Gəncədə icra hakimiyyəti QOÇULUQ EDİR... - “Qazı, işığı kəsdilər, şəraitimizi pisləşdirdilər ki, könüllü çıxaq”
Tarix: 1-08-2023, 08:08 | Çap et
 Gəncə sakini Rövşən Ağamirov deyir ki, şəhərdə 6 nəfərlik ailəsilə birlikdə yaşadığı evi zorla söküblər. 1996-cı ildə aldığı evin onun mülkiyyətində olduğunu təsdiqləyən bütün sənəd-sübutlar da var. Onun sözlərinə görə, üstündən 11 il keçməsinə baxmayaraq, əmlakının dağıdılmasına görə ona dəymiş ziyan ödənilməyib.
“Dedilər ki, istəsək də, istəməsək də söküləcək…”
Ağamirovlar ailəsinə məxsus ev Gəncənin Nizami küçəsində – hava limanına gedən yolun üstündə yerləşib. Həmin ərəfədə hava limanına gedən yolun genişləndirilməsinə qərar verilib.
“2012-ci ilin aprelində gəldilər, heç bir sənəd təqdim eləmədilər. Dedilər ki, istəsək də, istəməsək də, ev söküləcək. Əvəzində şəhərdən kənarda 4 sot torpaq sahəsi təklif elədilər. Həmin adamlar növbəti gün gəlib evin sənədlərini istədilər. Kobud danışırdılar…”, – Rövşən Ağamirovun sözləridir.
Bundan sonra Rövşən Ağamirovun həyat yoldaşı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qəbuluna gedib ki, söküntünün qarşısının alınmasından ötrü ondan kömək istəsin. Lakin icra başçısının qəbuluna düşə bilməyib. İcra hakimiyyətinin əməkdaşları isə ona tövsiyə ediblər ki, ona təklif olunan torpaq sahəsini götürüb, razılıq versin.
“Qazı, işığı kəsdilər, şəraitimizi pisləşdirdilər ki, könüllü çıxaq”
Həmin ərəfədə Nizami küçəsində söküntü prosesi gedirmiş:
“Bizim qazımızı, işığımızı kəsdilər, şəraitimizi pisləşdirdilər ki, könüllü razılaşaq. Məcbur olub evdən çıxdıq, amma razılıq vermədik. Bir də xəbər tutduq ki, evin bir hissəsini – eyvanı, həyətdəki hamam-tualeti, hasarı söküblər. Evin qarşısına divar hörüblər…”.
Əmlak sahibi Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, ona dəymiş ziyanın əvəzində kompensasiya tələb edib. Lakin onun ərizəsinə cavab verilməyib.
Elmar Vəliyev icra başçısı olduğu dövrdə Rövşən Ağamirov məhkəməyə müraciət etsə də, onun iddiası mümkün sayılmayıb – baxılmaqdan imtina olunub. Bu üzdən 2021-ci ildə o, yenidən məhkəməyə üz tutub. Bu dəfə maddi ziyana görə 100 min, mənəvi ziyana görə isə 30 min manat kompensasiya tələb edib. Gəncə İnzibati Məhkəməsinin qərarıyla 53 min manat kompensasiya təyin edilib – maddi ziyana görə 52 min, mənəvi ziyana görə də 1000 manat təzminat müəyyənləşdirilib.

İcra hakimiyyəti kompensasiya ödəmək istəmir
Gəncə Şəhər İcra Hakimiyyəti məhkəmənin qərarından narazıdır. Onlar iddia edir ki, Ağamirovlar ailəsi söküntüyə görə məhz icra hakimiyyətinin məsuliyyət daşıdığını sübut edə bilməyib. Bu üzdən apelyasiya şikayəti veriblər.
“Gəncə Şəhər İcra Hakimiyyəti bununla bağlı heç bir qərar verməyib, söküntü işləri aparmayıb. Özü də bildirir ki, 2012-ci ilin aprel ayında tanımadığı şəxslər heç bir sənəd təqdim etmədən gəlib, ona və ailə üzvlərinə deyiblər ki, evin sökülməsinə razılıq versinlər. Həmin şəxsləri tanımadığını özü bildirdiyi halda, məhkəmə əsas olmadan bu addımın Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən həyata keçirildiyi qənaətinə gəlib. Kompensasiyanın icra hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz. Bununla bağlı mötəbər sübut yoxdur”.
“Avtomobil Yolları” Dövlət Agentliyi də məhkəmənin sorğusuna cavab olaraq bildirib ki, Gəncə şəhəri, Nizami küçəsində avtomobil yolunun genişləndirilməsi işlərini onlar həyata keçirməyib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sosial yardımı kəsmək üçün əcaib bəhanə - BU NƏDİ BELƏ?
Bu gün, 06:26 |
|
|
|
• Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana gəldi
Bu gün, 06:23 |
|
|
|
• Üç ölkə üçün fəlakət ssenarisi: Azərbaycan da var – “Hazır olun!”
Bu gün, 06:20 |
|
|
|
• Tramp komandasına təcili İran rəsmiləri ilə görüşməyi tapşırıb
Bu gün, 06:11 |
|
|
|
• Erməni kilsəsi yenə Paşinyana meydan oxudu - GƏLİŞMƏ
Bu gün, 06:10 |
|
|
|
• ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq - Amerika müharibəyə qoşuldu
Bu gün, 06:07 |
|
|
|
• Bakı milyonçusunun tikdirdiyi məscid xarabalığa çevrilib - “Babama qarşı bu haqsızlıqdır”
Bu gün, 00:01 |
|
|
|
• İran məşhur taktikaya əl atdı – Bunu İsrail də gözləmirdi
Dünən, 23:57 |
|
|
|
• SEPAH-ın ölkəmizə qarşı böhtanı və təxribatı: "Tehranı vuran təyyarələr Azərbaycandan qalxır" - FOTOFAKT
Dünən, 23:52 |
|
|
|
• İsrail Təbriz hava limanına hücum etdi - “Nur Nyus”
Dünən, 18:18 |
|
|
|
• Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər
Dünən, 18:16 |
|
|
|
• İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb?
Dünən, 17:39 |
|
|
|
• “İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq - TƏFƏRRÜAT
Dünən, 17:36 |
|
|
|
• Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib - Rusiya XİN
Dünən, 17:30 |
|
|
|
• AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb - DİQQƏT...
Dünən, 17:28 |
|
|
|
• Hacı Şahinin oğlu nişanlandı - FOTO
Dünən, 16:50 |
|
|
|
• "Mənim heç 74 yaşlı atam olmadı"
Dünən, 16:47 |
|
|
|
• İran və İsrail orduları üz-üzə: texnologiya, strateji zərbələr və Azərbaycanın maraqları - GƏLİŞMƏ
Dünən, 16:43 |
|
|
|
• İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb - “The Times of Israel"
Dünən, 16:39 |
|
|
|
• Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
• İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib - KİV
Dünən, 15:48 |
|
|
|
• Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı - BAKIDA metroda hadisə
Dünən, 15:47 |
|
|
|
• Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: - Məclisə Rafet El Roman gəldi
Dünən, 15:45 |
|
|
|
• “Həmişə deyirdi ki, Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam, bu sənət çox pisdir”
Dünən, 15:43 |
|
|
|
• AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb - SİYAHI
Dünən, 15:39 |
|
|
|
• “İranın nüvə proqramını məhv etmək mümkün deyil...” -Kral İnstitutunun İranın nüvə siyasəti üzrə eksperti
Dünən, 13:47 |
|
|
|
• Neft bu qədər BAHALAŞA BİLƏR - AÇIQLAMA
Dünən, 13:20 |
|
|
|
• İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir? - “Nezavisimaya qazeta”
Dünən, 13:06 |
|
|
|
• "Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər"
Dünən, 13:04 |
|
|
|
• Yeni rəis təyin olundu - ƏMR
Dünən, 12:58 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:54 |
|
|
|
• Əli Xamenei harda GİZLƏNİB?
Dünən, 12:52 |
|
|
|
• Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu! - TƏFƏRRÜAT
Dünən, 12:48 |
|
|
|
• Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir? - Ekspert danışır...
Dünən, 12:45 |
|
|
|
• Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər
Dünən, 12:39 |
|
|
|
• Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir
Dünən, 12:29 |
|
|
|
• “Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!” - Faciənin astanasındayıq
Dünən, 12:27 |
|
|
|
• İsraildə nazir ailələri gizli bölgələrə təxliyə olunub
Dünən, 12:18 |
|
|
|
• İran yolu bağlandığından Ermənistan BLOKADAYA DÜŞÜB - KİV
Dünən, 12:04 |
|
|
|
• Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Dünən, 12:00 |
|
|
|
• “AzToyuq” MMC-nin vergi borcu yaranıb - FOTO
Dünən, 11:55 |
|
|
|
• “Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA – Vətəndaşların müraciəti niyə RƏDD edilir?
Dünən, 11:47 |
|
|
|
• “İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...” - deputat
Dünən, 11:44 |
|
|
|
• Azərbaycanın keçmiş baş naziri son istefasından DANIŞDI - "Sədrin kim olması ilə bağlı məsələ..."
Dünən, 11:41 |
|
|
|
• İsrail – İran müharibəsi: Azərbaycan üçün risklər - NƏ ETMƏLİ?
Dünən, 11:35 |
|
|
|
• "Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB - HESABAT
Dünən, 11:32 |
|
|
|
• Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? - “İlin sonunda...”
Dünən, 11:30 |
|
|
|
• Nazirliyin "favorit" şirkəti ilə 7 milyon manatlıq müqavilə bağlanılıb - TƏFƏRRÜAT
Dünən, 11:14 |
|
|
|
• İsraildən XƏBƏRDARLIQ: - Tehrandakı binaları və məhəllələridağıdacaq
Dünən, 11:12 |
|
|
|
• İsrail niyə xüsusi olaraq Təbriz şəhərini HƏDƏF ALIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:00 |
|
|
|
|