323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? .....                     Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır .....                     Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik .....                     Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə .....                     55 qəpik qiymət, 5 qəpiklik xidmət .....                     Jurnalist Samir Əlinin anası vəfat etdi .....                     Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? .....                     Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır .....                     “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” .....                     “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” .....                     Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb .....                     “Buna görə razılıq vermirəm” .....                     Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU .....                     Ələsgər Məmmədli ilə bağlı qərar verildi .....                     Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” .....                     Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib .....                     Prezidentdən qəti mövqe: .....                     ABŞ Lukaşenkonu araqla razı saldı .....                     Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır .....                     Rus politoloqların isterikasının isti dövrü .....                     TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq .....                     “Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? .....                     Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR .....                     Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? .....                     Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı .....                     “O qədər şey vəd etdilər, heç nə olmadı” .....                     Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. .....                     Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... .....                     "Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" .....                     Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... .....                     Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək .....                     "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." .....                     Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! .....                     Rusiya ilə böyük müharibə anonsu .....                     Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU .....                     Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır .....                     İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb .....                     Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki .....                 

Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Tarix: Bu gün, 09:42 | Çap et

Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoluna çevrilən Xankəndi şəhəri iyulun 19-da mühüm beynəlxalq toplantıya ev sahibliyi edib. Həmin günü Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb.
Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir. Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda, beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir.
52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirən Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub.
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçıları ilə görüşü keçirilib. “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspun moderatorluğu ilə keçirilən görüşdə ölkə başçısı Forum iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, bir çox məsələlərə aydınlıq gətirib, mühüm əhəmiyyət daşıyan mesajlar verib.
Qeyd edilməlidir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi əhəmiyyətli dərəcədə artıb. Bu qələbə təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də beynəlxalq hüququn tətbiqinə dair praktik presedent yaratdı. Azərbaycanın siyasi iradəsi artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrildi.
Prezident İlham Əliyevin Forumdakı çıxışı ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı daxili sabitlik, çevik təhlükəsizlik yanaşması və strateji planlama əsasında formalaşan bir inkişaf modelindən bəhs etdi. Onun fikrincə, Azərbaycanın coğrafi mövqeyi risklərin erkən mərhələdə proqnozlaşdırılması və neytrallaşdırılmasında mühüm amildir.
Forum çərçivəsində Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji rolu da ön plana çəkildi. Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini möhkəmləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı qeyd etdi ki, Ermənistanın qeyri-konstruktiv yanaşması onu proseslərdən təcrid edə bilər. Bu isə regionda güc balansının getdikcə Azərbaycanın xeyrinə dəyişdiyini göstərir.
Forum çərçivəsində Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Azərbaycanın və Ermənistanın sülhə doğru atdığı addımların təşviqində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. O, ABŞ Prezidentinin Cənubi Qafqazdakı prosesləri diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdi.
Dövlət başçısı, həmçinin Rusiya ilə Avropa İttifaqı arasında yaranan qaz böhranına toxunaraq Azərbaycanın enerji siyasətinin siyasi alətə çevrilmədiyini, tamamilə kommersiya prinsipləri üzərində qurulduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycan heç vaxt Rusiya ilə rəqabətə can atmadı və qaz tədarükünü siyasi təzyiq vasitəsinə çevirmədi.
Forum zamanı Prezident AZAL təyyarəsinin qəzası ilə bağlı sualı cavablandıraraq bildirdi ki, bu hadisə ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi cavab verilmədi. Azərbaycan tərəfi hadisənin təfərrüatlarını bildiyini və təzminat məsələsinin açıq qalmasını ədalətsiz hesab etdiyini ifadə etdi.
Prezident, müsahibəsində həmçinin bildirib ki, bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir: “Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.
Azərbaycanın iqtisadi göstəriciləri də Forumda diqqətə çatdırıldı. Xarici borcun ÜDM-dəki payının cəmi 6,9% olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir. Bu sabitlik Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatlarla əlaqələrini gücləndirir, ona diplomatik manevr imkanları verir.
Beləliklə, III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan bir çox beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır. Ərazi bütövlüyümüzü Ali Baş Komandan kimi təmin edən İlham Əliyev Prezident kimi də ölkəmizi qlobal arenada lider mövqeyinə yüksəldib.
III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində fəal iştirakçıdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50
Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13
55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11
Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01
Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07
“Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57
Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52
“Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47
Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34
Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26
Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23
Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16
Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
Bu gün, 11:57
Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır - “Forbes”
Bu gün, 11:54
Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır
Bu gün, 11:52
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
Bu gün, 11:46
“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? - DOSYE
Bu gün, 11:43
Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı
Bu gün, 11:40
Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? - Bu mexanizm Bakıya sərf etmir
Bu gün, 11:36
Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 11:31
“O qədər şey vəd etdilər, heç nə olmadı” – Murad Arif həmkarlarına söz atdı
Bu gün, 11:28
Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. - AKTUAL
Bu gün, 11:27
Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
Bu gün, 11:21
"Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" - Analitikdən MÜHÜM açıqlama
Bu gün, 11:14
Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... - Görün, rəhbərlik nə edir...
Bu gün, 11:08
Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək
Bu gün, 10:48
"Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." - NARAZILIQ VAR...
Bu gün, 10:44
Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38
Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35
Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32
Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26
İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16
Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01
VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58
Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53
Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52
Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43
Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:42
Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... - FOTOFAKT
Bu gün, 09:29
Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq – TARİX
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru