Ərdoğan Azərbaycan və Türkiyə üçün böyük bir təhlükəni hansı yanlışı ilə yaratmış oldu - Müstəqil Kürdüstan dövləti yaranır…
Tarix: 24-09-2014, 09:42 | Çap et
 DİA.AZ: - Ərdoğanın Türkiyəsi yenə də burnunun ucundakı dəyişikliklərin quyruğunda getməyə üstünlük verdi. Hər halda, bu gün Türkiyənin ABŞ və Avropa Birliyinin İŞİD-ə qarşı İraq və Suriya ərazilərində həyata keçirdiyi hərbi əməliyyatlardan kənarda qalması belə deməyə əsas yaradır. Doğrudur, ABŞ-da Ərdoğan İŞİD-ə qarşı hərbi həmlələri dəstəklədiyini və Türkiyənin bu əməliyyatlara dəstək verə biləcəyini ifadə edib. Amma artıq gecdir.
Artıq qatar gedib və Ərdoğan illər əvvəl olduğu kimi yenə də hadisələrin arxasınca sürünməyə üstünlük verdi. Bundan ən çox zərər görəni isə Türkiyə dövləti olur.
ABŞ və Avropanın o zaman Səddam Hüseynə qarşı hərbi əməliyyatları zamanı da qardaş Türkiyə Ərdoğanın iradəsi ilə proseslərdən kənarda qaldı. Nəticədə Türkiyənin qulağının dibində bir kürd dövləti təsis olundu. Özü də tarixi TÜRK-AZƏRBAYCAN torpaqları olan Kərkük-Mosul-Ərbil ərazilərində…
İndi də eyni səhv təkrarlandı. Ərdoğan Türkiyəni ABŞ və Avropanın İŞİD-ə qarşı hərbi əməliyyatlarından kənarda qoydu. Nəticəsi daha ağır olacaq. Özü də Türkiyə üçün. Artıq Azərbaycanın həmin bölgələrdəki tarixi torpaqlarında ən dəhşətli faciələrə şahidlik etmişik. Sıra Türkiyədədir. Bu gün İŞİD-in əlindən Türkiyəyə doluşan on minlərlə kürdün rəsmi Ankaranın başına hansı müsibətləri yaşadağıcını təxmin etmək o qədər də çətin deyil. Acınacaqlı olanı isə odur ki, bundan qardaş Türkiyə dövləti və qardaş Türkiyə türkləri də acı çəkəcəklər.
Əslində müşahidə etdikdə, aydın şəkildə görünür ki, Ərdoğan iqtidarı heç də səhv etməyib. Bu, elə hazırki rəsmi Ankaranın siyasətidir. Onlar sanki bir öhdəlik götürüblər və bu öhdəlik Atatürkdən qalma böyük və güclü Türkiyənin yıpradılmasına hesablanıb.
Bizi Azərbaycan olaraq üzən isə belə bir qardaşımızın qüvvəsinin sarsıdılmasıdır. Hər halda, bizə güclü Türkiyə daha çox lazımdır, nəinki taqətdən salınmış Türkiyə… Bu səbəbdən Ərdoağın məqsədli В«yanlışlarıВ» Azərbaycanda da ürək ağrısı ilə izlənilir…
Ərdoğan bu gün bir-iki ərəb dılğırının zövqünü oxşayan populist fikirləri ilə əslində Türkiyə və Azərbaycanın regiondakı maraqlarını təhlükəyə atmış oldu. Azərbaycan NATO-nun üzvü deyil və Azərbaycana kimsə İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakı təklif etməyib. Amma Türkiyə belə bir şansı qaçırdı. Və bununla da Suriya və İraqdakı ümumi maraqlarımızı da birdəfəlik olaraq dəfn etmiş oldu. Artıq Amerikanın İŞİD-ə qarşı silahlandırdığı kürdlərin daha böyük ərazilərdə özlərinə dövlət quracaqları şübhəsizdir.
