Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                     Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək .....                     Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır .....                     AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb .....                     Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib .....                     “Sputnik-Azərbaycan”da əməliyyat keçirilir .....                     Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər .....                     Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb .....                     Rüfət Səfərovun məhkəməsi keçirildi .....                     Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb .....                     “İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB .....                     Paşinyan keşişlərə: .....                     Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu .....                     Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? .....                     Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik .....                     Zatulin Rusiyanın məkrli planını açıqladı .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb .....                     Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... .....                     İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? .....                     İş adamının oğlunun ölüm səbəbi məlum oldu .....                     "Niyə yaslarda bunları stola qoyurlar?" .....                     Azərbaycan XİN-də yeni idarə yaradılıb .....                     KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər .....                     Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb .....                     Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ .....                     "Məsələ yoluna qoyulacaq" .....                     “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” .....                     Kaya Kallas Mirzoyanla görüşüb .....                     Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! .....                     Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi .....                     SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... .....                     Pezeşkian qonşularla münasibətlərdən danışdı: .....                     Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... .....                     Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq .....                     Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək? .....                     “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? .....                     Bakıda kişi kirayə qaldıqları evdə dostunu .....                 

“Görünür, şantajla bizdən pul qoparmaq niyyətindədir” - QALMAQAL
Tarix: 5-01-2019, 11:17 | Çap et
“Görünür, şantajla bizdən pul qoparmaq niyyətindədir”
“ALKE İnşaat və Sənaye” ASC ( indiki adı "AKELİK GROUP"ASC) sabiq əməkdaşı Şahin Cəfərovun və “Azərsu” ASC-nin sifarişi ilə adıçəkilən şirkətin icra etdiyi “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin sabiq topoqrafı Ramazan Biçerin bizə təqdim etdiyi, sənəd və fotolarda öz təsdiqini tapan faktlar əsasında araşdırmamız davam edir.

Ötən yazılarımızda Şahin Cəfərovla Ramazan Biçerin sözügedən şirkətin işindəki nöqsanlar, eləcə də 6,5 milyonluq yeyinti faktı ilə bağlı fikirlərini sizə çatdırmışdıq. Bu dəfə isə “ALKE İnşaat və Sənaye” ASC–nin (indiki adı "AKELİK GROUP"ASC) hüquqşünası Ramiz Nuriyevin mövqeyini öyrənməyə çalışdıq. Daha doğrusu, R.Nuriyev redaksiyamıza zəng vurub bizi şirkətin ofisinə dəvət etdi ki, gedib yerində araşdırma aparaq.

“Qoy bizi məhkəməyə versinlər, yol verdiyimiz qanunsuz əməllərə görə qanun qarşısında cavab verək”

Ramiz Nuriyevin əməkdaşımıza söylədiklərini olduğu kimi təqdim edirik:

“Sizi ofisimizə dəvət etməkdə məqsədimiz adıçəkilən məsələ ilə bağlı mövqeyimizi bildirməkdir. Zənnimizcə, qəzetinizdə şirkətimizlə bağlı dərc etdiyiniz yazılar birtərəflidir.

Məqalələrdən birində Banu Oğuz yazır ki, telefon danışığı zamanı səsimdəki təşviş açıq-aydın hiss olunurdu. Halbuki, təşvişə düşmək, yaxud qorxmaq üçün heç bir səbəbim yoxdur. Heç bir qanunsuz iş görmürəm, o üzdən heç bir narahatçılığım da yoxdur. Şahin Cəfərovla da, mətbuat nümayəndələri ilə də istənilən vaxt görüşüb söhbət etməyə və müvafiq sənədləri təqdim etməklə məsələyə aydınlıq gətirməyə hazıram.

Şirkətimizin sabiq əməkdaşı Şahin Cəfərova gəldikdə isə, onun işdən çıxarılmasında heç bir qanunsuzluğa yol verilməyib. Biz onunla xidməti müqavilə imzalamışdıq. Layihənin vaxtı başa çatdıqda da onunla haqq-hesab edib həmin müqaviləyə xitam verdik. Şahin Cəfərov sizinlə müsahibəsində layihə bitməmiş kobud şəkildə işdən qovulduğunu qeyd edib. Onun bu fikri həqiqətə uyğun deyil.

Bir də ki, istənilən şirkət, yaxud idarədə müxtəlif səbəblərdən əməkdaşla əmək müqaviləsinə, yaxud xidməti müqaviləyə xitam verilə bilər, həmin əməkdaşın keçmiş iş yeri və rəhbərliklə bağlı hansısa şikayəti, yaxud iradı da ola bilər, bu tamamilə normal haldır. Amma həmin şikayət və iradları ilk olaraq işlədiyi şirkətə bildirməlidir. O, bu günə qədər bizə rəsmi qaydada müraciət etməyib. Əgər müraciət etsəydi, hökmən onu qəbul edib dinləyərdik.

Başqa bir tərəfdən, əgər Şahin Cəfərovla Ramazan Biçer şirkətimizin işindəki qanunsuzluqları sübut edəcək faktlara sahibdirlərsə, nədən hüquq mühafizə orqanlarına deyil, qəzetə müraciət edirlər? Biz hüquqi dövlətdə yaşayırıq. Qoy bizi məhkəməyə versinlər, yol verdiyimiz qanunsuz əməllərə görə qanun qarşısında cavab verək.

Şahin Cəfərov notarial qaydada ərizə yazıb və bildirib ki, şirkətimizdən heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaq.

Şahin Cəfərov sizinlə müsahibəsində özünü qanunlardan xəbərdar bir şəxs kimi təqdim edir, üstəlik Ramazan Biçerin hüquqlarını müdafiə etməyə hazır olduğunu da bildirir. Əgər bu insan həqiqətən belə məlumatlıdırsa, öz hüquqlarını bilirsə və onları müdafiə etmək iqtidarındadırsa, onu şikayət ərizələrini geri götürməyə, yaxud saxta müqavilə imzalamağa necə məcbur etmək olardı?

Bu gün əksər müxbir və qəzetçilər nədənsə belə düşünür ki, ölkədə fəaliyyət göstərən bütün şirkətlər, dövlət qurumları xalqın düşmənidir, burda çalışanlar xalqın pulunu yeyir. Kimsə həmin qurumlardan şikayət edirsə, haqlı tərəf odur. Hesab edirəm ki, bu tamamilə yanlış fikirdir.

Baxın, şirkətin sabiq əməkdaşı Şahin Cəfərov notarial qaydada ərizə yazıb və bildirib ki, şirkətimizdən heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaq. İndi o gündə bir fikrə düşəcək, bu gün ərizə verəcək, sabah gedib həmin ərizəni ləğv etdirəcək, siz də o adam haqqında geniş məqalələr yazıb şirkətimizin imicinə zərbə endirəcəksiniz?

Əslində, bütün bu məsələlər birbaşa məhkəmə predmetidir. Ağlı başında bir insan notarial qaydada ərizə yazır, üç ay sonra isə fikrini dəyişir, yazdıqlarını təkzib edir, təhdid edildiyini bildirir və əvvəlki ərizəsini ləğv etdirir... Sizi bilmirəm, şəxsən mən bunu demaqoqiya adlandırıram. Sizin qəzet də hansısa demaqoqun fikri ilə bizim şirkətimizin işgüzar nüfuzuna xələl gətirən silsilə yazılar dərc edir.

“Adıçəkilən layihələrin icraçısı biz yox, Türkiyənin Alke İST AŞ şirkətinin Azərbaycan filialıdır”

Daha bir məsələyə aydınlıq gətirmək istəyirəm. Şahin Cəfərovla Ramazan Biçer bizim şirkəti Xaçmaz və Zərdab layihələrinin icraçısı kimi təqdim edir və bizi dövlətin pulunu mənimsəməkdə günahlandırır. Əvvəla, qeyd edim ki, adıçəkilən layihələrin icraçısı biz yox, Türkiyənin Alke İST AŞ şirkətinin Azərbaycan filialıdır. Həmin şirkətin bizim şirkətlə heç bir əlaqəsi yoxdur. Onun öz rəhbərliyi, öz VÖEN nömrəsi var, biz sadəcə işgüzar tərəfdaş olmuşuq. Öz ofisimizdə onlara otaq da vermişdik, o üzdən ünvanımız eyni idi. Həmin şirkətin əməkdaşlarını tanımağımız da təbiidir. Özü də biz büdcə təşkilatı deyilik ki, dövlətin pulunu mənimsəyə bilək.

Şirkətimizin təsisçisi Süleyman Babayevin Ramazan Biçeri təhqir etməsi ilə bağlı heç bir məlumatım yoxdur. Hətta belə bir hadisə olubsa belə, bu Ramazan Biçerlə Süleyman Babayevə aid məsələdir və bizim şirkətimizə heç bir aidiyyatı yoxdur. Ramazan Biçerin Süleyman Babayevlə hansısa problemi varsa, bunu məhkəmədə həll etsin, şikətimizin adını hallandırmasın.

Yeri gəlmişkən, bizdə Ramazan Biçerin də notarial qaydada təsdiqlənmiş ərizəsi var. O da həmin ərizə ilə çalışdığı şirkətə qarşı heç bir iddiası olmadığını bildirir.

Türkiyənin Alke İST AŞ şirkətinin Azərbaycan filialının sabiq əməkdaşının ərizəsinin bizdə olma səbəbinə gədikdə isə qeyd etməliyəm ki, şirkətlərimizin adı oxşar olduğundan və bir müddət eyni məkanı paylaşdığımızdan Alke İST AŞ şirkətinə ünvanlanan məktublar çox vaxt yanlışlıqla bizə çatdırılır, biz də onları həmin şirkətə yönləndiririk.

Onu da deyim ki, Ramazan Biçer Türkiyənin Azərbaycandakı səfirliyinə şikayət ərizəsi ilə müraciət etmişdi, səfirlik Əmək Müfəttişliyindən bu məsələni araşdırmağı xahiş etmişdi. Təbii ki, müfəttişlik də şirkətə məktub yolladı, şirkətdən Ramazan Biçerin qeyd etdiyim ərizəsinin surəti müfəttişliyə, müfəttişlikdən isə səfirliyə göndərildi və mövzu bağlandı.

“Nə Şahin Cəfərovu, nə də Ramazan Biçeri heç kəs zor gücü ilə, başına tapança dirəyib hansısa sənədə qol çəkdirməyib, onlarin hər ikisi bunu öz xoşları ilə ediblər”

Biz demokratik dövlətdə yaşayırıq. Bizim ölkədə hər bir vətəndaşın hüquqları qorunur. Təbii ki, bəzən məmur özbaşınalığı ilə də üzləşirik, amma ümumilikdə qanunlar işləyir.

Bir də ki, nə Şahin Cəfərovu, nə də Ramazan Biçeri heç kəs zor gücü ilə, başına tapança dirəyib hansısa sənədə qol çəkdirməyib, onlarin hər ikisi bunu öz xoşları ilə ediblər. Özünüz düşünün, onlar çalışdıqları şirkətlərdən əmək haqlarını almasaydılar, belə bir ərizəyə imza atardılarmı? Mən əminliklə “atmazdılar” deyirəm.

Ümumiyyətlə, şirkət daxilində mümkündür ki, bir insanı hansısa bir vəzifəyə təyin edəsən, sabah başqa bir sahədə sənə lazım olar, baxarsan ki, işi bilir, kompüterdə işləməyi bacarır, deyərsən ki, hələlik bu işlə məşğul ol. Necə ki, Şahin Cəfərova Hacıqabul layihəsində müvəqqəti maliyyəçi işi tapşırılmışdı. Bunda qəbahətli heç bir yoxdur.

Şahin Cəfərov iddia edir ki, mən Xaçmaz layihəsinin icraçılarına əmək haqqı paylamışam. Amma belə bir şey olmayıb. Mənim ümumiyyətlə o layihə ilə heç bir əlaqəm olmayıb. Hacıqabulda da Şahin Cəfərovun dediyi kimi 7 dəfə deyil, vur-tut 2 dəfə olmuşam.

Şahin Cəfərovun haqqında danışdığı Hacıqabul layihəsi əslində şirkətimiz tərəfindən şəxsi sifariş kimi icra edilib. Materialı da sifarişçi verib. Biz isə öz texnikamızdan, işçi qüvvəmizdən istifadə edərək həmin layihəni həyata keçirmişik. Dediyim odur ki, bu layihə dövlət sifarişi deyil. Bir aya yekunlaşmalı olan layihə müxtəlif səbəblərdən bir ilə yaxın çəkdi. Kənd yeridir, orda bankomat tapmaq müşkül məsələdir, o üzdən məcbur olub işçilərə əmək haqlarını nəğd pulla paylamışıq. Bu məsələni bu qədər şişirtmək nəyə lazım idi axı?

“Bu cür hərəkətlər şirkətimizin işgüzar nüfuzuna xələl gətirir, burda çalışan 500-ədək əməkdaşı işsiz qalmaq təhlükəsi ilə üz-üzə qoyur”

Bir daha qeyd edirəm ki, bu gün biz "AKELİK GROUP"ASC kimi fəaliyyət göstəririk. Nizamnaməmizdə deyilir ki, "AKELİK GROUP"ASC “ALKE İnşaat və Sənaye” ASC-nin hüquqi varisidir. O üzdən şirkətin adı dəyişsə də, VÖEN nömrəsi əvvəlkidir.

Süleyman Babayev şirkətimizin baş direktoru deyil, səhmdarı, təsisçisidir, idarə heyətinin sədri Madar Quliyevdir, biz isə heyət üzvləriyik( baş direktor ştatı isə ümumiyyətlə yoxdur).

Dediyim odur ki, şirkətimiz mülki məcəlləyə əsasən idarə olunur. Həmçinin bizim də öz nizamnaməmiz var və şirkətimizin işi həmin nizamnaməyə əsasən tənzimlənir. Biz öz işimizdə heç bir qanunsuzluğa yol vermirik. Bütün əməkdaşlarla əmək müqaviləsi bağlanıb, əmək haqları da bank hesablarına köçürülür. Layihələrin icrası üçün pul ayıran banklar ayrılan vəsaitin necə və hara xərcləndiyinə ciddi şəkildə nəzarət edir. Şahin Cəfərovun verdiyi yanlış məlumatlarsa sadəcə su bulandırmaqdır. Görünür, şantajla bizdən pul qoparmaq niyyətindədir.

Onu da vurğulamaq istəyirəm ki, sizə təqdim edilən boru və quyu fotoları əslində istintaq üçün sübut sayıla bilməz. Çox adam çox şəkil çəkə bilər. Bir də ki, istehsal prosesində müəyyən əyər-əskiyin, nöqsanların olması adi haldır. Amma iş prosesində bütün bu nöqsanlar aradan qaldırılır.

Bizim şirkət ölkədə qeyri-neft strukturunun inkişaf etdirilməsi istiqamətində əməli fəaliyyət göstərir. Bu cür hərəkətlərsə, artıq qeyd etdiyim kimi, şirkətimizin işgüzar nüfuzuna xələl gətirir, burda çalışan 500-ədək əməkdaşı işsiz qalmaq təhlükəsi ilə üz-üzə qoyur”.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Bu gün, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Bu gün, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Bu gün, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Bu gün, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Bu gün, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Bu gün, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Bu gün, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Bu gün, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Bu gün, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Bu gün, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Bu gün, 12:31
Paşinyan keşişlərə: - Kilsəni murdarlamayın
Bu gün, 12:23
Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:20
Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12
Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03
Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53
Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36
KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:31
Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 11:22
"Məsələ yoluna qoyulacaq" - Rusiyadan Azərbacyanla bağlı açıqlama
Bu gün, 11:19
“Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” - deputat
Bu gün, 11:17
Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün, 11:13
Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! - Kənan MM
Bu gün, 11:11
Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi - VİDEO
Bu gün, 11:10
SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... - Həm də aşağı vəzifəlilər üçün...
Bu gün, 11:03
Pezeşkian qonşularla münasibətlərdən danışdı: - yeni bir fəsil başlayır!
Bu gün, 10:55
Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 10:51
Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq - İskəndəryan
Bu gün, 10:43
Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Görünəni odur ki...
Bu gün, 10:37
Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək?
Bu gün, 10:35
“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? - Hüquq-mühafizə orqanları araşdırma aparır
Bu gün, 10:33
Bakıda kişi kirayə qaldıqları evdə dostunu BIÇAQLADI
Bu gün, 10:24
Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… - İcazə verin şübhələnək...
Bu gün, 10:10
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir - İLGİNC FAKTLAR
Bu gün, 10:07
Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb - QƏRAR
Bu gün, 10:01
Yekaterinburqda amansızlıqla öldürülən azərbaycanlıların nəşi bu gün axşam gətiriləcək - AÇIQLAMA
Bu gün, 10:00
Rusiyada azərbaycanlılara qarşı yeni «soyğun» planı - Putin müharibənin xərcini miqrantlara yükləyir
Bu gün, 09:54
24 il əvvəl baş vermiş cinayət hadisəsi niyə indi Rusiyanın yadına düşdü? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:48
Başını itirmiş Putin Rusiyası... - BUNDAN SONRA...
Bu gün, 09:45
Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında
Bu gün, 09:41
Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
Bu gün, 09:29
İki əsr geridə qalan Pyotr təfəkkürü... - deputatdan REAKSİYA
Bu gün, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru