Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                     Azərbaycanlı vəkilə hücum etdilər .....                     "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..." .....                     Gələn il elə şeylər olacaq ki... .....                     Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi .....                     Əgər Əfqanıstan bazanı geri verməsə... .....                     ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                     AZCON-a yeni şöbə müdiri təyin olunub .....                     Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: .....                     Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ .....                     Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu .....                     Putinin adamı Paşinyanın reytinqinə çatır .....                     Yapon olmaq lazımdır, yapon... .....                     "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin" .....                     Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır .....                     Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı .....                     İştirakçı olmadı, dövlət qurumunun tenderi .....                     Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb .....                     Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə .....                     Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir .....                 

“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Tarix: Bu gün, 12:25 | Çap et

Vətəndaşlarımız yaxşı xatırlayar, 2023-cü il 20 sentyabrında Qarabağın Canyataq kəndi yaxınlığında bir faciəvi hadisə baş vermişdi: necə olmuşdusa, rus sülhməramlıları atışma zamanı həlak olmuşdular.

Həmin vaxt Azərbaycan hərbçiləri Xankəndi ətrafında cəmləşmiş Ermənistan hərbçilərinə qarşı lokal xüsusi əməliyyat keçirirdilər. Əməliyyatın keçiriləcəyi öncədən bəlliydi, rus komandanlığının da, şübhəsiz ki, bundan xəbəri vardı.

Ancaq heç kəsin gözləmədiyi halda rus hərbçilər atəş nöqtəsində peyda olmuşdular və bu, faciəvi sonluqla bitmişdi.

Bu, Azərbaycana, onun cari və strateji planlarına uyğun olmayan fors-major hal idi. Elə ona görə də Moskva, Kreml, Putin Azərbaycan hakimiyyətinin izahatını anlayışla qarşıladı.

İndi erməni tərəfi həmin rus sülhməramlılarının faciəvi döyüşdən sonrakı şəkillərini yayıblar. Ermənistan nəşri “İravunk” şəkilləri hadisə barədə əlavə və qərəzli məlumatla birlikdə dərc edib.

Xankəndinin azad edilməsinin, Qarabağdakı separatizmə son qoyulmasının, mahalın silahlı quldurlardan təmizlənməsinin ikinci ildönümündə belə şəkillərin dərc edilməsi təbii görünə bilər. Nə də olmasa, həmin hadisələrin ildönümüdür.

Ancaq ermənilər nəyə görə öz “dərd”lərini kənara qoyur, rus sülhməramlıları ilə bağlı bu xoşagəlməz hadisəni qabardırlar?

Bəs o şəkilləri kim çəkib? Bunu böyük ehtimalla hadisə yerinə gələn rus sülhməramlılarının özləri lentə alıb. Belə çıxır ki, onlar bu fotoları nə zamansa ermənilərə ötürüb. İndi onlar bu şəkilləri dərc edəndən sonra, rus təbliğatçılar ermənilərə istinadla təkrar nəşr edirlər.

Bu keçmişə ekskurs nədən ötən il olmamışdı? (Olmuşdusa da, bu qədər ictimailəşməmişdi). Bu il isə həmin şəkillər Rusiyanın, Ermənistanın və Azərbaycanın informasiya kanallarının, sosial şəbəkə fəallarının müzakirə predmetinə çevrilib.

Bunun əsas səbəbi o idi ki, ötən il Azərbaycanla Rusiyanın münasibətləri normal idi. Bu iki dövləti idarə edənlər arasında yüngülvarı umu-küsülər, fikir ayrılıqları olsa da, bu ictimailəşdirilmirdi, xalqa duyurulmurdu.

Ötən ilin son günlərində Qroznı üzərində rus hərbçilər tərəfindən vurulan sərnişin təyyarəmiz Xəzərin o üzündə, Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğradıqdan sonra ikitərəfli münasibətlərdə gərginlik yarandı və bu ilin iyun ayında Yekaterinburq hadisələri ilə öz pik nöqtəsinə çatdı.

Bu barədə çox yazılıb, danışılıb, təfərrüata varmayaq.

Hazırda Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçilərinin arasında qalaraq həlak olan rus sülhməramlıları üzərində aparılan təbliğatın məqsədi gərginliyi daha da artırmaq, ortalığı qarışdırmaqdır.

Ermənilərin niyyəti bəllidir, onlar bu şəkillərdən rusları qızışdırmaq və onlara “görürsünüz, o vaxt bizi müdafiə etmədiniz, azərbaycanlılar sizə asi çıxdı” deyə tənə etməkdir.

Bu xüsusda canfəşanlıq edən rus təbliğatçılar isə zaman keçdikcə sönükməyə doğru gedən ocağın üstünə bir kanistr benzin çiləmək, üstəlik, Azərbaycan tərəfinə “o vaxt biz sizin etdiyinizin üstündən keçdik, amma siz təyyarə söhbətindən əl çəkmirsiniz” deyə minnət qoymaqdır.

Erməni saytı hadisəyə daha faciəvi çalar vermək, rusların hisslərinə toxunmaq üçün rus sülhməramlıların pusquya salındığını, yaxın məsafədən güllələndiklərini yazır.
Əslində həmin gün belə bir pusqu olubsa da, bu, yenidən toparlanmaq və silahlı müqaviməti davam etdirmək istəyən Ermənistan hərbçiləri üçün olub. Azərbaycan hərbçilərinin rus kontingenti ilə heç bir problemi yox idi, zatən, planlaşdırılmış əməliyyat öncədən razılaşdırılmışdı.

Həmin vaxt Azərbaycanın Baş Prokurorluğunun verdiyi açıqlamada bu hadisə “ərazi relyefinin mürəkkəbliyi və dumanlı-yağışlı hava şəraiti” ilə izah olunmuş, insident “faciəvi təsadüf” adlandırılmışdı.

Başqa nə ola bilərdi ki? Məntiqli açıqlamaydı və həqiqətə tam uyğun idi. İndi ermənilər bu açıqlamanın gerçəyi əks etdirməsini şübhə altına alır və Azərbaycanın hadisədə səhlənkarlığa yol vermiş hərbçiləri cəzalandırmadığı iddia olunur.

Əslində isə həmin hadisədə rolu olan hərbçilərimiz cəzalandırılıb və bu barədə ictimaiyyətə məlumat verilib. Ancaq heç bir dövlət gərgin döyüş zonasında, yağışlı-dumanlı havada baş verən adi müharibə epizoduna görə öz döyüşçülərini “hərbi cani” elan etməz. Adı üstündədir: “müharibə epizodu”.

Əgər həlak olanlar mülki avtomobillə irəliləyən dinc insanlar olsaydı, onda məsələnin məğzi dəyişərdi. Döyüş əsnasında düşmən tərəfdən yaxınlaşan minik vasitəsinin kimə məxsusluğu, kamikadze olub-olmaması isə dərhal aydınlaşdırılası məsələ deyil. Erməni quldurlar rus hərbçilərin avtomobili və mundiri ilə Azərbaycan hərbçilərinə yaxınlaşa və onları güllələyə bilərdilər.

Yəni təfərrüata varsaq, yeni-yeni detallar üzə çıxar. Amma artıq çox gecdir. Ümumi mahiyyəti hər kəsə bəlli olan bu hadisə artıq keçmişdə qalıb. Bunu təzədən qaldırmaq, insanların hisslərinə təsir göstərmək məkrli niyyətdir.

Həm də Azərbaycan tərəfi bu hadisəyə görə üzrxahlıq etmiş, hadisədə zərər çəkənlərin ailə üzvlərinə maddi təzminat ödəmişdi. Vurulan təyyarəmizə görə isə nə üzr istənilir, nə də təzminat ödənilir.

Bu iki faciəvi hadisə arasında heç cür bərabərlik işarəsi qoymaq olmaz.

P.S. Dünən daha bir təxribat xarakterli video yayılıb. Rusları təhqir edən, hədələyən bir boynu xaçlı erməni azərbaycanlı kimi təqdim edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Paşinyana məktub göndərdi
Bu gün, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Bu gün, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Bu gün, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Bu gün, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Bu gün, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Bu gün, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Bu gün, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Bu gün, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Bu gün, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Bu gün, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Bu gün, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Bu gün, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Bu gün, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Bu gün, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Bu gün, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55
Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51
Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46
“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22
Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Dünən, 10:19
“Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Dünən, 10:07
Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Dünən, 10:03
Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Dünən, 10:01
10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Dünən, 09:56
Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Dünən, 09:52
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Dünən, 09:49
Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Dünən, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru