Qazax səhiyyəsi acınacaqlı durumda .....                     Göygöl peşə məktəbində AÇIQ BAZAR .....                     "Jurnalistlərin binası"nda ÜSYAN HƏDDİ... .....                     “Müqəddəs taxt” uğrunda siyasi döyüş: Paşinyana qarşı yeni alyans .....                     "Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib" .....                     " Bəlkə bu söz-söhbətləri ümumiyyətlə, aparcılar yığışdırsın?" .....                     Moskva Krım tələbini niyə məhz Bakıya qarşı irəli sürür? .....                     Paşinyanla qarşıdurmada məğlubiyyəti .....                     Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat .....                     "Ermənistan baş nazirinin kilsəyə hücumu: səbəb nədir?" .....                     Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir .....                     Keçmiş dostlar necə və niyə düşmən oldular? .....                     İran şahının nəvəsi yəhudi biznesmenə ərə gedib .....                     Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb .....                     BDU-nun “Məzun Günü” tenderində gözlənilməz endirim .....                     Paşinyan İrəvanda hücuma hazırlaşır .....                     AMB 314 minlik qablaşdırma mallarını .....                     Pirşağıda şagirdlərin ağzını "skoç"layan müəllimə xəbərdarlıq edildi .....                     Naxçıvan MR-in Tibb Müəssisələrinin İdarəetmə Birliyi ləğv edilir .....                     Bakıda 12 hektarlıq yeni park salınır, 2,3 milyonluq tenderi .....                     Problemli kreditlər silinəcəkmi? .....                     Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi .....                     Erməni deputatdan iddia: Paşinyan iqtidarının ömrünə cəmi bir neçə ay qalıb .....                     Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar .....                     Səkkiz yaşlı oğlana təcavüz edən həbs olunmadı .....                     "Yoldaşımı xəstəxanaya aparmışdım" .....                     İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? .....                     Ermənistanda vətəndaş müharibəsi təhlükəsini görürəm .....                     "Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar" .....                     Tevanyan erməniləri Paşinyana qarşı üsyana çağırdı: .....                     Rahib Qəribi döyüb ayağını sındırdılar .....                     Məmmədovun xeyrinə qanunları pozan qadın hakim kimdir? .....                     Əcnəbi turist Bakıdakı qızları "ələ saldı": .....                     Durov niyə Fransanı tərk edə bilmir? .....                     Rusiya gedib öz problemləri ilə məşğul olsun! .....                     Fransa məhkəməsi Azərbaycan səfirliyinə hücumla bağlı .....                     Moskva vilayətində bazara silahı hücum olub, .....                     Paşinyanın Azərbaycan xalqına mesajının sirri .....                     Rusiyadan növbəti Qarabağ təxribatı: .....                     Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq .....                 

Mikayıl Cabbarov Xamisə “XAMUŞ” deyəcəkmi? - İTTİHAM VAR...
Tarix: 25-03-2024, 09:32 | Çap et
Mikayıl Cabbarov Xamisə “XAMUŞ” deyəcəkmi?
Azərbaycan məmurları arasında “nadir tapıntılar” gen-boldur. Onların misli-bərabəri yoxdur. Sanki dinozavrlarla eyni dövrdə yaşayıblar. Çünki elə ağılasığmaz əməllərə yiyəlik edirlər ki, heç ən yırtıcı məxluqların belə ağlına gələ bilməz. Axı hansı ölkədə görmək olar ki, bir məmur min oyundan çıxsın, işlədiyi qurumdan əlavə idarələrə də əl uzatsın, kamfulyaj olub hər hoqqaya imza atsın?! Amma bizdə var, onların adları “Qırmızı kitab”a düşə bilər. Heyf ki, belə məmurlarımızın qədrini bilənlər yoxdur, dünya ictimaiyyətində tanıda bilmirik. Əgər onları təbliğ etsəydik, Azərbaycanın adını “ucalara” yüksəldərdilər. İndi bəhs edəcəyimiz dövlət məmuru da “unikal” və “analoqu olmayan” personajlardan biridir.

Əvvəla “xamis” sözündən başlayaq. Ona görə başlayaq ki, ölkəmizin inkişafında xüsusi “rolu” olan məmurun adı Xamisdir. Di gəl ki, “Xamis” sözü tərcümədə “beşinci” deməkdir. Yox-yox, elə fikirləşməyin ki, “arabanın beşinci təkəri” anlamını daşıyır. Sadəcə, bu söz ad olanda fikirləşməli olursan ki, Xamis adlı bir insan “beşinci” deyə çağırıla bilərmi? Əlbəttə ki, yox! Amma vəzifədə, kresloda beşinci də ola bilər, elə birinci də… Əsas məsələ Xamis adını daşımaq deyil, əməllərində xalis olmaqdır. Xalis sözü isə hamıya bəllidir ki, təmiz deməkdir.



Ancaq bəhs edəcəyimiz Xamis Seyranov adlı məmur heç də əməllərində xalis deyilmiş. Vallah bunu, yayılan məlumatlar, səslənən iddialar belə deməyə əsas yaradır. Çünki Xamis Seyranov öz səlahiyyətlərinə aid olmayan üçüncü, dördüncü, hətta “xamis” – beşinci dərəcəli işlərlə məşğul olur. Necə deyərlər, “burnu girməyən yerə” məsəli…

İntəhası, son dövrlərdə Xamis Seyranov “işin” öhdəsindən gəlməyi bacarır, yaman “səriştəli” olub. İndi işlədiyi yerdə vəzifəsindən kənar məsələləri də “həll edir”. Soruşa bilərsiniz ki, bəs kimdir axı bu Xamis Seyranov? O zaman bizdən məlumat vermək, sizdən bunu öyrənmək olsun. Məlumunuz olsun ki, Xamis Seyranov 1984-cü ildə Sumqayıtda dünyaya gəlib. Bakı Dövlət Universitetində bakalavr, sonra Malmödə magistr təhsili alıb.

Hazırda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri vəzifəsində çalışır. Eyni zamanda, BDU və Dövlət İqtisad Universitetində işləyir. Buna qədər Elm və Təhsil Nazirliyində sektor müdiri də işləyib. Hazırda işi-gücü inhisarçılığa qarşı guya mübarizə aparmaq olan Xamis Seyranov başqa sahələrə girişib. Bu haqda bir qədər sonra…

Hə, harda qalmışdıq. Bəli, inhisarçılıqla mübarizədə. Nazirlikdə şöbə müdiri olan Xamis Seyranovun bir müsahibəsi rastımıza çıxdı. Məhrum aktyor Siyavuş Aslanın sözü olmasın, “sən öl adamı gic gülmək tutur”. Həmin Seyranov, əməlləri qara-qura olan bu məmur görün nə deyir. Özü də nazirliyin rəsmi saytında bu müsahibə yerləşdirilib. Bəli, Xamis Seyranov deyir ki, rəqabəti pozan subyektlərə və təbii inhisarlara qarşı ən sərt tədbirlər görüləcək. Görəsən, onun rəqabətin pozulmasına, monopoliyaya qarşı indiyə qədər bir dəfə hansısa sərt fəaliyyəti olubmu? Bu gənc məmur geniş müsahibənin sonuna yaxın isə bildirir ki, sahibkarlıq subyektləri də öz fəaliyyətlərində qarşılaşdıqları rəqabəti pozan, yaxud rəqabətə uyğun gəlməyən, onların fəaliyyətinə hansısa maneə yaradan hərəkətlərlə rastlaşdıqda, eləcə də təbii inhisarlar tərəfindən onların fəaliyyətinə hər hansı bir maneçilik, çətinlik yaradılmasına rast gəldikdə bununla bağlı Dövlət Xidmətinə müraciət edə bilərlər. Yəni kimə? Seyranova müraciət etsinlər? Yaxşı, deyək ki, həqiqətən də şöbə müdiri səmimi şəkildə bu çağırışı edib, o zaman onun qaranlıq işlərinə bir nəzər yetirək, görək doğurdanmı Seyranov məmur kimi şəffaf, xalis fəaliyyət göstərir?

Belə ki, Xamis Seyranov nazirlikdə qeyri-rəsmi kadrlar şöbəsinin müdiri kimi özünü aparır. Yəni onun belə danışmağına baxmayın, nazir Mikayıl Cabbarovun prinsiplərinə tam zidd şəkildə meydan sulayır və özü üçün kadrların “vurulması” və “irəliyə aparılması” sahəsində böyük siyasət qurub. Seyranov nazir Cabbarovun qurumda yaratdığı mühitin əleyhinə böyük bir təxribatçı şəbəkə və iş qurub. O, Antiinhisar Xidmətdə şöbə müdiri kimi öz vəzifəsi ilə məşğul olmaq əvəzinə, hansı məmuru işdən azad etmək, hansı kadrı onun yerinə işə götürmək funksiyalarını yerinə yetirir. Axı ona bu ixtiyarı kim verib? Məgər şöbə müdrinin belə bir səlahiyyəti varmı? Görünür ki, Xamis Seyranov ona olan inam və etimaddan sui-istifadə etməkdədir. Əgər nazirin onun bu hərəkətlərindən xəbəri olsaydı, Seyranov indi seyranlıqda olardı…

Faktiki olaraq, inhisarçılığa qarşı mübarizəni bir kənara qoyaraq nazirlikdə ona “torba tikmək”, bunu işdən çıxarmaq “vəzifəsi”ni özü verən Seyranov, əməlli-başlı hegemonluq etməkdədir, istədiyi qərarların verilməsinə təsir göstərməkdədir, xoşuna gəlməyən, gözü götürməyənləri yola salmaqdadır. Təsəvvür edin ki, islahatçı nazir kimi status qazanmış Mikayıl Cabbarovun imicini, nazirlikdə qurduğu sistemi darmadağın etməkdədir. Bu, nazirin adına ləkə gətirməkdir. Çünki köhnə əyyamları, sovet dövrünə aid eybəcərlikləri, “donos”çuluğu, işçiyə “quyu qazmağı” nazirliyə gətirən Seyranov islahatçıların adına zərbə vurmaqdadır.
İnanmaq olmur ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu məsələlərdə iştirakı var. Məlumatda deyilir ki, Xamis

Seyranov nazir Mikayıl Cabbarovun ona olan etimadından sui-istifadə etməkdədir. Bu da xoşagəlməz bir mənzərə və narazılıq yaradıb. Seyranov Qərb təhsili almasına baxmayaraq, göründüyü kimi köhnə adətlərlə, üsullarla hərəkət etməkdədir. Ona görə də nazirlikdə kadrların təyinatı və təqdimatı işində canfəşanlıq edir, dəridən-qabıqdan çıxır. Amma bu gedişatla heç də yaxşı reputasiya qazanmır. Onun nazirlikdə “torba tikən” adı alması, gözünə yaxşı görünməyən kadrları yola saldırıb istədiyi şəxsləri gətirməsi kollektivdə də bir inamsızlıq formalaşdırır. Hər halda, nazir Mikayıl Cabbarov belə vəziyyətin yaranmasında maraqlı ola bilməz. Əminliklə söyləmək olar ki, nazirin Seyranovun əməllərindən məlumatı yoxdur. Əgər varsa, onda başqa suallar meydana çıxa bilər. Lakin biz məlumatlandırdıq, gələn informasiyaları cəmiyyətin nəzərinə çatdırdıq, bundan sonrası nazirliyin daxili araşdırmasına qalır.

Sadəcə, Seyranov nazirlikdəki bu çirkin və qaranlıq işləri ilə fəaliyyətini məhdudlaşırmayıb. Əgər nazir Cabbarov bilsəydi ki, onun Elm və Təhsil Nazirliyində işlədiyi dövrdə sektor müdiri kimi necə özbaşınalıqları, fitnəkarlığı, araqarışdıranlığı olub, ona hazırkı Xidmətdə şöbə müdiri postunu həvalə etməzdi. Nəinki təhsil nazirliyində işlıdiyi dövürdə, elə indinin özündə də ,, kadr islahatlarına ” təsir etmək gücündədur. Bu da azmış kimi, o cümlədən Seyranovun əli “Azəriqaz” İstehsalat Birliyinə qədər də uzanır. Görəsən, nazirlik onu bu əlaqələrindən xəbərdardırmı? Yəni İqtisadiyyat Nazirliyinə tabe olan Xidmətdə şöbə müdiri olasan, bu quruma bağlılığı olmayan “Azəriqaz”a belə əl uzadasan.

Bu barədə redaksiyamıza verilən məlumatda deyilir ki, İsveçin Malmö universitetində magistr təhsili almaqla, Skandinaviya mühiti görməklə deyil, Xamis Seyranov əsl kustar yollara əl atır, həqiqətən də yuxarıda deyildiyi kimi, “nadir tapıntı” olan məmurlardan biridir. Məlumatlara görə,

Xamis Seyranov “Azəriqaz” İB-də borc sildirməkdədir. Bəs bunu necə edir? Suala verilən cavabda bildirilir ki, Seyranov podratçı şirkətlərdən qeyri-rəsmi yolla , anlaşır’, sonra “Azəriqaz” İB-ə hədə-qorxu gəlir, nəticədə həmin podratçıların işini yoluna qoyur. Yəni buna əsl mafioz davranış demək olar. Konkret olaraq, Seyranov odioz məmur obrazındadır. Belə ki, nazirlikdə tutduğu vəzifədən, oradakı nüfuzundan, hətta istisna deyil ki, nazir Cabbarovun adından istifadə etməklə “Azəriqaz”da iş aşırmaqdadır. Əgər işlədiyi qurumda öz postunu əlavə kadrların təyinatına müdaxilə etməyi bacarırsa, deməli, “Azəriqaz”a da təsir imkanlarına, oradakı məmurlara basqı etmək gücünə malikdir. İddialara görə, Seyranov gözümçıxdıya saldığı adamların lisenziyasını ləğv etdirə bilir. Bir sözlə, bu dərəcədə qorxulu fiqura çevrilib. Ona görə həmin şəxslər Xamis Seyranov barəsində heç bir şikayət edə bilmirlər, tam əksinə, görüm baxım etmək məcburiyyətində qalırlar. Nəticədə həmin adamlar lisenziya ləğv olunmasın deyə Seyranovun tələblərini yerinə yetirirlər.

Ancaq Seyranovun qazanc seyrangahı bununla da bitmir. Əldə etdiyimiz xəbərlərə görə, Seyranov istixana (parnik) sahibləri ilə şərik işləyir. Belə ki, istixana sahiblərindən qaz borcu olanlarla 50/50yə anlaşır, sonra “Azəriqaz”da öz “qaydaları” ilə “güc” nümayiş etdirib həmin borcları sildirməyə nail olur. Çox qəribədir ki, Seyranov bütün bu işləri həyata keçirir, qaz borcu olan “parnik” sahibləri ilə dil taparaq “Azəriqaz”da iş həll edir, lakin nədənsə onun bu əməllərini görən gözlər yoxdur. Maraqlıdır, niyə? Cənab nazir bunları da bilirmi?

Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazax səhiyyəsi acınacaqlı durumda - İTTİHAM VAR...
Bu gün, 00:48
Göygöl peşə məktəbində AÇIQ BAZAR - BU NƏDİ BELƏ?
Bu gün, 00:28
"Jurnalistlərin binası"nda ÜSYAN HƏDDİ... - Şirkət abunəçilərinə necə fırıldaq gəlib?
Bu gün, 00:09
“Müqəddəs taxt” uğrunda siyasi döyüş: Paşinyana qarşı yeni alyans - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib"
Bu gün, 00:00
" Bəlkə bu söz-söhbətləri ümumiyyətlə, aparcılar yığışdırsın?"
Dünən, 23:55
Moskva Krım tələbini niyə məhz Bakıya qarşı irəli sürür? – Təxribatlar gözləniləndir
Dünən, 23:51
Paşinyanla qarşıdurmada məğlubiyyəti erməni kilsəsinin siyasətini dəyişə bilərmi?
Dünən, 18:14
Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
Dünən, 18:10
"Ermənistan baş nazirinin kilsəyə hücumu: səbəb nədir?" - "Deutsche Welle"
Dünən, 18:07
Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
Dünən, 18:04
Keçmiş dostlar necə və niyə düşmən oldular? - AKTUAL
Dünən, 18:00
İran şahının nəvəsi yəhudi biznesmenə ərə gedib - VİDEO
Dünən, 17:59
Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb
Dünən, 17:56
BDU-nun “Məzun Günü” tenderində gözlənilməz endirim - TENDER NƏTİCƏSİ
Dünən, 17:54
Paşinyan İrəvanda hücuma hazırlaşır – Bu dəfə qalib gələcək!
Dünən, 17:53
AMB 314 minlik qablaşdırma mallarını - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:50
Pirşağıda şagirdlərin ağzını "skoç"layan müəllimə xəbərdarlıq edildi - RƏSMİ
Dünən, 17:47
Naxçıvan MR-in Tibb Müəssisələrinin İdarəetmə Birliyi ləğv edilir
Dünən, 17:46
Bakıda 12 hektarlıq yeni park salınır, 2,3 milyonluq tenderi - BU ŞİRKƏT UDDU
Dünən, 17:45
Problemli kreditlər silinəcəkmi? - “Müəyyən addımlar atmaq olar”
Dünən, 17:32
Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi
Dünən, 17:30
Erməni deputatdan iddia: Paşinyan iqtidarının ömrünə cəmi bir neçə ay qalıb
Dünən, 17:22
Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
Dünən, 17:13
Səkkiz yaşlı oğlana təcavüz edən həbs olunmadı
Dünən, 17:07
"Yoldaşımı xəstəxanaya aparmışdım" - Misir Mərdanov TƏKZİB ETDİ
Dünən, 17:05
İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
Dünən, 17:01
Ermənistanda vətəndaş müharibəsi təhlükəsini görürəm - Erməni deputat
Dünən, 17:00
"Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar" - "Yasamal Hospital"dan ŞİKAYƏT
Dünən, 16:58
Tevanyan erməniləri Paşinyana qarşı üsyana çağırdı: - Gözə göz, dişə diş
Dünən, 16:52
Rahib Qəribi döyüb ayağını sındırdılar - VİDEO
Dünən, 16:33
Məmmədovun xeyrinə qanunları pozan qadın hakim kimdir? - NƏ BAŞ VERİR?
Dünən, 15:32
Əcnəbi turist Bakıdakı qızları "ələ saldı": - "Hamısı..."
Dünən, 15:29
Durov niyə Fransanı tərk edə bilmir? - Özü açıqladı
Dünən, 13:06
Rusiya gedib öz problemləri ilə məşğul olsun! - Sabiq nazirdən REAKSİYA
Dünən, 13:03
Fransa məhkəməsi Azərbaycan səfirliyinə hücumla bağlı apellyasiya şikayətinə baxacaq
Dünən, 13:00
Moskva vilayətində bazara silahı hücum olub, azərbaycanlı miqrantlar hədələnib
Dünən, 12:59
Paşinyanın Azərbaycan xalqına mesajının sirri – “Hadisələri tezləşdirmək istəyir”
Dünən, 12:56
Rusiyadan növbəti Qarabağ təxribatı: - Putin də Medinski kimi düşünür
Dünən, 12:53
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Dünən, 12:47
Sabunçuda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Dünən, 12:42
Samuxda ehsan qadağan EDİLİB? -İCRA BAŞÇISI DANIŞDI
Dünən, 12:36
Məhkəmə Şəmkirin həbsdə olan sabiq icra başçısının əmlakları ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:34
Cənubi Qafqazda “qırıcı qarşıdurması”: - Bakı və İslamabad İrəvan-Dehli-Paris triosuna qarşı
Dünən, 12:30
Məhbus ailələri aparıcı "Tolik"i məhkəməyə verir - "Bu, onun ilk belə məsuliyyətsiz hərəkəti deyil"
Dünən, 12:25
Kilsə ilə Paşinyan qarşıdurmasında yeni mərhələ: - İrəvanda üsyan gözləntisi
Dünən, 12:22
Xankəndidə şəhid övladları üçün “Zəfər Sədası” intellektual düşərgəsi keçirilib - Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə
Dünən, 12:19
Ağdam Rayon İcra Hakimiyyətinin 205 minlik tenderi ləğv edildi
Dünən, 12:15
Rayonların əksəriyyətində işçilərin sayı azalıb – Tam siyahı
Dünən, 12:08
Ermənistan Rusiyanın Qərbi Zəngəzurda konsulluq açmasına mane olur
Dünən, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru