DTX Göygöl rayonuna da dəvət olundu... - İTTİHAM
Tarix: 7-05-2020, 08:20 | Çap et
 DİA.AZ: - Göygöl rayon Üçtəpə kənd sakini Məmmədov Şahin Şakir oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab Prezident! Mən mən Məmmədov Şahin Şakir oğlu, Göygöl rayon Üçtəpə kəndində yaşayıram və müəllim işləyirəm. 2016-cı il aprel döyüşlərində iştirakıma görə Fəxri Fərmanla təltif edilmişəm. Ehtiyyatda olan baş leytenantam. AVMVİB-in üzvüyəm. 2003-cü ildən YAP üzvüyəm.
Ölkəmizdə son 5 ayda 5-ci icra başçısını qanunsuz əməlinə görə həbs etdilər. Günahları sübut edildi. Hər birinin etdiyi qanunsuz əməllər mətbuatda da işıqlandırıldı. Bu baş verənləri alqışlayırıq. Həmin həbs edilən icra başçılarının rəhbərlik etdikləri rayonlarda olan qanunsuzluqlar, hətta dəfələrlə artığı Arif Seyidovun rəhbərlik etdiyi Göygöl rayonunda da baş verir. Təsəvvür edin Göygöl rayonunda gerçəkdən də ehtiyacı olan ailələrə sosial yardım verilmir. Yaşayışı normal olan ailələrə isə sosial yardım təyin edilir. Bunu kənd icra nümayəndələri vasitəsilə edirlər. İcra nümayəndələri isə icra başçısına tabedir. Təsəvvür edin illər öncə sözlər gəzirdi ki, bəs adam var sosial düzəldir və 6 ayını əvvəlcədən özünə götürür. İnanın ki, həmin hal hazırda Göygöl rayonunda davam edir. Və bu işi kənd icra nümayəndələri vasitəsilə həyata keçirirlər. Siz göstəriş verirsiniz ki, iş yerləri açılsın insanlar evlərinə çörək aparsınlar, Göygöldə isə yalnız tanışı olan, "hörmət etməyi" bacaranlar həmin işlərə təyin edilirlər. Siz göstəriş verirsiniz ki, imkansız ailələrə, ahıl qocalara yardımlar edilsin, Göygöl rayonunda isə həmin yardımlar xüsusi adamlara və ya öz qohum-əqrəbalarına verilir. Siz göstəriş verirsiniz ki, insanların təsərrüfatını genişləndirməsi üçün məşğulluqdan onlara heyvan verilsin, ancaq bunu etmirlər. Edəndə də yalnız öz yaxınlarına edirlər. Siz göstəriş verirsiniz ki, aztəminatlı şəxslərə 190 manat verilsin, Göygöl rayonunda isə həmin 190 manat əhaliyə verilərkən, 2-5 manatı tutulur. Sizin Prezidentliyiniz dövründə Göygöldə təzə, müasir standartlara uyğun xəstəxana inşa edilib. İnanın həmin xəstəxananı rüşvət mənbəyi ediblər. Adicə rentgen kağızı yoxdur deyir həkimlər. İnsanları veclərinə almırlar. Sanki, Kimin pulu yoxdursa ölməlidir. Xəstəxananın aptekindən heç kəs pulsuz dərman götürə bilməz. Hər kəs məcburən xəstəxananın qarşısında olan və Arif Seyidova məxsusluğu heç kimdə şübhə doğurmayan aptekdın dərman alır. Göygöl rayon MKİTB-də özü işə gəlməyən, adamlar var. Həmin insanların maaş kartları özlərində deyil. İşsiz birisi gedib iş istəsə deyəcəklər iş yoxdur. Halbuki, ölü canlara maaş yazırlar. Çünki həmin maaş özlərinə çatır. Göygöl rayon Məşğulluq Mərkəzində işsizliyə görə müavinətin təyin edilməsi zamanı 2 ayın pulu əvvəlcədən alınırdı. Zamanında mən bunu ifşa etmişdim. Həmin şəxslər işlərindən azad edilmişdilər. Lakin təəssüf ki, yenə də insanları incidirlər. Hörmətli cənab Prezident! Bütün bu hadisələr və daha da artığı Arif Seyidovun rəhbərlik etdiyi Göygöl rayonunda baş verməkdədir. Onlar qanunlardan qorxmurlar, öz bildikləri kimi edirlər. Arif Seyidov artıq Göygöl rayonunun idarə edə bilmir. Bacarmır. Tabeliyində olan şəxslərə sözü keçmir. Və ya özü bu işlərin başında durur".
İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07 |
|
|
|
| • Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00 |
|
|
|
| • AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56 |
|
|
|
| • Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47 |
|
|
|
| • “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36 |
|
|
|
| • İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31 |
|
|
|
| • “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05 |
|
|
|
| • İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59 |
|
|
|
| • Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47 |
|
|
|
| • Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
| • Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41 |
|
|
|
| • İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35 |
|
|
|
| • Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25 |
|
|
|
| • Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22 |
|
|
|
| • Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32 |
|
|
|
| • Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27 |
|
|
|
| • ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23 |
|
|
|
| • İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11 |
|
|
|
| • Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01 |
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
| • Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29 |
|
|
|
| • Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28 |
|
|
|
| • Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
|