Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? .....                     Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib .....                     Putin Ermənistanda “peşka”larını qurban verir .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     “Pozğun qadınların atası da, qardaşı da əri də susur“ .....                     İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” .....                     QANUNDANKƏNAR YASAMAL... .....                     “Baku Electronics” rəqabət qanunvericiliyini pozub .....                     Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik .....                     Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                     Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi .....                     Prezident onlara “general-mayor” rütbəsi verdi .....                     Prezident sərəncam imzaladı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi .....                     Bakıda icra başçısı birinci müavinini işdən çıxardı .....                     Azərbaycanlı müğənninin rus sevgilisi .....                     SEPAH və ETTELAAT yeni qurum yaradır .....                     Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub .....                     Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı .....                     Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir .....                     Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq .....                     BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi .....                     Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... .....                     İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir .....                     Xəyal Rzaya ağır itki üz verib .....                     “İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU .....                     Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... .....                 

Mikayıl Cabbarovun son islahatlarını Misir Mərdanovun "sağ əli" icra edirsə... - Təhsilimizin yıxılan evini üstəlik viran qoyurlar...
Tarix: 21-11-2014, 08:29 | Çap et
Mikayıl Cabbarovun son islahatlarını Misir Mərdanovun "sağ əli" icra edirsə...
Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi son bir illik fəaliyyətinə dair hesabat yayıb.Bir illik hesabat kimi təqdim olunan “məruzədə” adı çəkilən idarənin yaranma tarixindən tutmuş, son illərdə baş verən tarixi hadisələrin, əlamətdar günlərin, anım mərasimlərinin, keçirilən qəbulların, görüşlərin, təqdimatların, təlimlərin, müsabiqələrin, sərgilərin, səfərlərin və digər hesabatda qeyd edildiyi kimi, “bol tədbirlər”in xronologiyası “parlaq boyalarla” təsvir olunub. Bir neçə məktəbin bağlanması, bir neçəsinin birləşdirilməsi də sanki uğurlu nətıcə kimi, həmin tədbirlər sırasında yer alıb.
Hesabatda vurğulanan bir məqam xüsusı diqqət çəkir: “Bakı şəhəri üzrə Təhsil İdarəsi, fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldib və bu fəaliyyət istiqaməti Təhsil İdarəsinə həm dövlət, həm də cəmiyyət tərəfindən dəstək qazandirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, təkcə paytaxtın təhsil sistemindəki uğurları ilə deyil, həm də, bütün ölkənin təhsil həyatı üçün böyük əhəmiyyət kəsb edən yeniliklərin təşəbbüskarı kimi çıxış edib.”
Tamamilə razılaşmaq olar. Amma, kiçık bir redaktəyə ehtiyac var. Sadalanan keyfiyyətlər və yeniliklərlə çıxış edən hesabat təqdim edənlərin rəhbərlik etdikləri indiki Bakı Şəhəri üzrə Təhsil İdarəsi deyil, on il bundan əvvəl Nazirlik tərəfindən ləğv edilən Bakı Şəhər BaşTəhsil İdarəsi olub. Xahiş edirəm indikindən tamamən fərqli bir idarənin xidmətlərini özününkiləşdirməyin.
35 illik pedaqoji təcrübəmin tən yarısını Bakı Şəhəri Baş Təhsil İdarəsində inspektor, baş məsləhətçi, sektor müdiri kimi müxtəlif məsul sahələrdə calışmış,Təhsil Nazirliyinin o zaman ETPEİ adlanan institutundakı (indiki Təhsil Poblemlərı İnstitutu) və Bakının mərkəzi rayonlarının birində Təhsil Şöbəsinin rəhbəri kimi fəaliyyətım də nəzərə alınarsa, bir təhsil mütəxəssisi kimi, düz 30 il bu idarə ilə sıx bağlılığım olub. Bu mənada, məsələ ilə bağlı mənim də öz “hesabatımla” bəzi fikirlərimi bölüşməyə haqqım çatır.
Bəli, bir vaxtlar ölkə təhsilinin flaqmanı sayılan, daim demokratikləşmə və humanistləşmə prinsipləri mövqeyindən çıxış edən, təhsil işçilərindən işi çətinə düşənlər arasında “Nazirlikdən böyük BONO var” kimi fikir oyadan, hamının dərdini, şıkayətini gəlib söyləmək üçün ümid yeri sayılan bir idarə, artıq 10 ilə yaxındır ki, keçmiş nüfuzunu və səlahiyyətlərini itirmiş, mənasız və əhəmiyyətsiz bir “yedək” quruma çevrilib.
Məsələ ondadır ki, cəmi 4 şöbəsi və 60 işçisi olan, az qala bir əsrlik tarixə malik Bakı Şəhər Baş Təhsil İdarəsi, bir anın ıçərisində, kim(lər)insə (fərqi yoxdur) təşəbbüsü və səyi nətcəsində 16 bölmə, Metodiki Mərkəz və Mərkəzləşdirilmiş mühasibatlıqdan ibarət, nə az nə çox, düz 425 işçisi olan, hətta adının belə çəkilməsində müəyyən problem yaşanan, “titanik” bir quruma- Azərbaycan Respublikası Təhsil Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çevrilib, özü də Təhsil Nazirliyinin birbaşa tabelıyində olan quruma. (Yəqin ehtiyatlanıblar ki, birdən kimsə çaşıb bu idarəni Təhsil Nazirliyinin yox, hansısa başqa Nazirliyin tabeliyində olduğunu zənn edər.)
Nə baş verdi? “Struktur dəyişikliyi”nın ilkin mərhələsi olaraq rəis müdirlə, şöbələr sektorlarla əvəz olundu. O zaman təhsilimizə nazirlik edən Misir Mərdanovun dəyişıklikdən bir müddət öncə, təhsil şöbə müdirlərinin geniş müşavirəsində müdirlərə üzünu tutaraq:“Sızə görə vəzıfəmi itirmək niyyətində deyiləm” kimi kinayəli hikkəsi, sən demə, görüntü yaratmaq məqsədinə xidmət edən bir gediş imiş. Həmin müşavirədə “kəskin tənqid atəşinə” tutulan həmin şöbə müdirlərdən düz 5 nəfəri, yeni yaradılan idarədə müdir müavini, həmin müdirlərin təhsillə bağlı qalmaqalarda ad çıxaran müavinləri isə, ən aparıcı sektorlara müdir vəzifəsinə birbaşa təyinat aldılar. Idarənin müdiri postunu tutmağa isə, belə bir idarənı idarə etmək səviyyəsində kifayət qədər idarəçilik təcrübəsi olmayan, paytaxtın mərkəzi məktəblərinin direktorlarından biri “məsləhət” bilindi. Bir növ, qabaqcadan anonsu verildi ki, idarə bundan sonra idarə müdiri tərəfindən deyil, birbaşa onun “patronu” olan Təhsil Nazir(liy)i tərəfindən idarə olunacaq. Beləliklə, həm Nazirlikdən iki dəfədən artıq ştat vahidinə malik nəhəng bir idarənin rəhbəri, həm də, 3-5 işçısı olan sektor rəhbərlərı müdir statusu aldılar. ( Deyəsən, yenə də ehtiyatlanıblar ki, birdən idarə rəhbəri əvvəllər olduğu kimi rəis adlandırılsa, kimsə buranı polis idarəsi kimi başa düşər.
“Strateji postlar” tutulduqdan dərhal sonra, digər “yardmçı” yerlərə təyinat üçün namızədlər arasında “möhtəşəm” test imtahanları və “geniş spektli” müsabiqə və müsahibə prosedurlarına başlanıldı.İşə qəbul olunanların siyahısı elan olunarkən, ımtahan keçirənlərdən savayı, nə imtahandan keçənlərdən, nə də keçməyənlərdən test nəticələrinin nədən ibarət olduğunu bilən olmadı. Narazıları susdurmaq üçün, daha çox aqresivlik göstərənləri 05 stavka ilə Metod mərkəzə yollamaqla sakitləşdirdilər. Sonradan tapşırılanlar da, istər-istəməz nəzərə alınmalı oldu. Onlar bu günədək, özləri də, nə işlə məşğul olacaqlarını bilmədikləri “Multimediya bölməsi”ndə yerləşdirildi. Beləliklə, bir növ cəza batalyonunu xatırladan Metodmərkəz ,116 əməkdaşdan ibarət komplektləşdirilərək,gözdən uzaq, könüldən iraq bir uşaq bağçasının binasında məskunlaşdırıldı.
Birdən, kimsə şaşqınlığa qapılıb maraqlanar ki, bəs niyə məsələn, Bakı şəhəri Baş Polis idarəsi və ya deyək ki, Bakı şəhər Gənclər və İdman Baş idarəsi “Baş”larını qoruyub saxlaya bilir, təhsil idarəmiz “Baş”ından məhrum edilir? Nəyə görə Gəncə“şəhər təhsil idarəsi” olduğu halda, Bakı “şəhəri üzrə təhsil idarəsi” olmalıdır? Nazirlikdə ayrıca şəhərlər və kəndlər üzrə idarə olduğu və hətta səlahiyyətlərin iki kurator nazir müavinləri arasında bölüşdürüldüyü halda, Bakı Baş Təhsil Idarəsini “arabanın beşinci təkərinə” çevirmək nə demək idi? Düzdür, bir müddət sonra yəqin ki, tarixçilərimizdən hansısa birinin dostcasına iradı nəzərə alınaraq, “Şəhər” və “Kənd” idarələrı birləşdirilib əvvəlki vəziyyətinə qaytarıldı. Gec də olsa, başa düşüldü ki, sən demə şəhərlə kənd arasındakı fərqin aradan qaldırillması barədə, hələ Sovet hakimiyəti quruculuğunun ilk illərində dekret verilibmiş. Nə isə, hesab edək ki, üzrələr üzrə komitə, komissiya, agentlik, müvəkkil, müşavir, mütəxəssis var idi qoy idarə də olsun.
Bu arada digər bir “yenilik” – inspektorların məsləhətçi adlandırlması barədə absurd bir qərar, nəzarət etməli olanları “məsləhət verənlərə” çevirməklə, məsləhət verməli olanları, məsləhət vermək hüqundan məhrum etdi. Təhsil müəssisələrinin qapıları çoxsaylı metodist ordusunun üzünə qapadıldı. Çoxları saathesabı yarım stavka dərs aparmaq hüqundan belə məhrum edildi. Onlar öz darıxdırıcı kabinetlərində əyləncəli krossvord həll etmək və stolüstü oyunlara baş qatıb günü başa vurmaqla, bir növ özlərinə təsəlli tapmaq zorunda qalmalı oldular. Düzdür, bir müddətdən sora, bundan da “çıxış yolu” tapıldı. Metodıstlər yeri gəldikcə ixtisar olunaraq, onların sayı 116-dan 70-ə endirildi və bu proses bu gün də davam edir. Narazılıq və kütləvi etirazlara hələ ki mahal qoyulmur. Halbuki, bir vaxtlar, Nazirliyin “son terminologiyası” ilə qiymətləndirsək “müəllimlərin müəllimi” hesab edilən metodistlər, təhsil ictimaiyyətinin ən təcrübəli, ən peşəkar və ən nüfuzlu status sahibləri sayılırdilar. Görünür, bizim artıq müəllimlərə yol göstərənlərə, onların dərslərini dinləyib, iradlarını bildirənlərə, yaxud da tədris prosesini müasr tələblər səviyyəsində quran müəllimləri üzə çıxarıb, onların qabaqcil təcrübəsini ümumiləşdirərək, digərləri arasında da yayanlara ehtiyacımız yoxdur.
Maraqlıdır ki, yeni yaradılacaq bu əndirəbadi idarənin “formalalaşdırılması” ilə bağlı bütün proseslərə rəhbərlik edən “Mərdanovun sağ əli-Qədirov Fərzəli” imicini “sərəf və ləyaqətlə” doğruldan, Nazirliyin keçmiş komandasının “baş kadroviki”, yeni komandada da deyəsən, etimadı doğruldaraq yüngülvari redaktə edilmiş “İnsan resursları” şöbəsində öz əvvəlki ampluasındadır.
Yenə də nə isə. Bir zamanlar, hamımıza əzbərlətdirilən bir poemada deyildiyi kimi, nə olmuş, nə imiş...bu ləğv olunmağa məhkum edilmiş idarənin suçu ?
Sən demə, idarənin obyektivliyə və şəffaflığa yönəlik nüfuzu, geniş səlahiyyət dairəsi Təhsil Nazirliyinin o zamankı rəhbərliyinində ciddi narahatçılıq hissi yaradırmış və bu məqsədlə idarənin səlahiyyətlərini mənimsəmək üçün müxtəlif yollar axtarılırmış.Nəhayət ki,idarəyə qarşı yönəldilən aramsız cəhdlər onunla nəticələndi ki, 2000-ci ilin iyun ayında idarə ləğv olundu. Söz-söhbət mərhum prezident Heydər Əliyevə çatdı, məsələ araşdırıldı və həmin ilin avqust ayında idarə yenidən bərpa olundu. Bu Bakı Şəhəri Baş Təhsil İdarəsinə Nazirliyin ilk açıq hücumu idi.
Adı çəkilən hesabatda qeyd olunur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Nazirlər Kabinetinin Qərarına əsasən yaradılmışdır. Bəli, belə bir “Sərəncam” və “Qərar” olub. Lakin, məsələ ondadir ki, Prezidentin 31 mart 2006-cı il tarixli 1399 в„–-li Sərəncamı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri rayon təhsil şöbələrinin ləğv edilməsini təmin etmək” məqsədi ilə verilmişdi. Bu da başa düşülən idi. Çünki, idarənin daha da mobil və çeikliyini təmin etmək, nisbətən kompakt idarəetmə sistemi yaratmaq zərurətı yaranmışdı. Nazirlər Kabinetinin 28 iyul, 2006-cı il tarixli, 189в„– - lı Qərarı isə, yeni qurumun məhz Bakı Şəhəri Baş Təhsil İdarəsinin bazasında yaradılmasını nəzərdə tuturdu.
Bu Sərəncam və Qərarın icrası istiqamətində, idarəetmənin daha da təkmillşədirilməsinə yardımçı ola biləcək, bir neçə layihə belə hazirlanmışdı. Bu layihələrdən ən diqqət çəkəni optimal və praktik sayılanı, bir çox metropolislərdə tətbiq olunan, mövcud idarənin bazasında Bakı şəhərinin şımal, cənub, qərb və mərkəz dairələrinı əhatə edən reqional şöbələrinin yaradılması idi.
Yəni, ləğv olunan 11 rayon təhsil şöbəsinin əvəzinə 5 regional şöbə yaranırdı.
Qaradağ, Səbayel, Yasamal
Nəsimi, Binəqədi
Nərimanov, Nizami
Sabunçu, Əzızbəyov (Xəzər)
Xətai, Suraxanı
Lakin, bir çoxlarına məlum olmayan səbəblərdən (əslində səbəb məlum idi }bu səmərəli və son dərəcə məsrəfli layihədən vaz keçildi. Sabiq Təhsil Naziri Misir Mərdanovun 31iyul 2006-cı il tarixli, 618в„– –li əmri ilə, Bakı Şəhər Baş Təhsil İdarəsi ləğv edildi və əvəzi olaraq Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı. Baş idarənin 3-5 işçisi istisna olmaqla, digər böyük əksəriyyətı qeyri-qanuni olaraq, iş yerlərindən kənarlaşdırıldı. Keçmış idarənin səlahiyyətlərinin Nazirlik tərəfindən kobudluqla və bütövlüklə mənimsənilməsi, bu idarənin tərəqqisinin sonu,tənəzzülünün başlanğıcını müəyyənləşdirmiş oldu.Beləliklə, ikinci həmlə baş tutdu.
Baş İdarəni ləğv etməklə, nə qazandıq nə itirdik?
Qazancla bağlı, məlum olan yeganə həqiqət odur ki, qazanan təhsilimiz olmadı. İtirilən isə, dövlətin havaya sovrulan milyonları və idarənin uzun illər və böyük səylər hesabına qazandığı nüfuz oldu. Elə isə, Nazirlikdə olan şöbələrin sektor adı ilə dublikatını yaratmağa ehtiyac var idimi?
İdarənin ən mühüm sektorlarından biri olan “Strateji Təhlil və Planlaşdırma” sektoru bir il keçməmiş ləğv edildi. 5 müavindən biri öz kurasiyasında heç bir səlahiyyətə malik olmadığını anlayıb, o gedən olub, bu günədək qayıtmayıb.
Pedaqoji kadrların işə qəbulu mərkəzləşdirilmiş qaydada nazirlik tərəfindən həyata keçirilirsə, əlavə təhsil məsələləri ilə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və İxtisasdəyişmə İnstitutu məşğul olursa, “Kadrların idarə olunması və Əlavə təhsil” sektorunun nə işlə məşğul olacağını anlamaq oqədər də çətin deyil.
“İnformasiya-Kommunikasiya Texnologiyaları” (İKT)sektoruna məktəblərin kompüter kabinetinə laborant seçimində etibar olunmursa və məktəblərə kompüter bölüşdürülməsində belə onlar yada salınmırsa, deməli, bu sektorun da formallığına heç bir şübhə qalmır.
“Təhsilin idarə olunmasının məlumat sistemi” (TİMS) sektorunun topladığı məlumatlardan nə vaxt və harada istifadə olunmasını, “Monitorinq və qiymətləndirmə” sektorunun isə, nəyin monitorinqini keçirdiklərini və nəyi qiymətləndirdiklərini yəqin ki, həmin sektorların müdirlərindən başqa heç kim bilmir. “Beynəlxalq əlaqələr” və bir çox digər sektorların “fəaliyyətinə” toxunmuram,çünki həddən artıq başağrısı olar.

Halbuki, səy və iradə, əzmkarlıq və qətiyyət nümayiş etdirməklə, Bakı təhsilində köklü islahat yolu ilə radikal struktur dəyişikliyi aparıb, bütün bu olayları keçmişdən qalan xatirələr kimi unutdurmaq olardı. Nə yazzıq kı, böyük ümid bəslənilən proses baş vermədi.Bir neçə sektorun adının dəyişdirilməsi və kadrların yerdəyışməsi ilə, struktur islahatı görüntüsü yaradıldı.
Hüquqşünaslardan, iqtisadçılardan ibarət, vergi və qoruğ sistemindən “nadir tapıntı” kimi cəlb olunan qeyri-peşəkar mütəxəssislərimiz isə,gənc olmalarındanmı, həddən artıq təkəbbürlü olub,
təcrübəsizliklərindən və ya, kiməsə arxayınçılıqlarındanmı, Bakı təhsilini avtoritar rejimə xas olan ihzibati- amirlik prinsipləri əsasında idarə etməklə, öz vəzifə səlahiyyətlərini yerinə yetirmiş olduqlarını zənn edirlər.
Xeyli müddətdən bəri “Baş” idarə statusundan məhrum edilən bir idarə, indi də, xeyli müddətdir ki, öz yeni “Baş”çısını gözləmək ümidinə qalıb.
Təəsüf, çox təəssüf ...

Nadir Israfilov, Təhsil eksperti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Bu gün, 15:58
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Bu gün, 15:56
Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:26
Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Bu gün, 15:24
Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 15:19
“Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Bu gün, 15:17
İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Bu gün, 15:02
QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Bu gün, 14:57
“Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Bu gün, 14:52
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Bu gün, 14:49
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq - İLGİNC
Bu gün, 10:01
BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...
Bu gün, 09:59
Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... - AXI NİYƏ?
Bu gün, 09:57
Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... - “İravunk”
Bu gün, 09:50
İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
Bu gün, 09:45
Xəyal Rzaya ağır itki üz verib
Bu gün, 09:43
“İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Bu gün, 09:41
Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... - "ArmTimes"
Bu gün, 09:38
Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 09:35
Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26
İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24
Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20
"Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." - Qarabaö Qazisi şikayətçidir...
Bu gün, 09:10
Kremlin `K` variantı... - Görünəni odur ki...
Bu gün, 09:00
Bu, dələduzluq deyil... BƏS NƏDİR? - NARAZILIQ VAR...
Bu gün, 08:58
KONTAKT HOME hamını BOĞAZA YIĞIB - ETİRAZ VAR...
Bu gün, 08:51
Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Bu gün, 08:44
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru