Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                 

Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... - İTTİHAM VAR...
Tarix: 17-06-2025, 07:01 | Çap et

Prezidnt İlham Əliyev jurnalistlərlə görüşündə deyib: “...cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm, daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət eləyin... İctimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcək...

Media nümayəndələrinin bu sahədə çox rolu var. Və deyə bilərəm ki, mən bəzi hallarda xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir... Məlumaların mütləq əksəriyyəti təsdiqllənir və dərhal ölçü götürülür. Ona görə, dövlət məmurları da bilməlidirlər ki, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir...”.

Ölkə başçısının məlum çıxışı fonunda sizə Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifova etdiyim sorğular zamanı səsləndirdiyi cavabları - təhsilə, qanunlara və müəllimə qarşı olan münasibətləri təqdim edirəm. Direktorun bu cür hərəkətləri hansı qanunda yazılıb? Kim ona bu qədər səlahiyyət verib? Nəyin müqabilində bu cür sərbəst hərəkət edə bilir?

Bütün bu məlumatlarla onun Prezidentin göstərişlərinə məhəl qoymamasının, müəllimin - vətəndaşın hüquqlarını tapdalamasının, qanunların ona heç də vacib, gərəkli olmadığının, təhsili necə, hansı üsullarla idarə etməsinin şahidi olacaqsınınz.

Bu şəxs unudub ki, direktor öz fəaliyyətini aşkarlıq (qanunları gizlətməklə deyil...), demokratiklik, ədalətlilik, qərəzsizlik, vicdanlılıq, peşəkarlıq və sadiqlik prinsipləri əsasında qurur və qəbul etdiyi qərarların müvafiq normativ hüquqi aktlara uyğun olmasına məsuliyyət daşıyır...

Xatırladım ki, dəfələrlə şəxsən qanunlara əməl etməsinə çağırış etsəm də, qanunları pozmasını nəzərinə çatdırsam da, müraciətimə məhəl qoymamış, əməllərini davam etdirmişdir...

Mənə olan münasibətin əsl səbəbi kollecin tədris işləri üzrə direktor müavini Sevinc Abdurrahmanovanın səsini dinlədikdən və direktor Sərdar Şərifovun cavablarından sonra məlum olacaq.

Tədris İşləri üzrə direktor müavini Sevinc Abdurrahmanovanın müəllimdən (məndən) istədiyi məbləği ala bilmədiyi üçün narazı qalması da diqqət çəkməyə bilməz... (SƏS. 1.Yoxlama... kömək elə) Gileyini, narazılığını arxayın, sərbəst ifadə etməsi səlahiyyətlərini necə aşmasından xəbər verir. Məgər onlara məlum deyil ki, təhsil müəssisəsində bu cür özbaşınalıqlara yol verilə bilməz?! Ona bu göstərişi verən, icra etdirən və icra edən - hər iki şəxs hansı məssuliyyət daşıdıqlarını bilmir?! Biabırçı haldır ki, müəllim adını daşıyan, işlədiyi təhsil müəssisəsində vəzifə tutan şəxs səlahiyyətinə aid işlərlə məşğul olmaq əvəzinə, görün hansı əməllərə əl atırlar, təhsilə necə zərbə vururlar. Sanki qanunların bunlara heç bir aidiyyatı yoxdur.

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov necə cəsarətlə, qorxmadan, arxayıncasına (HÜNƏRİNİ) günahını dili ilə təsdiqləyir... Fərasətini, cəsarətini nümayiş etdirir... Vəzifə kürsüsünə güvənərək kimlərə şərait yaratdığından qürurla danışır. (2-ci səs) Bu cinayət deyil?..

... Söz yox, bu əməllərə qarşı qanunların öz cavabı var...

Bu vəziyyətin daha dəqiq araşdırılması üçün tələbələr arasında anonim sorğular keçirməklə, müəyyən məlumatlar əldə etmək olar...

Burada da iddia deyil, canlı fakt danışır. Direktorun bu vəzifəyə təyin olunduğu vaxtdan indiki dövrə qədər olan fəaliyyəti araşdırılmalıdır... Təhsil müəssisəsində olan bu cür özbaşınalıqların məlum səbəbkarlarının digər əməlləri, təhsilin idarə olunmasında etdikləri nöqsanlar üzə çıxarılmalı, fəsadlar müəyyən olunmalıdır.

Direktordan mənə yazılan əlavənin digərlərindən niyə az yazıldığını soruşanda səsləndirdiyi cavablar: (“Kim ayrı-seçkilik salır?”, “Bərabər yazılanda nə olur” sualına verdiyi cavab: “pul az idi” (SƏS. 3. Gələn dəfə o biriləri az alacaq). Daha sonra “məktəbdə olan xərclərdən xəbərin var” sualını verir. Sualına, sualla cavab verirəm: “nə barədə xərc”? Cavab: “işıq pulu, cibimdən verirəm”... “Dövlət heç nə ayırmır” sualına verdiyi cavab: “çoxdan işlədib...”

Bu nə cavabdı? Bu cür “rəngarəng” cavablarla direktorun özünü təmizə çıxarmaq cəhdi... Çıxış yolunu mənim pulumu az yazmaqda tapmısan? Bu cür özbaşınalığı etməyə kim səlahiyyət verib?

Dövlət tərəfindən maliyyələşən təhsil müəssisəsində oturub, işlətdiyi ifadə: “İşıq pulunu cibimdən verirəm...”. Görəsən, Sərdar Şərifovun cibi haradan MALİYYƏLƏŞİR? Bu sehrli cibə necə sahib olub? Sərdar Şərifov belə deyir, bəs qanunlar?

Goründüyü kimi, dövlət qanunlarının Sərdar Şərifova heç bir aidiyyəti yoxdur, onun öz iş üsulu var...

Digər bir sual və cavab. Pulun nə qədər yazıldığını soruşur, “53 manat” cavabını alır… Və “naşükür olmamağa” çağırır.

Vəzifəsindən faydalanan, özünə hər cür şərait yaradan, direktor müəllimin maaşına göz dikməkdən utanmaq, xəcalət çəkmək əvəzinə, “naşükürlük etməməyə” çağırır... Yəni “mən nə istəsəm edə bilərəm, sən sus, naşükür olma”... “Mən vəzifədə ola bilərəm, özümə güzaran qura biləram, mən rahat firavan yaşaya bilərəm, sən ehtiyac içində sürünsən də olar”,- demək istəyir yəqin... Vəzifənin gücünə arxalanıb, göstəriş verir.

Bu, özbaşınalığın bariz nümunəsi deyilmi?. Müəllimin zəhmət haqqına sahib çıxıb, verdiyi hökmə baxın!..

Məlumat üçün deyim ki, qanuna əsasən, kolleclərdə çalışan pedaqoji işçilərin dərs saatları 1,5 stavka əsas, 0,5 saat isə saathesabı nəzərdə tutulub. Lakin Sərdar Şərifov qüvvədə olan qanunlara məhəl qoymadan, 0,5 saatımı heç bir əsas göstərə bilmədiyi halda kəsdi. Nəticədə o zamandan artırılan maaşların mənə heç bir faydası olmadı. Yəni 0,5 stavka dərs saatım kəsildiyi üçün, cənab Prezidentin sərəncamına əsasən həyata keçirilən maaş artımlarının təsiri olmadı. Çünki bir yandan maaş artdı, digər tərəfdən dərs saatlarım kəsildi. Rəhbərlik tərəfindən mənə vurulan zərbə nəticəsində həmin saatlardan təqaüd fonduna köçürüləcək məbləğlər itirildi.

Sevinc Abdurrahmanovanın “yoxlama” adına məndən almaq istədiyi məbləği verməkdən imtina etməyim nəticəsində əllərinə düşən fürsət onlara təkan verdi, pillə-pillə mənə qarşı təsir göstərməyə başladılar, əvvəl əlavə pulu az yazdılar, sonra dərs saatlarımı kəsdilər. Nəhayət, yaş bəhanəsi ilə işdən azad etdilər. Yenə də mənə dövlətin verdiyi hüquqlarımdan istifadə etməyə imkan vermədilər... Bu məqamdan da “faydalana” bildilər... Təqaüd yaşının çatmasının səhəri günü işimə xitam verməsi fərasəti nədən xəbər verir? Qanunların verdiyi bütün imkanlardan maksimum yararlanmaq lazımdır. Ən azı bu gün mediada müzakirə mövzusu olan “yaş məsələsi” ilə əlaqədar səsləndirilən fikirlərə diqqət yetirmək, bəhrələnmək daha qiymətli olardı...

Təəssüflər olsun ki, neçə illərdir qüvvədə olan qanunlara məhəl qoymayan, dərs saatlarımı kəsən, hüquqlarımı pozmaqla dövlətin qanunlarına göz yuman direktorun bu yerdə “gözü açıldı”, qanunu əlində bayraq etdi, iş fəaliyyətimə (17.01.2025) xitam verdi... Hətta 22.01.2025-ci il tarixində mənim tələbələrimin imtahanında iştirakıma maneə yaratmağa çalışdılar. Diqqət edin, hətta semestri başa vurmağa belə imkan vermədilər...

Bu addımları o şəxsə qarşı atdılar ki, (direktor Sərdar Şərifovdan fərqli olaraq...) tədris etdiyi ixtisasın proqramını tərtib edib, bu ixtisas üzrə neçə-neçə gənc kadrların yetişdirilməsində xidmətləri olub, uzun illərin təcrübəsi əsasında iki cildlik dərs vəsaitini hazırlayıb çapa təqdim edib...

Xatırladım ki, hazırladığım dərs vəsaiti çap üçün yığılma mərhələsindədir. Digər iki dərs vəsaitim də tədris üçün vacib və əhəmiyyətlidir. Hər iki vasait tədris olunan fənnin daha mükəmməl tədrisi üçün əhəmiyyətli olacaq, vasait çatışmazlığından olan boşluğu aradan qaldıracaq, ehtiyacı ödəyəcək, tədrisimizə layiqli töhfə olacaq.

Bütün bu dediklərimin davamı olaraq bildirirəm ki, direktorun “səyi” nəticəsində mənə dəyən ziyan, vurulmuş maddi və mənəvi zərərin, diqqətdən yayınmaması üçün lazımi məlumatları bir daha xatırladıram. Ümid edirəm ki, təqdim etdiyim faktlar lazımi qurumlara catacaq, əməli işlər görüləcək. Nəticədə dəymiş ziyanın, vurulmuş zərərin əvəzi olaraq qanuni yolla təzminatı mümkün olacaq.

Digər tərəfdən, uzunmüddətli səmərəli pedaqoji fəaliyyətim nəzərə alınaraq, ölkəmizdə qüvvədə olan qanunvericiliyə əsasən təcrübəli və yüksək iş qabiliyyəti olan kadr kimi, uzunmüddətli səmərəli pedaqoji fəaliyyətim nəzərə alınaraq, (diferensial yanaşma) əmək fəaliyyətimin daha 5 il davam etdirilməsi mümkün olacaq...

Nəhayət, aidiyyatı qurumlar vəziyyətin ciddi olduğunu nəzərə alaraq araşdırmalara başlayacaq, eyni zamanda mənim pozulmuş hüquqlarımın bərpası təmin olunacaq...

Ən başlıcası isə təhsildə olan bu cür neqativ halların qarşısı alınacaq, kollecdə şəffav mühit yaradılacaq. Kollec təhsilə, təhsil millətin gələcəyinə xidmət edəcək.

İlham SALMANOV: Pedaqoq

Yenixeber.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru