Dövlət Məşğulluq Agentliyi tərəfindən müxtəlif xidmətlərin satın alınması məqsədilə 5 açıq tender elan edilib.
FED.az xəbər verir ki, tenderlərin ümumi ehtimal olunan dəyəri 802.953,71 AZN təşkil edir.
İlk tender “İnklüziv inkişaf platforması”nın təşkili xidmətinin satın alınmasına aiddir. Bu layihə üçün ayrılmış ehtimal olunan məbləğ 60.737,67 AZN-dir. İddiaçılar 121 AZN iştirak haqqı ödəməklə 23 iyul 2025-ci il, saat 17:00-a qədər təkliflərini təqdim edə bilərlər. Eyni tarixdə təklif zərfləri açılacaq.
İkinci tender lisenziyaların satın alınması ilə bağlıdır. Bu tenderin dəyəri 329.300,24 AZN-dir və iştirak haqqı 350 AZN müəyyən edilib. Təkliflərin qəbulu və açılışı 23 iyul 2025-ci ildə saat 17:00-da baş tutacaq.
Üçüncü layihə “Məktəbli Gənclərin İnkişafı” yay düşərgəsinin təşkili ilə bağlıdır. Sosial yönümlü bu layihənin ehtimal olunan qiyməti 190.411,88 AZN təşkil edir. Tenderdə iştirak üçün 250 AZN ödəniş tələb olunur. Təkliflərin təqdim olunması və açılışı 25 iyul 2025-ci ildə, saat 17:00-da həyata keçiriləcək.
Dördüncü tender “Peşə mentoru layihəsi” çərçivəsində xidmətlərin satın alınmasına həsr olunub. Bu layihənin dəyəri 166.664,38 AZN-dir. Eyni qaydada, iştirak haqqı 250 AZN-dir və sənədlərin təqdim olunması tarixi 25 iyul 2025-ci il, saat 17:00-dır. Əlaqələndirici şəxs bütün bu dörd tender üzrə eyni mütəxəssis – Tarxan Hüseynlidir. Onun əlaqə vasitələri:
Email: [email protected]
Telefon: +994 12 596 43 05
Beşinci və son tender isə ISO 9001:2015, ISO 37001:2016, ISO 10002:2018 beynəlxalq standartları üzrə sertifikasiya auditi xidmətlərinin satın alınması ilə bağlıdır. Ehtimal olunan məbləğ 55.839,54 AZN-dir. Bu tender üçün iştirak haqqı 112 AZN müəyyən edilib. Təkliflər 30 iyun 2025-ci il saat 11:00-a qədər təqdim olunmalı və eyni vaxtda zərflər açılmalıdır. Bu tender üzrə əlaqələndirici şəxs Satınalmalar və təminat sektorunun müdiri Toğrul Quliyevdir:
Email: [email protected]
Telefon: +994 50 990 09 10