Qarşıla, Ərdoğan, istədiyin Böyük Kürdüstan yaranır…
P.S. Bildirək ki, bu ideyanın təbliğatçıları Azərbaycanın tarixi torpaqları olan Kərkük, Mosul, Ərbillə yanaşı, yenə də tarixi torpaqlarımız olan Diyarbəkir (Diyarbəkirin Azərbaycan şəhəri olduğunu 3 il əvvəl Türkiyənin məşhur В«HürriyyətВ» qəzetinin manşet yazısında da etiraf etmişdilər -red.), Urfa, Ərzurum, Qars, İğdıra, həmçinin Naxçıvana belə iddialıdırlar…
DİA.AZ - Analitik Araşdırma Qrupu


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48 |
|
|
|
• İranda təşviş: azərbaycanlılar silah istəyir! – Yeni müharibə başlaya bilər
Bu gün, 06:45 |
|
|
|
• Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...
Bu gün, 06:41 |
|
|
|
• Binəqədinin hər şeyə QADİR EL XANI... - NARAZILIQ VAR...
Bu gün, 06:35 |
|
|
|
• Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 00:08 |
|
|
|
• “Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” – Tanınmış modelyer şou-biznesi topa tutdu
Bu gün, 00:04 |
|
|
|
• 16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• "Şokdaydım, baxırdım ki, nə edəcək"
Bu gün, 00:00 |
|
|
|
• Bu ölkə İrana nüvə başlığı verəcək – Araşdırma başladı, siyahıda kimlər var?
Dünən, 18:06 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryan barədə: - Bu kölələr məni devirmək istəyirlər
Dünən, 18:03 |
|
|
|
• İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Abşeronda da Namiq Məmmədov adlı birisi var... - Qazdığı fundamentə sorğu-sual yoxdur...
Dünən, 17:59 |
|
|
|
• Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb - FOTO
Dünən, 17:48 |
|
|
|
• "Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 17:47 |
|
|
|
• 9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? - TƏFƏRRÜAT
Dünən, 17:38 |
|
|
|
• "AES təhlükəsizlik problemləri yaradır" - Qriqoryan etiraf etdi
Dünən, 17:35 |
|
|
|
• Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub
Dünən, 17:29 |
|
|
|
• “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” - İsazadə
Dünən, 17:26 |
|
|
|
• “Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” - GƏLİŞMƏ
Dünən, 17:24 |
|
|
|
• Bakıya gətirilən 5 manatlıq ət: - TƏHLÜKƏLİDİR?
Dünən, 17:18 |
|
|
|
• Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü
Dünən, 17:10 |
|
|
|
• Moskva Bakıdan küsüb: nə üzlə?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06 |
|
|
|
• “Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
• Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb - CƏDVƏL
Dünən, 17:02 |
|
|
|
• Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı - İsrafil Kərimovun yazısı
Dünən, 16:58 |
|
|
|
• Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir - ETİRAZ
Dünən, 16:53 |
|
|
|
• İranda rejim dəyişikliyi xaos yaradacaq - Tramp
Dünən, 16:46 |
|
|
|
• “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - GƏLİŞMƏ
Dünən, 15:48 |
|
|
|
• Xalq Bank Milli Depozit Mərkəzinə - ÜZV OLDU
Dünən, 15:42 |
|
|
|
• Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Dünən, 15:39 |
|
|
|
• Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - BU NƏDİ BELƏ?
Dünən, 15:32 |
|
|
|
• Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: - “Təhqir olunmuşdum”
Dünən, 15:28 |
|
|
|
• Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Dünən, 15:22 |
|
|
|
• Məhərrəm İncə CHP-yə qayıdıb
Dünən, 15:18 |
|
|
|
• ABŞ Prezidentindən İsrailə çağırış: - İrana bomba atma, pilotlarını dərhal evə qaytar!
Dünən, 15:14 |
|
|
|
• Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Dünən, 13:06 |
|
|
|
• İran səfiri Qətər XİN-ə çağırılıb
Dünən, 13:05 |
|
|
|
• “PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 13:02 |
|
|
|
• “Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:55 |
|
|
|
• 4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Dünən, 12:51 |
|
|
|
• Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Dünən, 12:48 |
|
|
|
• İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Dünən, 12:43 |
|
|
|
• Tehrana zərbə endirmək göstərişi verdi
Dünən, 12:27 |
|
|
|
• Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Dünən, 12:23 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21 |
|
|
|
• İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Dünən, 12:17 |
|
|
|
• Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Dünən, 12:10 |
|
|
|
• UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Dünən, 12:04 |
|
|
|
• Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Dünən, 11:48 |
|
|
|
|