Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                 

“Dəmirbank”dan yoxa çıxan 3 milyon dollar terrorçuların əlinə keçə bilər – sensasion iddia
Tarix: 21-02-2017, 08:20 | Çap et
“Dəmirbank”dan yoxa çıxan 3 milyon dollar terrorçuların əlinə keçə bilər
Bu günlərdə “Dəmirbank”dan 3 milyon dollar oğurlanması barədə xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, bank hesabları araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər hakerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır. “Dəmirbank”ın marketinq direktoru Anar Bayramov deyib ki, faktla bağlı informasiyaya malik deyil.

Göründüyü kimi, Azərbaycanın tanınan bankından 3 milyon dollar oğurlanıb. Adətən banklardan böyük məbləğlərdə pul yoxa çıxanda mütəxəssisləri, ekspertləri haker hücumları ilə yanaşı digər ehtimallar da narahat edir. Bu ehtimallardan biri də külli miqdarda pulun terror təşkilatlarının əlinə keçə bilməsidir.

Son zamanlar Azərbaycanda terror təşkilatlarının hərəkətliliyi hiss edilir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son 4-5 ayda keçirdiyi uğurlu antiterror əməliyyatlarında 10-a yaxın təhlükəli terrorçu məhv edilib. Bu əməliyyatlar haqda məlumatlardan aydın olur ki, ölkəmiz çox ciddi təhlükə ilə qarşı-qarşıya dayanıb. Bütün dünyanı təhdid edən terror ölkəmizin sərhədlərini aşıb. Azərbaycan hüquq-mühafizə orqanları və xüsusi xidmət qurumları hələlik teraktların qarşısını alırlar. Bakıda, ölkənin paytaxtında, əhalinin sıx məskunlaşdığı arealda antiterror əməliyyatı keçirilirsə, onların məhv edilməsi ilə bağlı rəsmi məlumatlar yayılırsa, təhlükənin bizimlə nəfəs-nəfəsə dayandığını söyləməyə əsas var.

Belə bir şəraitdə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən terror təşkilatlarının, İŞİD və digərlərinin ölkəmiz üzərindən külli miqdarda “qara” pul ötürməyə cəhd etməsi də istisna deyil. Beynəlxalq təcrübədə belə ötürmələrə ara-sıra rast gəlinir.

Sirr deyil ki, din pərdəsi altında fəaliyyət göstərən terrorçu təşkilatlar digər sektorlara öz adamlarını yerləşdirdiyi kimi, bank sektorunda da onlarla əlaqələri olan şəxslərin mövcudluğu istisna edilmir. Və ya bank sektorunda çalışanları din adı altında təsir altına salıb, öz sıralarına cəlb edə, onların vasitəsilə öz çirkin əməllərini həyata keçirə bilirlər.

“Dəmirbank”dan yoxa çıxan 3 milyon məsələsi diqqəti bu məsələyə çəkməyə bilmir. Azərbaycanın tanınan banklarından biri olan bu bankda pulların yoxa çıxmasının arxasında yuxarıda bəhs etdiyimiz məsələ dayana bilərmi?

Heç şübhəsiz ki, hüquq-mühafizə orqanları bankdan yoxa çıxan 3 milyon dollarla bağlı araşdırmalara başlayıblar. Biz iddia etmirik ki, pulları bankdan terror təşkilatları oğurlayıb, bankda terrorçuluğa dəstək verənlər var. Bunu deməyə və isbat etməyə əlimizdə heç bir fakt yoxdur. Sadəcə olaraq, medianın bir işi də bu cür vəziyyətlərdə mümkün variantları ictimai müzakirəyə çıxarmaqdır. Bununla da mövzuya həssaslıq bir qədər də artmış olur.

“Dəmirbank”dan 3 milyon dolların sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətindəki haker qrupu tərəfindən ələ keçirilməsi də istisna deyil. Ötən ilin aprelində redaksiyamıza daxil olan məlumata bildirilirdi ki, Eldar Mahmudovun MTN-də mənzillənən çetesinə haker qrupu da daxil olub. Sabiq nazirin susqun razılığı ilə həmin hakerlər vasitəsilə müxtəlif bankların sisteminə hücumlar təşkil olunub. Sonradan isə həmin banklara belə hücumların qarşısını almaq üçün MTN rəhbərliyi öz kadrlarını təklif edib yerləşdiriblər. Beləliklə də banklarda Eldar Mahmudovun maraqlarından çıxış edən kadrlar peyda olub. Redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, həmin kadrlar vasitəsilə əldə olunan məlumatlar sonradan bankların rəhbərliyini daim şəxsi nəzarətdə saxlamağa imkan verib.

Həmin yazıdan sitat: “Hakerlər qrupu ötən ilin oktyabrında MTN-də baş tutan əməliyyatdan az əvvəl oradan qovulub. Bu haqda redaksiyamızı bilgiləndirən qaynağımız deyib ki, 6 nəfərdən ibarət olan qrup üzvləri ABŞ banklarının birindən 150 milyon dolları oğurlayıb və dünyanın ən müxtəlif ölkələrində yerləşən banklar üzərindən Azərbaycandakı banklardan birinə yerləşdiriblər. Həmin vaxt bank rəhbərliyi həbsdə olduğundan bankı Eldar Mahmudovun qudası Cahangir Hacıyevə yaxın kadrlar idarə ediblər. Yerli bankdakı hesaba 150 milyon dollar oturandan sonra oradan çıxarılıb. Məsələni ABŞ-ın müvafiq qurumları araşdırıb. Hakerlərin çırpışdırdığı pulun son nəticədə Azərbaycandakı bank hesabından çıxarıldığı müəyyən edilib. Bundan sonra Azərbaycanın müvafiq qurumlarına məsələ ilə bağlı məlumat verilib. Məsələ araşdırılıb və ölkə rəhbərliyi səviyyəsində pulun qaytarılması ilə bağlı qərar verilib. Araşdırmalar zamanı həmçinin pulu ABŞ bankından çırpışdıran hakerlərin Eldar Mahmudovun yaxın əhatəsinə daxil olan şəxslər olduğu üzə çıxıb. Məlum olub ki, həmin hakerlər tez-tez Eldar Mahmudovun yaxın ətrafı ilə görüşürlər. Qaynağımız bildirib ki, bu olaydan sonra Eldar Mahmudovun haker qrupundan xəbər yoxdur. Onların ölkədən qaçırıldığı haqda məlumatlar var. Belə ehtimallar da var ki, qeyri-rəsmi formalaşdırılan haker qrupu sabiq nazirin istəyinə uyğun olaraq bu və ya digər məmurun kompüter şəbəkəsinə daxil olmaqla məlumatlar toplayıb. Həmin məlumatlar sonradan məmurların şantaj olunmasında istifadə olunub”.

Tamamilə mümkündür ki, həmin haker qrupu hazırda azadlıqda olan E.Mahmudovun nəzarətindədir və qrup vasitəsilə sabiq nazir özünün şəxsi ambisiyalarından çıxış edərək bankları nəzarətindən çıxmağa imkan verməməyə çalışır. Adının gizli qalması şərti ilə mövzunu “Yeni Müsavat”a şərh edən ekspert bildirib ki, bu, tamamilə mümkün məsələdir: “Yoxa çıxan 3 milyonla bağlı bankın ictimaiyyətə tutarlı açıqlama verməməsi şübhələri bir qədər artırır. Bank hadisəni olmamış kimi təqdim edir. Amma mətbuatda bunca ciddi xəbərin əsası olmadan yayılması da inandırıcı görünmür. İnsanlarda bu əməlin arxasında hakerlərdən çox terror təşkilatlarının dayandığı fikri formalaşır. Yaxşı olardı ki, ayrı-ayrı qurumlar bu məsələ ilə bağlı müfəssəl açıqlama versinlər”.

Mövzu ilə bağlı “Dəmirbank”ın mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru