Qocayev Samux üçün ÇOX QOCADIR... - İslahatların nəfəsi BURALARA DA GƏLSƏYDİ...
Tarix: 18-05-2023, 01:35 | Çap et
 Azərbaycan Respublikasının Samux rayonu. 1992-ci ildə yaradılıb. Cəmi 31 yaşı var. Amma, bu rayon gənc yaşında nələr yaşayır onu bir Allah bilir, bir də sakinləri.
31 yaşlı rayona 21 ildir Alı Qocayev rəhbərlik edir.
Amma, yerli sakinlərin narazılıqlarında belə anlaşılır ki, Qocayev rayonun yalnız gəlirli sahələrinə (torpaq, təsərrüfat və sair) rəhbərlik edir. Problemlərə isə rəhbərlik edən bir kimsə yoxdur.
Məhz elə buna görədir ki, gah rayonun özündən, gah Sərkar qəsəbəsindən, gah Nəbiağalı, gah da Qarayeri qəsəbəsindən "çeşid-çeşid" narazılıqlar gəlməkdə davam edir.
Əslində biz Sərkar sakini Anar Mammadovun pay torpaq iddiası, İcra başçısının və yerli bələdiyyə sədri Şəmistan Yusifovun onu döydürdüyü iddiası, Nəbiağalının yol problemi, meşə zolaqlarının məhv edilib, pay torpaq sahəsi kimi satılması , kəndin içində sözün əsl mənasında böyük bir zibilliyin olması və sair barəsində qarşı tərəflərin bəzilərinin mövqeyini dinləmək şərtilə bir neçə dəfə məlumatlar yayımlamışıq.
Təbii ki, qarşı tərəfin də verdiyi cavab heç bir səlahiyyətə sahib olmayan vətəndaşı günahkar çıxarmaq olub. Necə deyərlər, onların dediklərini cavab yox, "qeybət" adlandırmaq daha doğru olar.
Əlqərəz...
Bu dəfə isə Qarayeri qəsəbə sakini Əjdər Məmmədov "DogruXeber.az"a müraciət edərək, qəsəbə yollarının bərbad halda olmasından gileylənib.
Əjdər Məmmədov bildirir ki, "İllərdir qəsəbənin yolları bərbad vəziyyətdədir. Azca yağış yağanda küçələrdə hərəkət iflic olur. Avtomobil üçün zatən yollar keçilməz vəziyyətdədir. Çünki, yollardakı çala-çuxurla avtomobilin hərəkəti mümkünsüzdür, azca yağış olan kimi də palçıq "dizə çıxır" piyada hərəkəti də iflic olur. Uşaqlarımız məktəbə getməkdə çətinlik çəkirlər. Dəfələrlə bu barədə yerli bələdiyyəyə, rayon icra hakimiyyətinə müraciət etmişik, amma görünür Qarayeri sakinlərinin problemi onları narahat etmir ki, illərdir zərrə qədər reaksiya verilmir ".
Belə olan halda adamı maraq götürür.
Əvvəla təkrar xatırladaq ki, qeyri-rəsmi də olsa da yerlərdə fəaliyyət göstərən bütün idarə və təşkilatlar yerli icra hakimiyyətinin el dilində desək "ağzına baxır". İcra başçısının ağzından çıxan əmri dərhal yerinə yetirmək üçün səfərbər olurlar. Bəs bu saçını İcra başçısı kürsüsündə ağardan 75 yaşlı Qocayev xidmət etməli olduğu halda ağalıq etdiyi rayonun problemlərinə niyə biganə yanaşır? Hər halda səbəb təcrübəsizlik deyil.
Halbuki, bir kəlməsi bəs edər ki, ən azından həmin yollara xırda çay daşları döşənsin.
Gözləyək görək, bəlkə bundan sonra rayon rəhbərliyindən hər hansı bir hərəkət ola. Əgər olarsa, biz obyektiv olaraq, görülən işləri də yayımlayacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|