"Sovetski" sakinlərinin baş bəlasına çevrilən fırıldaqçılar peyda olub - Şəhid anasını belə "torlarına salıblar"...
Tarix: 23-10-2014, 10:19 | Çap et
 DİA.AZ: - Yasamal rayonunun “Sovetski” söküntü ərazisində böyük bir köç başlanıb. Sakinlərə verilən kompensasiya ilə razılaşanlar və razılaşmayanlar da var. Bir kvadrat metr üçün verilən 1500 manat kompensasiya ilə razılaşanlar artıq özləri üçün yeni mənzil axtarışına başlayıblar. Bu məbləğdən narazı qalanların olduğunu eşidən bəzi işbazlar da qaz vurub, qazan doldurmaq həvəsinə düşüblər. Belələrindən biri də vəkil Ələkbər Quliyevdir. Bəli, təəccüblənməyin, vəkil. O vəkil ki, məhkəmələrdə hüquqları pozulmuş insanların hüquqlarını bərpa etmək üçün əzmkarlıqla mübarizə aparır, dələduzluqla qarşılaşanlara hüquqi yardım edir. Bəs vəkil özü dələduzluqla, fırıldaqla məşğul olanda, görəsən onları məhkəmələrdə kim müdafiə edir? Belə dələduz vəkillərdən biri də Ələkbər Quliyevdir.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, vəkil Ə.Quliyev eşidəndə ki, “Sovetski” ərazisində söküntü işləri başlanılıb və ilkin mərhələ olaraq artıq söküntü komissiyası mənzillərin ölçülməsinə başlayıb o, bu işdən müftə pul qazanmaq həvəsinə düşür. Ona görə də bir vaxtlar Xətai rayon məhkəməsində pozulmuş hüquqlarını müdafiə etdiyi şəhid anası R.Məmmədova (etika xatirinə adını yazmırıq) ilə əlaqə saxlayır. Vəkil şəhid anasını inandırır ki, söküntü komissiyasının üzvlərindən biri onun ən yaxın dostudur. Hətta, yüksək vəzifəli şəxslərdən bir neçəsinin də adını çəkərək deyir ki, onlar da mənim dostlarımdır. Hər şey onların əlindədir. Mənzilinin ölçüsünü 15 kvadrat metr artıq yazdıra bilərəm. Ciddi xəstəliyi olan və bu xəstəliyin müalicəsindən ötrü çoxlu pul lazım olduğunu düşünən şəhid anası vəkilə inanır. Həm də bu sözləri ona təsadüfi bir adam yox, vəkil deyirdi. Ona görə də vəkilə inanan şəhid anası “Muğan” Bankdan yüksək faizlə 4.500 mant kredit götürüb pulu vəkilə verir. Sonradan vəkil həmin xanıma mobil telefon vasitəsilə zəng vurarq (danışıqlar və yazışmalar mobil telefonda saxlanılır) deyir ki, arxayın ola bilərsən. Pulu komissiya üzvünə çatdırdım. O da yuxarıya çatdıracaq. Mənzilin faktiki ölçüsündən 15 kvadrat metr artıq yazılacaq.
Bir müddət sonra R.Məmmədova sökütü ərazisində olan mənzilinin (hazırda şəhid anasının mənzili sökülüb) pulunu almağa gedəndə ona məlum olub ki, vəkil onu aldadıb. Çünki mənzilinin ölçüsü necədirsə, elə də yazılıb. Bir kvadrat metr də artıq yazılmayıb. Bundan sonra vəkillə ev sahibi arasında mübahisələr başlanır. Şəhid anası verdiyi pulu geri tələb edir və ona deyir ki. hər ay faiz ödəyir. Məsələ getdikcə ciddiləşir. Vəkil əvvəlcə ipə-sapa yatmır. Deyir ki, pulu vermişəm yuxarılara. Bir müddətdən sonra başlayır şəhid anasına yalvarıb-yaxarmağa ki, bəs şikayət etməsin, pulu qaytaracaq. Sonra vəkil birdən-birə dəyişir və başlayır hədə-qorxu gəlməyə. Deyir ki, mənim yuxarıda adamlarım var. Get kimə istəyirsən de. Pulları tək yeməmişəm. Bir də ki, bunun sonu 3-4 metr kəfəndir.
Hər yerdən əli üzülən şəhid anası üz tutur Yasmal Rayon Polis İdarəsinə. Ondan ərizə və izahat alınır, ancaq yenə də vəkil pulu qaytarmır. Bu dəfə aldadılmış xanım üz tutur Yasamal Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna. İnsafən şəhid anası burada hörmətlə qarşılanır və ona dərhal köməklik göstərilməsi üçün Rayon Polis İdarəsinə göstəriş verilir. Sonra isə şəhid anasını Daxili İşlər Nazirliyinin İdarə rəisi qəbul edir. O da məsələ ilə yaxından tanış olduqdan sonra bunun ciddi araşdırılması və dəymiş ziyanın ödənilməsi barədə tapşırıq verir. Onu da qeyd edək ki, Yasamal Rayon Polis İdarəsində bu işlə bağlı cinayət işi qaldırılıb. Ancaq telefon nömrələri və ünvanı bəlli olan vəkil hələ də “tapılmır”.
Vəkil Ə.Quliyev bütün bunlardan bir nəticə çıxarmır. Hələ də pulu qaytarmır ki, qaytarmır. Bu dəfə vəkili yaxından tanıyanlardan biri şəhid anasına deyir ki, sən ona heç nə edə bilməyəcəksən, çünki onun yuxarıda yaxşı adamları var.
Deyəsən bu deyilənlər özünü doğruldur. Vəkil Ə.Quliyevin və onun dostunun dediyi “yuxarıdakı adam” kimdirsə onun müdafiəsinə qalxıb.
İndi “Sovetski” ərazisində yaşayanlara demək istəyirik ki, belə fırıldaqçıların toruna düşməsinlər. Görürsünüz ki, şəhid anasının beş aydır ki, döymədiyi qapı qalmayıb. Ancaq dələduz vəkil “tapılmır” ki, “tapılmır”. Görəsən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət heyəti bu vəkil barəsində nə düşünür? Vəkil Ələkbər Quliyev hansı üzlə məhkəmələrə çıxıb zərərçəkmişlərin hüquqlarını müdafiə edəcək? Axı, indi onun özünə vəkil lazımdır.
Emin Quliyev - DİA.AZ


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19 |
|
|
|
• Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17 |
|
|
|
• Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01 |
|
|
|
• SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59 |
|
|
|
• Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57 |
|
|
|
• Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07 |
|
|
|
• Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03 |
|
|
|
• Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq - İLGİNC
Bu gün, 10:01 |
|
|
|
• BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...
Bu gün, 09:59 |
|
|
|
• Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... - AXI NİYƏ?
Bu gün, 09:57 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... - “İravunk”
Bu gün, 09:50 |
|
|
|
• İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
Bu gün, 09:45 |
|
|
|
• Xəyal Rzaya ağır itki üz verib
Bu gün, 09:43 |
|
|
|
• “İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Bu gün, 09:41 |
|
|
|
• Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... - "ArmTimes"
Bu gün, 09:38 |
|
|
|
• Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26 |
|
|
|
• İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24 |
|
|
|
• Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20 |
|
|
|
• "Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." - Qarabaö Qazisi şikayətçidir...
Bu gün, 09:10 |
|
|
|
• Kremlin `K` variantı... - Görünəni odur ki...
Bu gün, 09:00 |
|
|
|
• Bu, dələduzluq deyil... BƏS NƏDİR? - NARAZILIQ VAR...
Bu gün, 08:58 |
|
|
|
• KONTAKT HOME hamını BOĞAZA YIĞIB - ETİRAZ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42 |
|
|
|
• Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər - VİDEOFAKT
Bu gün, 07:35 |
|
|
|
• Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... - VİDEO
Bu gün, 07:18 |
|
|
|
• "Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Bu gün, 07:13 |
|
|
|
• “Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 07:04 |
|
|
|
• "Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" - FAKT BUDUR!
Bu gün, 07:00 |
|
|
|
• Qadağa və cərimələr başlayır: Mollalar, sadlıq evləri, qızdan 5 yaş böyük oğlan və daha nələr.... - TƏFƏRRÜAT
Bu gün, 06:57 |
|
|
|
• Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma – qalib 10 manatlıq şirkət
Bu gün, 06:55 |
|
|
|
• "Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48 |
|
|
|
• İranda təşviş: azərbaycanlılar silah istəyir! – Yeni müharibə başlaya bilər
Bu gün, 06:45 |
|
|
|
• Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...
Bu gün, 06:41 |
|
|
|
• Binəqədinin hər şeyə QADİR EL XANI... - NARAZILIQ VAR...
Bu gün, 06:35 |
|
|
|
• Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 00:08 |
|
|
|
• “Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” – Tanınmış modelyer şou-biznesi topa tutdu
Bu gün, 00:04 |
|
|
|
• 16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• "Şokdaydım, baxırdım ki, nə edəcək"
Bu gün, 00:00 |
|
|
|
• Bu ölkə İrana nüvə başlığı verəcək – Araşdırma başladı, siyahıda kimlər var?
Dünən, 18:06 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryan barədə: - Bu kölələr məni devirmək istəyirlər
Dünən, 18:03 |
|
|
|
• İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Abşeronda da Namiq Məmmədov adlı birisi var... - Qazdığı fundamentə sorğu-sual yoxdur...
Dünən, 17:59 |
|
|
|
• Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb - FOTO
Dünən, 17:48 |
|
|
|
• "Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 17:47 |
|
|
|
|