Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 25-27 avqust tarixlərində xarici ölkələrdə akkreditə olunmuş erməni səfirlərlə Sünik vilayətində illik toplantı keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
O, səfirlərə avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda razılığın əldə olunduğu Zəngəzur dəhlizi ("Tramp marşrutu") layihəsinin təfərrüatları barədə məlumat verəcək.
Qeyd olunur ki, xarici ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri də həmin günlərdə Sünikdə olacaqlar, onlar üçün "tanışlıq" səfərinin təşkili planlaşdırılır.