Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

Ramin Quluzadə bu qədər pulu hara yox edir?.. - İLGİNC
Tarix: 17-08-2019, 09:30 | Çap et
Ramin Quluzadə bu qədər pulu hara yox edir?..
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (mediada həm də supernazirlik kimi taqnınır - T) son illərdə özəl şirkətlərə qarşı yürütdüyü açıq inhisarçı davranışları ciddi etirazlara səbəb olmaqdadır. Belə ki, ölkə rəhbərliyinin sahibkarlığın dəstəklənməsi, özəl biznesin iqtisadiyyatın bütün sahələrində iştirakının genişləndirilməsini əsas prioritetlərdən biri elan etməsi, xüsusilə qeyri-neft sektorunda özəl sektorun dəstəklənməsi istiqamətində atılan addımlar sanki bu nazirliyə aid deyil.

Özəl sektor niyə sıxışdırılır?

NRYTN faktiki olaraq, İnternet və rabitə təminatı sahəsində bu siyasətin ziddinə olan fəaliyyəti ilə diqqəti cəlb edir: ötən ildən başlayaraq, yeni miniATS-lər quraşdırmaqla, bir çox ərazilərdə özəl provayderlərin əhaliyə internet təchizatı həyata keçirməsinin qarşısını alır. Belə ki, bu ATS-lərdə özəl provayderlərin öz avadanlıqlarını yerləşdirməsi üçün yer yoxdur. Bu isə ona gətirib çıxarır ki, belə ATS-lərin quraşdırıldığı ərazilərdə özəl provayderlərin müştəriləri məcburən NRYTN-ə məxsus “Aztelekom” və ya “Baktelekom”un xidmətindən istifadəyə keçirilirlər. Bu isə özəl provayderlərin fəaliyyətinin məhdudlaşmasına, gəlirlərinin kəskin azalmasına səbəb olur.

Özəl provayderlərin NRYTN-lə bağlı digər problemi yüksəkzolaqlı İnternet xidməti göstərməyə imkan verən kabel xətlərinin çəkilməsi üçün lazımi infrastrukturdan istifadəyə imkan verilməməsidir. Bununla bağlı “Yeni Müsavat”a danışan özəl provayder rəhbərləri ölkədə mövcud olan kabel-kanal quyularının hamısının dövləti təmsil edən NRYTN-in nəzarətində olduğunu deyirlər: “Bir neçə il əvvələ qədər özəl provayderlərin həmin ”kanalizasiya"lardan istifadəsində hər hansı problem yox idi. Lakin son illərdə həmin quyularla genişzolaqlı İnternet xəttinin çəkilməsi üçün nazirliyə etdiyimiz bütün müraciətlərə yox cavabı alırıq. Əsas da bu olur ki, guya quyularda əlavə xətlərin çəkilməsinə yer yoxdur. Bu, absurddur, çünki son illərə qədər kifayət həcmdə yeri olan quyuların tam dolması üçün gərək minlərlə kabel çəkiləydi. Nazirlik bunu qəsdən edir. Onlar deyirlər ki, xətti biz çəkək, siz bizə istifadə haqqı ödəyin. Hansı ki, bu haqqı ödəməklə təklif etdiyimiz xidmət haqqı elə yüksək olacaq ki, bizdən heç kim İnternet almayacaq. Nazirlik deyir ki, özəl provayderlər istəyirlərsə, özləri gedib yeni quyular çəksinlər. Onlar yaxşı bilirlər ki, bu, mümkünsüz bir məsələdir. Özəl provayderlərin heç birinin, hətta hamısının birlikdə elə bahalı infrastruktur qurmağa imkanı çatmaz".

Dövlət xidməti özəl sektorun haqlı tələbini müsbət cavablandırdı

Onu da qeyd edək ki, özəl provayderlərin bu məsələ ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciəti müsbət nəticə əldə olunması ilə sonuclanıb. “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün verdiyi məlumata görə, NRYTN-in kabel-kanal sistemi üzərində inhisarçılığının qarşısının alınması istiqamətində mühüm addım atılıb. Belə ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məsələ ilə bağlıNRYTN üçün icrası məcburi olan qərar qəbul edib: “Səlahiyyətli dövlət qurumları nəhayət ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçılığının qarşısnı almaq məqsədilə konkret addımlar atmağa başlayıb.

Bu günlərdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti özəl provayderlərin, o cümlədən AzərConnect, AzerTelecom və digərlərinin “Baktelekom”a (Bakı Telefon Rabitəsi MMC) qarşı iddiasını araşdırıb.

Adı çəkilən qurumlar “Baktelekom” tərəfindən antiinhisar qanunvericiliyin tələblərinin pozulmasından, haqsız rəqabətə yol verilməsindən, kabel-kanal sistemindən istifadəyə məqsədyönlü olaraq şərait yaradılmamasından Antiinhisar Dövlət Xidmətinə müraciət ediblər.

Gizli deyil ki, uzun müddətdir NRYTRN heç bir özəl provayderi və operatoru dövlətə məxsus olan kabel-kanal sistemindən istifadəyə yaxın buraxmır. Nazirlik kabel-kanal sistemində sıxlıq olduğunu və bu səbədən xətlərin yalnız icarəyə verilə biləcəyini bildirirdi. Provayderlər isə bunun səmərəli olmadığnı (icarə haqlarının hədsiz yüksəkliyi, təhlükəsizlik baxımından məqəsədəuyğun olmaması) əsas gətirərək özəl xətlərin çəkilməsində israr edirdilər".

Mütəxəssisin sözlərinə görə, dövlətə məxsus olan bu resursdan istifadə ilə bağlı Qaydalar indiyədək hazırlanmayıb: “Nazirlik 3 il olardı ki özəl provayderlərdən daxil olan bütün müraciətlərə, texniki imkanın olmaması, kabel-kanal sistemində sıxlığın olmasını əsas gətirərək rədd cavabı verirdi.

Özəl provayderlər isə bunun qəsdən edildiyini, kabel-kanal sistemində imkanların mövcud olduğunu, rədd cavabının haqsız rəqabət məqsədilə, dövlət operatorları olan “Baktelekom”un və “Aztelekom”un bazarda üstünlük qazanmaq üçün edildiyini bildirirdilər. Onlar kabel-kanal sisteminə birgə baxış keçirilməsini, hətta imkanların olmadığı sahələrdə birgə investisiya yatırımı təklif edirdilər.

Kabel-kanal sistemi NRYTN tabeliyində olan “Baktelekom” və “Aztelekom” operatorlarına məxsusdur".

Beləliklə, cari ayın əvvəli Antiinhisar Dövlət Xidməti daxil olan müraciətləri araşdırararq , “Haqsız rəqabət haqqında” qanunun, “Telekommunikasiya haqqında” qanunun, antiinhisar qanunvericiliyin tələblərini əsas tutaraq NRYTN üçün icrası məcburi olan qərar qəbul edib. Qərarda Bakı şəhəri üzrə bəlli ərazilərdə kabel-kanal sisteminə ekspertiza-baxış keçirilməsi, şəraitin olduğu yerlərdə sistemdən istifadə üçün dərhal imkanların yaradılması, şəraitin olmadığı iddia olunan ərazilərdə isə bunun səbəbləri haqqında, kabel-kanal sisteminin gücü və mövcud durumu haqında Antiinhisar qurumuna əsaslandırılmış məlumat verilməsi tələb olunur: “Beləliklə, Antiinhisar Dövlət Xidməti 3 il ərzində özəllər üçün bağlı olan rabitə quyularının qapağının açılması haqqında qərar verib. Ümid edirəm, NRYTN tezliklə bunu icra edəcək, dövlət və özəl provayderlərin bu kabel-kanal sistemindən bərabər əsaslarla istifadəsi üçün qaydalar müəyyən edəcək və haqsız rəqabətə yol verməyəcək”.

Xatırladaq ki, bir müddət öncə Antiinhisar qurumu “Bakcell” şirkətinin də müraciəti əsasında NRYTN-nin antiinhisar qanunvericiliyin tələblərini pozmasını araşdırmış və “Bakcell”ə nömrə resursları (099 kodu) ayrılmasına dair NRYTN üçün icrası məcburi olan qərar qəbul edib.

“Aztelekom” və “Baktelekom”un gəlirləri azalır

Məlumdur ki, rabitə bütün dünyada ən gəlirli sahələrdən biridir. Azərbaycanda mobil rabitənin bir hissəsi istisna olmaqla, bütün ölkəni stasionar rabitə, İnternetlə təmin edən NRYTN isə gəlirsizlikdən qurtula bilməyib. Belə ki, qurumun açıqladığı maliyyə hesabatına görə, 2018-ci ildə bu nazirlik 216,162 milyon manat gəlir əldə edib. Bu gəlirin 177,292 milyon manatı birja əməliyyatlarından, 38,87 milyon manatı isə qeyri-birja əməliyyatları hesabına qazanılıb. Nazirliyin ötən ilki xərcləri gəlirlərini üstələməklə 216,302 milyon manat təşkil edib. Bu vəsaitlərin çox böyük hissəsi maliyyə yardımları və sair transfertlər üzrə xərclərin payına düşür - 212,658 milyon manat. Hesabatda bu xərclərin dəqiq istiqamətləri əksini tapmayıb. Ötən il NRYTN-in əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 2,725 milyon manat, sair əməliyyat xərcləri 649 min manat, amortizasiya xərcləri 161 min manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri isə 109 min manat təşkil edib. Beləliklə də qurumun xərcləri gəlirlərini 140 min manat üstələyib.

İnternet xidmətlərinin təqdimi kimi gəlirli bir sahədə inhisarçı mövqeyə malik NRYTN strukturları isə gəlirlərini artırmaq əvəzinə azaldırlar. Götürək “Bakı Telefon Rabitəsi” MMC-ni. Bu müəssisə Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir. Bu qədər geniş çeşidli xidmətlərin müqabilində əldə olunan mənfəət çox cüzi bir rəqəmi əhatə edir. Maliyyə hesabatından aydın olur ki, MMC 2018-ci ili cəmi 6 milyon 217 min manat xalis mənfəətlə başa vurub. Ötən il MMC-nin cəmi gəlirləri 63 milyon 291 min manat, cəmi xərcləri isə 57 milyon 74 min manat təşkil edib. Halbuki “Bakı Telefon Rabitəsi”nin gəlirləri 2016-cı ildə 68 milyon 816 min manat, 2017-ci ildə isə 67 milyon 945 min manat təşkil etmişdi. Bu isə o deməkdir ki, MMC-nin gəlirləri sürətlə azalır. Buna görədir ki, 2016-cı ili 9 milyon 731 min manat, 2017-ci ili isə 10 milyon 244 min manat xalis mənfəətlə başa vuran “Baktelekom” ötən il 6 milyon 217 min manatla kifayətlənib.

NRYTN-in digər inhisarçı qurumu olan “Aztelekom” MMC isə hazırda öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. Belə geniş əhatəli xidmət şəbəkəsinə malik MMC 2018-ci ili 18 milyon 812 min manat mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, MMC 2017-ci ili 5 milyon 647 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə “Aztelekom”un xalis mənfəəti 3,3 dəfə artıb. Lakin müqayisəli təhlil göstərir ki, mənfəətin artması ümumi gəlirlərin artması hesabına deyil, xərclərin azalması hesabına baş verib. Yəni MMC-nin illik gəlirlərində ciddi azalma var. Belə ki, 2017-ci ildə “Aztelekom”un cəmi gəlirləri 89 milyon 438 min manat, cəmi xərcləri isə 83 milyon 791 min manat təşkil etmişdi.

Ötən il MMC-nin cəmi gəlirləri 7 milyon manatdan çox azalaraq 81 milyon 953 min manat, cəmi xərcləri isə 20 milyon manatdan çox azalmaqla 63 milyon 141 min manat təşkil edib.

Göründüyü kimi, NRYTN-in inhisarçı mövqedə olan hər iki qurumunda gəlirlərin azalması müşahidə olunmaqdadır. Bu isə qeyri-effektiv idarəetmənin göstəricisi kimi qiymətləndirilməlidir.

Onu da bildirək ki, 2016-cı ildə təsdiqlənmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya

texnologiyalarının inkişafına dair" Strateji Yol Xəritəsinə əsasən gələn il NRYTN ləğv edilərək yenidən formalaşmalı və müstəqil tənzimləyici qurum - Milli Telekommunikasiya Şurası yaradılmalıdır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru