"Son bir neçə ildə rus dili bölmələrindəki vəziyyət ciddi siqnaldır. Artıq rus bölmələrində dərs keçən müəllimlər azlıq təşkil edir".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli Azərbaycanda orta məktəblərdə fəaliyyət göstərən rus bölmələrindən danışarkən bildirdi.
"Problemlərə görə rus məktəbini uşaqlar üçün seçən valideynlərin sayı xeyli azalıb. Düşünürəm ki, bu, mərhələ-mərhələ sıradan çıxacaq. Rus bölmələrinə artıq maraq azalıb. Artıq rus dili insanların şüurunda travma yaradıb deyə münasibət dəyişir. Rus bölmələrində müəllim çatışmazlığı o vəziyyətə gətirib çıxaracaq ki, rus bölmələri bir neçə il ərzində məktəblərdə sıradan çıxacaq", - deyə müsahibimiz bildirdi.