Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                 

Vətəndaşa tikilən VERGİ TORBASI - AXI NİYƏ?..
Tarix: 3-09-2025, 07:03 | Çap et

İsmayıllı sakini Elçin Babayevin başına gələnlər, son illərdə Azərbaycanda sadə vətəndaşların adına qanunsuz şəkildə açılan şirkətlər və bu şirkətlərin arxasında gizlənən milyonlarla manatlıq vergi maxinasiyalarının yalnız bir nümunəsidir. "DİA-AZ" xəbər verir ki, 2021-ci ildə adına "Dərya MMC - ADOFROREL" adlı şirkətin yaradıldığını, özü isə bu barədə 2025-ci ildə, yəni 4 il sonra, 29 min 700 manatlıq vergi borcu barədə rəsmi bildiriş aldıqda öyrənib.

Fəhlə işləyən, gəliri minimum olan bir insanın adına, özü də xəbəri olmadan, külli miqdarda borc yaranması nə qədər real görünürsə, bu sistemin neçə illərdir cəzasız şəkildə davam etməsi bir o qədər ağlasığmazdır. Lakin reallıq budur - belə hallar illərdir davam edir və görünən odur ki, hələ də qarşısı alınmayıb.

Qurbanlar kimlərdir, şirkətləri kimlər açır?

Mətbuatda yayılan çoxsaylı araşdırmalara əsasən, belə şirkətlərin adətən aşağıdakı qrupların adına açıldığı bildirilir:

Kənd yerlərində yaşayan savadsız vətəndaşların
Maddi sıxıntılar içində olan işsizlərin
Onkoloji və ağır xəstəliklərdən əziyyət çəkənlərin
Hətta narkotik maddə istifadəçilərinin...

Bu insanların adları sistemdə hüquqi şəxs olaraq qeydiyyatdan keçirilir, şirkət yaradılır və tez bir zamanda malların idxalı, fakturaların hazırlanması, ödənişlərdən yayınma və digər maxinasiyalar həyata keçirilir. Bir neçə əməliyyatdan sonra isə şirkət "fəaliyyətsiz" elan edilir və ortalıqdan yox olur. Geridə isə yalnız adı hallanan sadə vətəndaş və yüz minlərlə manat vergi borcu qalır.

Qanunsuz şirkətlərin arxasında kimlər dayanır? İctimaiyyətin ən çox cavabını gözlədiyi sual da budur: bu qanunsuz şirkətləri kimlər yaradır, kimlər idarə edir və bu sistem necə işləyir?

Gələn məlumatlar və əvvəlki araşdırmalara görə, bu tip şirkətlərin əksəriyyəti idxal-ixrac əməliyyatlarında iştirak edir. Gömrükdə mallar qeydiyyata alınır, amma anbar, rüsum, sosial ödənişlər, vergi sənədləri ya təqdim edilmir, ya da saxtalaşdırılır.

Qeyd edək ki, belə şirkətlərin sayının bir müddət azaldığı deyilsə də, lakin son aylarda yenidən bu cür maxinasiyaların artması göstərir ki, azalma yoxdur, əksinə artma var. Bu isə onu göstərir ki, sistem dəyişməyib, sadəcə adaptasiya olunub və fərqli yollarla fəaliyyətinə davam edir.

Rəsmi qurumları niyə susur?

İddialara görə, bu şəbəkələrin arxasında bəzi məmurların dəstəyi və müdafiəsi dayanır. İllərdir bu mövzu mətbuatda işıqlandırılır, onlarla insanın adına şirkətlər açıldığı, milyonlarla borc yazıldığı bilinir. Amma, heç bir şəxs məsuliyyətə cəlb olunmur, heç bir məmurun adı açıqlanmır, bu qanunsuz şirkətlərin hüquqi qurucuları və real sahibləri ifşa edilmir. Ən acınacaqlısı isə budur ki, bu halların çoxunda sadə vətəndaşlar məhkəmə çəkişmələrinə cəlb olunur, bəzən isə psixoloji təzyiqlər və borc yükü nəticəsində intihar halları belə baş verir. Son zamanlar bir neçə belə fakt mətbuatda yer alıb.

Suallar uzun illərdir açıq qalır...

Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti bu məsələləri niyə araşdırmır? Vətəndaşlara vergi borcu bildirişi niyə 3-4 il gecikmə ilə göndərilir? Malların gömrük qeydiyyatında şirkətin fəaliyyəti və fiziki vəziyyəti niyə yoxlanılmır? Adı bəlli olan, vergi ödəməyən şirkətlər niyə hələ də qeydiyyatda qalır, fəaliyyətini davam etdirir? Ən nəhayətində, bu sistemin real idarəçiləri və onlardan faydalanan məmurlar niyə cəzalandırılmır?

Beləliklə, adına 29 min 700 manatlıq vergi borcu gələn Elçin Babayevin timsalında görünən bu faciə, əslində bir vətəndaşın deyil, bütün cəmiyyətin probleminə çevrilib. Çünki bu maxinasiyalar nəticəsində dövlət vergi və sosial fondlardan milyonlarla manat zərər görür, qanuni fəaliyyət göstərən şirkətlərin rəqabət imkanları zəifləyir, ölkədə qanunsuz monopoliyalar güclənir və vətəndaş hüquqları kobudcasına pozulur.

Hələ ki, bu məsələlərə cavabdeh olan qurumlar səssizliyini qoruyur, ictimaiyyət isə bu proseslərin necə və niyə davam etdiyini bilmədən, yeni qurbanların xəbərlərini oxumaqda davam edir.

Əgər bu sistem dəyişməzsə, əgər vətəndaşların hüquqları bu qədər asan tapdanarsa, əgər məmurlar tərəfindən idarə olunan bu qanunsuz sistem cəzalandırılmazsa - yaxın illərdə Elçin Babayevlərin sayı yüzlərlə, bəlkə də minlərlə olacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru