"Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                 

“ƏLİ KƏRİMLİ VƏ İSA QƏMBƏR GƏLSİNLƏR, ÇIXAQ DEBATA”
Tarix: 1-11-2011, 16:45 | Çap et
“ƏLİ KƏRİMLİ VƏ İSA QƏMBƏR GƏLSİNLƏR, ÇIXAQ DEBATA”

YAP-ÇI DEPUTAT MEYDAN SULAYIR

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsi

- Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Azərbaycanın müxalifət partiyalarına aksiya keçirmək üçün təklif olunan yerlərdən Səbail rayonunun ərazisində yerləşən 6 saylı sürücülük məktəbinin həyətindəki meydança təmir edilib. Lakin müxalifət partiyalarının nümayəndələri həmin yerdə aksiya keçirmək fikrində olmadıqlarını bildiriblər. Buna münasibətiniz necədir?
- Ümumiyyətlə, Azərbaycanda “Sərbəst toplaşma azadlığı haqqında” qanuna uyğun olaraq paytaxtın rayonlarının hər birində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi tədbirlər, aksiyalar keçirmək üçün müvafiq yer ayılıb ki, insanların sərbəst toplaşma azadlığı təmin olunsun. Bu baxımdan, istər Səbail rayonunda, istər Yasamal rayonunda, həmçinin paytaxtın digər rayonlarının hər birində müvafiq yerlər var. Bakı Şəhər İcra Hakimiyyəti bu yerləri müəyyənləşdirərkən məsələyə bir neçə aspektdən yanaşıb. Birincisi, aksiyalar zamanı digər vətəndaşların hüquqları pozulmamalıdır. Birinin istirahət, başqasının işləmək hüququ var. Siyasi hüquqlar haqqında beynəlxalq Paktda da göstərilib ki, hüquqlar o vaxt məhdudlaşdırılır ki, başqasının hüquqları pozulur. Bu baxımdan, hər hansı bir partiya müraciət etdikdə, müvafiq icra hakimiyyəti hamının hüquqlarının qorunması prinsipini əsas götürür. İkincisi, hazırda dünyada təhlükəsizlik sistemi ən vacib şərtlərdən biridir. Müvafiq icra hakimiyyəti kimliyindən, partiya mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın təhlükəsizliyinin qorunmasına cavabdehlik daşıyır. Bu baxımdan bildirilir ki, filan yerdə sizin təhlükəsizliyinizə təminat verirəm. Digər yerlərdə isə təhlükəsizlik təminatı verilmir. Çünki orada vətəndaşların, nəqliyyatın hərəkəti var və s. Üçüncüsü, aksiyanın harada keçirilməsi əsas deyil. Əsas mahiyyət etirazın, aksiyanın özüdür. Nəyəsə etiraz edirsənsə, harada keçirirsən keçir, lap get Ərdəbildə keçir. Ora 300 nəfər də yığsan da, tirajı minlərlə ölçülən qəzetlər, milyonlarla izləyicisi olan televiziyalar və digər KİV-lər həmin aksiyanı oxucuların, tamaşaçıların, yəni çoxlu sayda insanların diqqətinə çatdıracaq, onları xəbərdar edəcək. Nəticə odur ki, məlum partiyalar aksiya keçirmək yox, aranı qatmaq, qarşıdurma yaratmaq, Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq niyyətindədir. Məlumdur ki, həmin insanlara maliyyə ayıraraq bu səpkidə tapşırıqlar verirlər. Bunlar da həmin maliyyəni ört-basdır eləməkdən ötrü “meydan axtarışı”, “meydan davası” aparırlar. Axı onlar aksiya keçirmək üçün ayrılmış yerə yığışsalar, görünəcək ki, 10, ya 100, lap 200 adamdırlar. Amma “Fəvvarələr meydanı”na yığışmış adamları maliyyə ayırmış adamlar da saya bilməyəcək. Çünki orada adam daim çox olur, kimisi istirahət edir, kimisi yoldan keçir, kimisi kitab oxuyur və s. Yaxud, hazırda “Gənclik” metrosunun yaxınlığında 5 min adam var. Hərəsi bir işlə məşğuldur, biri uşağını gəzməyə gətirib, başqası alış-veriş edir, biri adam gözləyir... İndi ora 10-15 nəfər gətir, şəkil çəkdir, hay-küy sal ki, minlərlə adam yığmışam, qoymurlar aksiya keçirməyə... Əsas məqsədləri sosial bazasının, elektoratının olmamasını ört-basdır etməkdir. Mən dəfələrlə onların aksiya adlandırdıqları yığıncaqları müşahidə eləmişəm. 5-6 nəfər yığışır, oradan keçən adamların fonunda şəkil çəkdirirlər ki, guya çoxdurlar. Adlarını desinlər həmin aksiya iştirakçılarının, saysınlar, görək 10-15-dən çox olacaqmı? Hər dəfə qəzetdə adlarını verirlər, eyni adamlardır. Sayları nə qədərdir ki? Lap olsun 50 nəfər! Həmin adamlar da ətraflarındakı adamların qohum-əqrəbaları, partiya rəhbərlərinin övladları və bir də öz qəzetlərinin jurnalistləridir. Əslində jurnalist müstəqil olmalıdır. Köşə yazarı gəlib aksiyada şüar qışqırır. Polis də saxlayanda deyir ki, mən jurnalistəm. Jurnalistsən, get jurnalist fəaliyyətinlə məşğul ol. Daha gedib çığır-bağır salma. Təbii ki, jurnalistlərin özlərinin də etiraz aksiyası keçirmək hüququ var, bu, tamam başqa şeydir. Amma hansısa siyasi qrupun tədbirində sən öz peşə fəaliyyətindən istifadə edərək antixalq, antimillət hərəkətlərinə yol verirsənsə, sonra da jurnalist adı altında maskalanmaq istəyirsənsə, bu, yolverilməzdir.

- Siz açıqlama verərək bildirdiniz ki, “müxalifət liderlərini teledebatlara çağırmağım barədə bəyanata heç bir müxalifət liderindən cavab gəlməyib”. Artıq müxalifət nümayəndələri, konkret olaraq AXCP sədrinin müavini Nurəddin Məmmədli buna münasibət açıqlayıb. Onun açıqlamasından xəbəriniz varmı?

- Bəli. Bilirsiniz, əvvəla bir daha təkrarlayıram ki, mən müxalifət liderlərini debata çağırsam da, onların heç biri debata gəlmədi. Bizim Etibar Məmmədovla ANS TV-də maraqlı bir debatımız oldu. Mövzu siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi idi. Debatda iştirak etməyə elə bir şəxsin hüququ olmalıdır ki, o adam Azərbaycanın ictimai-siyasi həyatında müəyyən rol oynayıb, tanınır və onun dediyi hər hansı bir söz ictimaiyyət tərəfindən qəbul olunur. Nurəddin Məmmədlinin 70-ə yaxın yaşı var, 6 partiya dəyişib. Amma bu adam hələ də axtarışdadır. ADP-də oldu, oradan çıxıb Rəsul Quliyevin müdafiəçisinə çevrildi, sonra o partiya iki yerə parçalandı, Nurəddin Məmmədli həmin qanadlardan birində təmsil olundu. Bir az Müsavatda fırlandı, sonra AXCP-yə keçdi. İndi də yapışıb İP-in ucundan. Bu adamın 70 yaşı var. Hələ də axtarışdadır. Ola bilər ki, sabah Ana Vətən Partiyasında, ya başqa partiyada olsun. Bir adam 70 yaşına qədər hələ özü üçün bir yol müəyyənləşdirə bilməyibsə, debata çıxıb hansı fikirləri söyləyə bilər?! Vaxtilə debatlarda həmin Nurəddin Məmmədli mənə sübut etmək istəyirdi ki, yarım ilə Rəsul Quliyev hakimiyyətə gəlir, 6 aydan sonra ADP gəlir, nə bilim filan şey olacaq. Gündə bir mövqe dəyişən, bu yaşacan ortaya yüz cür mövqe qoyan adamla nə debata çıxmaq, nə danışmaq olar? Ola bilsin ki, o, elm sahəsində alimdir, amma siyasətdə piyadadır.

- Sizin debatla bağlı çağırışınız qüvvədə qalırmı?
- Mənim çağırışımda əsas istiqamət odur ki, Əli Kərimli və ya İsa Qəmbər gəlsin, çıxaq debata, onlarla istənilən mövzu ətrafında danışmağa hazıram. Yoxsa onların yan-yörəsindəki adamlarla danışmağa ehtiyac da yoxdur. Dünənə qədər Milli Məclisdə Pənah Hüseynin köməkçisi olan biri indi gəlib İsa Qəmbərin müavini olub. Pənah Hüseynin köməkçisi olmuş bir adam gəlib mənimlə nə debata çıxacaq?! Yaxud Əvəz Temirxan. Qoy partiyasında üç nəfər adamın adını saysın, ondan sonra “debat” desin. Bilirsiniz, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunun qəbuluna böyük ehtiyac var ki, cəmiyyət bu cür ünsürlərdən təmizlənsin. Azərbaycanda 7-8 siyasi partiya olmalıdır, bu partiyalara da nümunəvi şəxslər rəhbərlik etməlidir ki, camaat da onlara inansın. Haqqında danışdığım adamların ən böyük problemi ondan ibarətdir ki, ətrafındakı adamların hamısı tör-töküntüdür. 8-10 partiyanı gəzib, fırlanıb gələn, cəmiyyətdə heç bir mövqe qazanmayan insanlardır.

