlərdə şəffaflıq, hesabatlılıq və s. prinsipləri təbliğ edənlər əsasən QHT-lər olur. Bizdə QHT-ləri elə vəziyəttə salıblar ki, kimdən şəffaflıq tələb etsin?

Dünənə qədər çörək kəsib qardaş dediklərini satanlar, bu gün qrant aldıqları QHT Agentliyindən şəffaflıqmı tələb edəcəklər? Təbii ki, heç buna cəsarətləri də çatmayacaq.

Təkcə elə bu yanaşma bizim vətəndaş cəmiyyətimiz haqqında ilkin təsəvvür yaradır.

Deyəcəyim fikirlərə və iradlara görə media vasitəsilə mənə hücumların olacağını bilirəm. Amma bu gün biz sözümüzü deməsək, cəmiyyətdə hansı ədalət prinsiplərindən danışmaq olacaq?

Fikrimi bir qədər konkretləşdirərək QHT Agentliyində şəffaflığın necə və hansı hallarda pozulduğunu qeyd edəcəm.

1.QHT Agentliyinin rəsmi saytında axtarsam da illər üzrə nə proqram, nə də maliyyə hesabatlarını tapa bilmədim. Əksər dövlət qurumlarının maliyyə hesabatları, illik audit hesabatları, Hesablama Palatasının yoxlamasının nəticələri və s. saytda yerləşdirirlər. Hətta şəffaflıq üçün bəzi qurumlar hansı tədbirə hansı həcmdə pul xərclədiyini də açıqlayırlar.

2. QHT Agentliyinin qrant müsabiqəsinin qaliblərinin adları açıqlanarkən onların rəhbərlərinin adlarının gizlədilməsi. Əslində mən bunun səbəbini çox gözəl bilirəm. Siyahılarda elə QHT adları var ki, ötən dəfə adı başqa idi, bu dəfə adını dəyişib. Adam var ki, 3 QHT-nin sədri olub. İndi birinə qardaşının, birinə qayınatasının adını yazıb. Onları siyahıda təqdim edəndə, tanıyanlar həmin adları mediada ifşa edə bilər. Belə təhlükələr var. Sonuncu müsabiqədə bir ailənin 2 üzvünün, satın alınmış ölü QHT-lərin qrant alma halları var. Belə olan halda adların açıqlanmamasını gözəl anlayıram.

3. Müsabiqədənkənar qrantların verilməsi. Qrant haqqında Qanuna görə qrant müsabiqəsiz verilə bilməz. Elə birinci qanun pozuntusu buradan başlayır. Amma əmr böyük yerdən olduğuna görə QHT Agentliyi böyük məbləğdə müsabiqədənkənar qrantlar verir. Onların adları və ayrılan məbləğlər gizli saxlanılır.

4. Səfər qrantları. Bu qrantlar da hansı QHT-lərə və hansı məbləğdə, hansı tədbirdə iştirak üçün verilirsə, onlar da gizli saxlanılır.

Sadalıqca siyahı böyüyür. Amma QHT sektorunda olan yoldaşların çoxu bunları məndən də gözəl bilirlər. Sadəcə 8-9 minlik qranta görə susmaq lazımdır.

Yenixeber.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru