Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                 

Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI - NARAZILIQ VAR...
Tarix: 24-09-2025, 07:13 | Çap et

Sentyabrın 22-də metronun “Əhmədli” stansiyasının yaxınlığında Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimi keçirilib. Mərasimdə gün Elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin də iştirak edib.

Bizimyol.info xəbər verir ki, sözügedən bina əvvəllər Əhmədli qəsəbəsində Şahmat məktəbinin binası olub. Elm və Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında imzalanmış protokol çərçivəsində Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin koordinasiyası ilə Şahmat Məktəbinin binası Bakı Türk Anadolu Liseyinin istifadəsinə verilib.

Liseydən bildirilib ki, Bakı Türk Anadolu Liseyində şagird sayının artması, metronun “Nizami” stansiyasının yaxınlığında – Əlibəy Hüseynzadə 77 ünvanında yerləşən hazırkı binanın tutumunun tam dolması uzun müddətdir əlavə binaya ehtiyac yaratmışdı. Bu üzdən yeni tənzimləmə həyata keçirilib.

Qərar verilib ki, liseyin 10, 11 və 12-ci sinif şagirdləri, həmçinin 9-cu siniflərdən 9-A və 9-B qrupları tədris fəaliyyətlərini sentyabrın 22-dən Əhmədli qəsəbəsindəki yeni binada davam etdirəcəklər.

Bu qərarı bir neçə gündür ki, köçürülməsi nəzərdə tutulan yuxarı sinif şagirdləri və onların valideynlərinin əksəriyyəti etirazla qarşılayıb. Onlar bildirir ki, belə bir qərar vardısa, onlara köçürülmədən 1 həftə əvvəl yox, bir il, heç olmasa, bir neçə ay əvvəl deyilməli idi. Valideynlərin sözlərinə görə, aralarında elələri var ki, liseyə yaxın olsunlar deyə, “Nizami” metrostansiyasının yaxınlığında ev kirayələyiblər.

Bundan başqa, Türkiyə universitetlərinə daxil olmaq üçün hazırlıq kursları da hazırkı binanın ətrafında yerləşir. Bu da yuxarı sinif şagirdlərinin “Əhmədli”yə getmək istəməməsinin səbəblərindən biridir:

“Burada təhsil alan şagirdlər onsuz da uzaq məsafədən gəlirlər. Əhmədli də şəhərin kənarıdır. Tıxac olan şəhərdə uşaqların vaxtı elə yollarda gedəcək. Belə çıxır ki, dərsdən çıxandan sonra yenidən hazırlıq kusrlarına görə bir də “Nizami”yə qayıtmalı olacaqlar. Bu, şagirdlərə əlavə əzab-əziyyət verməkdir. Deyirlər ki, şagird sayı çoxdur, sıxlıqdır. Haqlıdırlar. Daha məntiqli olardı ki, aşağı sinifləri köçürsünlər”.

Buraxılış sinif şagirdləri heç olmasa, onlara əvvəlki binada qalmağa icazə verilməsi üçün imza toplayıb, lisey rəhbərliyinə təqdim ediblər. Lakin müsbət cavab ala bilməyiblər.

Hələlik aşağı sinif şagirdləri Əlibəy Hüseynzadə 77 ünvanındakı mövcud binada qalsa da, onun da gələcəkdə sökülməsi istisna olunmur. Çünki o binanın ətrafı söküntü zonasıdır. Ətrafdakı bir və ikimərtəbəli binalar sökülüb.

Bizimyol.info xəbər portalının əldə etdiyi məlumata görə, Nəsimi rayonunda yerləşən həmin ərazidə söküntü aparan şirkət “Vialon” MMC-dir. Bu şirkət Cəlil Məmmədquluzadə küçəsindən Mərdanov qardaşları küçəsinədək (əvvəlki “Təzə bazar”), həmçinin Salatın Əsgərova küçəsindən (“Şirvanşah” restoranı) Sübhi Salayev küçəsinədək (Məşədi Dadaş məscidi) olmaqla ümumilikdə 8.6 hektar ərazi ayrılıb. Bakı Türk Anadolu Liseyinin mövcud binası da bu ərazinin koordinatları daxilinə düşür.

Qeyd edək ki, “Vialon” MMC-nin rəhbəri Vüqar Qasımov keçmiş deputat, tikinti və un maqnatı kimi tanınan Əsabil Qasımovun qardaşıdır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru