SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                 

Təcili tibbi yardım xidmətinin İFLASI - İTTİHAM
Tarix: 3-01-2019, 09:18 | Çap et
Təcili tibbi yardım xidmətinin İFLASI
"Azərbyacan Respublikasının prezidenti cənab İlham Əliyevin,Prezident Adminstrasiyasının şöbə müdiri Fərəh Əliyevanın,Baş nazir Novruz Məmmədovun,Baş nazirin müavini Əli Əhmədovun,Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanovun diqqətinə!!!" Bu ifadələr olke.info-da yer alan şikayət məktubundandır.

Daha sonra müraciətdə deyilir: "İcbari Tibbi Sığorta pilot layihə olaraq Mingəçevir Şəhər Xəstəxanasında tətbiq olunandan bu günə çox ciddi problemlər yaşanır.Ötən dövr ərzində bu problemlərlə bağlı xeyli yazılar yazılıb,yüzlərlə vətəndaş müxtəlif qurumlara şikayətlər edib.O cümlədən də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevə.Ancaq bütün bunların fonunda müsbətə doğru dəyişən bir şey yoxdur.Ortada çox ciddi qanun pozuntularının olduğu halda nədənsə bilinməyən səbəblərdən İdarə heyətinin sədri Zaur Əliyev hələ ki,Mingəçevir şəhər Xəstəxanasının publik hüquqi şəxsi-direktoru Könül Ələkbərovun “vəkili”qismində çıxış edir.
Yəqin ki,daimi və diqqətli oxucularımız “Azərbaycan Bələdiyyəsi” qəzetində və azbelediyye.info saytında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı araşdırma yazılarımızı unutmayıblar.Həm Mingəçevir sakinləri,həm də ölkəmizin müxtəlif bölgələrindən olan oxucularımız araşdırmanın IV hissəsini gözləyirlər. Çünki dövlətimizin milyonlarla vəsait xərclədiyi çox mühüm layihə olan İcbari Tibbi Sığorta Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov tərəfindən gözdən salınır.Bu layihəyə qarşı inanmsızlıq və aqressiv münasibət formalaşdırılır.Səbəbi isə çox sadədir.Yerlərə,konkret desək Mingəçevirə təyin olunan rəhbərliyin şəxsi ambisiyalara söykənən,savadsız,qeyri-peşəkar, bərbad və kobud idarəetməsi…Məqsəd isə bölgədə sosial nazrazılıq yaratmaq və xalqı dövlətdən narazı salmaqdır…Bəlkə, bunun başqa adı da var…???Bax bunu biz bilmirik.Ola bilsin sadə vətəndaşlar və aidiyyatı dövlət qurumları bilir(?).
Tibb müəssisəsinin rəhbəri Könül Ələkbərovun digər əməllərinə keçməzdən öncə Mingəçevir xəstəxanasındakı Təcili Tibbi Yardım Xidmətinin(Acilin) fəaliyyətindəki ciddi nöqsanlara və yaranmış biabrçı vəziyyətə diqqət yetirək.Bunları biz yox,redaksiyamıza zəng edən onlarla şəhər sakini deyir.Vəziyyət o həddə çatıb ki,hətta Təcili Yardımın vaxtında gəlməməsi nəticəsində onlarla insan xəsətələrini Acil şöbəsinə taksi vasitəsi ilə çatdırmalı olublar.13 noyabr 2018-ci il tarixdə redaksiyamıza müraciət edən təqaüddə olan polis Gəray Quliyev bildirib ki,Energetiklər qəsəbəsində yaşadığı yataqxana ilə Təcili Yardımın arası təxminən 300 metrdir.Ancaq ağır vəziyyətdə olan tələbə oğlunun üstünə çağırdığı tibbi briqada nə az,nə çox düz 45 dəqiqədən sonra gəlib. Elə bəndəniz-yazı müəllifi kimi mənim özüm də Təcili yardımın yardımsızlığı ilə üzləşmişəm.Belə ki,18 dekabr 2018-ci il tarixdə 8 yaşlı qızım Həsənli Göyçəyin səhhətində yaranmış problemlə bağlı saat 21:38-də Təcili yardım çağırmışam.Ancaq tibbi briqada 22:22-də,yəni düz 44 dəqiqədən sonra Ü.Hacıbəyov küçəsindəki məskunlaşıdığım İnternat məktəbinin önünə çatıb.Halbuki,mənim yaşadığım bina Mingəçevir xəstəxanasının 2-3 dəqiqəlik məsafədə yerləşir.Təqdim etdiyim bu foto yəqin ki,acınacaqlı real vəziyyəti açıq şəkildə bir daha ortaya qoyur.

Təcili tibbi yardım xidmətinin İFLASI

Gəray Quliyevin,onlarla şəhər sakininin və mənim üzləşdiyi durum digər vətəndaşın yanında “toya getməli”di.Çünki təqdim edəcəyimiz fakt sözün əsl mənasında Mingəçevir xəstəxanasındakı qeyri-peşəkar idarəetmənin faciəvi nəticəsinin real təsdiqidir. Bu addım nəinki azərbaycançılığa,heç insanlığa da sığmır .Gəlin həmin hadisəyə qısaca nəzər salaq.Söhbət 12 noyabr 2018-ci il tarixdə ölümlə nəticələnən hadisədən gedir.Belə ki,1955-ci il təvəllüdlü,təqaüddə olan keçmiş polis əməkdaşı Quliyev Mayıs Əmralı oğlu mədənin və qarın boğşluğunun kəskin sancısı ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gəlib.Mərhumun həyat yoldaşının sözlərinə görə,Ailə həkimi Dilbazi Nicat tərəfindən qəbul edilən xəstə mədə-bağırsaq həkimi İlham Mayılovun yanına göndərilib.O da öz növbəsində xəstəni Qastroskopik müayinyə(şlank udmaya)göndərib.Ancaq “şlank” udmaqdan qorxan xəstə bu prosedurdan imtina edib.Bu zaman müalicə həkimi onu USM-ə göndərib.Elə Mayıs Quliyevin həyatı bahasına başa gələn olaylar da bundan sonra başlanıb.USM həkimin qəbuluna düşmək üçün qeydiyyat kağızı almağa gələn xəstə kəskin ağrılar içərisində bir təhər Xanbala həkimin qəbuluna düşüb.Başdangetdi və ötəri yoxlama aparan həkim xəstəni məzəmmət edərək onun heç nəyinin olmadığını və özünü yalandan xəstəliyə vurduğunu deyib.Həkimin bu cür biganə davranışından əsəbi sarsıntı keçirən 63 yaşlı keçmiş polis Mayıs Quliyev həkimdən şikayət edib və təcili yoxlanması üçün başqa həkim tələb edib.Bu zaman tibbi personaldan deyilib ki,o daha başqa həkimdə aparat müayinəsinə düşə bilməz.Ağrılar içərisində olan xəstənin təkidli tələbindən sonra qeydiyyatçı qızlar “yuxarılar”la məsləhətləşdikdən sonra Xanabala həkimin adına yazılmış göndəriş vərəqəsi ləğv olunmaq üçün geri istənilib.(əks halda Xanbala həkimə bonus gedəcəkdi) Xəstə növbəti USM müayinəsi üçün həkim Nigar Hüseynovanın üstünə yazılıb.Kəskin ağrlardan əziyyət çəkən və üzləşdiyi qeyri-etik idarəetmədən əsəbləşən xəstə həkimin otağının qarşısında 32-ci adam kimi növbə gözləmək məcburiyyətində qalıb.Onun vəziyyətinin ağırlıq dərəcəsi burada da nəzərə alınmayıb.Hələ də konkret diaqnoz qoyulmayan Mayıs Quliyev elə “mədə ağrısı”adı ilə də yenidən ümid yeri kimi İlham Mayılovun yanına gəlib.Yarımçıq müayindən sonra xəstənin kəskin ağrılarının olmasını nəzərə alan həkim ilkin kömək məqsədi ilə ona respt yazıb.
Mayıs Quliyevin yaxınları deyir ki,görün Mingəçevir xəstəxanasında göstərilən xidmət nə vəziyyətdir ki,müraciət edilən həkimilər ilkin yanaşma kimi nə xəsətənin nəbzini,nə də qan təzyiqinin belə yoxlamayıblar.Üzləşdiyi vəziyyətdən və can ağrılarından ciddi əsəbi gərginlik keçirən Mayıs Quliyev həyat yoldaşı ilə birlikdə özünə məxsus olan avtomobilə əyləşərək yoxlanmaq üçün Xaldan qəsəbəsinə getməyi qərara alıb.Mingəçevirin giriş qapısından Xaldan istiqamətindəki 2 kilometrlik məsafədə o,həyat yoldaşına bildirib ki,özünü pis hiss edir.Və bu zaman Mayıs Quliyev sürəti azaldaraq avtomobili saxlayıb.Həyat yoldaşı dərhal Mingəçevir xəstəxanasının Acil şöbəsindən yardım istəyib.Təcili yardımın gec gəldiyini görən xanım hadisə yerinə Yevlax rayonundan da Təcili Tibbi Yardım çağırıb.Elə ən biabrçı və faciəvi vəziyyətdə burada yaranıb.Belə ki, xəstəxana ilə 7,08 kilometr məsafədə olan hadisə yerinə Mingəçevirin Təcili Tibbi Yardım maşını 1 saat 7 dəqiqəyə gəlib.hadisə yeri ilə 30 kilometrlik məsafədə yerləşən Yevlax Rayon Xəstəxanasının Təcili Tibbi Yardım briqadası isə 28 dəqiqəyə çatıb.Nəticədə isə xəstənin həyatını xilas etmək mükün olmayıb.Bəlkə də Mingəçevirin Təcilli Tibbi Yardım briqadası vaxtında hadisə yerinə gəlsə idi,keçmiş polis dünyasını dəyişməzdi.
Cənab Zaur Əliyev, budurmu sizin “peşəkar” və “yüksək səviyyəli”kadrınız Könül Ələkbərovun qurduğu idarəetmə sistemi? Nə vaxta kimi dövlətimizi yalan məlumatlarla və şişirdilmiş statistik rəqəmlərlə aladadan Könül Ələkbərovun əməllərinə göz yumulacaq? Axı bu insanın mövcud “fəaliyyəti” dövlətimizin çox mühüm layihəsi olan İcbari Tibbi Sığortanı gözdən salır.Öyrədilmiş adamları ortaya çıxarıb boğazdanyuxarı,yalançı təriflərlə nə vaxata kimi dövlətimizə,cəmiyyətimizə düzgün olmayan informasiyalar sırınacaq???
Təcili Tibbi Yardım xidmətinin vəziyyəti ilə bağlı digər faktlara diqqət yetirək:
130 min əhalinin yaşadığı bir şəhərə gün ərzində cəmi 6-7 Təcili Yardım avtomobili xidmət edir.Bunlardan ikisi şəhərin Sağ sahil istiqamətindəki yaşayış massivlərinə,4-5-i isə şəhərin Sol sahilinə xidmət edir.Araşdırma zamanı əldə etdiyimiz məlumata görə,xəstəxanaın Acil şöbəsində gecə növbəsi üçün 4-5 maşın xidmətdə olduğu halda cəmi 3 nəfər həkim var.Briqadanın yerdə qalan əməkdaşları isə orta təhsilli tibb işçilərdir.Xəsətəxananın direktoru Könül Ələkbərovun göstərişinə əsasən Böyük həkimin gecə çağırşlarına getməsinə isə qadağa qoyulub.Əgər hər üç həkim çağırışdadırsa,əlavə yardım müraciətləri ya cavabsız qalır,ya da xəstələr uzun-uzadı gözləmək məcburiyyətində olur.Bu da təbii ki,ağır durumda olan insanlırın ya kritik vəziyyətə düşməsinə səbəb olur,ya da həyatı bahasına başa gəlir.Bu da onu göstərir ki,İcbari Tibbi Sığorta çərçivəsində dövlətin yaratdığı bütün texniki imkanlara rəğmən yerli idarəetmədəki qeyri-peşəkarlıq çox ciddi problemlərə yol açır.
Mingəçevirin səhiyyə sistemindəki mövcud vəziyyətlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri cənab Zaur Əliyevə və onun sevimli kadırı,vaxtı ilə işlədiyi Gəncə şəhərində də kobudluğu ilə ad çıxarmış, Mingəçevir Şəhər Xəstəxanasının pulblik hüquqi şəxsi-direktoru Könül Ələkbərova bir neçə ritorik sullar üvanlamaq istəyirik.
1.Niyə bu ilin dekabr ayının son 15 günlüyündə xəsətələrə yardım üçün 2,5 və 10 qramlıq şpirislər olmayıb və 20 qramlıq şpirislərdən istifadə olunub?
2.B.C.D kateqoriyaları olmadığı halda Məmmədov Anar Bəhlul oğlu,Mikayılov Mais Tanırverdi oğlu və Teymurov Bəxtiyar Əli oğlu bahalı Ambulans avtomobillərini necə və hansı əsaslarla idarə edirlər?
3.Təcili Tibbi Yardım sistemində yaşlı və fiziki baxımdan zəif olan qadınların xərəkçi-sanitar işləmələri nə dərəcədə düzgündür?(yalnız bir xərəkçi kişi var)
4.Ağır qəza törədərək iki ilə yaxın bir müddətdə işləməyən 99 JH 821 dövlət nömrə nişanlı Mersedes-Bens marakalı Təcili yardım avtomobilinin sürücüsü Mikaylov Əli Tanrıverdi oğlu niyə idiyə kimi cəzalanmayıb?
5.CM-nin 263.1-ci maddəsi ilə ittiham olunaraq barəsində məhkəmə qərarı olmuş,sürücülük hüququndan məhrum edilmiş və dövlətin qiyməti 100 min manatdan çox olan avtomobilinə ziyan vurmuş sürücü hansı əsasa yenə də Acildə işləyir?
6.Həkimlərin və digər sahədə çalışan şəxslərin əmək haqları xeyli miqdarda artdığı halda Təcili yardımda işləyən sürücülərin və orta tibb işçilərinin maaşı niyə artmayıb?
7.İş qrafiklərinin tərtib olunan zaman yaranan narazılıqların səbəbi nədir və bayram günlərində həmişə eyni adamların gecə növbəsinə salınması hansı məqsədlərə xidmət edir?
8.Acil xidmətinin gecə növbəsində həkim çatışmazlığının səbəbləri nədir?
9.İclaslarda Acil şöbəsində çalışan həkimlərin narazılıqlarının kökündə hansı səbəblər dayanır?
10.Vətəndaşlarla,pasiyentlərlə Təcili yardım briqadaları arasında konfliktlər hansı səbəblərdən yaranır?
11.Könül Ələkbərov hansı statusun sahibidir ki,sıravi işçilərə ona salam verməyi qadağa qoyub? (yalnız onun icazəsi ilə “salam”verilə bilər)
12.Nasazlıq yaranamış Təcili tibbi yardım avtomobilləri “Təmir limiti bitib” deyə təmirə göndərilmir.Bu addım nə dərəcədə qanunauyğundur və ümumi büdcədən avtomobillərə texniki xidmət üçün ayırılan vəsaitlər hara gedib?
13.Şəkildə gördüyünüz bu, Təcili Tibbi Yardım avtomobilləri niyə işlək vəziyyətdə deyil və xəstəxananın həyətində niyə “yatır?

Bu yazı üçün son sualımı isə məhz cənab Zaur Əliyevə ünvanlayıram.Hörmətli Zaur müəllim,sizin elektron poçtunuza göndərilən səs yazısı ilə bağlı nə kimi araşdırma apardınız və sizin tabeliyinizdə olan Könül Ələkbərova məxsus olan tərbiyədən və əxlaqdankənar ifadələri dinlədinizmi?
Siz olduqca tərbiyəli adamsınız bəlkə də,heç utandığınızdan o səs yazısına qulaq asa bilməmisiniz.Bəs heç düşünmürsünüz ki,o səs yazısı naşı,savadsız bir adamın əlinə keçsə və ictimailəşsə hansı fəsadlara yol aça bilər…???
Unutmayın ki,biz hər zaman dövlətimizin,dövlətçiliyimizin və çox hörmətli Cənab Prezidentimiz İlham Əliyevin yanındayıq.Həmçinin,onun siyasətinə və xalqın mənafeyinə qarşı çıxanlarla mübarizəmizi aparırıq və aparacağıq".

diaaz.space olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru