Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                     Ordun varsa... YURDUN VAR! .....                     ABŞ səfirliyi izahat verməlidir .....                 

“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Tarix: Bu gün, 10:03 | Çap et

Milli Məclisin son iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə deputatlara məlumat verən Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov təklif olunan dəyişikliklərin məzmununu açıqlayıb.

Müzakirələr zamanı çıxış edən komitə üzvü Siyavuş Novruzov ölkədə məktəbəqədər hazırlıq sahəsindəki problemlərə diqqət çəkib. Deputat qeyd edib ki, hər binanın aşağısında əlçatan və münasib qiymətli məktəbəqədər hazırlıq mərkəzləri yaradılmalıdır: “Əksər hallarda hər iki valideyn işləyir. İnsanlar uşaqlarını uzaq məsafəyə aparmaq və ya əlavə nəqliyyat xərci çəkmək məcburiyyətində qalırlar. Ona görə də mağaza və gözəllik salonlarının əvəzinə, yaşayış binalarının altında məktəbəqədər mərkəzlər açılmalıdır”.

Siyavuş Novruzov bəzi özəl məktəbəqədər mərkəzlərin tələb etdiyi yüksək qiymətləri də sərt şəkildə tənqid edib: “Hazırda elə özəl məktəbəqədər hazırlıq mərkəzləri var ki, aylıq 7000 manat pul istəyirlər. Mən elə bir mərkəz tanımıram ki, bu məbləğə uyğun təhsil versin. Azərbaycanda kim var ki, uşağına ayda 7000 manat versin? Üstəlik, hər evdə bir yox, iki uşaq ola bilər”.

Deputat belə mərkəzlərin fəaliyyətinə nəzarətin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

Bəs təhsil ekspertlərinin bu məsələyə mövqeyi necədir? Deputat Siyavuş Novruzov haqlıdırmı?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsilin əlçatanlığı və keyfiyyəti sahəsində mövcud vəziyyət struktur, sosial və iqtisadi problemlərlə yüklənib. Ölkədə uşaq bağçalarına və məktəbəqədər hazırlıq mərkəzlərinə olan tələbat hər il artsa da, təklifin bu artıma adekvat cavab verməməsi ailələrin həyatında ciddi çətinliklər yaradır:

“Xüsusilə şəhər mühitində, valideynlərin hər ikisinin işlədiyi ailələrdə uşaqların gündəlik qayğısı və təlimi üçün münasib, yaxın və keyfiyyətli alternativlərin azlığı onları ya qeyri-formal baxıcılara, ya da yüksək ödənişli özəl mərkəzlərə yönləndirir. Bu vəziyyət isə cəmiyyətin böyük bir hissəsi üçün həm sosial ədalətsizlik, həm də təhsil hüququnun pozulması ilə nəticələnir.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, məktəbəqədər təhsil uşağın fiziki və psixoloji inkişafı üçün ilkin əsasları formalaşdırmalı və onun sonrakı təhsil pillələrinə hazırlığını təmin etməlidir. Həmin qanunun 5.1-ci maddəsində isə vurğulanır ki, hər kəsin təhsil almaq hüququ vardır. Lakin bu hüququn təmin edilməsi yalnız nominal olaraq mövcuddur; praktikada bu hüquq məktəbəqədər mərhələdə bərabər şəkildə həyata keçirilmir. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına görə, məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı 274 min nəfər təşkil edir ki, bu da 0-6 yaş arası uşaqların cəmi 17 faizini əhatə edir. Bu göstərici ilə Azərbaycan həm Qafqaz regionu üzrə, həm də MDB ölkələri arasında son sıralarda yer alır. Gürcüstanda bu göstərici 37%, Qazaxıstanda isə 45%-dir. Avropa İttifaqı ölkələrində məktəbəqədər təhsilin əhatə dairəsi 85-98% arasında dəyişir.

Müasir dövrdə məktəbəqədər təhsil yalnız uşağın saxlanılması məqsədilə deyil, onun erkən yaşdan sosial, emosional və intellektual bacarıqlarının inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. UNESCO-nun 2021-ci il hesabatında qeyd olunur ki, məktəbəqədər təhsil alan uşaqlar ibtidai təhsil pilləsində daha yüksək göstəricilərə malik olur və sosial adaptasiya qabiliyyətləri yüksək olur. Azərbaycanda isə bu mərhələ əhali üçün ya əlçatmaz, ya da keyfiyyətsiz formatda təqdim olunur. Dövlət bağçalarının sayı və tutumu kifayət deyil, özəl bağçalar isə çox vaxt astronomik qiymətlərlə fəaliyyət göstərir. Siyavuş Novruzovun qeyd etdiyi kimi, bəzi özəl mərkəzlərdə təhsil haqları aylıq 7000 manata qədər yüksəlir. Halbuki 2024-cü il üçün orta aylıq əməkhaqqı ölkə üzrə 950 manat təşkil edir. Əgər bir ailədə iki uşaq varsa və hər ikisi məktəbəqədər mərkəzə gedirsə, bu, ailənin aylıq gəlirinin çoxunu udur və belə şəraitdə məktəbəqədər təhsilin əlçatanlığından danışmaq mümkün deyil.

Mənfi tərəflər təkcə iqtisadi deyil, eyni zamanda pedaqoji və hüquqi aspektləri də əhatə edir. Bir çox özəl bağçalarda müəllim heyəti qeyri-ixtisaslı şəxslərdən ibarətdir, proqramlar təlim və metodik göstərişlərə uyğun gəlmir, monitorinq və lisenziyalaşdırma mexanizmləri zəifdir. “Məktəbəqədər təhsil haqqında” Qanunun 10.2 maddəsində göstərilir ki, bu müəssisələr təhsil proqramlarına uyğun fəaliyyət göstərməli, ixtisaslı müəllimlərlə təchiz olunmalıdır. Lakin bu tələblərə əməl olunmadığı halda belə, inzibati və ya hüquqi mexanizmlərlə ciddi nəzarət həyata keçirilmir. Bu da uşaqların təhlükəsizliyini, rifahını və psixoloji durumunu təhlükəyə atır".

Ekspertin fikrincə, bu məsələ artıq parlament səviyyəsində və ictimai diskursda aktual müzakirə obyektinə çevrilib: “Bu sahədə dövlətin nəzarəti gücləndirməsi, müəyyən normativ dəyişikliklərə gedilməsi və bazara daha ədalətli tənzimləmə mexanizmlərinin tətbiqi mümkündür. Bir neçə şəhərdə pilot layihə olaraq dövlət-özəl tərəfdaşlığı ilə yaradılan məktəbəqədər mərkəzlər uğurlu nümunə sayıla bilər. Bundan başqa, məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirmək üçün dünya təcrübəsində tətbiq olunan "çoxmərtəbəli yaşayış komplekslərində sosial infrastrukturun məcburi tikintisi" prinsipi Azərbaycan şəhərsalma siyasətinə də daxil edilməlidir. Məsələn, Sinqapurda hər yeni binada uşaq bağçası sahəsi ayrılmadan inşa icazəsi verilmir. Yaponiyada isə məktəbəqədər təhsil müəssisələri əsasən bina komplekslərinin daxilində fəaliyyət göstərir və bu, ailələr üçün həm logistik, həm maliyyə, həm də təhlükəsizlik baxımından effektivdir".

K.Əsədov deyir ki, bu istiqamətdə dəyişəcək əsas məqam, dövlətin sosial siyasətində məktəbəqədər təhsilin prioritet səviyyəyə yüksəldilməsidir: “Bu, bir tərəfdən valideynlərin iş həyatına daha rahat adaptasiyasını təmin edəcək, digər tərəfdən isə cəmiyyətin gələcəyinə - uşaqların erkən yaşdan keyfiyyətli təhsil almasına zəmin yaradacaq. Dəyişməli olan isə hüquqi nəzarətin gücləndirilməsi, özəl sektorun qiymət siyasətinə sərt tənzimləyici mexanizmlərin tətbiqi və yeni tikililərdə məktəbəqədər təhsil müəssisələrinin yaradılmasının qanunla məcburi olmasıdır. Eyni zamanda dövlətin subsidiya və vauçer mexanizmi ilə aztəminatlı ailələrin uşaqlarının bu mərkəzlərə çıxışını təmin etməsi sosial ədalətin bərqərar olması üçün vacibdir”.

Kamran Əsədovun sözlərinə görə, deputat Siyavuş Novruzovun qaldırdığı məsələ sistemli yanaşma tələb edir: “Bu, sadəcə,bir binanın altında bağça açmaqla deyil, təhsil, sosial təminat, şəhərsalma və iqtisadiyyat sahələrinin koordinasiyalı şəkildə işləməsi ilə reallaşa bilər. Əgər bu sahədə köklü dəyişikliklər edilməzsə, həm təhsil keyfiyyəti, həm ailə rifahı, həm də sosial bərabərlik baxımından dərinləşən uçurumla qarşılaşmaq qaçılmaz olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40
Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru