Onlar da YOL ÜSTÜNDƏDİR... .....                     Anasına sataşan vəzifəli şəxsi öldürdü: Əxlaqsız təkliflər edibmiş... .....                     “Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi .....                     “Nə qədər ki, gec deyil, Rusiyada bir ağıllı insan tapılmalıdır ki...” .....                     İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər .....                     Salyanda keçmiş məktəb direktoru İTTİHAM OLUNUR .....                     74-cü maddənin C BƏNDİ... .....                     Bakı ÖNƏ ÇIXDI: Xəzərin o tayı da susmalı deyil... .....                     Bakı ilə İrəvan sözü bir yerə qoya biləcəkmi? .....                     Paşinyanın altından bir stul çəkilməlidir .....                     Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi .....                     İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? .....                     "Jurnalistlərin binası"nda qaz problemi yaranıb .....                     Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR .....                     Burda lisenziyasız “həkimlər” at oynadır .....                     Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB .....                     “Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var .....                     Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər .....                     Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... .....                     Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ .....                     Limonun ədədi 1,50 oldu... .....                     Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır .....                     Azərbaycan İranın düşməni deyil .....                     Ukraynanın Avropa yolundakı Orban əngəli .....                     SOCAR-da QAYÇILAMA davam edir .....                     “Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” .....                     “Pomidor məsələsi” Kremlin cılızlığını göstərir .....                     Ukrayna onları “qara siyahı”ya saldı .....                     Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia .....                     Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? .....                     Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir .....                     O kapitana zəng edildi .....                     Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb .....                     Azərbaycan polisi 107 yaşını qeyd edir .....                     "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                     Şıxlinskinin oğlu atasının həbsindən .....                     Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                 

Maliyyə Nazirliyinin xidmət rəisi Cavanşir Yusifovun dövləti təxribatı - ŞİKAYƏT VAR
Tarix: 16-02-2017, 08:04 | Çap et
Maliyyə Nazirliyinin xidmət rəisi Cavanşir Yusifovun dövləti təxribatı
В«TəzadlarВ»a yenidən Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvanındakı binanın sakinləri- Şükürova Sürahi Adil qızı, İbrahimova Selan Fərhad qızı, Hacıyeva Elbəniz Rəhman qızı, Mehdiyeva Əfşan Ürfan qızı, Əliyev Elnur Elşad oğlu, Hacıyev Teyyub Faiq oğlu, Həsənov Yaqub Vəliş oğlu, Ömərov Elşən Nüsrət oğlu və başqaları tərəfindən Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Baş Nazirin müavini cənab Abid Şərifova ünvanlı şikayətləri təqdim olundu.
Redaksiyamızda olan şikayətçilər onların başına gətirilən hadisələrdən təfsilatı ilə danışdılar… Həmçinin redaksiyamıza Prezident cənab İlham Əliyevə, Baş Nazirin müavini cənab Abid Şərifova ünvanlı şikayətdə hər kəsi şoka salacaq məqamlar yer alıb.
Aşağıda həmin şikayəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Baş Nazirin müavini cənab Abid Şərifova!
Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvandakı binanın sakinləri-Şükürova Sürahi Adil qızı, İbrahimova Selan Fərhad qızı, Hacıyevə Elbəniz Rəhman qızı, Mehdiyeva Əfşan Ürfan qızı, Əliyev Elnur Elşad oğlu, Hacıyev Teyyub Faiq oğlu, Həsənov Yaqub Vəliş oğlu, Ömərov Elşən Nüsrət oğlu və başqaları tərəfindən
ŞİKAYƏT
Möhtərəm cənab Prezident!
Hörmətli cənablar!
…Tarixin çətin sınağı qarşısında qalan bir xalqın taleyinin ən çətin və ağır dönəmində nəinki yenicə bərpa edilmiş müstəqilliyin, hətta ölkənin özünün müqəddəratının sual altına düşdüyü bir vaxtda məhz Ulu Öndərimiz Heydər Əliyev cənablarının böyük və güclü siyasəti nəticəsində Azərbaycanımız tarixin ağır sınağından qurtuldu. Ulu Öndər H.Əliyevin böyük siyasi iradəsi nəticəsində dövlət müstəqilliyinin xilasına nail olan Azərbaycan sosial firavanlığa, xoşbəxt gələcəyə aparan davamlı inkişaf yoluna səfərbər olundu. Ölkəmizdə nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı, bütün bunlar yalnız və yalnız Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin bəhrəsidir.
Möhtərəm Prezident, bu gün Siz həmin yolu layiqlə davam etdirirsiniz. Bilirik ki, ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq Siz xalqın sosial rifahının daha da yüksəlməsi və inkişafı üçün daim çalışırsınız.
Cənab Prezident, rəsmi çıxışlarınızda, imzaladığınız mötəbər sənədlərdə dönə-dönə dövlət məmurlarına vətəndaşlarla münasibətlərinə diqqət göstərmələrini tapşırırsınız.
Təssüflər olsun ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Aparatının səlahiyyətli şəxsləri də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov yaşadığımız Ç.Mustafayev-43 ünvanında yerləşən 15 mərtəbəli binanı müvafiq dövlət qərarı olmadan özbaşına sökmək adı altında ələ keçirmək niyyətini həyata keçirməyə çalışır, vətəndaşların mənzil toxunulmazlığı hüququnu pozur, sakinlər arasında narazılıqlar yaradırlar. Onu da bildiririk ki, 2009-cu ildə 0,25 ha torpaq sahəsi üzərində inşa olunan həmin yaşayış binası bir girişli olmaqla, bir səviyyəli zirzəmidən və 15 mərtəbədən ibarətdir. Binada 49 mənzil vardır. Əksər sakinlər mənzillərini təmir etməklə həmin binada yeni mənzillərində yaşayırlar.

Onu da diqqətinizə çatdırırıq ki, Azərbaycan Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 saylı В«Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədəВ» qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu ərazisində bizim binanın ətrafında 734 yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. Alan orqan qərarın icrasını həyata keçirmiş, alınmaya məruz qalmış obyektlərin sahiblərini müəyyən etmiş, qeyd olunan torpağın alınması barədə təklifini nəzarət orqanına vermişdir. Nəzarət orqanın torpağın alınması haqqında qərarı verildikdən sonra isə 730 yaşayış və qeyri-yaşayış obyektlərinin mülkiyyətçilərinə müəyyən edilmiş kompensasya ödənilmişdir. Bundan sonra həmin torpaq üzərində olan tikililər sökülmüşdür. Diqqəti çəkən budur ki, bizim yaşadığımız Ç.Mustafayev-43 saylı, 15 mərtəbəli bina məlum qərarda qeyd olunan 730 obyekt siyahısında olmamışdır və binanın dövlət ehtiyacları üçün alınıb sökülməsinə dair əlavə qərar da indiyədək verilməmişdir. Yuxarıda qeyd etdiyimiz dövlət məmurları isə vəzifəsindən sui-istifadə etməklə müvafiq qərar olmadan həmin binanın sakinlərinə əsassız, hüquqi əsası olmayan bildirişlər verir, bizi elektrik və qaz, su xətlərinin kəsilməsi ilə hədələyirlər və binanın biz sakinlərinə təzyiqlər edirlər. Biz inanmırıq ki, dünya iqtisadiyyatının indiki böhranlı bir vaxtında 0,25 ha torpaq sahəsinə görə Azərbaycanın Dövlət büdcəsindən 30-40 milyon manat pul ayrılaraq hansısa məmurun şəxsi maraqlarına xərclənsin. Belə ki, 49 mənzilli binanın mənzillərinin sahiblərinə vəd olunan kompensasiya məbləği bu qədər təşkil edir. Hansı ki, Bakı şəhəri, Yasamal rayonu Ç.Mustafayev-43 saylı bina yeni tikilmişdir, müasir tələblərə cavab verdiyindən, dövlət orqanlarının, o cümlədən FHN-nin müsbət rəyi ilə istismara qəbul edilmişdir. Sakinlər tərəfindən demək olar bütün mənzillər təmir edilmişdir, su, qaz və elektrik enerjisi, lift və s. ilə təmin edilmiş, mənzillərin çoxunda yaşayış vardır, digər mənzillər də yaşayış şəraitinə tam hazır vəziyyətə gətirilməkdədir. Buna görə də binamızın sökülməsi kimi qanunsuz iddiaları ortaya qoyanların məqsədlərini əsassız sayır və bu cür söhbətləri yayanlara qəti etiraz edirik.
Cənab Prezident!
Hörmətli Abid müəllim!
Sizin qayğınıza və diqqətinizə sığınaraq xahiş edirik, biz sadə vətəndaşlara arxa durun, lazımi kömək edin, bizi dövlət məmurlarının təzyiqindən xilas edin, həmçinin Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Aparatının səlahiyyətli şəxsləri və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qanunsuz hərəkətlərinin dayandırılmasına göstəriş verəsiniz.
Hörmətlə: Bakı şhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvandakı binanın sakinləri:
Şükürova Sürahi Adil qızı,
İbrahimova Selan Fərhad qızı,
Hacıyevə Elbəniz Rəhman qızı,
Mehdiyeva Əfşan Ürfan qızı,
Əliyev Elnur Elşad oğlu,
Hacıyev Teyyub Faiq oğlu,
Həsənov Yaqub Vəliş oğlu,
Ömərov Elşən Nüsrət oğlu və başqaları
Bakı şəhəri, 15 fevral 2017-ci il

Maliyyə Nazirliyinin xidmət rəisi В«yoxa çıxıbВ»?

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun dövlət ehtiyacı adı altında yuxarıda qeyd olunan hazır yaşayış binasına sahiblənmək arzusu burada yaşayan sakinləri bərk qəzəbləndirib. Yuxarıda qeyd olunduğu kimi, bu gün В«TəzadlarВ»da olan sakinlər qəzəblə danışdılar… Biz məsələyə aydınlıq gətirilməsi üçün 3 gündür Cavanşir Yusifovun mövqeyini öyrənməyə çalışırq, amma… Yəni, üç gün ərzində biz əks tərəf kimi Cavanşir Yusiofovla əlaqə saxlaya bilmirik. Onun 404 – 46 – 99 saylı iş telefonuna zəng edirik, kommutator vasitəsilə (daxili nömrə 416) zəngimizə C.Yusifovun katibəsi Arzu xanım cavab verdi. Arzu xanımla iki gün daldabal danışsaq da verdiyimiz mobil nömrəyə Cavanşir müəllimdən heç bir zəng gəlmədi. Sonrakı zənglərimizin birində Arzu xanım bildirdi : “Cavanşir müəllim deyir ki, lazım olsa, zəng edərəm, məndən nə istəyirlər???”.
Deməli, bu boyda həngamədən sonra yenə də Cavanşir müəllim üçün danışmaq, KİV sorğusuna cavab vermək lazım gəlməyib.
Belə olan sürətdə nazirliyin digər şöbələri ilə əlaqə saxlayıb Cavanşir müəllimi soraqladıq ki, bəlkə iş yoldaşları onu tapa bildilər… Əvvəlcə nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyevi aradıq. 404 – 47 – 87 saylı telefona cavab verən Ləman xanım bildirdi ki, Mais müəllim iclasdadır. Əlaqə telefonumuzu verib xahiş etdik ki, iclasdan sonra bizimlə əlaqə saxlasın. Ancaq Mais müllimin iclası deyəsən iki gündür qurtarmaq bilmir…

Bəlkə Maliyyə Nazirliyində, ümumiyyətlə, Cavanşir Yusifov adlı işçi yoxdur???

Nazirliyin Nəzarət şöbəsindən Namaz müəllim yerində olmadı… Dərdimizi kiməsə demək üçün nazirlikdə axtarışlarımızı davam etdirdik. Bu dəfə Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyə Ağdamskayanın 404 – 46 – 36 saylı telefonuna zəng etdik… İnsafən, xanım rəis zəngimizə mehriban cavab verdi… Çox mədəni sürətdə Rumiyə xanım bildirdi ki, bu və ya digər suallarımız onun funksiyasına daxil deyil, amma kömək etmək üçün çalışacaq. Yəni Cavanşir müəllimi bizimlə calaşdırmağa cəhd edəcək. Bu məqsədlə mobil telefon nömrəmizi götürdü.
Sonra Nazirliyin maliyyə - inzibati şöbəsinin müdiri Eldar Mahmudova zəng etdik, onun 404 – 47 – 48 saylı telefonda bizimlə çox səmimi söhbəti oldu. Hiss olunurdu ki, nazirliyin mənafeyini düşünən insandır. Hərçənd bu mövzunun ona aid olmadığını hər ikimiz bilirdik.

Eldar Mahmudov: «…Cavanşir Yusifov bina sökə bilməz və bu, mümkün deyil…»

Sadəcə əlimiz çatan, ünümüz yetən ünvanlarda Cavanşir Yusifovu soraqlayırdıq. Eldar Mahmudov bizimlə söhbətində bildirdi ki, Cavanşir Yusifov bina sökə bilməz və bu, mümkün deyil. E. Mahmudovun “Niyə qəbula gəlib sözünüzü Cavanşir müəllimə demirsiniz” – sualına belə cavab verdik ki, hörmətli Eldar müəllim, hansısa məmurla mövqe öyrənmək üçün görüşmək istəyəndə jurnalist haqqında başqa fikirə düşürlər, В«Görəsən nə istəyir, məqsədi nədirВ» və sair kimi şübhələr... Bu səbəbdən sorğumuzu В«KİV haqqındaВ» qanuna uyğun olaraq telefonla şifahi vermək istəyirik. Təbii ki, aidiyyəti olmadığından biz Eldar Mahmudovla geniş müzakirə açmaq niyyətində deyildik. Xahişimiz və istəyimiz o idi ki, C.Yusifovun özünü və ya kordinantlarını tapmaqda bizə kömək etsin. Eldar müəllim də əlaqə telefonlarımı götürüb C.Yusifovu tapacağına söz verdi.
Nəhayət, maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin 404 – 47 – 46 saylı telefonuna zəng etdik. Cavab verən Fatimə xanım bildirdi ki, bizi İlqar müəllimlə calaşdıra bilməyəcək. Çünki… Və bu səbəbdən də, bizi nazirliyin mətbuat xidmətinə yönləndirdi. Yəni dairə bağlandı və C.Yusifovla danışmaq şərəfinə nail ola bilmədik…
İnanırıq ki, gec – tez Cavanşir Yusifov tapılacaq və hörmətli Prezident cənab İlham Əliyevin imzaladığı və bu yaxınlarda əlavə və dəyişikliklərlə təkmilləşdirdiyi В«KİV haqqındaВ» Qanuna uyğun olaraq, bizim suallarımıza cavab verməklə, yaranmış problemə aydınlıq gətirəcək. Əks halda, biz qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəməyə müraciət edəcəyik. Yəni, Cavanşir Yusifovla məhkəmədə sorğularımıza cavab axtarmalı olacağıq…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlar da YOL ÜSTÜNDƏDİR... - FOTO
Bu gün, 09:27
Anasına sataşan vəzifəli şəxsi öldürdü: Əxlaqsız təkliflər edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 09:23
“Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 09:15
“Nə qədər ki, gec deyil, Rusiyada bir ağıllı insan tapılmalıdır ki...” - deputat
Bu gün, 09:14
İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Bu gün, 09:12
Salyanda keçmiş məktəb direktoru İTTİHAM OLUNUR - aidiyyatı qurumlar isə...
Bu gün, 09:06
74-cü maddənin C BƏNDİ... - Ekspertdən ŞƏRH
Bu gün, 09:00
Bakı ÖNƏ ÇIXDI: Xəzərin o tayı da susmalı deyil... - ÇÜNKİ...
Bu gün, 08:55
Bakı ilə İrəvan sözü bir yerə qoya biləcəkmi? - Heç olmasa... BU DƏFƏ!
Bu gün, 08:53
Paşinyanın altından bir stul çəkilməlidir - amma hansı?
Bu gün, 08:48
Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi - Şəxsi istifadə zamanı əmlak məhv oldu…
Bu gün, 07:53
İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - NARAZILIQ VAR...
Bu gün, 07:35
Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR
Bu gün, 07:32
Burda lisenziyasız “həkimlər” at oynadır - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB – Kimya Müəllimlərindən ŞOK İDDİA
Bu gün, 07:23
“Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var - VİDEO
Bu gün, 07:19
Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər - ÇAĞIRIŞ
Bu gün, 07:15
Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... - AKTUAL
Bu gün, 07:12
Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ - "Qəti ehtiyac yoxdur"
Bu gün, 07:10
Limonun ədədi 1,50 oldu... - BU MƏHSULLAR DA BAHALAŞACAQ!
Bu gün, 07:08
Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır - AMMA...
Bu gün, 07:02
Azərbaycan İranın düşməni deyil - amma Tehran belə düşünmürsə...
Bu gün, 07:00
Ukraynanın Avropa yolundakı Orban əngəli – Bu səddi necə keçməli?
Bu gün, 06:58
SOCAR-da QAYÇILAMA davam edir - BU DƏFƏ İSƏ...
Bu gün, 06:54
“Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:34
“Pomidor məsələsi” Kremlin cılızlığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Ukrayna onları “qara siyahı”ya saldı - BUNA GÖRƏ
Bu gün, 06:27
Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”
Bu gün, 06:24
Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? - Rəqəmsal təhlükə qapımızdadır!
Bu gün, 06:19
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru