Azərbaycan Fransaya neft satışını bərpa edib .....                     Tramp həmin görüşdə Azərbaycandan danışdı .....                     “İçinizdə hürün, insanların inancına…” .....                     İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib .....                     Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... .....                     "Onlara “dur” deyən yoxdur..." .....                     Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı .....                     Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək .....                     Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb .....                     İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər .....                     Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır .....                     Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" .....                     ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir .....                     Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb .....                     Yetərsay çatmadı, bir qurumun 2 tenderi .....                     Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır .....                     “Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” .....                     Zaman ermənilərin əleyhinə işləyir .....                     Astarada başçıya söykənən ÖZBAŞINALIQ... .....                     Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? .....                     “Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI .....                     "İbrahim sazişləri" ilə nə etməli?.. .....                     Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... .....                     Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR .....                     Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək .....                     "Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" .....                     “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü .....                     “İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” .....                     Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları .....                     Rəsmən dilənçilik edirlər... .....                     Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü .....                     Ramin Quluzadəyə itki üz verib .....                     “Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb .....                     Ali təhsil bazarında BAHALAŞMA... .....                     40 ilin işçisinin başına belə oyun açdılar... .....                     Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? .....                     Azərbaycanı Xəzərdən gözləyən təhlükə .....                     “LC Waikiki”-in müştərisi narazılıq edir .....                     Əvvəlcə təmir etdilər, indi də bağlayırlar .....                 

Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 10:58 | Çap et

İran İsraillə 12 günlük müharibədən sonra ilk dəfə olaraq milli təhlükəsizlik sistemində dəyişiklik edib. “Yeni Müsavat”a görə bu da ölkənin siyasi strukturunda daxili qarşıdurmanı gücləndirib. Əli Laricaninin Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi hakimiyyət elitasına qayıdışı Xarici İşlər Nazirliyinin səlahiyyətlərinin azaldılacağı, o cümlədən “nüvə dosyesi”nin ona ötürüləcəyi ilə bağlı ciddi iddialara və spekulyasiyalara səbəb olub. Haqqın.az saytı yazır ki, Laricaninin qəfil yüksək siyasətə qayıtması prezident Məsud Pezeşkianın “islahatçı” komandası arasında hakimiyyətin yenidən bölüşdürülməsi uğrunda artan rəqabəti göstərir.

Laricaninin təyinatından dərhal sonra prezident Pezeşkianın yeni qurumun - Müdafiə Şurasının yaradılması qərarı gərginliyi artırıb. Bu addım şübhələrə səbəb olub, çünki İran Konstitusiyası prezidentə belə adda struktur yaratmaq hüququ vermir. Üstəlik, yeni şura Xamneyinin nəzarətində olan Ali Milli Təhlükəsizlik Şurasının funksiyalarını böyük ölçüdə təkrarlayır. Bəzi ekspertlərin fikrincə, Laricaninin siyasətə qayıtması ötən il başlayan prosesin davamıdır. İsraillə müharibənin nəticələri Qərblə danışıqlara hazır olan daha praqmatik fiqurların mövqeyini gücləndirdi.

Ehtimal olunur ki, Xamneyi keçmişdə amerikalılarla ortaq dil tapmaq bacarığı olan Laricaninin geri dönməsinə razılıq verib. Ölkəsində “İran Kennediləri” adlandırılan Laricani ailəsi parlamentdə, məhkəmə sistemində və diplomatiyada əsas klanlardan biri hesab olunur. Laricani qardaşları uğurlu evlilikləri və ali dini liderə tabe olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəyi sayəsində İranın siyasi elitasında möhkəm mövqe tutublar.

Xatırladaq ki, 2005-2007-ci illərdə Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb və Bağdadda ABŞ ilə nüvə danışıqlarına rəhbərlik edib.

Hazırda cəmiyyətdə müzakirə olunan əsas sual budur: onun təyinatı hansı nəticələrə gətirib çıxaracaq? Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsi Laricaniyə nüvə proqramı ilə bağlı Qərblə danışıqlar da daxil olmaqla, güclü təsir rıçaqları verir. Bir vaxtlar onun komandası Vaşinqtonla razılaşmaya yaxın idi.

Eyni zamanda Laricaninin təhlükəsizlik siyasətinin fundamental prinsiplərini dəyişdirməyə qadir olub-olmaması ilə bağlı şübhələr qalmaqdadır. Bəllidir ki, Əli Xamneyinin radikal kursu ölkəni çıxılmaz vəziyyətə gətirib. İran bir sıra mühüm mövqelərini itirib. Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalandıqdan sonra İran ABŞ-nin onun sərhədləri yaxınlığında nəqliyyat dəhlizinin formalaşdırılmasında iştirakına mane ola bilməyib.

Bundan əlavə, 86 yaşlı Əli Xamneyinin varisi ilə bağlı məsələ də getdikcə aktuallaşır. Hakim elitada yerini yenidən möhkəmlətməsi və nüfuzlu klana mənsub olması Laricaniyə bu mübarizədə iştirak etmək üçün ciddi imkanlar yaradır.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, əgər İran yaxın vaxtlarda Qərblə genişmiqyaslı danışıqlara başlamasa və daxili siyasətinə yenidən baxmasa, o zaman kadr dəyişiklikləri batan “Titanik”in göyərtəsində oturacaqların yenidən təşkilindən başqa bir şey qalmayacaq. Hər kəs İranla bərabər batacaq.

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, son günlər İranın hakimiyyət strukturlarında aparılan dəyişikliklərin nüvə danışıqları ilə çox əlaqəsi yoxdur: “Çünki danışıqlarda İranın mövqeyinə münasibətdə ali dini liderlə prezident arasında heç bir fikir ayrılığı görünmür. ABŞ-nin əsas tələbi ondan ibarətdir ki, İran uranı yalnız mülki məqsədlərlə istifadə eləsin və ölkə daxilində onu zənginləşdirməsin. Burada iki variant təklif olunur: ya zənginləşdirilmiş uran xaricdən alınsın, yaxud bölgədə uranı zənginləşdirmək üçün konsorsium yaradılsın. Bu konsorsiuma qonşu ərəb dövlətləri, ABŞ və MAQATE-nin daxil edilməsi təklif edilir. Nüvə danışıqlarında əsas fikir ayrılığı da ondan ibarətdir ki, həm dini lider, həm prezident hesab edir ki, uranın zənginləşdirilməsi İran dövlətinin qürur mənbəyidir. Elmin, sənayenin inkişafının göstəricisidir və İran ondan imtina eləmək fikrində deyil. Yəni əgər İrana qarşı növbəti müharibə başlasa, yenə də İran ölkə daxilində uranın zənginləşdirilməsindən imtina etməyəcək. Bundan əvvəlki danışıqlarda da əsas fikir ayrılığı uranın zənginləşdirilməsi ilə bağlı idi. Dəfələrlə İran Prezidenti Məsud Pezeşkian da bu barədə bəyanatlarla çıxış eləyib və qəti şəkildə deyib ki, uranın zənginləşdirilməsi ilə bağlı ABŞ-nin və Qətərin təklifi qəbul olunmayacaq. Bu səbəbdən hakimiyyət strukturlarında baş verən dəyişiklikləri də birbaşa nüvə danışıqları ilə əlaqələndirmək olmur”.

Onun sözlərinə görə, son günlər prezident Pezeşkianın fəaliyyəti, onun səsləndirdiyi bəyanatlar ölkənin dini liderinin yaxın ətrafının çıxışlarından kifayət qədər fərqlənir: “Görünür ki, bu, hakimiyyət dairələrində narahatlıq doğurub”.

Ekspert qeyd etdi ki, əsas fikir ayrılıqlarından biri Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında əldə olunmuş razılığa münasibət məsələsindədir: “Bu məsələdə dini liderin müşaviri Əli Əkbər Vilayəti çox kəskin mövqe tutdu. Ancaq ölkənin xarici işlər naziri və prezidenti bu mövqenin əksinə mövqe ortaya qoydular. Laricaninin məlum vəzifəyə gətirilməsi də bu fikir ayrılıqlarından doğan narahatlıqların nəticəsidir. Sanki Pezeşkianın qarşısına Laricanini çıxarırlar. Son ayların hadisələri dini liderlə prezident hakimiyyəti arasında müəyyən ziddiyyətlərin yarana biləcəyini ortaya qoydu. Görünür, bu cür halların qarşısını almaq üçün də bu addımlar atılır”.

Nüvə danışıqlarına gəldikdə isə A.Səmədov hesab edir ki, hələlik ABŞ ilə razılığa gəlməyin mümkün olacağına inam çox azdır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Bu gün, 12:58
Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Bu gün, 12:55
“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Bu gün, 12:51
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Bu gün, 12:47
Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Bu gün, 12:42
"Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 12:38
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:27
Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Bu gün, 12:24
İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Bu gün, 12:22
Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Bu gün, 12:14
Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Bu gün, 12:07
ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Bu gün, 11:58
Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Bu gün, 11:55
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:25
Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Bu gün, 11:21
“Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Bu gün, 11:17
Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Bu gün, 11:00
Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Bu gün, 10:55
"İbrahim sazişləri" ilə nə etməli?.. - İNCƏLƏMƏ
Bu gün, 10:50
Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... - AKTUAL
Bu gün, 10:41
Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Bu gün, 10:25
Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək
Bu gün, 10:22
"Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" - Xalq artistinin məzar daşı niyə qoyulmayıb?
Bu gün, 10:20
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü - FOTO
Bu gün, 10:18
“İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” - “Hraparak”
Bu gün, 10:15
Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57
Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36
Ramin Quluzadəyə itki üz verib
Bu gün, 09:13
“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri
Bu gün, 09:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:51
Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:46
40 ilin işçisinin başına belə oyun açdılar... - NHMT sədri İZAHAT İSTƏDİ
Bu gün, 08:43
Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? – Borcu 700 min manatı ötüb
Bu gün, 08:30
Azərbaycanı Xəzərdən gözləyən təhlükə - Bakıdan hazırlıq
Bu gün, 08:24
“LC Waikiki”-in müştərisi narazılıq edir - Şok faktlar üzə çıxdı
Bu gün, 07:26
Əvvəlcə təmir etdilər, indi də bağlayırlar - AXI NİYƏ?..
Bu gün, 07:14
İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır - GƏLİŞMƏ
Bu gün, 07:10
"Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" - ETİRAZ
Bu gün, 07:04
Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... - FAKT BUDUR!
Bu gün, 07:00
ABŞ-nin Kiyevin təhlükəsizliyinin təmin edilməsində iştirakı irəliləyişdir - Makron
Bu gün, 06:54
Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... - AKTUAL
Bu gün, 06:52
Rusiyanın münasibəti artıq düşmənçilikdir - FAZİL MUSTAFA NET DANIŞDI
Bu gün, 06:47
"Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..." - Dəlixanaya yerləşdirilən məşhur bəstəkar
Bu gün, 06:39
Zəngəzurda iki istiqamətdən hücum var – Paşinyan Bakıya kömək etməlidir
Bu gün, 06:35
Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:35
Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb - “Truth Sosial”
Bu gün, 02:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru