Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Tarix: 28-09-2024, 11:04 | Çap et
 Qubanın Bad kəndinin sakinləri iki ay əvvəl bir neçə kəndin geliş-gəlişi üçün istifadə olunan körpünün dağılmasından və indiyədək bərpa edilməməsindən narazıdır. Kənd sakini Ağalar Bayramovun dediyinə görə, Baddan başqa Məccə Xacə kəndindəki məktəbə gedən ətraf kəndin şagird və müəllimləri də bu körpüdən istifadə edirdi. İndi şagirdlərin məktəbə getməsi problemə çevrilib:
“İki ay keçib, dağılmış körpü hələ də bərpa edilməyib. Qəfil yağış başlasa, uşaqlarımız çayın o tayına necə keçib məktəbə gedəcək, bilmirik. Belə getsə, uşaqlar təhsildən geri qalacaq. Biz övladlarımızın həyatını təhlükəyə ata bilmərik”.
Körpünü taxta parçaları əvəz edir
Bad kəndində 80 ailənin təqribən 200 uşağı məktəblidir. Kənddə məktəb olmadığına görə uşaqlar iki kəndi bölən çayın üzərindəki köhnə körpünü adlayaraq dərsə gedirlərmiş. Qonşuluqdakı bir neçə kəndin uşaqları da bu körpüdən istifadə edib. İki ay əvvəl sel körpünü aparıb. İndi iki kənd arasındakı körpünü çayın üzərinə atılmış taxta parçaları əvəz edir. Kəndlilər deyir, əvvəllər körpünün möhkəmləndirilməsi üçün dəfələrlə yerli bələdiyyəyə, icra nümayəndəliyinə müraciət etsələr də, faydası olmayıb. Nəticədə köhnə, sınıq-salxaq körpü sel sularına qərq olub.
Kənd sakini Şərafəddin Nəzərov deyir, taxta parçaları uşaqların həyatı üçün təhlükəlidir:
“Bilirdilər ki, qarşıdan məktəb mövsümü gəlir. Vaxtında çarə etmədilər. O günlərdə gedib kənd icra nümayəndəsinə demişik ki, heç çayın içərisindəki ağacları ləğv eləyin, uşaqların gediş-gəlişinə çətinlik yaradır, Deyir, rayonun ekologiya şöbəsi icazə vermir”.
Bələdiyyə deyir, fondda pul yoxdur
Bad bələdiyyəsindən bildirilib ki, qurumun fondunda vəsait olmadığına görə körpünü təmir edə bilmirlər. Məktəbə getmək üçün isə alternativ yol var. Sakinlərsə deyir, bələdiyyə sədri belə bir yol tanıyırsa, onlara da göstərsin:
“Kənddə tək-tük adamların maşını var ki, o yoldan keçib gedə bilsin. Bəs maşını olmayanlar necə etsin? Uşağı kürəyinə götürüb çaydan keçsin?”
On gündür məktəb fəaliyyətə başlayıb, kəndlilər hələ də suallar qarşısında qalıb. Onlar körpü bərpa edilməzsə, yağış yağanda övladlarını axar çayın üzərindəki taxta parçalarına etibar etməyəcəklərini bildirirlər.
diaaz.space


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb - SİYAHI
Bu gün, 06:34 |
|
|
|
• Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə - TƏFƏRRÜAT
Bu gün, 06:31 |
|
|
|
• 'Bolt'dan taksi sifariş etdik və... - GİLEY
Bu gün, 06:26 |
|
|
|
• Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:17 |
|
|
|
• Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 06:14 |
|
|
|
• Rusiyaya gedərkən yüz ölçüb bir biçin... - deputat ŞƏRH EDİR
Bu gün, 06:12 |
|
|
|
• Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil - BU NƏDİ BELƏ?
Bu gün, 05:50 |
|
|
|
• "Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:38 |
|
|
|
• Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ - AXI NİYƏ?..
Bu gün, 05:33 |
|
|
|
• "Sonra ərə getdim... - İnsanlar mənim üstümə gəlirdi"
Bu gün, 05:19 |
|
|
|
• “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... VAR İMİŞ...
Bu gün, 05:13 |
|
|
|
• Tramp ABŞ -a nəzarəti itirib? - AKTUAL
Bu gün, 05:07 |
|
|
|
• Daha bir saxta diplomlu həkim... - ağzımızın içi qədər yaxın...
Bu gün, 05:04 |
|
|
|
• Putin Ermənistana “daha ağır top”la girir - GƏLİŞMƏ
Bu gün, 04:55 |
|
|
|
• İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək - İNCƏLƏMƏ
Bu gün, 04:53 |
|
|
|
• Paşinyan Laçınla qonşu şəhərə gəldi... - FOTO
Bu gün, 04:46 |
|
|
|
• "İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər"
Bu gün, 04:42 |
|
|
|
• Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Dünən, 23:51 |
|
|
|
• "Onunla bir ömür yaşayaram, amma evlənmərəm"
Dünən, 23:47 |
|
|
|
• Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
Dünən, 23:45 |
|
|
|
• Dolların kursu dəyişəcək? - ekspert açıqladı
Dünən, 23:41 |
|
|
|
• Kilsəni xalqımıza qaytarmalıyıq - Paşinyan
Dünən, 23:38 |
|
|
|
• Rus ordusu Zaryanı ələ keçirdi
Dünən, 13:00 |
|
|
|
• Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
• Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Dünən, 12:32 |
|
|
|
• Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Dünən, 12:31 |
|
|
|
• Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Dünən, 12:28 |
|
|
|
• Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Dünən, 12:01 |
|
|
|
• Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Dünən, 11:58 |
|
|
|
• Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Dünən, 11:55 |
|
|
|
• DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Dünən, 11:52 |
|
|
|
• "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Dünən, 11:06 |
|
|
|
• Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Dünən, 10:59 |
|
|
|
• "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Dünən, 10:01 |
|
|
|
• Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Dünən, 09:57 |
|
|
|
• Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Dünən, 09:36 |
|
|
|
• Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Dünən, 09:31 |
|
|
|
• Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Dünən, 09:26 |
|
|
|
• "Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Dünən, 09:18 |
|
|
|
• Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 06:03 |
|
|
|
• Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Dünən, 05:57 |
|
|
|
• Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 05:54 |
|
|
|
• Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Dünən, 05:52 |
|
|
|
• Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Dünən, 05:41 |
|
|
|
• "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Dünən, 02:48 |
|
|
|
• "Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Dünən, 02:45 |
|
|
|
• "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Dünən, 02:31 |
|
|
|
• "Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Dünən, 02:26 |
|
|
|
• Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Dünən, 02:20 |
|
|
|
• Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
7-06-2025, 15:09 |
|
|
|
|