- Bu il oktyabrın 11-də Azərbaycan prezidenti, YAP-ın sədri İlham Əliyev “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib ki, üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməklə bağlı hələ qərar verməyib. Bir neçə gün sonra partiya sədrinin müavini - icra katibi Əli Əhmədov bildirdi ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində İlham Əliyev yenidən prezidentliyə namizədliyini irəli sürəcək. Bunu bəzi qəzetlər hakimiyyətdə fikir ayrılığının, ikitirəliyin yaranması kimi yozdular. Hazırda iqtidardakı real vəziyyət necədir?
- Qəti şəkildə deyirəm ki, YAP hakimiyyətində heç bir fikir ayrılığı yoxdur. Cənab prezident müsahibəsində çox düzgün olaraq fikrini bildirdi ki, əgər Azərbaycan xalqı Heydər Əliyev siyasi xəttini, mənim apardığım siyasi xətti, görülən işləri dəstəkləyəcəksə və mənim yenidən prezident seçilməyimə tərəfdar olacaqsa, onda namizədliyim irəli sürəcəyəm. Tam doğru, aydın mövqedir. Bu gün 560 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası, Azərbaycan xalqı, ictimaiyyəti ölkədəki siyasəti dəstəkləyir, inkişafı, islahatları dəstəkləyir. Bu da bizə əsas verir ki, 2013-cü ildə məhz İlham Əliyevin namizədliyi YAP tərəfindən irəli sürülsün. Bu barədə YAP-ın sədr müavini Əli Əhmədov fikrini açıqlayıb və bu, bizim partiyanın yekdil fikridir. Bəzi ara qarışdırmaq istəyənlərin dediklərinə isə əhəmiyyət vermək lazım deyil. Təbii ki, öz qəzetləridir, yazırlar. Heç bir ziddiyyətdən, ikitirəlikdən söhbət gedə bilməz. YAP-ın hakimiyyətdə olduğu bu illər ərzində heç bir parçalanma, qarşıdurma olmayıb, bundan sonra da olmayacaq. Azərbaycanın sistemi budur, ölkəmiz bu sistemlə inkişaf edir, bundan sonra da belə inkişaf edəcək.

- Bu yaxınlarda iranlı Ayətullah Nasir Məkarim Şirazi Azərbaycanda dini durumla bağlı fikirlər açıqladı. Həmçinin İranda Azərbaycan dövləti əleyhinə beynəlxalq konfrans keçirildi. Hazırda Təbriz məscidlərində Azərbaycan əleyhinə silsilə tədbirlər davam edir. Hakim partiyanın nümayəndəsi kimi bununla bağlı da fikirlərinizi öyrənmək istərdik.
- İranın Azərbaycana münasibəti bəllidir. Uzağa getməyək, bu gün İran Ermənistanla sərhədlərini üç aylıq bağlasa, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qoyub qaçacaq. Bu gün İran Ermənistana həm maddi, həm mənəvi dəstək verir, çox yaxşı münasibət saxlayır. Bu isə İranın Azərbaycana qarşı münasibətini ortaya oyur. Təbii ki, İran heç vaxt güclü Azərbaycan dövlətini istəməyəcək. Çünki İranda 37 milyon azərbaycanlı yaşayır. Bu azərbaycanlılar əvvəl-axır öz haqlarını əldə edəcəklər. İranın tarixinə nəzər salsaq görərik ki, bu ölkə həmişə inqilablar ölkəsi olub. Bunu da İran çox yaxşı başa düşür və Azərbaycana qarşı bu və digər şəkildə müəyyən təhdidlər yağdırır. İran dövlətinin başında duranlara, yaxud Azərbaycana qarşı olanlara tövsiyə verirəm. Birinci növbədə nəzərə alsınlar ki, Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. 160-a yaxın ölkə Azərbaycanı dəstəkləyib. Hazırda Azərbaycanın strateji tərəfdaşı olan ölkələr var. Regionda Azərbaycanın dostu, qardaşı, müttəfiqi olan Türkiyə kimi bir dövlət var. İran da yəqin ki, Türkiyə ilə heç vaxt qarşı-qarşıya gələ bilməz. Bir oturub düşünsünlər, dünyada baş verən prosesləri analiz etsinlər. Bu gün İran dost axtaran olmalıdır, düşmən axtaran yox. Təəssüflər olsun ki, İranın molla rejimi özünə yenə də düşmən axtarmağa başlayıb. Onlar ağılla düşünüb, konkret qərar qəbul etməlidirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru