Məşhur cərrah Elnur Mehrəlinin əməliyyat zamanı paylaşılan görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
7NEWS.az xəbər verir ki, cərrahın "əməliyyat tez bitəndə asisstent" başlığı altında yayılan videosu insanlar tərəfindən qınanıb. Qeyd edək ki, videonun şərh bölməsində insanlar tərəfindən qınanan videoda əməliyyat zamanı asisstenti erotik rəqs edib. Bununla həm həkim, həm də asissent xəstənin həyatına və əməliyyatın gedişatına ciddi təhlükə yaradıblar. Səhiyyə nazirliyi və TƏBİB videoya münasibət bildirməyib.