Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                 

Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq? - AKTUAL
Tarix: 27-09-2025, 11:52 | Çap et

Bakının mərkəzinə giriş ödənişli olacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və bu zonalara daxil olmağa görə ödənişin məbləği ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Qanunvericilikdə nəzərdə tutulur ki, ödənişli zonalara daxilolma haqqı “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrindən biri olacaq.

Bəs bu sistem necə reallaşacaq? Nəzarət hansı üsullarla həyata keçiriləcək? Bu zonalara giriş haqqı nə qədər olacaq?

“Bakıya 300 mindən çox avtomobil daxil olur”

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək: “Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”.

“Bu, texnoloji baxımdan mümkündür”

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu sistemin ölkəmizdə reallaşdırılması heç də çətin deyil. O vurğulayır ki, dünyada bununla bağlı analoji nümunələr mövcuddur: “İndi texnologiyalar inkişaf edib və texniki həllər rahatlıqla mümkündür. Burada heç bir çətinlik yoxdur. Həm ödənişli zonaların tərtibatı, həm həmin zonalara girişdən əvvəl ödənişlərin həyata keçirilməsi, həm də ödəniş etməyənlərin cərimə edilməsi texnoloji baxımdan realdır”.

“Ödəniş vətəndaş üçün əlçatan səviyyədə olacaq”

Mütəxəssis düşünür ki, ödənişli zonalar sıxlıq yaşanan, yüklənmiş magistrallarda ola bilər: “Məbləğlər hələ dəqiqləşməyib. İlk olaraq monitorinq aparılacaq, sosial və iqtisadi təsirlər qiymətləndiriləcək. Bundan sonra ödənişin məbləği açıqlanacaq. Amma yəqin ki, vətəndaş üçün əlçatan səviyyədə olacaq. Burada bölgü də aparmaq olar. Məsələn, hüquqi şəxslərlə fiziki şəxslərin ödədiyi məbləğ fərqli ola bilər. Bundan əlavə, gündəlik, aylıq və illik ödəniş paketlərinin tətbiqi də mümkündür”.

“Bu yolla sıxlığın qarşısı alınır”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, böyük ehtimalla şəhərin mərkəzi hissələrinə girişlərdə ödəniş tətbiq edilməsi nəzərdə tutulub: “Məqsəd həmin ərazilərə giriş-çıxışların sayını məhdudlaşdırmaq və tıxacları azaltmaqdır. Dünya təcrübəsində bu model mövcuddur və adətən “tıxac vergisi” adlanır. “Tıxac vergisi” iri şəhərlərin mərkəzi və ya sıx hərəkətli hissələrinə avtomobillə girişə görə tətbiq olunan ödənişdir. Bu verginin məqsədi nəqliyyat sıxlığını azaldaraq sürücüləri alternativ yollar və ya ictimai nəqliyyata yönəltmək, avtomobil sayının azalması ilə havaya atılan tullantıları azaltmaq və şəhər nəqliyyatını tənzimləməkdir. Əsasən şəhərin mərkəzi zonaları ödənişli elan olunur. Ödəniş etməyənlər cərimələnir. Bunun əsas mahiyyəti odur ki, işi olmayan və alternativ marşrutlardan istifadə edə biləcək sürücülər mərkəzi zonalara daxil olmasın, bunun nəticəsində də orada yaşayan və işləyən insanların hərəkəti rahatlaşsın. Bu yolla sıxlığın qarşısı alınır”.

“Giriş haqqının beş manat ola biləcəyi ehtimal olunur”

Ödənişin məbləğinə gəldikdə isə mütəxəssis qeyd edir ki, giriş haqqının beş manat olacağı ehtimal edilir: “Ödəniş məbləği hələ dəqiqləşməyib. Çünki monitorinq aparılmalı, sosial və iqtisadi təsirlər qiymətləndirilməlidir. Bundan sonra dəqiq rəqəm elan ediləcək. Amma təxminən giriş haqqının beş manat civarında ola biləcəyi ehtimal olunur”.

Bəs dünya təcrübəsi necədir?

Böyük şəhərlərdə “ödənişli zonalar” artıq uzun müddətdir tətbiq olunur. Məsələn, Londonda 2003-cü ildən etibarən mərkəzi zonaya giriş üçün “congestion charge” (tıxac vergisi) tətbiq edilir. Hazırda bu ödəniş gündəlik 15 funt (təxmini 35 manat) təşkil edir. Məqsəd sıxlığı azaltmaq və ictimai nəqliyyata tələbatı artırmaqdır.

İsveç paytaxtı Stokholmda 2007-ci ildən bəri oxşar sistem mövcuddur. Giriş haqqı günün saatından asılı olaraq dəyişir, pik saatlarda daha yüksək olur.

Bu sistem Sinqapurda 1975-ci ildə tətbiq olunub. Bu gün ERP adlı elektron sistemlə idarə olunur və tariflər real vaxt rejimində sıxlığa uyğun tənzimlənir.

Bu modelin əsas məqsədi şəhər mərkəzlərində avtomobil yükünü azaltmaq, hava çirklənməsini minimuma endirmək və ictimai nəqliyyatdan istifadəyə stimul verməkdir.

"Kaspi"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru