Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                 

Ağsuda məmurlar torpağı necə işğal edib? - NARAZILIQ!
Tarix: 21-05-2021, 08:45 | Çap et
Ağsuda məmurlar torpağı necə işğal edib?
Bir müddət əvvəl Ağsu rayonunun Bico kənd sakinləri tərəfindən kəndin 700 hektardan çox örüş sahələrinin və bələdiyyə torpaqlarının kənd camaatına təklif olunmadan bələdiyyə sədrləri tərəfindən uzunillik müqavilələrlə yerli və kənar şəxslərə icarəyə verilməsi barədə cumhuriyyet.az-a kollektiv şikayət məktubu daxil olmuşdu. Kənd sakinləri bildirmişdilər ki, bələdiyyə sədrlərinin özbaşınalıqları barədə ölkə prezidentinə, baş prokurorluğa, İİN yanında Əmlak məsələləri dövlət xidmətinə və ƏN-nin Bələdiyyələrlə iş mərkəzinə də kollektiv müraciətlər göndəriblər. Müraciətləri lazımınca həll edilmədiyindən Bico kənd sakinləri haqq səslərinin ünlənməsi üçün yenidən bizə müraciət ediblər
.
Müraciətdə yazılır: “Prezidentə və ali dövlət qurumlarına müraciətlərdə xahiş etmişdik ki, problemin araşdırılmasını yerli orqanlara həvalə etməsinlər, çünki yaranan problemlərdə onların da öz payı var. Lakin xahişimiz nəzərə alınmadı, müraciətlərimiz baxılması üçün yenə aşağı qurumlara yönləndirildi və təbii ki, nəticə yenə istismarçıların xeyrinə həll olundu.
Baş prokurorluğun Ağsu rayon İH-yə göndərdiyi “Sizə aid olan hissədə araşdırın” göndərişinə ümumiyyətlə cavab gəlmədi. Bələdiyyələrlə iş üzrə Göyçay regional idarəsindən və Əmlak məsələləri xidmətinin Şamaxı regional idarəsindən isə guya problem araşdırıldıqdan sonra kənd sakinlərinə cavab məktubu göndərilib ki, kənd bələdiyyə sədrinin verdiyi məlumata görə, Bico kəndində uzunillik müqavilələrlə icarəyə verilmiş torpaqlar tam qanuni istifadədədir və kəndin örüş sahələri bütünlüklə kəndin istifadəsindədir. Halbuki həmin qurumlardan kəndin problemli ərazilərinə nə baxış keçirilib, nə də araşdırma aparılıb. Sumax meşəsinin məhv edilib əkin sahəsinə çevrilməsinə ETSN-nin 6 saylı İsmayıllı regional idarəsinin Babək və Qoşqar adlı əməkdaşları da oxşar yanaşma ilə məsələyə baxıblar. Sumax meşəsinin tar-mar edilərək yerində taxıl əkilməsinə belə don geyindiriblər ki, guya sumağlıq ərazidə qazıntı işləri aparılıb və buna görə bir nəfər 450 manat məbləğində cərimələnib. Lakin sonradan müraciətlər əsasında Baş prokurorluq və onun timsalında Ağsu rayon prokurorluğu işi araşdırmağa başladı. Nəticəsi də budur ki, bir neçə gündür iri tonnajlı ağ bir yük maşını ilə qırılmış sumax ağaclarını sözügedən ərazidən təmizləyib daşımaqla işi ört-basdır etməyə çalışırlar, hansı ki, kənd camaatında qırılmış meşəliyin video və foto görüntüləri var(videoların bir neçəsi mətbuatda və sosial şəbəkələrdə də paylaşılıb). Prokurorluq əməkdaşlarının bu hadisəyə susqunluğu çox maraqlı və qəribədir.
Digər bir məsələ 200 hektar örüş sahəsinin əkin sahəsi kimi istifadə olunmasıdır. Sözügedən ərazi 2004-cü ildə kənd bələdiyyə sədri Nəbi Mahmudov tərəfindən “Batabat” MMC adlı təşkilata, örüş sahəsi olmasına baxmayaraq, “üzümçülüyü inkişaf etdirmək məqsədilə” 99 illik icarəyə verilib. Ərazidə üzüm bağı salınsa da, bir ildən sonra “Batabat” adlı MMC-nin bircə əməkdaşı belə həmin ərazidə görünməyib. Görünür, dövlətdən subsidiya almaq məqsədilə salınan bağ yaranmamışdan əvvəl məhvə məhkum imiş. Üstəlik, adıçəkilən MMC 15 il müddətində bələdiyyə fonduna bir qara qəpik də icarə haqqı ödəməyib, yəni müqavilə öhdəliyini aşkarca pozub. Buna baxmayaraq, kənd bələdiyyə rəhbərləri bu müddətdə “Batabat” MMC-nin istifadəsinə qanunsuz şəkildə verilmiş 200 ha ərazini məhkəmə yolu ilə geri qaytarmaqda maraqlı olmayıblar. 15 il sonra, 2019-cu ildə “Batabat” rəhbərliyinin yadına düşüb ki, Bico kəndində müvəqqəti icarə torpağı var və həmin torpağı MMC-də olan müddətə Ərəstun Hüseynov adlı Bakı sakininə satmaq lazımdır. MMC-nin yetkilisi Hüseynov Saleh Nuru oğlunun adından satıcı Abdullayev Həsən Məmməd oğlu, alıcı isə Hüseynov Ərəstun Musa oğludur. 2004-cü ildə bələdiyyə ilə bağlanmış müqavilədə Ərəstun Hüseynov “Batabat” MMC-nin İdarə heyyətinin sədri kimi göstərilib, 2019-cu ildə isə alıcı qismində iştirak edir.

Digər tərəfdən, 200 hektar örüş təyinatlı sahənin 170 hektarına Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti 11.10.2019-cu il tarixdə “əkin sahəsi” kimi çıxarış verib(hərçənd yerdə qalan 30 hektar örüş sahəsi də Ərəstun Hüseynov tərəfindən əkilib). Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reysteri Xidməti isə həmin ərazilərə elektron koordinatlar müəyyənləşdirib. Qeyd edək ki, sözügedən çıxarışları və alqı-satqı müqaviləsini Bakı şəhərində yerləşən 23 saylı notariat kontorunun xüsusi notariusu Dəmirov Zaur Nizami oğlu təsdiq edib, yəni Ağsu rayonunun Bico kəndinin örüş sahələrinin alqı-satqısı Ağsudan kənarda aparılır və bütün bunlardan kənd bələdiyyəsinin xəbəri “yoxdu”, olsaydı torpağın əsas sahibi kimi bələdiyyənin də sənədlərdə imzası, heç olmasa bu özbaşınalığa etirazı olardı. Yaxud, kənd bələdiyyə rəhbərliyi bu qanunsuzluqda maraqlı tərəflərdən biridir. Vurğulayaq ki, saxtalıqla da olsa, 170 hektarı əkin, 30 hektarı örüş sahəsi kimi göstərilən 200 ha əraziyə tam olaraq hər il subsidiya yazılır.
Bütün bu məsələlərin günahkarı, təbii ki, “Batabat” rəhbərliyi ilə yanaşı, Bico kənd bələdiyyə sədri, kənd icra nümayəndəsi və rayon rəhbərliyidir. Rayonumuza yeni icra başçısı təyin olunub və o, bütün bu məsələlərdən kənd sakinləri tərəfindən xəbərdar edilib. Başçı problemlərlə maraqlanacağına söz versə də, hələ ki, onun bu istiqamətdə fəaliyyəti nəzə çarpmır. Məqsədimiz budur ki, ölkə başçısı özü Bico kəndinin köklü problemlərinin həllini nəzarətə götürsün, kəndin torpaqları yeni yetişən nəslin, Vətən müharibəsində canıyla-qanıyla döyüşmüş oğulların istifadəsinə verilsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru