İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                 

ARİF HACILIDAN ŞOK AÇIQLAMA
Tarix: 1-11-2011, 13:15 | Çap et
ARİF HACILIDAN ŞOK AÇIQLAMA

“BAŞQANLIĞA REAL NAMİZƏD OLMAĞIM HƏBSİMİN ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİDİR”

Bakı İstintaq Təcridxanasında saxlanan 2 aprel məhbusu Arif Hacılı “Media forum” saytının suallarını cavablandırıb.

49 yaşlı Arif Hacılı Azərbaycan xalq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) dövlət müşaviri postunu tutub. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinidir. 2003-2005-ci illərdə həbsdə olub.

İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan Arif Hacılı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmü oktyabrın 3-də Səbail Rayon Məhkəməsi çıxarıb.

- Məhkəmənin qərarı sizin üçün gözlənilməz olmadı ki?

- Həbsimizdən dərhal sonra tezliklə azadlığa buraxılacağımızı deyirdilər. Hətta AŞPA prezidenti ölkə rəhbərliyi tərəfindən ona belə deyildiyi barədə açıqlama vermişdi. Bəzi rəsmi şəxslər, millət vəkilləri hüquq müdafiəçilərinə bildirmişdilər ki, hakimiyyət bizi azadlığa buraxmağın yollarını axtarır. Mən bu məlumatlara inanırdım. Çünki bizim həbsdə olmağımızın yalnız dövlət maraqlarına deyil, hakimiyyətin də maraqlarına bəzən ziyan vurduğunu bilirəm. Məncə, bu məlumatlar doğru idi. Sadəcə, hakimiyyət bu məsələdə mövqeyini sonradan dəyişdi. Məhkəmənin hökmünün belə olacağı barədə qərar yay aylarında qəbul olundu. Siyasi vəziyyətin təhlilinə əsaslanaraq məhkəmə qərarlarının belə olacağını qabaqcadan təxmin etmək mümkün idi.

- Bu qərardan sonra etiraz aksiyaları barədə fikriniz hansısa şəkildə dəyişdimi? İndi də aksiyaların keçirilməsini zəruri sayırsınızmı?

- Bu ilin mart və aprel aylarında keçirilən etiraz aksiyalarının, hətta bizim həbsimizin dövlətimiz və millətimiz üçün uğurlu nəticələri oldu. Xalqımız bütün dünyaya demokratiya və azadlıq uğrunda mübarizə aparan, bu yolda ciddi fədakarlıqlara hazır olan xalq kimi təqdim olundu. Sərbəst toplaşmaq, ifadə azadlığının boğulmasına, bizim həbsimizə qismən loyal yanaşmanın kompensasiyası olaraq çoxdan düyünə düşmüş ABŞ-Azərbaycan hərbi təlimləri bərpa edildi. Varşavada “Şərq tərəfdaşlığı” layihəsi ilə əlaqədar ciddi sənədlər imzalandı. Türkiyə-Azərbaycan münasibətləri sıcaqlaşdı. Eks-prezidentlərin statusu haqqında qanun ilk oxunuşda qəbul edildi...

Bu addımların atılmasında yəqin ki, başqa amillərin də təsiri var. Ancaq heç şübhəsiz, bütün bunlarda bizim fəaliyyətimiz mühüm rol oynayıb. Bu baxımdan başımıza endirilən dəyənəklərin bədəli xeyli ödənib, həbsxanada keçirdiyimiz günlər hədər getməyib.

Mən həyatımı dünyada, xüsusilə onun bir parçası olan Azərbaycanda insanların həyatını yaxşılaşdırmaq işinə xidmət etmək naminə yaşayıram. Mənim qlobal hədəfim budur. Mart, aprel aylarında və ondan sonrakı dövrdəki mövqeyimi bu amala xidmət edən mövqe hesab edirəm. Məncə, məhkəmənin mənə ağır cəza vermək barədə qərarı da məqsədinə çatmaq uğrunda mübarizəmə xidmət edir.

İnkişaf labüd deyil, öz-özünə baş verməyəcək. Dəyişikliklər uğrunda fəal mübarizə aparmaq, yeri gələndə risk etmək, məhrumiyyətlərə hazır olmaq lazımdır. Haqsızlığa qarşı fəal mübarizə aparılmasa, haqsızlıq daha da artacaq.

- Adətən həbs edilən şəxslər azadlıqda olan silahdaşlarından şikayətçi olurlar, ya özlərinə maddi-mənəvi diqqətin azlığından, ya da yürüdülən siyasətdən narazı qalırlar. Siz necə, silahdaşlarınıza qarşı qəzəbli deyilsiniz ki?

- Diqqət azlığından şikayət etməyə əsasım yoxdur. Azərbaycanın aparıcı siyasi partiyaları, hüquq müdafiə təşkilatları, ən görkəmli vəkilləri, ziyalılar, gənclər və qadınlar təşkilatları, millət vəkilləri bizi sistemli şəkildə müdafiə edir. Ən nüfuzlu media qurumları bizə informasiya dəstəyi verir. Həbsxana yoldaşlarıma zarafatla deyirəm ki, bir az da burada qalsaq, bizi Luis Korvalana, Andrey Saxarova çevirəcəklər.

Yürüdülən siyasət barədə fikirlərimi zaman-zaman silahdaşlarıma çatdırıram. Təkliflərim nəzərə alınır. Bəzən təkliflərim nəzərə alınmayanda, xüsusilə bunun acı nəticələri olanda, təbii ki, bu məni məyus edir.

- Növbəti məhkəmədən - apellyasiya instansiyasından ədalətli qərar gözləyirsinizmi?

- Məhkəmənin qərarı qəbul ediləcək siyasi qərardan asılıdır. Məncə, barəmizdəki siyasi qərar hələ dəyişməyib.

- Siz həbs olunandan sonra prezidentə müraciətlər oldu. Sizcə, niyə hakimiyyət buna reaksiya vermədi, sizə olan münasibət nədən qaynaqlanır?

- 2003-cü ildən başlayaraq mənə qarşı fərqli münasibət aydın görünür. 2005-2010-cu illərdə parlament seçkilərində də fərqli münasibətlə üzləşdim. Məncə, bu, opponentlərin mənim təsir imkanlarımı yüksək qiymətləndirməsinin nəticəsidir.

- Ancaq təşəbbüskarların və daha fəal olanların həbs olunduğu deyilir. Bu fikirlə razısınızmı?

- Bir müddət əvvəl indi ABŞ-da yaşayan Qorxmaz Əsgərovun “Azadlıq” qəzetində hakimiyyətin müəyyən etdiyi çərçivədən kənara çıxmağın bədəlinin ağır olması barədə köşə yazısı dərc olunmuşdu. Mən bu yazıda olan fikirlərlə əsasən razıyam.

Məncə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvonun dəyişdirilməsini haqlı olaraq zəruri hesab edən iqtidar Azərbaycanda iqtidar-müxalifət münasibətlərində də status-kvonun dəyişdirilməsi barədə ciddi düşünməlidir. Azərbaycan hakimiyyəti dünyada gedən demokratikləşmə prosesinin qarşısının Azərbaycanda da alınmasının mümkünsüz olduğunu dərk etməlidir. Zorakılıqla demokratik prosesləri ləngitmək mümkündür, ancaq qarşısını almaq yox. Axan çayın qarşısını alacaqsansa, o daha da çoxalacaq, güclənəcək, sel kimi gəlib bütün bəndi-bərəni dağıdacaq. Cəmiyyəti sarsıntılardan yayındırmaq üçün hər imkan düşəndə azadlıqları məhdudlaşdırmaq, insanları həbs edib qorxutmaq yox, güzəştə getmək, azadlıqları heç olmasa tədricən artırmaq vacibdir.

Mən eks-prezidentlərin statusu haqqında qanunun qəbul olunmasını, Azərbaycan-Türkiyə münasibətlərinin yaxşılaşmasını, son zamanlar ölkəmizin Avro-Atlantik məkana inteqrasiya istiqamətində xırda da olsa addımların atılmasını təqdir edirəm. Ancaq nəyə görə ölkəmizin maraqları naminə daha ciddi, hakimiyyət üçün radikal hesab oluna biləcək islahatlar aparılmasın? Mən istərdim ki, Ayaz Mütəllibova bəraət verildikdən sonra 70 yaşlı Əli İnsanov və Fərhad Əliyev də azad edilsin, ümumiyyətlə siyasi məhbus problemi birdəfəlik həll olunsun. Jurnalistlərin, siyasi opponentlərin, xüsusilə gənclərin təqib olunmasına son qoyulsun. Siyasi partiyaların normal fəaliyyəti üçün şərait yaradılsın. Sərbəst toplaşmaq azadlığını təmin etmək üçün paytaxtın bir neçə meydanında aksiyaların keçirilməsi üçün şərait yaradılsın. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müzakirələr başlansın. İndi Azərbaycanın sərvətləri, maliyə vəsaiti hamıya bəs edəcək qədər çoxdur. İqtidar bu sərvətləri tək mənimsəməməli, xalqla bölüşməlidir.

Bu il elə bil ki, dövlətimizin bəxti açılıb. “Avroviziya” yarışmasında qələbə, 500 milyard kubmetrlik qaz yatağının aşkar edilməsi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi belə düşünməyə əsas verir. Qeyd etdiyim islahatlar həyata keçirilsə, korrupsiyaya qarşı real mübarizə başlasa, Qarabağda status-kvonun dəyişdirilməsi, İranın ölkəmizə təhdidlərinə qarşı vahid milli mövqeyə nail olmaq mümkün olsa, Azərbaycanın sarsıntılardan yayınmasına, mövqeyinin bütün dünyada ciddi və dönməz olaraq möhkəmlənməsinə nail olardıq. Bütün bunlar isə öz əlimizdədir.

- Müsavat Partiyasının, İctimai Palatanın fəaliyyəti haqqında nə düşünürsüz? Bu fəaliyyətə kənardan baxanda prosesin içində olanlardan fərqli qiymətləndirmələriniz olurmu?

- Müsavat Partiyasının 100 illiyi ilə əlaqədar ciddi əks-səda doğuran tədbirlər keçirildi. Yalnız müsavatçılar üçün yox, bütün xalqımız üçün əlamətdar olan bu hadisəyə hakimiyyətin ögey münasibəti, partiyanın təşkil etdiyi tədbirlərə maneçilik törədilməsi acı təəssüf doğurur.

İctimai Palata ölkənin əsas ictimai mərkəzlərindən birinə çevrilib. Təbii ki, bu amil həmin təşkilatı yönəldənlərin də məsuliyyətini artırır. Mən bir dəfə də demişdim, onların seçimi fədakarlıq etməklə fədakarlıq etməmək arasında deyil. Koordinasiya Şurasının yanlış qərarlarından başqaları əziyyət çəkir. Başlıcası isə belə qərarlar cəmiyyətə ziyan vurur. Koordinasiya Şurasının ehtiyatlı mövqeyi ictimai fəallığı azaldır. Bəzi siyasi xadimlər hesab edir ki, onların vəzifəsi 100 minlər meydana çıxdıqdan sonra tribunadan bəlağətli nitq söyləməkdən ibarətdir. Fəal cəmiyyəti idarə etmək, yönəltmək, təbii ki, vacibdir. Amma ən vacibi cəmiyyəti fəallaşdırmaqdır.

- Müsavat Partiyası bu il qurultay keçirməli idi, partiya rəsmiləri isə hakimiyyətin buna müxtəlif maneələr törətdiyini deyir. Sizin həbsinizi də bu maneələrdən biri hesab etmək olarmı?

- Müsavatın qurultayı yəqin ki, bu il keçiriləcək. Müsavat ayrı-ayrı üzvlərin təcrid olunması və hakimiyyətin yaratdığı çətinlikləri dəf edərək qurultay keçirə bilməyəcək partiya deyil.

- Başqanlığa namizədliyinizi irəli sürəcəksinizmi? Bəzi müsavatçılar İsa Qəmbərin rəhbərlikdən getməsinin əleyhinədir və hətta bunun qarşısını almaq üçün nizamnamə dəyişikliyi təklif edirlər. Bu haqda nə düşünürsüz?

- İsa Qəmbər nizamnamənin bu bəndinin dəyişdirilməsinin əleyhinə olduğunu, hətta onun iradəsi nəzərə alınmadan belə dəyişiklik olarsa, başqanlığa namizədliyini irəli sürməyəcəyini bildirib. Müsavat Azərbaycanda bir çox demokratik ənənənin əsasını qoyub. Bir nəfərin iki dəfədən artıq başqan seçilə bilməməsi ilə bağlı qərarımız da bu baxımdan çox faydalı olacaq. Məncə, İsa bəyin başqanlıqdan getməsi onun istər Müsavat daxilində, istərsə də cəmiyyətdə təsir imkanlarını azaltmayacaq. İsa Qəmbərin nüfuzu yalnız onun Müsavat başqanı olması ilə bağlı deyil. Başqanlıqdan getməsi onun Müsavat daxilində onsuz da yüksək olan nüfuzunu bir qədər də artıracaq. Partiya başqanı olmaması onun manevr imkanlarını, partiyadan kənar qüvvələri öz ətrafında birləşdirmək imkanlarını artıracaq. XX əsrin sonunda fenomenal karyeraya malik siyasi fiqurlardan biri olan Boris Yeltsin karyerasının pik məqamında nəinki partiya sədri, hətta hər hansı partiyanın üzvü deyildi.

İsa Qəmbər başqanlıqdan getdikdən sonra Müsavatın zəifləyəcəyi fikri ilə də razı deyiləm. Müsavat tam strukturlaşmış, oturuşmuş partiyadır. İsa Qəmbər başqanlıqdan getsə də, partiyada qalacaq və bundan sonra da partiyanın siyasətinin müəyyənləşməsində, idarə olunmasında yaxından iştirak edəcək. Başlıcası isə Müsavatın yeni başqanının arxasında İsa Qəmbər kimi siyasi lider dayanacaq.

Müsavat başqanlığına namizədliyimi irəli sürmək niyyətindəyəm. Mənə verilən məlumatlara görə, partiya üzvlərinin əksəriyyəti bunu məndən tələb edir. Bu barədə bir çox silahdaşlarla müzakirələr aparmışam. Partiyanın Məclis üzvlərinin, fəalların, gənclərin, xanımların, rayon təşkilatı sədrlərinin bir qisminin, Divan üzvlərinin əksəriyyətinin rəyini öyrənmişəm. Məhkəmə prosesi zamanı İsa bəylə də ilkin söhbətimiz olub.

- Həbsdə ola-ola başqan seçilmək şansınızı necə qiymətləndirirsiniz və başqan seçilməyiniz azad edilməyinizə kömək edə bilərmi?

- Məncə, başqanlığa real namizəd olmağım həbsimin əsas səbəblərindən biridir. Mənə “iddialarından əl çək, azadlığa çıx” mesajını göndərənlər bilməlidirlər ki, həbsdə olaraq namizədliyimi irəli sürməməyim fərarilik olardı. Mən Müsavat başqanlığını ölkə prezidenti vəzifəsindən sonra ikinci siyasi vəzifə hesab edirəm. Bu sözü bir neçə il əvvəl mətbuatda demişəm. Müsavat başqanının üzərinə düşən məsuliyyəti tam ağırlığı ilə hiss edirəm. Belə mühüm məsələni həbsdən azad olmaq kimi xırda məqsədə bağlamaq olmaz.

- Potensial alternativlərinizin açıq şəkildə olmasa da, müəyyən təbliğata başladıqları deyilir. Narahat deyilsiz ki?

- Müsavat daxilində mənim opponentlərim yoxdur. Onlar mənim dostlarım və silahdaşlarımdır. Məni narahat edən odur ki, həbsdə olduğum 7 ay müddətində heç kim mənim həyata keçirdiyim funksiyaları öz üzərinə real olaraq götürmək istəmir. Müsavat Partiyası başqanlığı kimi müqəddəs və çətin bir vəzifəyə iddialılar olmasaydı, ciddi narahat olardım.

- Əgər başqan seçilsəniz, Müsavatın müttəfiqləri ilə münasibətlərində dəyişiklik ola bilərmi? İctimai Palatadan kənarda olan qüvvələrlə münasibətlər sizi qane edirmi?

- Müsavat Partiyasının siyasətini bir nəfər yox, partiyanın bütün üzvləri, seçkili orqanların nümayəndələri müəyyən edir. Mən Müsavatın “nüvəsində Rəsulzadə-Elçibəy ideyalarına bağlı olan siyasi qüvvələrin birliyi” siyasətinin müəlliflərindən biriyəm. İlk növbədə AXCP və KXCP ilə müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsini, AMİP-lə yaxınlaşmanın davam etdirilməsini və İctimai Palatanın daha demokratik və çevik bir quruma çevrilməsini zəruri hesab edirəm. ADP, Milli Demokrat Partiyası, Ziyalıların İctimai Forumu, Ümid Partiyası və sair təşkilatlarla tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin, müəyyən məsələlərdə müttəfiqlik münasibətləri qurulmasının tərəfdarıyam.

- 2 aprel aksiyası iştirakçılarına verilən cəzaların bitməsi 2013-cü ildə keçiriləcək prezident seçkisindən sonraya təsadüf edir və bəzi müşahidəşilər hesab edir ki, bu, hakimiyətin həm də o dövrə hesablanmış “profilaktika siyasətidir”. Necə düşünürsünüz, hakimiyyət sizi və digər 2 aprel məhbuslarını o vaxta qədər həbsdə saxlayarmı?

- Hakimiyyətin belə istəkləri ola bilər. Əminəm ki, hakimiyyət yalnız mənim, Tural Abbaslının, Sahib Kərimovun, Əhəd Məmmədli və digər gənclərin deyil, eyni zamanda İsa Qəmbərin, Əli Kərimlinin, Mirmahmud bəyin, Pənah Hüseynin, Ərəstun Oruclunun, bir çox hüquq müdafiəşisinin həbsdə olmasını istərdi. İmkan olsa, yalnız Əvəz Zeynallını deyil, digər baş redaktorları və jurnalistləri də həbs edərdi. Qorxmaz Əsgərovu Amerikadan, Elnur Məcidlini Fransadan gətirtdirərdi. Ziyalılara, hətta “Oskar” mükafatı laureatı Rüstəm İbrahimbəyova da aman verməzdi. Nə yazıq ki, indi belə düşüncə Azərbaycan iqtidarında hakimdir. Ancaq dünya dəyişir. Dünya çox sürətlə dəyişir. Həbsdən azad olunmağımız ölkədəki ictimai-siyasi vəziyyətdən asılı olacaq və məncə, çox uzun çəkməyəcək. Məncə, Azərbaycan “Avroviziya” ilinə siyasi məhbuslarsız gedəcək.

- İkinci dəfədir məhkum həyatı yaşayırsız. Çətin deyil ki? Səhhətiniz necədir?

- Səhhətimdəki xırda problemləri nəzərə almasaq, xüsusi bir çətinliyim yoxdur. İnsan istənilən şəraitə uyğunlaşır. Azadlığın olmaması əsas problemdir. Azadlıq ən ümdə dəyərdir. İnsan üçün azadlıqdan daha vacib dəyər yoxdur!

- Həbsxanadan yazdığınız “Darıxıram” şeiri çox bəyənildi. Və hətta belə də deyənlər oldu ki, Arif bəy gərək şair olaydı. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış istiqlalçı deputatlardan biri olaraq, buna nə deyərdiniz?

- Şeirlərim azdır. Rauf bəy “Yeni Müsavat”da şeirimin təqdimatında çox düzgün yazmışdı ki, mən yalnız yazmamağım mümkün olmayanda yazıram. Mənim peşəmi həyat özü seçdi. Dağlıq Qarabağa erməni iddiaları başlanan gündən Qarabağa yardım prosesinin faktiki regional rəhbərinə çevrildim. Yaxınlarımın dediyi kimi, Zaqataladan Qarabağa “köçdüm”. Fəaliyyətimə, yazılarıma, çıxışlarıma görə insanlar mənə inanmağa, arxamca getməyə başladılar. Məni 21 yaşım olanda kəndə deputat seçmişdilər. Sonra rayona seçdilər. 27 yaşında SSRİ xalq deputatlığına namizəd irəli sürdülər. Elə həmin illərdə Azərbaycan xalq deputatı, Azərbaycan Xalq Cəbhəsində özək sədrindən başlayaraq, Ali Məclisin sədrinədək müxtəlif vəzifələrə seçdilər. Mənim siyasətçi peşəmi mənə inanan, mənə etimad göstərən insanlar müəyyən edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru