Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... .....                     Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb .....                     Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! .....                     Azərbaycan: qlobal xaosda stabillik simvolu .....                     21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib .....                     İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub .....                     İran buna görə gecə hücum edir .....                     Mobil Babayev vəfat etdi .....                     Fətullah Gülənin əmisi oğlu saxlanıldı .....                     Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi .....                     Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb .....                     SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? .....                     Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? .....                     Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? .....                     "Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" .....                     Vasif Talıbovun yaratdığı Fond .....                     İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir .....                     Vaşinqton Tehranla danışıqlara tələsir .....                     Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? .....                     "Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" .....                     “Traxtor”dan Trampa cavab: “Biz türklər...” .....                     "İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR .....                     İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? .....                     Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu .....                     “Ağsu Konserv-1” ASC səhmdarlarını .....                     ADY-nin İnfrastruktur Departamentində qalmaqal .....                     Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu .....                     Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil .....                     Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... .....                     "Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." .....                     Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər .....                     Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər .....                     Pasient Nigar Məmmədovanın səhvindən ölüb? .....                     "Orxan Mürsəlov mülkümü dağıtdırdı…" .....                     Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi .....                     Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... .....                     Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR .....                     DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək .....                     "Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" .....                     Şəhid ailəsi Prezidentdən kömək istədi .....                 

Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 06:37 | Çap et

Biz “kriptovalyuta” sözünü eşidəndə çoxlarının beynində dərhal belə obrazlar canlanır: varlı proqramçılar, sirli rəqəmsal cüzdanlar və nədənsə “heç bir səbəb olmadan” milyonçuya çevrilən adamlar. Bəziləri bu cür varlanmaq arzusuna düşür. Digərləri səssizcə qısqanır. Üçüncülər isə səmimi etiraf edir: “Mən bu işdən heç nə başa düşmürəm, amma artıq üç dəfə “investisiya et” deyib təklif ediblər”.

Gəlin məsələni aydınlaşdıraq – həddən artıq ağıllı sözlər və sadəlövhlük olmadan. Çünki bu rəqəmsal parlaqlığın arxasında da əsrlərdir sadəlövh adamları aldadan eyni köhnə sxemlər durur. Sadəcə indi bu fəndlər internetdə və “yüksək texnologiya” adı altında gizlənir.

Kriptovalyuta nədir – sadə dillə?

Kriptovalyuta – yalnız internetdə mövcud olan rəqəmsal puldur. Nə cibində sikkə var, nə də pulqabında kağız pul. Yalnız kodlar, kompüterlər və “blokçeyn” adlı xüsusi məlumat bazaları. Burada kimə nə qədər pul məxsus olduğu yazılır.

Təsəvvür edin ki, sən başqa ölkədəki dostuna pul göndərmək istəyirsən. Bank vasitəsilə gec olur, komissiya ilə və yaxşı halda 3 günə çatacaq. İndi isə təsəvvür et ki, sadəcə telefondan ona vəsait göndərirsən – vasitəçisiz, birbaşa, demək olar ki, anında və çox cüzi xərcə. Kriptovalyutanın məqsədi məhz budur.

Bu işin əsasında “blokçeyn” dayanır. Bu, böyük rəqəmsal mühasibat kitabıdır. Kim, nə qədər, hara göndərib – hamısı orada yazılır. Ən önəmlisi isə budur: bu kitab heç bir adamın və ya dövlətin nəzarətində deyil. O, eyni vaxtda dünyanın minlərlə kompüterində saxlanılır. Və buna görə saxtalaşdırmaq, silmək mümkün deyil. Hər şey şəffaf və ədalətlidir.

Kriptovalyuta ideyası 2008-ci ildəki maliyyə böhranından sonra yaranıb. O vaxt banklara etibar sarsılmışdı. İnsanlar öz pullarını vasitəçisiz və gizli komissiyasız idarə edə biləcəkləri vasitə istəyirdilər.

Çox gözəl səslənir. Bəs tələ nədədir?

Əgər hər şey belə ideal olsaydı, indi artıq çörəyimizi və kartofumuzu bitkoinlə alırdıq. Amma hələlik bundan əsasən həvəskarlar, investorlar və təəssüf ki, dələduzlar istifadə edir.

Birincisi – kriptovalyutanın qiyməti çox sərt dəyişə bilir. Bu gün on min, sabah yüz min, birigün yenə on min. Sanki təhlükəsizlik kəmərini taxmadan təhlükəli attraksionda dağa çıxırsan.

İkincisi – burada öz puluna görə yalnız sən cavabdehsən. Cüzdan parolunu itirdinsə, “şifrəni bərpa et” düyməsi yoxdur. Pul əbədi yoxa çıxır. Elə bil xəzinə tapıb, sonra itirmisən.

Və ən narahatedici məqam – kriptovalyuta müxtəlif maliyyə fırıldaqları üçün əla tələ olub.

Köhnə fırıldaqlar yeni sima ilə

Əvvəllər küçələrdə vərəqələr paylayıb “ayda 30% gəlir” vəd edənlər indi eyni şeyləri internetdə “inovativ startap”, “süni intellekt” və ya “eksklüziv kripto platforma” adı altında edirlər.

Vitrini gözəldir: bank saytı kimi səhifə, qrafiklərlə hesabatlar, “uğurlu investor” müsahibələri (çox vaxt freelancer aktyorlar). Sənə investisiya etməyi təklif edir, yüksək gəlir, təhlükəsizlik və bəzən “qarantiya” vəd edirlər.

Bəzən ilk ayda hətta bir az qazanc da göndərirlər – sən inanasan, dostlarını da çağırasan deyə. Sonra isə sayt bağlanır, dəstək susur, “kordinator”un nömrəsi isə yoxa çıxır.

Nəticədə - nə pul qalır, nə də nüfuz. Dostların da incik. Artıq reputasiyanız da bir qəpiyə dəymir.

İnanmaq istəmədiyimiz, amma bilməli olduğumuz hekayələr

Hekayət 1: Hər şey gözəl başlamışdı

Bir gənc oğlan “kripto investisiya fonduna” 500 dollar qoydu. İlk ay – hər şey əladır: pul gəlir, hesabatlar gəlir, Telegram qrupunda hamı sevinir. O da dostlarını çağırır. Onlar da başqalarını. Üç aydan sonra sayt yoxa çıxır. Qalan – ekran görüntüləri və vicdan əzabı.

Hekayət 2: İtirilmiş parol

Bir qadın “sadəcə yoxlamaq üçün” bir az “Ethereum” alır. Parolu kağıza yazır, amma evindən köçəndə o kağızı itirir. Bir ildən sonra qiymət 10 dəfə artır. Amma cüzdana giriş yoxdur. Pul var, amma çıxarmaq mümkün deyil. Elə bil bank seyfini açan açar vulkana düşüb.

Bəs yaxşı nümunələr də varmı?

Var. Əgər ağılla yanaşsan. Məsələn, xaricdə yaşayanlar yaxınlarına pul göndərəndə artıq daha çox kriptovalyutadan istifadə edirlər. Sürətli, ucuz və bürokratiyasız.

Bəzi rəssamlar isə öz rəqəmsal əsərlərini NFT şəklində satırşlar. Bəli, bəzən bu qəribə görünə bilər (“internetdəki şəkil min dollara?!”). Amma bu da artıq yeni rəqəmsal mədəniyyətinin bir hissəsidir.

Yəni, kriptovalyuta təkcə pul deyil. O, həm də yeni ünsiyyət, yaradıcılıq və biznes formaları üçün texnologiyadır.

Kriptovalyuta sadəcə alətdir. Məsələn, çəkic kimi: istifadə qaydası və məqsədindən asılıdır.

Əgər sınamaq istəyirsənsə, kiçikdən başla. Araşdır, güclü parol qoy və sənə “bir həftəyə sərmayəni ikiqat artıracağıq” deyənlərə inanma. Burada “SMS-lə parolu bərpa et” funksiyası yoxdur.

Əlavə: Daha nələri bilmək lazımdır?

Ethereum – Bitkoinlə müqayisədə ikinci ən populyar kriptovalyutadır. Amma fərqi ondadır ki, Ethereum təkcə rəqəmsal pul deyil. Bu platforma “ağıllı müqavilə” və vasitəçisiz rəqəmsal tətbiqlər yaratmağa imkan verir.

Token – blokçeyndə kimə nə məxsus olduğunu göstərən rəqəmsal vahiddir. Məsələn, token dolların ekvivalentinə (stablecoin) və ya layihədə iştirak hüququna çevrilə bilər.

NFT (Non-Fungible Token) – yeganə və unikal tokendır. Rəqəmsal şəkil, musiqi treki və ya oyundakı predmet ola bilər.

Texnologiyanı necə dələduzluqdan ayırmaq olar?

Sizi maarifləndirmək yox, aldadıb pulunuzu almaq istədiklərini göstərən sadə əlamətlər:

  1. Yüksək gəlir vədi verənlərə inanma. Hər kəs bilir: gəlir varsa – risk də var. Ayda 20% vəd edirlərsə – bu, sərmayə deyil, tələdir.
  2. Pulun necə qazanıldığını izah edə bilmirlərsə, qaç. Normal biznesdə hər şey sadə dillə başa salına bilər.
  3. “Dostunu dəvət et – bonus qazan” deyirlərsə, bu artıq piramidadır. Nə qədər adam çağırsan, çöküş bir o qədər yaxınlaşır.
  4. Hər şey həddindən artıq cazibədardırsa – diqqətli ol. Parlaq saytlar, bahalı saatlar, “ekspert” müsahibələri – amma ortada ciddi sənəd yoxdur. Bu, tamaşadır. Və sənə öz pulunla bilet almağı təklif edirlər.

Nəticə:

Kriptovalyuta – nə şeytandır, nə də möcüzə. Bu, alətdir. Necə ki, internet və ya bıçaq: məktub da yazmaq olar, əlin də kəsilə bilər. Azadlıq verir – amma məsuliyyət də tələb edir. Ən əsası isə “asan pul” vədi ilə gələnlərə inanmaq olmaz. Çünki həyatda, xüsusən maliyyə işlərində, asan qazanc – adətən ağır nəticələrə gətirir.

Yadda saxla: ümid investisiya strategiyası deyil. Sağlam düşüncə və bir az skeptiklik - bu rəqəmsal möcüzələr və köhnə tələlər dünyasında sənin ən yaxşı müdafiəndir.

Fuad Rəsulov - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... - BU NƏDİ BELƏ?
Bu gün, 11:04
Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb – Minimum əməkhaqqından aşağı düşüb
Bu gün, 11:01
Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! - FOTOFAKT!
Bu gün, 11:00
Azərbaycan: qlobal xaosda stabillik simvolu - FAKT BUDUR!
Bu gün, 10:55
21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib - SİYAHI
Bu gün, 10:53
İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 10:52
İran buna görə gecə hücum edir - Səbəbi açıqlandı
Bu gün, 10:41
Mobil Babayev vəfat etdi
Bu gün, 10:39
Fətullah Gülənin əmisi oğlu saxlanıldı
Bu gün, 10:37
Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi - "Ricamız ondan ibarətdir ki..."
Bu gün, 10:24
Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 10:21
SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? - İTTİHAM VAR...
Bu gün, 10:14
Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? - görünəni odur ki...
Bu gün, 10:05
"Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" - NARAZILIQ VAR...
Bu gün, 10:00
Vasif Talıbovun yaratdığı Fond LƏĞV EDİLDİ
Bu gün, 09:57
İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir - CNN
Bu gün, 09:53
Vaşinqton Tehranla danışıqlara tələsir - “The New York Times”
Bu gün, 09:33
Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? - NƏ ETMƏLİ?
Bu gün, 09:22
"Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" - deputat
Bu gün, 09:21
“Traxtor”dan Trampa cavab: “Biz türklər...” - Tehranda 15 milyona yaxın insan yaşayır...
Bu gün, 09:15
"İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR - DETALLAR
Bu gün, 09:13
İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? - İNCƏLƏMƏ
Bu gün, 09:12
Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu - REPORTAJ
Bu gün, 09:05
“Ağsu Konserv-1” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:00
ADY-nin İnfrastruktur Departamentində qalmaqal - Xanım əməkdaşın səhhəti pisləşdi.
Bu gün, 08:56
Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu - "... sizdən üzr istəyirik"
Bu gün, 08:48
Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil - ÇÜNKİ...
Bu gün, 08:43
Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... - AKTUAL
Bu gün, 08:38
"Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." - NHM-dən İLGİNC HESABAT
Bu gün, 08:36
Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər - İrandan isə...
Bu gün, 07:25
Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər - AÇIQLAMA
Bu gün, 07:21
Pasient Nigar Məmmədovanın səhvindən ölüb? - TƏFƏRRÜAT
Bu gün, 07:14
"Orxan Mürsəlov mülkümü dağıtdırdı…" - Gədəbəydə ÖZBAŞINALIQ
Bu gün, 07:10
Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi - MƏMUR İMİŞ...
Bu gün, 07:07
Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... - İTTİHAM VAR...
Bu gün, 07:01
Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR - DİQQƏT
Bu gün, 06:55
DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək - ÇAĞIRIŞ
Bu gün, 06:53
"Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" - partiya sədri
Bu gün, 06:50
Şəhid ailəsi Prezidentdən kömək istədi - "...ödəyə bilmirəm"
Bu gün, 06:47
Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? - NƏ BAŞ VERİR?
Bu gün, 06:37
Yüksələn neft qiyməti: Bəs nə vaxta qədər? - AKTUAL
Bu gün, 06:34
Sertifikasiyadan kəsilən müəllimlər repetitora çevrilir? - ARAŞDIRMA
Bu gün, 06:31
"Uşaqlarıma təhsil belə, verə bilmirəm" - MÜRACİƏT
Bu gün, 06:29
Sosial yardımı kəsmək üçün əcaib bəhanə - BU NƏDİ BELƏ?
Bu gün, 06:26
Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana gəldi
Bu gün, 06:23
Üç ölkə üçün fəlakət ssenarisi: Azərbaycan da var – “Hazır olun!”
Bu gün, 06:20
Tramp komandasına təcili İran rəsmiləri ilə görüşməyi tapşırıb
Bu gün, 06:11
Erməni kilsəsi yenə Paşinyana meydan oxudu - GƏLİŞMƏ
Bu gün, 06:10
ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq - Amerika müharibəyə qoşuldu
Bu gün, 06:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru