Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: .....                     “Anamın ağrılardan canı qurtardı” .....                     İran yola gəlməsə... .....                     Azərbaycanda 31 il əvvəl başlayan proses .....                     FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı .....                     NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir .....                     "Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" .....                     Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü .....                     SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... .....                     "Televiziyalar onları yığışdırmalıdır” .....                     “Dərbəndin sahibi kimdir?” .....                     "Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                     Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI .....                     Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? .....                     Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər .....                     Yeni doktrina formalaşır... .....                     "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                 

GÖYGÖLDƏ ÖLÜM İŞİNİ KİMLƏR ÖRT-BASDIR EDİR?
Tarix: 16-09-2012, 11:55 | Çap et
GÖYGÖLDƏ ÖLÜM İŞİNİ KİMLƏR ÖRT-BASDIR EDİR?

OĞLUNU İTİRƏN BİÇARƏ ANA SON ÜMİD KİMİ ÖLKƏ BAŞÇISINA MÜRACİƏT ETDİ

"Oğlum bədbəxt hadisə nəticəsində ölməyib, onu qətlə yetiriblər"

DİA.AZ: - Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan, hazırda Göygöl rayonunun Quşçu kəndində yaşayan Eyyubova Zeynəb İsmayıl qızı redaksiyamıza ünvanladığı müraciətində 5 ay bundan öncə faciəli şəkildə dünyasını dəyişmiş oğlu Toğrul Eyyubovun döyülərək öldürüldüyündən söhbət açır: "Oğlum Toğrul Gəncə Texniki Kollecində oxuyurdu. 29 aprel 2012-ci ildə axşam evdə olan zaman telefonuna mesaj gəldi. Oğlum mesajı oxuyub dedi ki, ana, Vəfadardı, (Vəfadar Orucov Z.Eyyubovanın ögey nəvəsidir - red) deyir Tiflisdən gəlmişəm, gəl görüşək.

Ertəsi gün səhər tezdən Toğrulu dərsə yola saldım. Ondan sonra bir daha oğlumun üzünü görmədim. Vəfadar yolda Toğrulla rastlaşıb. Onu dərsə getməyə qoymayıb, Gəncə çayının sahilinə aparıb. Orada "Çaybağı" adlanan ərizədə oğlumun bir neçə şəklini çəkib.

Vəfadar tək olmayıb. Vəfadarın yanındakılar Toğrulu ölüncəyə qədər döyüblər, sonra da Gəncə çayı üzərində quraşdırılmış platinaya atıblar.

"Nəvəm oğlumun qatillərini tanıyır"

Hadisədən bir müddət əvvəl Vəfadarın bacısı Vəfa oğluma zəng vurub, bir nəfər oğlanın onun dalınca düşdüyünü, əl çəkmədiyini, onu izlədiyini deyib. Toğruldan xahiş edib ki, dayı, gəl buna de, bir də dalımca gəlməsin, məni narahat etməsin. Toğrul da gedib həmin oğlanı tapıb, onunla mübahisə edib. Vəfanın arxasınca gələn oğlan kimdirsə, Toğrulun onunla mübahisəsi olub. Bir neçə gündən sonra isə bu hadisə baş verib. Vəfadar da, bacısı da hər şeyi bilirlər, amma demirlər. Çünki Vəfadar oğlumu bu məsələyə son qoymaq üçün çağırmışdı. Vəfadar oğlumu vurub çaya atanları yaxşı tanıyır, ancaq qorxusundan bu məsələni heç kimə açıb demir".

Məhkəmə qərarı

Eyyubovlar ailəsində yaşanan bu ağır faciə ilə bağlı Göygöl rayon prokurorluğunda müvafiq araşdırma aparılıb. Meyitin daxili və xarici müayinəsi keçirilib. Tibbi ekspertin rəyindən belə məlum olub ki, Toğrul Eyyubovun ölümünə səbəb mexaniki asfiksiya - suda batma olub. Zeynəb Eyyubova oğlunun ölümündə təqsirli hesab etdiyi Vəfadar Orucovun və başqalarının təqsiri sübuta yetirilməyib.

