"Bir neçə il əvvəl aldığım telefonda (İphone) İMEİ 2-ni aktiv etməyiblər. Gömrüyə müraciət edim..." "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində Asif adlı sosiual şəbəkə istifadəçisi ifadə edib.
Narazı vətəndaş daha sonra bunları bildirir: "Məlumatlarınız Texniki Dəstək şöbəsi tərəfindən yoxlanıldı, qeyd etdiyiniz mobil cihazın IMEI kodunun qeydiyyatı dövlət rüsumunun ödənilməsindən yayınmaqla digər mobil cihazın IMEI kodu ilə birləşdirilərək bir cihaz kimi aparılmışdır.
Bu halda tərəfimizdən IMEI kodun qeydiyyatının birləşdirilməsi mümkün deyil.
Belə geri dönüş edildi. Mağaza rəsmi mağazadır. Müraciət etdiyim zaman məsuliyyətdən boyun qaçırırlar. Nə kimi tədbir görmək olar?"
"DİA-AZ" qeyd edir ki, şikayətçi qeyd olunan problemi "Superfon" mağazasından telefon alması ilə yaşadığını da əlavə edib.