İcra başçısı qanunsuz olaraq `SÖK` dedi... indi camaat ortalıqda qalıb... - AXI NİYƏ?
Tarix: 2-09-2025, 08:46 | Çap et

"Məhkəmə sistemimizin acınacaqlı vəziyyətinin göstəricisi tikinti şirkətləri ilə mübahisələrə münasibətdir. Xüsusilə də mövcud yaşayış binalarını qanunsuz dağıdıb yerində yeni bina tikən şirkətlər üzrə. Belə şirkətlərdən biri “Kursus-Nizami” MTK-dır. Barəsində dəfərlərlə yazılsa da, bəzi hakimlər hətta qanunu və vicdanı rəhbər tutaraq onun əleyhinə qərarlar çıxartsa da, son nəticədə məhkəmə sistemi onun tərəfini tutur..." "DİA-AZ" xəbər verir ki, bu barədə narahatçılığını ifadə edən tanınmış hüquqşünas Əkrəm Həsənov diqqət çəkdiyi problemlə yanaşı, həm də evləri plana düşən vətəndaşlar üçün vacib məsləhətlərini də verib.
O qeyd edib: "Bu MTK o cümlədən Nizami rayonundakı K.Balakişiyev küçəsi, ev 43-ə iddialıdır. Cəmi 100 manat kapitalı olan bu MTK-yə şəhər icra hakimiyyəti icazə verib ki, get sakinlərlə razılığa gəl, binanı sök, yerində yenisini tik, sakinlərə orada mənzil ver. Guya bina qəzalıdır. Halbuki, bu halda qərarı şəhər icra hakimiyyəti deyil, məhkəmə verməli idi FHN-nin müraciəti əsasında. Hər bir halda MTK sakinlərin xeyli hissəsi ilə heç razılığa da gəlməyib. Axı normal insan necə binasının sökülməsinə razı olar? Yeni binanın tikilməsinə kim təminat verir? 100 manat pulu olan MTK? Bu azmış kimi, tikiləcək binanın heç layihəsi də təsdiq olunmayıb. Buna baxmayaraq, bəzi qanunsuz məhkəmə aktları əsasında sakinləri mənzillərindən zorla çıxarıb, mənzillərini viran qoyublar. İşğalçı kimi! Yəni insanları məcbur edirlər ki, bu MTK-nin müştərisi olun. Heç yekun məhkəmə qərarlarını gözləmədən. Məhkəmə işləri isə davam edir. Onlardan biri üzrə iclas sentyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində olacaq. MTK mövqeyini gücləndirmək üçün heç bir arqument gətirmir, gətirə də bilməz. Sadəcə Ali Məhkəmə də daxil olmaqla digər sakinlərə qarşı çıxarılmış məhkəmə qərarlarını təqdim edir. Yəni baxın da, artıq bir neçə işi udmuşuq!
Əslində, məhkəmələr də çətin durumdadır. Təbii, MTK-nın haqsız olduğunu hamı başa düşür. Lakin bina da axı faktiki artıq yoxdur. Viran qoyulub! Heç kəs məhkəmə qərarını gözləməyib, indi də məhkəmələri fakt qarşısında qoyurlar ki, bina qəzalı idi də (əslində, elə deyil: binanı bu hala özləri salıblar). Məhkəmə də o zaman həqiqi məhkəmə olacaq ki, heç kəsə (şəhər icra hakimiyyəti, polis, icra məmurları və s.) baxmadan faktiki törədilmiş özbaşınalığa göz yummasın, özbaşınalığa qiymət versin, mülkiyyət hüququnu qorusun! Elə etsin ki, bir daha heç kəs məhkəmə qərarı olmadan kiminsə evini söküb hakimləri fakt qarşısında qoymasın. Əks halda, bizdə heç vaxt hüquqi dövlət olmayacaq. İqtisadi inkişaf da olmayacaq. Çünki adi insanın belə mənzili əlindən bu yolla alınırsa, sahibkar hansı ağılla bu ölkəyə pul qoyub iş görsün. Azərbaycanda heç kəsin əmlakına təminat yoxdur...
P.S. Bununla belə, analoji vəziyyətdə hamıya tövsiyə edirəm ki, tikinti şirkəti ilə razılığa gəlib binanın sökülməsinə yol verməsin. Qoy bu qərarı hər bir halda məhkəmə versin. Ona görə ki, artıq xeyli hal var ki, tikinti şirkətləri heç binanı tikib yekunlaşdırmır (və ya xeyli gecikdirir, söz verdiyi mənzili vermir, tikinti gedə-gedə kirayə haqqı vermir və s.) və insanlar evsiz qalır. Bu halda heç olmasa gələcəkdə vurulmuş zərərin əvəzini dövlətdən tələb etmək olacaq. Çünki məhz dövlətin məhkəmə sistemi bu özbaşınalığa imza atır. Tikinti şirkəti ilə razılaşsaz, sabah dövlət sizə heç nə verməyəcək: deyəcək ki, özün razılaşmısan da..."


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28 |
|
|
|
| • Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
| • Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23 |
|
|
|
| • Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22 |
|
|
|
| • "Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21 |
|
|
|
| • Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19 |
|
|
|
| • Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14 |
|
|
|
| • Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
| • Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01 |
|
|
|
| • Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57 |
|
|
|
| • Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30 |
|
|
|
| • Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25 |
|
|
|
| • Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15 |
|
|
|
| • İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12 |
|
|
|
| • "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
| • Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10 |
|
|
|
| • “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08 |
|
|
|
| • Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02 |
|
|
|
| • Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47 |
|
|
|
| • “Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45 |
|
|
|
| • Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43 |
|
|
|
| • Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38 |
|
|
|
| • Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29 |
|
|
|
| • "Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22 |
|
|
|
| • Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09 |
|
|
|
| • Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24 |
|
|
|
| • 2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11 |
|
|
|
| • İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02 |
|
|
|
| • AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01 |
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
|