FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                 

Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Tarix: Bu gün, 15:22 | Çap et

Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, Gürcüstan 2026-cı ilin birinci rübündə turizm gəlirləri üzrə rekord qıraraq onları 829,8 milyon dollara çatdırıb. 2026-cı ilin yanvar-mart ayları ərzində ölkənin turizm gəlirləri ötən ilin eyni üç ayı ilə müqayisədə 0,5% çox olub. Avropa Birliyi və Böyük Britaniyadan olan turistlər Gürcüstana 140,7 milyon dollar xərcləyiblər ki, bu da 36,4% artım deməkdir. Rusiyalı turistlər ikinci yeri tutaraq 124 milyon dollar xərcləyiblər ki, bu da ötən illə müqayisədə 12% azdır. Digər tərəfdən, türkiyəli səyahətçilərin xərcləri üç ay ərzində 12% artaraq 120 milyon dollara çatıb.

İsrail və Azərbaycandan olan turistlər də Gürcüstanda ən çox xərcləyən beş ölkə arasında yer alıblar. Turist səfərlərinin sayına görə də rekord qeydə alınıb, Gürcüstan ilk üç ayda 1 milyon ziyarətçi qəbul edib ki, bu da ötən illə müqayisədə 4% artım deməkdir.

Gürcüstanın turizm sahəsində əldə etdiyi nailiyyətlər fonunda Azərbaycanda turizmin inkişaf tempi ilə bağlı suallar daha da aktuallaşıb. Ölkəmiz zəngin təbii resurslara, müxtəlif iqlim qurşaqlarına, tarixi-mədəni irsə və coğrafi baxımdan əlverişli mövqeyə malikdir. Buna baxmayaraq, turizm gəlirləri və xarici turist axını çox aşağıdır.

Turistlərin sayını niyə artıra bilmirik? Bu sualı şərh edən iqtisadçı Eldəniz Əmirov Sherg.az-a açıqlamasında bunun bir neçə səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, əsas səbəblərdən biri sərhədlərin bağlı olması olsa da, bu, yeganə səbəb deyil.

“Bu ilin birinci rübü yenə də ölkəmizə gələn turisrtlərin sayında 5%-dək azalma var. Bu məsələdə sözsüz ki ölkəyə giriş imkanlarının genişliyi önəmlidir. Quru sərhədlərin bağlı qalması regiona gələn turist axınına təsir edir və nəticədə hava nəqliyyatından asılılıq artır. Bu isə turizmi kütləvi deyil, daha çox məhdud və bahalı seqmentə yönəldir. Sözsüz ki, quru sərhədlərin bağlı qalması məlum daha starteji faktorlarla bağlıdır. Lakin bu amilin turizm sektoruna təsiri danılmazdır.

Məsələ orasındadır ki, “quru sərhədləri açsaq və turizm inkişaf edəcək”, deyə bir düşüncə də yanlışdır. Çünki, sərhədlər açılsa belə, digər problemlər həll olunmadan turizmin inkişafı tam təmin edilə bilməz.

Belə ciddi problemlərdən biri də Azərbaycanda qiymət və xidmət arasında balansın pozulmasıdır. Otellərdə və digər turizm obyektlərində təqdim olunan xidmətin səviyyəsi ilə qiymət arasında adekvatlıq təmin olunmur. Nəticədə turist seçim qarşısında qaldıqda Bakı ilə Tbilisi, İstanbul və ya Dubay arasında müqayisə aparır və eyni qiymətə daha yüksək xidmət təklif edən digər istiqamətləri seçir.

Digər mühüm məsələ turizm paketləri ilə bağlıdır. Məsələn, 5 günlük və ya 1 həftəlik beynəlxalq standartlara uyğun tur paketləri rəqib ölkələrlə müqayisədə Azərbaycanda ya zəif inkişaf edib, ya da demək olar ki, mövcud deyil”.

İqtisadçı qeyd edib ki, əyləncə turizmi, tematik turizm, kənd turizmi kimi sahələr də yetərincə inkişaf etməyib: “Buna görə də turist üçün ölkə daxilində “hazır və dolu proqram” formalaşmır. Turist gələndə nəyi harada və hansı ardıcıllıqla edəcəyini özü planlaşdırmalı olur. Bu isə seçim qərarına birbaşa təsir edir, çünki rəqib ölkələrdə bu təcrübə artıq paket halında təqdim olunur.

Regionlar da bu baxımdan ümumi sistemə tam qoşula bilmir. İnfrastruktur müəyyən qədər qurulsa da, turist üçün cəlbedici və davamlı fəaliyyət mühiti formalaşmayıb. Nəticədə ölkədaxili hərəkət zəifləyir və turizm daha çox bir şəhər çərçivəsində qalır.

Bu səbəbdən turistlər ya ölkədə qısa müddət (1-2 gün) qalır, ya da ümumiyyətlə başqa ölkələri seçirlər.

Digər bir vacib məqam isə Azərbaycanın turizm brendinin olmamasıdır. Yəni ölkəmizi digər turizm ölkələrindən fərqləndirən aydın və güclü bir imic formalaşmayıb. Məsələn, Gürcüstan turizmi ucuzluğu ilə, Türkiyə yüksək xidmət səviyyəsi ilə, Dubay isə lüks turizm imkanları ilə seçilir. Azərbaycanda isə bu cür fərqləndirici xüsusiyyət hələ də tam formalaşmayıb.

Əlqərəz, qiymət amili, xidmət səviyyəsi, əlçatanlıq, turizm təcrübəsinin zəifliyi, özünə məxsusluğun (brending) olmaması və digər faktorlar bir-biri ilə bağlı şəkildə turizm sektorunun inkişafına mane olur.

Yeri gəlmişkən, əminliklə qeyd etmək olar ki, həllini gözləyən bu məsələlər arasında ən qısa zamanda və asanlıqla həll edilə bilən məsələ elə quru sərhədlərin açılmasıdır. Tutaq ki, zamanı gəldi, məqam yetişdi və sərhədlərin açılması qərarı verildi. Bəs o zaman digər qeyd edilən çatışmazlıqlar dərhal həll edilə biləcəkmi? Çətin. Çünki, onların həllinə daha çox zaman lazımdır.

Odur ki, qeyd edilən istiqamətlərdə ciddi irəliləyişlər olmadan, quru sərhədlər bu gün açılsa belə yenə də turizm sahəsində ciddi və davamlı inkişafa nail olmaq çətin olar”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru