Elektrik enerjisi təsərrüfatının tikintisi və quraşdırılması üzrə ixtisaslaşmış “Smart Energy Services” şirkətinin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.
Məlumata görə, şirkətin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə nə az, nə çox - düz 597 314.24 manat yığılmış vergi borcu mövcuddur.
Dövlətin milyonlarla manat dəyərində onlarla layihəsinin icraçısı olan “Smart Energy Services” şirkətinin 600 minlik borcunu ödəyə bilməməsinin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, “Smart Energy Services” 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.