“Naxçıvan” və “Çeşməbasar” yarımstansiyalarının yenidən qurulması və Naxçıvan Enerji Baş İdarəsinin inşası ilə bağlı irimiqyaslı tenderin qalibi məlum olub.
FED.az xəbər verir ki, “Azərenerji” ASC tərəfindən həyata keçirilən satınalma nəticəsində qalib “Azconstruction” QSC (VÖEN: 1902376131) şirkəti seçilib.
Qalib şirkətlə “Azərenerji” ASC arasında bağlanan müqavilənin ümumi dəyəri 46.572.066,16 manat təşkil edir.
Qeyd edək ki, “Azconstruction” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Təranə Əliyeva Tahir qızıdır. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 187b ünvanında yerləşir.