Göygöl rayon prokurorluğunda Toğrul Eyyubovun ölümünün cinayət hadisəsi olmadığı əsas gətirilərək cinayət işinin başlanması rədd edilib. Mərhumun anası həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət edib.

O, Göygöl rayon Məhkəməsində şikayətini müdafiə edərək göstərib ki, oğlu Toğrulun mexaniki asfiksiya, suda batma nəticəsində ölməsi ilə razılaşmır. Vəfadar Orucovun oğlunu aprel ayında çayın kənarına aparması, Toğrulun soyuq havada paltarını soyunub suya girməsi, Vəfadarın dediyi kimi əgər suda batmışsa, valideynlərinə vaxtında xəbər verməməsi, habelə oğlunun meyitinin üzərində xəsarətlərin olması onda Toğrulun öldürülməsi şübhəsini yaradır.

Şikayətçi ana məhkəmədən qərarın ləğv edilməsini və iş üzrə əlavə istintaq aparılması üçün materialın ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarmasını xahiş edib.

Amma Göygöl rayon Məhkəməsində Zeynəb Eyyubovanın şikayəti təmin edilməyib.

"Müstəntiq ölüm işini ört-basdır etmək istəyir"

Mərhumun anasının sözlərinə görə, müstəntiq ölüm işini ört-basdır etmək üçün xüsusi qərar çıxarıb: "Prokurorluğun müstəntiqi Rövşən Əhmədov heç SMS məsələsini də araşdırmadı. Müstəntiq müvafiq mobil operatoruna heç bir sorğu göndərmədi, Vəfanın izahatını almadı. Vəfadarın izahatı alınarkən isə bu məsələ ilə bağlı ona heç bir sual verilmədi. Rayon sakinləri oğlumun Vəfadarla və bir neçə nəfər həmyaşıdları ilə həmin gün mübahisə etdiyini görüblər. Oğlumla Vəfadarı digər şəxslərlə həmin yerdə görənlərdən izahat alınmadı. Şahidlərin izahatı alınmadan qeyri-obyektiv araşdırma aparılıb. Bununla sübut olunur ki, müstəntiq işin həqiqi və faktiki hallarına hüquqi qiymət vermədən, dolayısı ilə ölüm işini ört-basdır etmək niyyəti ilə belə bir qərar çıxarıb.

"Ekspert rəyi ilə razı deyiləm"

Mən məhkəmə tibbi ekspertin rəyi ilə də razı deyiləm. Məhkəmə tibbi ekspert mərhum oğlumda yaranan xəsarətlərin oğlumun çaya yıxılmamışdan qabaq yaranıb-yaranmamasına, həmin zədə və xəsarətlərin hansı yolla yaranmasına, daxili orqanların zədələnib-zədələnməməsinə öz rəyində hüquqi qiymət verməyib. Həmçinin müstəntiq tərəfindən tibbi ekspert qarşısına həmin məsələlərə tibbi qiymət verilməsi üçün suallar qoyulmayıb. Göstərdiklərim bir daha təsdiq edir ki, müstəntiq qeyri-obyektiv olmaqla kobud prosessual pozuntulara yol verərək qanunsuz qərar qəbul edib.

Müstəntiq R.Əhmədov qərarda cinayət hadisəsinin olmamasını heç nə ilə izah edə bilməyib. Qanuna müvafiq araşdırma aparmayaraq cinayət işinin başlanmasını rədd edib. Həmin qərardan narazı olduğuma görə Göygöl rayon Məhkəməsinə şikayət etmişdim və müstəntiqin qərarının ləğv edilərək həmin qərarın qanuniliyinin yoxlanılması və əlavə istintaqın aparılmasını məhkəmədən xahiş etmişdim. Lakin Göygöl rayon Məhkəməsi 7 avqust 2012-ci il tarixli qərarı ilə əsassız olaraq şikayətimi təmin etməyib. Müstəntiq araşdırma apararkən şikayət ərizəmdə göstərdiyim faktlar və dəlillər əsasında deyil, öz şəxsi mülahizələrinə əsaslanıb araşdırma aparmamaqla, hadisəyə səthi yanaşmaqla heç bir qanuni əsas olmadan cinayət hadisəsinin olmaması qənaətinə gəlib. İstintaqın hərtərəfli aparılmaması ilə razılaşa bilmirəm. Ona görə də iş üzrə əlavə istintaq aparılmasını xahiş edirəm.

Baş vermiş hadisə ciddi və ağır cinayət hadisəsidir və həmin cinayət hadisəsinin baş verdiyini əsaslandıran kifayət qədər sübutlar var. Mənim şikayətim üzrə araşdırma zamanı bir sıra prosessual normalara riayət edilməyib. Cinayətin açılması, işin hərtərəfli tam obyektiv araşdırılması üçün zəruri tədbirlər görməyib.

Göygöl rayon Məhkəməsi öz üzərinə düşən vəzifələri qərəzli şəkildə yerinə yetirməyərək qeyri-obyektiv şəkildə araşdırma aparıb.

"Oğlumun ölümünü bilərəkdən gizlədirlər"

Oğlumun meyiti yuyularkən başında küt alət zədəsi, çiyinlərində beli uzunu təpik izləri vardı. Düz bağırsağı 10-12 sm çölə çıxmış vəziyyətdə idi. Bu şəkillərdən də açıq-aydın görsənir. Mənim oğlumu dava-dalaş zəminində döyüb öldürüblər.

Oğlumun ölümünü bilərəkdən gizlədirlər. Bu cinayətin ört-basdır edilməsinə dözə bilmirəm. Oğlumun qatilinin tapılıb qanun qarşısında cavab verilməsini tələb edirəm.

Yeganə oğul övladım əgər suya düşüb boğulubsa, niyə vaxtında polisə məlumat verməyiblər? Hadisə 17:00 radələrində olubsa, niyə gecə saat 2-də məlumat verilib? Məqsəd işin üstünü ört-basdır etmək olub".

Prezidentə müraciət

Məlumat üçün onu da bildirək ki, 5 aydan bəri prokurorluq və məhkəmə qapılarında qalan Zeynəb Eyyubova Göygöl rayon Məhkəməsinin qərarından Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi isə Göygöl rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Əli hər yandan üzülən biçarə ana ümidini ölkə başçısına bağlayıb. O, işin təkmili istintaqa qaytarılmasını, meyitin eksqumasiya olunmasını və oğlunun qatilinin tez bir zamanda istintaqa cəlb edilməsini xahiş edir: "Cənab Prezident! Bir ana kimi üzümü Sizə tutub yalvarıram. Oğlumun qanını yerdə qalmağa qoymayın!"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: - Paşinyan sözündən dönmür
Bu gün, 19:23
“Anamın ağrılardan canı qurtardı” - Milli qəhrəmanın qardaşı
Bu gün, 19:21
İran yola gəlməsə... - ŞƏRH
Bu gün, 16:47
Azərbaycanda 31 il əvvəl başlayan proses – Əliyevdən vacib gediş
Bu gün, 16:43
FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı - Nişanı da təxirə salınmışdı
Bu gün, 16:40
NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir - Business Insider
Bu gün, 16:38
"Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" - “Bloomberg”
Bu gün, 14:51
Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü - Torpaqlarımız azad olunandan sonra bir ilk
Bu gün, 14:48
SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:42
"Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:03
“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Bu gün, 12:00
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Bu gün, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Bu gün, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Bu gün, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Bu gün, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Bu gün, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Bu gün, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Bu gün, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Bu gün, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Bu gün, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Bu gün, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Bu gün, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Bu gün, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru