DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                     Birdəfəlik “stop” qoyuldu .....                     Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: .....                     Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Dövlət Agentliyi baş verən faciəyə görə .....                     Bu dəfə Yeni Yasamalda yol çökdü .....                     İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi .....                     Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... .....                     "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" .....                     “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... .....                 

Eldar Həsənova qarşı şok korrupsiya ittihamları... - Yeni FAKTLAR
Tarix: 13-12-2016, 08:05 | Çap et
Eldar Həsənova qarşı şok korrupsiya ittihamları...
DİA.AZ: - Keçmiş baş prokuror, hazırda Azərbaycanın Serbiya və Monteneqrodakı səfiri Eldar Həsənovun Azərbaycanın Rumıniyada səfiri olduğu vaxtlarda və hazırda da davam etdirdiyi qeyri-qanuni işlər, maliyyə maxinasiyaları və korrupsiya əməlləri haqqında yeni məlumatlar və faktlar üzə çıxmaqda davam edir.

Mətbuatda gedən xəbərlərdə onun Rumıniyada səfir olduğu zamanlarda bu ölkədə çirkli pulların yuyulması və digər maliyyə pozuntularına görə məsuliyyətə cəlb olunmuş fırıldaqçı şəxslərlə əlaqəyə girərək pul mənimsəmələrini ört-basdır etmək məqsədilə çətir rolu oynayan qurumlar yaratdığı bildirilmişdi. DİA.AZ bildirir ki, göstərilən faktlar Balkanlarda və digər regionlarda mütəşəkkil cinayətkarlıq və korrupsiya halları üzrə araşdırmalar aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı jurnalist təşkilatı tərəfindən əldə edilib. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, Eldar Həsənov bir qrup şəxslə əlbir olaraq maliyyə maxinasiyaları, çirkli pulların yuyulması və bu kimi oxşar korrupsiya əməllərini törətmək məqsədilə ticarət və ya biznes pərdəsi altında fəaliyyət göstərən qurumlar yaradıb. Həmin şəxslərin srasında Alev Balgi Kupredin, Ridvan Kupredin və Ruslan Vələdovun adları çəkilir.

Məhz bu üç şəxsin Eldar Həsənovla sıx əlaqədə olmasını təsdiqləyən yeni faktlar ortaya çıxıb. Eldar Həsənovun şəxsən özünün imzaladığı sənədlərə əsasən məlum olur ki, o, həqiqətən də Rumıniya hakimiyyət orqanları tərəfindən maliyyə fırıldaqlarında şübhəli bilinərək məsuliyyətə cəlb edilmiş bu şəxslərlə yaxın dostluq və əməkdaşlıq münasibətlərində olub. Məktublardan birində Eldar Həsənovun Ruslan Vələdovu Azərbaycana səfər edən nümayəndə heyətinin tərkibinə daxil etdiyi görünür. OCCRP – in araşdırmasında bu şəxsin vergidən yayınmağa görə Rumıniyada yarım milyon ABŞ dolları məbləğində cərimə olunduğu göstərilir.

Azərbaycan xarici işlər nazirliyinə göndərdiyi digər məktubda isə Eldar Həsənov Rumıniyada türk iş adamları ilə görüşündə onunla birlikdə Alev Balgi Kupredinin iştirak etdiyini bildirir. Məhz Eldar Həsənovun Azərbaycan-Rumıniya sənaye və ticarət palatası adlı quruma sədr təyin etdiyi Kupredin OCCRP-nin məlumatına görə 2 milyon dollardan çox çirkli pulların yuyulması əməlində şübhəli bilinərək Rumıniyanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan orqanları tərəfindən istintaqa cəlb olunub. O, həmçinin Eldar Həsənovun yaratdlğı məlum Qara dəniz Xəzər dənizi əməkdaşlıq fondunun icraçı ditektoru vəzifəsini də tutur. Bununla da eyni şəxslərin müxtəlif qaranlıq, "pulyuma" işlərində birgə olduqları təsdiqini tapır.

Balgi Kupredinin əri, çirkli pulların yuyulmasında şübhəli bilinən şirkətlərdən birinin icraçı direktoru Ridvan Kupredin də Eldar Həsənovun diqqətindən kənarda qalmayıb. Ona türk dilində yazdığı məktubda E.Həsənov Ridvan Kupredinin Azərbaycanın Rumıniyadakı səfirliyinin bütün işlərində yaxından iştirak etdiyini təsdiqləyərək bunu yüksək qiymətləndirdiyini bildirir.

Beləliklə, Eldar Həsənovun Rumıniyada səfir olanda qeyri-sağlam reputasiyaya malik, çirkli pulların yuyulması, vergidən yayınma və bu kimi qanunsuz işlərlə məşğul olan şəxslərlə iş birliyində olması faktlarla bir daha öz təsdiqini tapır.

Lakin bunlar E.Həsənovun dövlətin pullarını mənimsəmək üçün əlbir olduğu şəxslərin və yaratdığı qurumların hamısı deyil.

Antikorrupsiya Layihəsinin araşdırmalarında onun bu məqsədlə yaratdığı Qara dəniz Xəzər dəniz əməkdaşlıq fondu adlı təşkilat vasitəsilə ermənilərlə mübarizə adı altında hansı maxinasiyalardan istifadə etdiyi, saxta ofis ünvanları göstərərək Azərbaycan hökumətindən necə pul vəsaiti aldığını faktlarla üzə çıxarılıb. Araşdırmalarda həmçinin göstərilmişdi ki, E.Həsənov Rumıniyadakı qeyri-qanuni işlərini eynilə hazırda səfir olduğu Serbiya və Monteneqroda da davam etdirir.

Verilən yeni məlumatlara əsasən E.Həsənov indiyə qədər törətdiyi saysız-hesabsız qanunsuz əməllərin müqabilində cəzasız qalmasından ruhlanaraq Monteneqroda da eyni üsuldan yararlanmağa girişib. Onun Azərbaycan dövlətindən pul qoparmaq məqsədilə bu dəfə həmin ölkədə yaratdığı qurum Azərbaycan-Monetenqro iqtisadi və mədəni əməkdaşlıq mərkəzi adlanır. Antikorrupsiya Layihəsinə Azərbaycanın xarici işlər nazirliyindəki mənbələrdən göndərilən məlumatlarda bildirilir ki, E.Həsənov bu mərkəzə uzun illər Azərbaycanın Rumıniyadakı, daha sonra Serbiya və Monteneqrodakı səfirliklərində vəzifələrə təyin etdirdiyi Seyran Mirzəzadə adlı şəxsi rəhbər qoyub. XİN əməkdaşlarının dediyinə görə S.Mirzəzadə uzun illər Eldar Həsənovun qanunsuz, çirkin işlərinin əsas icraçılarından biri olub və məhz bu “etibarına” görə növbəti “pulyemə” layihəsi olan Azərbaycan-Monetenqro iqtisadi və mədəni əməkdaşlıq mərkəzinin idarəçiliyi ona tapşırılıb.

Xatırladaq ki, Antikorrupsiya Layihəsinin əvvəlki araşdırmalarında Azərbaycan Milli Bankının Avstriya firmasına pul banknotlarının çap edilməsi ilə əlaqəli korrupsiya qalmaqalında məhkəmədə müttəhim və eyni zamanda şahid kimi çıxış edən rumıniyalı vəkilin ifadəsində azərbaycanlı diplomatların Rumıniyadan külli miqdarda pulu plastik çantalarda çıxarmaları haqda məlumat verilmişdi. Bundan başqa bir rumın generalı OCCRP ilə müsahibəsində çirkli pulların yuyulması və digər fırıldaq əməllərdə ittiham olunan şəxslərin Azərbaycan səfirliyinin əməkdaşları ilə əlaqədə olduqlarını deyib. Bütün bu məsələlərlə bağlı bir neçə şəxslə (Anar Əcəmov və Eldar Həsənovun adı Elsevər olduğu deyilən qohumu) yanaşı Seyran Mirzəzadənin də adı çəkilir.

Başqa iddiaya əsasən E.Həsənov hətta XİN rəhbərlərinin əli ilə diplomatik xidmət haqqında qanunun və XİN-in digər təlimatlarının pozulması hesabına S.Mirzəzadənin uzun müddət və ara vermədən Azərbaycanın Rumıniyada, daha sonra Serbiyadakı səfirliklərində vəzifələrə təyin edilməsinə nail olub. Baxmayaraq ki, diplomatik xidmət haqqında qanun eyni şəxsin fasiləsiz eyni səfirliyə vəzifəyə göndərilməsini qadağan edir. Ehtimal olunur ki, XİN rəhbərliyinin bu qanunsuz işdə Eldar Həsənovla əlbir hərəkət etməsinin səbəbi yaratdığı saxta qurumlara dövlətdən onların əli ilə aldığı maliyyə vəsaitindən pay almaları ola bilər. Çünki araşdırmalarda ofis ünvanlarının saxta olduğu bilinən E.Həsənovun yaratdığı Qara dəniz Xəzər dənizi əməkdaşlıq fondu üçün vəsaitin XİN və Nazirlər Kabinetindəki yüksək rütbəli məmurların köməyilə aldığı ortaya çıxarılmışdı. Bu məsələdə konkret olaraq xarici işlər nazirinin müavinləri Xələf Xələfov, Nadir Hüseynov və nazirlər kabinetinin beynəlxalq iqtisadi əlaqələr şöbəsinin rəisi Ağadayı Ağayevin adları hallanır. A.Ağayevin Azərbaycan dövlətinin xaricdəki fəaliyyəti üçün pul ayırmasında əsas rol oynayan şəxslərdən biri olduğu bildirilir. E.Həsənovun məhz bu şəxslə də yaxın münasibər saxladığını sübut edən fakt- öz imzası ilə A.Ağayevə ünvanladığı təbrik məktubu da göndərilən sənədlər arasındadır.

S.Mirzəzadə ilə bağlı aparılan araşdırmalarda isə növbəti maraqlı faktlar ortaya çıxır. Bu şəxsin facebook sosial şəbəkəsindəki səhifəsindən çəkilərək göndərilmiş skrinşotlardan məlum olur ki, Eldar Həsənovun Rumıniyada OCCRP tərəfindən üzə çıxarılmış çirkli pulların yuyulması, vergidən yayınma və digər qanunsuz əməllərdə ittiham olunan dəstəsinin bütün üzvləri – Alev Balgi Kupredin, Ruslan Vələdov, Ridvan Kupredin, Anar Əcəmov (Eldar Həsənovun digər yaxın əlaltısı və Montemeqrodakı Azərbaycanın diplomatik nümayəndəliyinin əməkdaşı olduğu iddia edilir) onun dostluq siyahısındadır.

Beləliklə yenidən təsdiqlənir ki, E.Həsənovun təşkilatçılığı ilə özlərini iş adamları kimi qələmə vermiş rumın və türk əsilli fırıldaqçılar, Azərbaycan səfirliyinin əməkdaşları, XİN və Nazirlər Kabinetinin yüksək vəzifəli rəsmilərinə qədər uzanan mütəşəkkil dəstə müxtəlif maxinasiyalardan istifadə edərək Azərbaycanın vəsaitlərini talamaq sxemi qurublar. Bu dəfə isə bütün bu qanunsuz əməllərin həyata keçirilməsini pərdələmək məqsədilə çətir təşkilat rolunu Azərbaycan-Monetenqro iqtisadi və mədəni əməkdaşlıq mərkəzi həyata keçirir.

Ən son məlumatlara görə hazırda Rumıniyanın tomisnews.ro saytı Eldar Həsənovun digər bir qalmaqallı rumın biznesmen Qabriel Komanesku ilə cinayət əlaqaləri barədə silsilə yazılar dərc edir (https://tomisnews.ro/exclusiv-tomis-news-ajunge-la-nivel-international-scandal-in-azerbaidjan-vizat-gabriel-comanescu-si-barcile-sale-de-pescari-din-mexic/; http://tomisnews.ro/capitan-sri-ovidiu-marincea-consilierul-directorului-sri-9-luni-afacerist-la-sri-conexiunile-secrete-si-periculoase-cu-reteaua-magnatului-gabriel-comanescu/)

Q.Komanesku Rumıniyada vergi qanunvericiliyini pozmaq və digər qanunsuz əməllərdə şübhəli bilinərək məhləməyə verilib. Məhz Eldar Həsənovun təqdimatı ilə qeyri-sağlam biznes reputasiyasına malik olan bu şəxs 2012-cinilin sentyabrında Rumıniyanın Konatansa şəhərində Azərbaycanın fəxri konsulu təyin edilib (http://www.president.az/articles/6291).

Başqa bir xüsusi diqqət çəkən məqam ondadır ki, əlaqədar mənbələrdən çatan xəbərlərə görə Eldar Həsənovun bütün çirkin işləri barədə Balkan, rumın, Azərbaycan və dünya mətbuatında (məşhur Forbes jurnalında da onun şübhəli imicə malik rus iş adamı Viktor Xmarinlə dostluğu barədə məlumat yer alıb) gedən yazılar barədə onun hazırda səfir olduğu Serbiya, Bosniya və Monteneqrodakı digər dövlətlərin səfirlikləri, diplomatik korpus ətraflı şəkildə məlumatlıdır. Bu səbəbdən hazırda E.Həsənov öz saysız natəmiz əməllərinə görə xarici diplomatlar arasında barmaqla göstərilir. Ən acınacaqlısı isə odur ki, o, bütün bunların müqabilində də Azərbaycan xalqının, dövlətinin xarici dövlətdə diplomatlar arasında rüsvay olunması hesabına hansısa səbəblərə görə hələ də vəzifəsində saxlanılır.


Eldar Həsənova qarşı şok korrupsiya ittihamları...
Eldar Həsənova qarşı şok korrupsiya ittihamları...
Eldar Həsənova qarşı şok korrupsiya ittihamları...
Eldar Həsənova qarşı şok korrupsiya ittihamları...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Bu gün, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Bu gün, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
"Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15
Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09
Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07
BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03
İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59
SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53
Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29
Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru