Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                     Ordun varsa... YURDUN VAR! .....                     ABŞ səfirliyi izahat verməlidir .....                     “İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir .....                     160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... .....                     Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib .....                     Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu .....                     "Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" .....                     Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? .....                 

ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Tarix: Bu gün, 09:29 | Çap et

ABŞ-ın Bakıdakı Müstəqillik Günü qəbulu təxirə salınıb.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"27 iyun 2025-ci il cümə gününə planlaşdırılan ABŞ Müstəqillik Günü qəbulunun bölgədəki son hadisələrə görə təxirə salındığını təəssüflə bildiririk", - məlumatda qeyd edilib.

Belə ki, son günlərdə, xüsusilə İranın nüvə obyektlərinə endirilən hava zərbələri və ardınca ABŞ-nin regiondakı diplomatik nümayəndəliklərini təxliyə etməsi vəziyyətin nə qədər həssas olduğunu göstərir.

ABŞ bu hadisələrdən sonra təhlükəsizlik tədbirlərini sərtləşdirib, vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib. Ərbildəki konsulluğun boşaldılması, Bağdaddakı səfirliyin işçilərinin ölkədən çıxarılması da onu göstərir ki, Vaşinqton hər ehtimala qarşı hazır vəziyyətə keçib.

Təhlükəsizlik məsələləri yalnız Yaxın Şərqlə məhdudlaşmır. Azərbaycan kimi sabit və müttəfiq sayılan bir ölkədə də ABŞ-nin tədbirləri təxirə salması göstərir ki, Vaşinqton bu dəfə çox ehtiyatlı davranır. İndiki gərgin fon həm də belə bir sual doğurur:

ABŞ səfirlik tədbirini ləğv etməklə sadəcə ehtiyatlı davranır, yoxsa mümkün yeni qarşıdurmalara hazırlaşır? ABŞ-nin Bakıdakı səfirliyində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təkcə Azərbaycanın müsəlman ölkəsi olması ilə bağlıdır, yoxsa Vaşinqton daha genişmiqyaslı bir müharibənin başlanacağından ehtiyat edərək addımlarını indidən ölçüb-biçir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov ABŞ-nin Azərbaycana səfir təyin etməməsini, bu təyinatın uzanmasını və eyni zamanda Müstəqillik Günü qəbulunun təxirə salınması məsələsinin İran-İsrail arasında baş verən proseslərlə birbaşa əlaqəli olduğunu düşünmür:

"Hazırda ABŞ-də 4 iyul Müstəqillik Günü kimi qeyd olunur və Bakıda keçiriləcək rəsmi qəbul da bu münasibətlə 27 iyuna planlaşdırılmışdı. Lakin tədbirin təxirə salınmasına səbəb kimi bölgədəki son hadisələr göstərildi. Hesab edirəm ki, bu izah yetərli deyil.

Birincisi, İranla İsrail arasında yaşanan son 12 günlük qarşıdurma artıq başa çatıb. Tərəflər ABŞ-nin iştirakı ilə atəşkəsə nail oldular və hazırda nə İran tərəfindən, nə də İsrail tərəfindən qarşılıqlı hücumlar müşahidə olunmur.

İkincisi, hətta bu proseslər davam edirdi deyə fərz etsək belə, Azərbaycanda təkcə ABŞ-nin səfirliyi fəaliyyət göstərmir. Bir çox ölkələrin səfirlikləri var və hamısı da öz işini davam etdirir. Onlardan heç biri fəaliyyətini dayandırmayıb, tədbirini təxirə salmayıb. Yəni görünən budur ki, təhlükə varsa, o, təkcə ABŞ səfirliyi üçün keçərlidir, digər ölkələr üçün yox? ABŞ-nin bu iddiaları ziddiyyətlidir.

Əksinə, İranda vəziyyət gərginləşəndə bir çox ölkələr öz səfirlik və konsulluqlarını Azərbaycan ərazisinə köçürdü. Bu da onu göstərir ki, Azərbaycan təhlükəli məkan kimi deyil, əksinə, daha təhlükəsiz və sabit bir ölkə kimi qəbul olunur. Belə olan halda, ABŞ səfirliyinin tədbiri təxirə salması və bunu təhlükə ilə izah etməsi, ən azından gerçək vəziyyətlə uzlaşmır. Ola bilər ki, bölgədə hər zaman müəyyən təhlükələr ola bilər. Bu, istənilən region üçün keçərlidir. Amma bu o demək deyil ki, Azərbaycan ərazisində xüsusi bir təhlükə var və diplomatik tədbirlər buna görə ləğv edilməlidir.

Əgər doğrudan da belə bir təhlükə olsaydı, digər ölkələr də öz tədbirlərini dayandırar, vətəndaşlarına xəbərdarlıq edərdi. Amma belə bir hal müşahidə olunmur. Hazırda Bakıda hər hansı bir qeyri-adi, təhlükəli vəziyyət müşahidə etmirik. Diplomatik nümayəndələr sərbəst şəkildə hərəkət edir, tədbirlər keçirilir. Heç bir səfirlik təhlükə bəhanəsi ilə işini dayandırmayıb.

Düşünürəm ki, tədbirin təxirə salınması qərarının arxasında başqa səbəblər dayana bilər. ABŞ-nin İranla İsrail arasında baş verənlərə müdaxilə etməsi, sonradan tərəfləri sülhə çağırması, hərbi bazalara ehtimal olunan təhdidlər bunların heç birinin Azərbaycanla əlaqəsi yoxdur.

Çünki Azərbaycanın ərazisində ABŞ-nin hərbi bazası yoxdur və iki ölkə arasında münasibətlər də məlumdur - nə müttəfiq səviyyəsində, nə də düşmənlik şəraitindədir. Qeyd edim ki, əgər bu tədbir ləğv olunubsa, onun səbəblərini izah etmək Azərbaycan tərəfinin deyil, məhz tədbiri təşkil edən və son anda təxirə salan tərəfin borcudur. Onlar açıq şəkildə bildirməlidirlər ki, bu qərarın arxasında hansı real əsaslar dayanır.

Politoloq Tural İsmayılov isə bildirib ki, bölgədə gərginlik vardı və təbii ki, Cənubi Qafqaza yaxın regionda, İraqda Amerika bazalarının bombardman edilməsi bu vəziyyətə təsirsiz ötüşə bilməzdi:

"Bu baxımdan da, Müstəqillik Günü ilə bağlı qəbulun təxirə salınmasının birbaşa Amerikanın İrana hücumları ilə bağlı olduğunu düşünürəm. Amerika dünyanın bir çox ölkələrində səfirliklərdə təşkil etdiyi tədbirləri təxirə saldı və bu, genişmiqyaslı təhlükəsizlik yanaşmasının tərkib hissəsidir.

Digər bir tərəfdən, ABŞ-nin Azərbaycana səfir təyin etməməsi, Trampın yeni formalaşmış hakimiyyətinin konsul və diplomat təyinatına diqqətli yanaşmasının göstəricisidir.

Yəni bunun sırf Azərbaycana fokuslanmış özəl bir situasiya olduğunu düşünmürəm. Çünki doğrudan da, Trampın inaqurasiyasından sonra həm Azərbaycan, həm də ABŞ tərəfindən verilən qarşılıqlı mesajlarda, bəyanatlarda biz açıq şəkildə görürük ki, ABŞ Azərbaycanda əməkdaşlığa diqqət edir və bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı tərəf kimi iştirak etməyə çalışır.

Hazırda Vaşinqtonun daxili planlarının bilmirik və mən bunun daha çox prosedur xarakterli məsələ olduğunu düşünürəm. Yəni Amerikanın hələ də Azərbaycana səfir təyinatını gerçəkləşdirməməsi və burada müəyyən diplomatik prosesin uzanması Azərbaycana fokuslanmış bir problematik deyil".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40
Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22
24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19
'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15
"Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03
"Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
Gömrüyün itləri AC QALACAQ - Tender ləğv olundu
Bu gün, 06:54
Şəhriyar Laçınov dövlətə şərik gedir - BU DA FAKT...
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru