"AzerGold" Sədrinin "Qızıl" Oğlu: Şübhəli Tenderlər, Bahalı Avtomobillər və Qohumlar Şəbəkəsi
Bir neçə gün öncə "Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin ümumi yığıncağı keçirilib və Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib. Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib.
Səsvermənin nəticələrinə əsasən, "AzerGold" QSC-nin sədri olan Zakir İbrahimov və Anar Əzimov federasiyada vitse-prezidentləri, Kamran Qasımov, Zaur İbrahimov (Zakir İbrahimovun oğlu) və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər.
Bu təyinatlar fonunda "AzerGold" QSC-nin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimovun adı ətrafında yayılan iddialar yenidən gündəmin mərkəzinə gəlib (1xeber.media).
Daha ətraflı aşağıdakı videoda:










