"Gərək burda kimsə ölə ki, Baş Dövlət Yol Polisi İdarəsi bir tədbir görə?!" - Şəhid atası ETİRAZ ETDİ
Tarix: 25-06-2023, 08:38 | Çap et
 DİA.AZ: Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsində yaşayan bir qrup sakin adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Biz ərizəçilər, Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsi Həmid Sultanov küçəsində yaşayırıq. Belə ki, Xocasən-Lökbatan yolundan işıqfordan hərbi hissəyə qalxan yolun (Həmid Sultanov küçəsi) təqribəm 100 metrliyində dəfələrlə qəzalar baş vermişdir. Sonuncu qəza 12 noyabr 2022-ci ildə Həmid Sultanov küçəsi 17-də baş vermişdir. Xoşbəxtlikdən həmin zaman yolda adam olmadığına görə qəza zamanı insan tələfatı olmamışdır. Lakin bu o demək deyil ki, bir daha qəza olarsa mütləq olaraq insan tələfatı olmayacaq. Belə ki, Həmid Sultanov küçəsində radar, tramplin, yol nişanı və.s olmadığına görə burada avtomobillər yüksək sürətlə idarə olunur. Belə olan halda qəzalar qaçınılmaz olur. Həmçinin nəzərinizə çatdırım ki, Həmid Sultanov küçəsinin sağı da solu da yaşayış evləridir və qadağa edici heç bir yol hərəkət nişanı da yoxdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu M a d d ə 5 0 . Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi II. Nəqliyyat vasitələri: 1) yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə; Yolun sağ və sol hissəsinin yaşayış evləri olmasına baxmayaraq burada avtomobillər 80-90 hətta 100km/saat sürətlə hərəkət edirlər. Bizim hər birimizin evində azyaşlı və dərsə gedən uşaqlar var. Belə olan halda təbii ki, hər birimiz çox 2 narahat oluruq. Lakin Baş Dövlət Yol Polis İdarəsi heç də narahat deyil. Bu məsələ ilə bağlı olaraq 28.12.2022-ci il tarixində Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişik və müraciətimizi yönəldiblər Binəqədi rayon Polis İdarəsinə. Binəqədi RPİ-dən guya ki, kimlərsə gəlib baxış keçirib. Bu necə baxış keçirməkdir ki, bundan biz ərizəçilərin heç birinin xəbəri belə yoxdur. Bunlar bizi insan yerinə qoymur! Gəlib baxış keçirirlər, çox sağ olsunlar lakin bizimlə əlaqə saxlayıb şikayətimizin dəqiq hansı ərazidən bəhs etdiyini öyrənməli idilər. Bu günə qədər də həmin ərazidə heç bir tədbir görülməyib. Çünkü özləri guya gəlib baxıblar və qərar verib gediblər. Biz şikayətçilər də qalmışıq kənarda. Bizim artıq iki əlacımız var. Ya yığışıb yolu kəsib etiraz edəcəyik ya da siz jurnalistləri dəvət edib ölkə Prezidenti cənab İlham Əliyevə müraciət etməliyik. Gərək burda kimsə ölə ki, Baş Dövlət Yol Polisi İdarəsi bir tədbir görə?! Bunlar kiminsə ölməyini gözləyirlər?! Bu qədər də haqsızlıq olmaz axı. Altı aydır şikayət edirik bizi süründürürlər. Bu işə kim baxır? Nəyə görə vəzifələrini icra etmirlər? Nəyə görə bu qədər insanın hüquqları pozulur? Ombudsmanın Aparatına bununla bağlı dəfələrlə şikayət ərizəsi yazmışıq zənglər etmişik lakin onlar da əhəmiyyət vermir. Nəyi gözləyirlər axı? Kiminsə ölməyinimi? Sizdən xahiş edirik bu məsələni mediada işıqlandırasınız. Əgər mümkünsə gəlib bizlərdən müsahibə alasınız. Çünkü altı aydan çoxdur ki, müraciətimizə Baş Dövlət Yol Polis İdarəsi baxmır və gözləyirlər ki, burda kimsə ölsün sonra gəlib baxsınlar. Xahiş edirik müraciətimizi işıqlandırın. Müraciətimizlə əlaqədar sənədləri sizə göndəririk. Öncədən təşəkkür edirik".
DİA.AZ bildirir ki, müraciəti aşağıdakı şəxslər imzalayıb: Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsində yaşayan - Daşdəmirov Fərhad Bayram oğlu (Şəhid atası) - Hüseynov Pərviz Əsəddin oğlu (Qazi) - Abdurahmanov Elxan Tofiq oğlu - Nəsrullayev Ceyhun İnqilab oğlu - Abıyev Vidadi Razim oğlu - Mustafayev Vüsal Aydın oğlu - Abdurahmanov Elman Tofiq oğlu - Məmmədov Fikrət Talıb oğlu - Cahangirov Şubər Yağub oğlu - Nəcəfova Müşkünaz Baxış qızı
***
Məsələ ilə bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayev
Bu gün, 15:32 |
|
|
|
• Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ - “Bizim simamız yoxdur?”
Bu gün, 15:26 |
|
|
|
• Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! - SEVGİMİZ SARSILIR...
Bu gün, 15:21 |
|
|
|
• Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək - Alen Simonyan
Bu gün, 15:19 |
|
|
|
• İranda üzdə olmaq da bir iş deyil... - Görünəni odur ki...
Bu gün, 15:16 |
|
|
|
• "Sepah Bank" kiberhücumla çökdürüldü
Bu gün, 15:09 |
|
|
|
• Uzunmüddətli müharibəyə hazırıq - İran Silahlı Qüvvələri Baş Qərargah rəisi
Bu gün, 15:06 |
|
|
|
• İsrail-İran savaşında kritik an – Zəngilanda axtarırdılar, görün harada tapıldı
Bu gün, 13:10 |
|
|
|
• İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir - Netanyahu
Bu gün, 13:04 |
|
|
|
• Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı - AXIR Kİ...
Bu gün, 13:02 |
|
|
|
• Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib
Bu gün, 12:57 |
|
|
|
• SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur - İLGİNC FAKT
Bu gün, 12:47 |
|
|
|
• Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? - İLGİNC DETALLAR
Bu gün, 12:36 |
|
|
|
• Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”
Bu gün, 12:29 |
|
|
|
• Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? – “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”
Bu gün, 12:26 |
|
|
|
• İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb - TASS
Bu gün, 12:19 |
|
|
|
• SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:17 |
|
|
|
• İsrail İrandan necə qorunur? - Çoxqatlı sistem belə İŞLƏYİR
Bu gün, 12:15 |
|
|
|
• “Pilot-16” MMC-də iş icraçısı AZADLIĞA ÇIXDI - QƏRAR
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan bu tarixdə Türkiyəyə gedəcək - İDDİA
Bu gün, 12:01 |
|
|
|
• Ərdoğan İranı niyə dəstəkləyir? - “Regnum”
Bu gün, 11:58 |
|
|
|
• Bakıda vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir
Bu gün, 11:52 |
|
|
|
• BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat - BUNDAN SONRA...
Bu gün, 11:45 |
|
|
|
• Yaxın Şərqdə pozulan hüquq: İsrail-İran müharibəsində yaxşı və pis ssenari - NƏ BAŞ VERİR?
Bu gün, 11:28 |
|
|
|
• İranın bundan sonraya NƏ QƏDƏR GÜCÜ QALIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:23 |
|
|
|
• Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək
Bu gün, 11:20 |
|
|
|
• Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... -MÜRACİƏT
Bu gün, 11:12 |
|
|
|
• ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilməsi mümkündür - KİV
Bu gün, 11:09 |
|
|
|
• Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... - BU NƏDİ BELƏ?
Bu gün, 11:04 |
|
|
|
• Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb – Minimum əməkhaqqından aşağı düşüb
Bu gün, 11:01 |
|
|
|
• Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! - FOTOFAKT!
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan: qlobal xaosda stabillik simvolu - FAKT BUDUR!
Bu gün, 10:55 |
|
|
|
• 21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib - SİYAHI
Bu gün, 10:53 |
|
|
|
• İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 10:52 |
|
|
|
• İran buna görə gecə hücum edir - Səbəbi açıqlandı
Bu gün, 10:41 |
|
|
|
• Mobil Babayev vəfat etdi
Bu gün, 10:39 |
|
|
|
• Fətullah Gülənin əmisi oğlu saxlanıldı
Bu gün, 10:37 |
|
|
|
• Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi - "Ricamız ondan ibarətdir ki..."
Bu gün, 10:24 |
|
|
|
• Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17 |
|
|
|
• Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? - İTTİHAM VAR...
Bu gün, 10:14 |
|
|
|
• Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? - görünəni odur ki...
Bu gün, 10:05 |
|
|
|
• "Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" - NARAZILIQ VAR...
Bu gün, 10:00 |
|
|
|
• Vasif Talıbovun yaratdığı Fond LƏĞV EDİLDİ
Bu gün, 09:57 |
|
|
|
• İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir - CNN
Bu gün, 09:53 |
|
|
|
• Vaşinqton Tehranla danışıqlara tələsir - “The New York Times”
Bu gün, 09:33 |
|
|
|
• Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? - NƏ ETMƏLİ?
Bu gün, 09:22 |
|
|
|
• "Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" - deputat
Bu gün, 09:21 |
|
|
|
• “Traxtor”dan Trampa cavab: “Biz türklər...” - Tehranda 15 milyona yaxın insan yaşayır...
Bu gün, 09:15 |
|
|
|
• "İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR - DETALLAR
Bu gün, 09:13 |
|
|
|
|