Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                     AZCON-a yeni şöbə müdiri təyin olunub .....                     Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: .....                     Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ .....                     Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu .....                     Putinin adamı Paşinyanın reytinqinə çatır .....                     Yapon olmaq lazımdır, yapon... .....                     "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin" .....                     Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır .....                     Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı .....                     İştirakçı olmadı, dövlət qurumunun tenderi .....                     Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb .....                     Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə .....                     Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir .....                     Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib .....                     “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? .....                     Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... .....                     “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar .....                     Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi .....                     Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu .....                     10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir .....                     Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var .....                     Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır .....                     Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... .....                     “Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” .....                     AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR .....                     Xaçmazda Qarabağ Qazisi həbs olundu .....                     Konqresdə anti-Azərbaycan isteriyası .....                     Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                     Rövşən Rüstəmov nəyə nail olmaq istəyir .....                     Hərbi hissənin ərazisini özəlləşdiriblər... .....                     “İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” .....                     "Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" .....                     Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir .....                     “Ricon” MMC aylardır işçilərin maaşını vermir .....                     "Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" .....                     Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI .....                 

Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Tarix: Bu gün, 11:50 | Çap et

Havalar soyuduqca Ermənistanda siyasi hərarət getdikcə yüksəlməkdədir. Bunun səbəbi isə 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləridir. Hərçənd, iddialara görə, Ermənistan hakimiyyəti vəziyyətin getdikcə kritikləşəcəyini göz önünə alaraq, erkən seçkilərə getmək niyyətindədir, lakin hələlik bu, fərziyyə olaraq qalır.

Bu arada radikal müxalifət aldığı “ev tapşırığı”na uyğun şəkildə hərəkətə keçib və baş nazir Nikol Paşinyana meydan oxumaqdadır. Paralel şəkildə hökumət başçısı da təhlükələri önləməkdən ötrü bir sıra tədbirlərə əl atır, hətta komandasında korrektələr etməyə də girişib. Ermənistanda müxalifətin təşəbbüsü ilə sosioloji sorğu keçirilib, lakin onun nəticələri dərc edilməyib. “Hraparak” qəzeti sorğu ilə bağlı bəzi bilgilər əldə edib. Məlumata görə, baş nazir Nikol Paşinyan 12%-lik sabit dəstəyi saxlayır. Sorğuda iştirak edən o qədər respondent istənilən şəraitdə Paşinyana səs verməyə hazırdır. İddialara görə, sorğuda iştirak edənlərin təxminən 60%-i heç bir halda Paşinyanı dəstəkləməyəcəklərini bildirib.

Sorğu iştirakçılarının 75%-i hökumətin işindən narazılıq edib və ölkənin yanlış istiqamətdə getdiyini düşünür. Reytinqə görə, Paşinyanı təxminən 10% dəstəklə hazırda həbsdə olan “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı oliqarx Samvel Karapetyan izləyir, lakin onun yaratdığı partiyanın adı çəkiləndə bu göstərici azalır. Üçüncü yeri təxminən 6% nəticə ilə Robert Köçəryan tutur. Serj Sərkisyanın Respublika Partiyası da daxil olmaqla, digər tanınmış siyasi təşkilatlar 1-1,5%-dən çox qazanmır.

Göründüyü kimi, bütün hallarda Nikol Paşinyanın reytinqi nə qədər aşağı düşsə də, o, hələlik müxalifəti üstələyir. Məhz bu səbəbdən də müxalifətin sorğunun nəticələrini açıqlamadığı bildirilir. Amma təhlükəli gedişat həbsdə olan Rusiya vətəndaşı, milyarder Karapetyanın səs faizində Paşinyana yaxınlaşmasıdır. Tərəflər arasında 2 faiz fərq olduğu qeyd olunur. Üstəlik, iş adamının azadlığa buraxılması üçün Ermənistan hökumətinə ən müxtəlif cinahlardan təzyiqlərin göstərilməsi də diqqətdən yayınmır. Rusiya bu günlərdə növbəti dəfə “kəmərdə təmir” adı altında Ermənistana nəql etdiyi qazı kəsib. Vaxtaşırı “Yuxarı Lars” keçidinin qapadılması da Ermənistana məxsus yüklərin daşınmasını mümkünsüz edir. Buraya ayrı-ayrı məhsullarda “yad maddə” tapılması bəhanəsini də əlavə etsək, Kremlin İrəvana təzyiqlərinin davamlı xarakter aldığını görərik. Rusiya öz vətəndaşı olan erməni milyarderin həbsdə saxlanmasını sinirə bilmir. Üstəlik, Karapetyan Paşinyana savaş açan kilsənin donoru funksiyasını məharətlə icra edirdi ki, bu da seçkiyə hesablanmış mühüm ssenari idi.

S.Karapetyanın Rusiyanın adamı olduğunu nəzərə alsaq, bu göstəricilər nə qədər həyəcan doğura bilər? Gələn ilin parlament seçkilərində Putinin adamının elan etdiyi hərəkat qalib gələ bilərmi və bu halda sülh prosesində hansı fəsadlar yaranması riski var? Ümumiyyətlə, erməni nəşrinin yaydığı informasiyanın özünə nə dərəcədə inanmaq olar?

Bütün bu suallarla bağlı “Yeni Müsavat”a açıqlamalar verən deputat Elçin Mirzəbəylinin sözlərinə görə, Ermənistanda müxalifətin təşəbbüsü ilə keçirilmiş sosioloji sorğunun nəticələrinin gizlədilməsi bu mövzuda ən diqqətçəkən məqamlardan biridir: “Bu həm də o anlama gəlir ki, müxalifət arzuladığı nəticəni əldə edə bilməyib. ”Hraparak" qəzetinin yaydığı məlumata görə, baş nazir Nikol Paşinyanın sabit 12 faizlik elektoratı qalmaqdadır. Bu rəqəm ilk baxışda zəif görünə bilər, lakin Ermənistanın hazırkı siyasi mənzərəsini nəzərə aldıqda tamamilə fərqli nəticələr ortaya çıxır. Əvvəla, Paşinyanın üstünlüyü müxalifətin parçalanmış və gücsüz vəziyyətdə olmasındadır. Sorğu, hətta reallığı tam əks etdirməsə də, göstərir ki, Robert Köçəryan, Serj Sərkisyan kimi müharibə canilərinin və digər tanınmış fiqurların reytinqləri 1-6 faiz arasında dəyişir. Ermənistan cəmiyyətinin böyük hissəsi onları korrupsiya, müharibə fəlakətləri və keçmiş uğursuz idarəçiliklə assosiasiya edir. Buna görə də onların yenidən hakimiyyətə qayıtmaq şansı yoxdur. Müxalifətin yeni fiqurlar ortaya çıxarmaqda çətinlik çəkməsi isə Paşinyana siyasi meydanda əlavə üstünlük qazandırır".

E.Mirzəbəylinin fikrincə, başqa bir mühüm amil odur ki, Paşinyanın 12 faizlik sabit elektoratı sadiq və dəyişməzdir: “Bu, Ermənistan kimi bir ölkədə böyük resursdur. Çünki seçkilərdə çox vaxt sabit və intizamlı elektorat nəticəyə təsir göstərir. Müxalifətin parçalanmış dəstəyi isə yalnız rəqəmlərdə çox görünür, real seçki prosesində isə eyni effekti vermir. Digər amil Paşinyanın Qərblə əməkdaşlığa yönəlmiş siyasətidir. Ermənistan cəmiyyətində hər nə qədər narazılıq artsa da, Rusiyanın orbitinə tam qayıdış təhlükəli hesab olunur. Bu baxımdan, rusiyalı oliqarx Samvel Karapetyanın siyasi gündəmə gətirilməsi müxalifət üçün daha çox zərərli nəticələr doğura bilər. Karapetyanın adı siyasi proseslərlə bağlı çəkiləndə onun dəstəyi azalır. Bu isə Ermənistan ictimaiyyətində Rusiyaya bağlı namizədlərə olan etimadsızlığı göstərir. Bu baxımdan, paradoksal da görünsə, Karapetyanın yüksəlişi Paşinyanın mövqeyini gücləndirir. Çünki bu halda o, Qərbə inteqrasiyanın simvolu kimi daha qabarıq görünür”.

Millət vəkili bu xüsusdə beynəlxalq amilləri də nəzərə almağı zəruri hesab edir: “Qərb dairələri Paşinyanı Ermənistanın hazırkı şəraitdə ”ən optimal tərəfdaş" kimi görürlər. Bu dəstək həm siyasi, həm də maliyyə baxımından onun mövqelərini daha da möhkəmləndirir. Ermənistanda müxalifət nə qədər cəhd etsə də, Qərbin alternativ fiqurlara etimadı çox aşağıdır. Bu da Paşinyanın əlini gücləndirir". E.Mirzəbəyli hesab edir ki, nəhayət, Paşinyanın mövqeyini gücləndirən əsas faktor onun hələ də “ən az riskli seçim” olaraq qalmasıdır: “Ermənistan cəmiyyəti müharibə, məğlubiyyət və iqtisadi böhranlardan sonra riskli siyasi eksperimentlərə getmək istəmir. Onlar yaxşı bilirlər ki, Köçəryan və ya Moskva yönümlü hər hansı fiqurun hakimiyyətə gəlişi Ermənistanı daha da ağır vəziyyətə sala bilər. Bu isə Paşinyanı, bütün çatışmazlıqlarına baxmayaraq, mövcud siyasi palitrada ən real oyunçuya çevirir”. Milli Məclis üzvü əlavə etdi ki, bununla yanaşı, Paşinyanın Azərbaycanla sülh prosesində mövqelərini gücləndirən xüsusi amillər də var: “Əvvəla, Ermənistan cəmiyyətinin əksəriyyəti yeni müharibənin, revanşçı addımların, təcavüzə cəhdin ölkəni fəlakətə aparacağını yaxşı başa düşür. 44 günlük müharibənin nəticələri göstərdi ki, Ermənistan həm hərbi, həm də iqtisadi cəhətdən Azərbaycanla qarşıdurmanı davam etdirmək potensialına malik deyil və olmayacaq. Bu reallıq ictimai şüurda dərin iz buraxıb. Paşinyan isə özünü məhz bu müharibədən dərs çıxaran və riskli avantüralara getməyən lider kimi təqdim edir”. Deputat vurğuladı ki, burada nəzərə alınması vacib olan başqa bir mühüm məqam Qərbin yanaşmasıdır: “ABŞ və Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını regionun sabitliyi üçün əsas şərt sayır. Paşinyan bu xətti dəstəklədiyi üçün beynəlxalq legitimliyini artırır. Onun Qərb platformalarında sülhə hazır olduğunu bəyan etməsi xarici dəstəyi gücləndirir və daxildə də onu ”beynəlxalq səviyyədə qəbul olunan yeganə lider" statusunda saxlayır".

E.Mirzəbəyli hesab edir ki, Paşinyanın mövqelərini gücləndirən bir amil də real siyasətin məntiqindən doğur: “Ermənistan iqtisadiyyatının dirçəlməsi üçün regiondaxili kommunikasiyaların açılması və Azərbaycanla münasibətlərin normallaşması həyati əhəmiyyət daşıyır. Paşinyan bunu anlayır və kənardan stimullaşdırılan narazılıqlara baxmayaraq, gündəlik siyasətində bu kursu qorumağa çalışır. Beləliklə, revanşçı qrupların keçirdiyi sorğunun nəticələri Paşinyanın zəiflədiyini göstərsə də, onun üstünlüyü hələ də müxalifətdən xeyli çoxdur. O, sabit elektorata, parçalanmış müxalifətə, Qərbin dəstəyinə və erməni cəmiyyətinin ”az riskli seçim" meylinə arxalanaraq mövqelərini qoruyur. Azərbaycanla sülh prosesində isə həm beynəlxalq legitimlik, həm də Ermənistanın iqtisadi-sosial reallıqları Paşinyanın əlinə oynayır. Nəticə etibarilə, bütün çətinliklərə baxmayaraq, Paşinyan hazırkı siyasi şəraitdə Ermənistan üçün “ən real və ən az riskli seçim” olaraq qalır".

Belə bir məqamda radikalların koalisiya qurmaqla bağlı təşəbbüsləri, S.Karapetyanın həbsxanadan öz tərəfdarlarına davamlə mesajları, Paşinyana “xain”, “satqın”, “agent” damğalarının vurulması istiqamətində sərt açıqlamalar heç şübhəsiz ki, hazırlanmış ssenarinin tərkib hissəsidir. Bütün bunlar isə təkcə Paşinyanın devrilməsinə hesablanmayıb, həm də 8 avqust Vaşinqton razılaşmalarının pozulmasına yönəlik təxribatçı plandır. Oktyabr ayında isə Ermənistan parlamentində Paşinyana impiçment məsələsini qaldırmaq niyyəti var. Oktyabr ayı isə həm də Ermənistan arlamentində məlum terror aktının törədildiyi aydır. Paşinyan terrordan da sığortalanmayıb. Sülh imzalamağa hazır olan şəxsə qarşı qəsd halında uduzan bütövlükdə Ermənistan olacaq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Bu gün, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Bu gün, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Bu gün, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Bu gün, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Bu gün, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Bu gün, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Bu gün, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Bu gün, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Bu gün, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Bu gün, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Bu gün, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Bu gün, 11:00
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Bu gün, 10:55
Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Bu gün, 10:51
Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Bu gün, 10:46
“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Bu gün, 10:22
Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Bu gün, 10:19
“Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Bu gün, 10:07
Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Bu gün, 10:03
Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Bu gün, 10:01
10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:56
Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Bu gün, 09:52
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Bu gün, 09:49
Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Bu gün, 09:44
“Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:35
AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Xaçmazda Qarabağ Qazisi həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:20
Konqresdə anti-Azərbaycan isteriyası - Görünəni odur ki...
Bu gün, 09:11
Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Bu gün, 07:41
Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Bu gün, 07:38
Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Bu gün, 07:31
“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
"Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:56
Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Bu gün, 06:51
“Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Bu gün, 06:48
"Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Bu gün, 06:45
Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Bu gün, 06:41
Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Bu gün, 06:35
Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Bu gün, 06:30
“Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Bu gün, 06:28
İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi - “Reuters”
Bu gün, 06:23
"İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" - deputat
Bu gün, 06:18
Quru sərhədlərin açılması ilə bağlı mühüm anons - AKTUAL
Bu gün, 06:15
ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq - Tramp
Bu gün, 06:00
Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb - KİV
Bu gün, 05:55
Neftçilər Günü... - Müasir Azərbaycanın şanlı tarixi...
Bu gün, 00:13
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün, 00:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru