SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                 

AzTV-nin sabiq sədri nələrin hesabatını verməli? - İTTİHAM
Tarix: 17-01-2019, 10:59 | Çap et
AzTV-nin sabiq sədri nələrin hesabatını verməli?
AzTV-nin sabiq sədri Arif Alışanovun vəzifəsindən azad olunması onun barəsində illərdir dövr edən neqativ informasiya axınını genişləndirib. Arif Alışanovun bu vəzifəyə təyinat alandan sonra oliqarxa çevrilməsi mövzusu mətbuatda illərdir ki, tirajlanır. Onun adının kriminala qarışması, hətta bir qızın öldürülməsində sifarişçi kimi keçməsi də məhkəmə araşdırması predmeti olub. Bu haqda bir çox mətbu orqanlarla yanaşı, “Yeni Müsavat” qəzetində də yazılar dərc olunub.

2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun adı keçən qalmaqallı cinayət işi araşdırılırdı. Məhkəmə qarşısına Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov çıxarılmışdı. Təqsirləndirilənlər Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə ittiham olunurdular. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilginc faktlar ortaya çıxmışdı. Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 10 milyon manatlıq torpaq alıb. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Tərəflərin vəkillərinin vəsatətlərinə baxmayaraq, A.Alışanov məhkəməyə gəlmədi. Prosesdə yalnız onun ifadəsi elan edildi. O bildirib ki, 2012-ci ildə qardaşı, yeznəsi və qayınları ilə birgə Şamaxıda vətəndaşların pay torpağını pulla alınmasını Ş.Əkbərovdan xahiş edib. AzTV sədrinin sözlərinə görə, Ş.Əkbərov və digərləri 2016-cı ildə Şamaxı rayonu ərazisində onu, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevi öldürməyə cəhd edib. A.Alışanov deyib ki, Ş.Əkbərov onun və qohumlarının, ümumilikdə, 4 milyon 677 min manat pulunu mənimsəyib. Sui-qəsddə təqsirləndirilən Ş.Əkbərov isə son sözündə günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarmasını istəmişdi. Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Şücayət Əkbərov məhkəmədə olduqca maraqlı və istintaq araşdırması predmeti olmalı məqamlara da toxunmuşdu. “Arif Alışanov keçmiş kürəkəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəridin adına olan torpaqları öz arvadı Mehriban xanımın adına keçir” deyə, o bildirmişdi. Demişdi ki, A.Alışanovu 2007-ci ildən tanıyır: “Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı. 2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. Mən təkcə Arif Alışanovla işləməmişəm. Arif Alışanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o, kimlərinsə vasitəsilə aradan çıxdı”.

S.Əkbərov məhkəmədə demişdi ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi: “Əvvəl Arif müəllim həmin qızla gəlirdi Şamaxıya. 2016-cı ildə itkin düşən qızların şəkillərini gətirin, göstərim. Həmin qızla sonra kürəkəni gəzirdi. Bütün bunları bilirdim deyə, məni də ortadan götürtmək istəyirdi. Mənim Arif Alışanovu öldürmək niyyətim olmayıb. İstintaqda da demişəm bunu. Onu öldürmək istəyən başqaları olubsa, deyə bilmərəm. Onu öldürməklə mən nəyə nail olacaqdım ki? Əksinə, gəlib torpaq alırdı, onun sayəsində pul qazanırdım. Ürəyimdən əməliyyat olunanda mənə 10 min pul vermişdi. Arif müəllimin əmlakları, evi, torpağı, nəyi varsa, Hacının adına olub. Arif Alışanovun hələ mən bildiyim 70 milyonluq əmlakı var.

“Space”in yanındakı notariusda Hacının adından Arif Alışanova 50-yə yaxın etibarnamə verilib. Deyirdi birdən Hacı ölər, qoy problem olmasın. Arif heç qardaşının, arvadının adına torpaq almırdı. Mənim və ailə üzvlərimin adına heç nə almayıb. Mənim üçün yaxşıdır ki, torpaq alırdı, mən də qazanırdım. Onu öldürməklə nə qazanacaqdım? Mən icra başçısı Alı Qocayev üçün də torpaqlar alırdım. Təkcə Arif üçün işləmirdim ki..."

O, həmçinin bildirib ki, A. Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır. “Yeni Müsavat”ın 2018-ci ilin aprel nömrələrindən birində “AzTV sədrinin ”Şamaxı əhvalatı"nın pərdəarxası" sərlövhəli yazıda media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli Arif Alışanovun sədrliyi dövründə rəhbərlik etdiyi qurumda baş verənləri şərh etmişdi.

Qulu Məhərrəmli Arif Alışanov idarəçiliyinin biabırçı olmasından danışarkən “Hər bir məmur bilməlidir ki, əvvəl-axır dövlət büdcəsindən oğurladığı pulların hesabatını verəcək” söyləmişdi. Həmin dönəm yetişib və Arif Alışanovun məhşər ayağına çəkiləcəyi də istisna deyil.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru