Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sədri vəzifəsinə yenidən seçilib.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, qərar partiyanın qurultayında keçirilən səsvermənin nəticələri əsasında qəbul olunub.
41 namizəd arasında ən çox səsi Paşinyan toplayıb. Rəsmi açıqlamaya görə, o, 758 səs qazanıb.
Lakin nəticələrin əks olunduğu elektron tabloda 826 səs göstərilib, səslərin yenidən hesablanması davam edir.
Qeyd olunur ki, gizli səsvermədə partiyanın 6 mindən çox üzvü iştirak edib.