Əsas Səhifə > Ana xəbər / Güney Press > "Rus dili insanların şüurunda travma yaradıb, rus bölmələri sıradan çıxacaq"
"Rus dili insanların şüurunda travma yaradıb, rus bölmələri sıradan çıxacaq"Bu gün, 06:47 |
"Son bir neçə ildə rus dili bölmələrindəki vəziyyət ciddi siqnaldır. Artıq rus bölmələrində dərs keçən müəllimlər azlıq təşkil edir". Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli Azərbaycanda orta məktəblərdə fəaliyyət göstərən rus bölmələrindən danışarkən bildirdi. "Problemlərə görə rus məktəbini uşaqlar üçün seçən valideynlərin sayı xeyli azalıb. Düşünürəm ki, bu, mərhələ-mərhələ sıradan çıxacaq. Rus bölmələrinə artıq maraq azalıb. Artıq rus dili insanların şüurunda travma yaradıb deyə münasibət dəyişir. Rus bölmələrində müəllim çatışmazlığı o vəziyyətə gətirib çıxaracaq ki, rus bölmələri bir neçə il ərzində məktəblərdə sıradan çıxacaq", - deyə müsahibimiz bildirdi. Geri qayıt |