Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                 

Məcburi köçkünlərin haqqını yeyənlər: - Hüseyn Əliyevdən Pənah Əliyevə qədər…
Tarix: 7-06-2016, 08:05 | Çap et
Məcburi köçkünlərin haqqını yeyənlər:
Mayın 31-də Qafqaznews.az saytında “Ağdam RİH-də tragikomediya: “Rüşvət cinayətdir, amma səs yazısını yaymayın” – AUDİO” başlıqlı yazı dərc olunmuş və məcburi köçkündən rüşvət tələb edən məmurun səs yazısı yayımlanmışdı. Xatırlatma üçün bildirək ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinə Ağdamın Əhmədavar kənd sakini Şəndə İsmayılova müraciət etmişdi. Xocalı şəhərinə yaxınlıqda yerləşən Əhmədavar kəndi Xıdırlı kənd icra nümayəndəliyinə tabedir. 1992-ci ildən məcburi köçkün olan İsmayılovlar ailəsi 2012-ci ilin fevralından müavinətə həsrət qalıb və dəfələrlə kənd icra nümayəndəsi Hüseyn Əliyevə müraciət etsələr də, bank kartlarını yeniləyə bilməyiblər – çünki onlardan adambaşına 100 manat rüşvət istənilib. Hətta, Ş.İsmayılovanın sözlərinə görə, 2010-cu ilin oktyabr ayında hərbi xidmətdən qayıdan oğlu Anar İsmayılov məhz rüşvət vermədiyinə görə müavinət siyahısına salınmayıb.

“Gəlinim anasıgilin kəndində qeydiyyatdadır, qızım isə bizim qeydiyyatdan çıxıb, hazırda 3 nəfərik. Mayın 27-də yoldaşım, mən və oğlum üçün müavinət kartını bərpa etmək istədim, Hüseyn Əliyev mənə dedi ki, 300 manat verməliyəm”, – deyə Ş.İsmayılova qeyd edib. Biz səs yazısını diqqətlə dinlədik. Xıdırlı kənd icra nümayəndəsi Hüseyn Əliyev həqiqətən də vətəndaşa bildirir ki, yemək xərci müavinətini bərpa etmək üçün 300 manat lazımdır və bu puldan “başqalarına da çatacaq”.

Həmçinin, H.Əliyev möcburi köçkünə “artıq siyahıdan çıxdığını” deyir. H.Əliyev bizə zəng edib rüşvət istədiyini təkzib etdi, hətta iki oğlunun canına and içdi ki, bir qəpik də Şəndə xanımdan rüşvət istəməyib.

Biz Ağdam RİH-lə də əlaqə saxladıq, lakin onlar da Hüseyn Əliyevi tərifləməkdən və “bəlkə sənədləri düz deyil” deyərək, dolayısıyla rüşvətə haqq qazandırmaqdan başqa bir şey bacarmadılar. Deyə bilmərik, bu rüşvət ierarxiyasında Ağdam RİH başçısı Raqub Məmmədov və ya başqa məmurlar hansı rolları icra edirlər… Lakin onu deyə bilərik ki, Şəndə İsmayılovanın haqqı bərpa olunana və bu illər ərzində ona verilməli olan məbləğin hamısı qaytarılana qədər, Qafqaz Xəbər Agentliyi şikayətçinin yanında olacaq. Əslində, kənd icra nümayəndəsi bu məsələdə çox kiçik fiqurdur. Və kim bilir, haqqı tapdanılan və müavinəti mənimsənilən çox sayda məcburi köçkün var… Bəlkə də, Hüseyn Əliyevin “başqalarına da verməliyəm” deyərkən nəzərdə tutduğu şəxslər arasında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin də yüksək vəzifəli məmurları var?

Oxuculara xatırladaq ki, 2015-ci ildə Qafqaznews.az saytında “Qaçqınkom”un yüksək vəzifəli məmurlarından biri haqqında silsilə yazılar dərc olunmuşdu. Yazılarda Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu qanunsuz yolla sahib olduğu mülklərdən bəhs olunmuşdu. Qafqaznews.az saytı apardığı araşdırmalar nəticəsəində Pənah Əliyevin dəyəri 10 milyonlarla ölçülən mülklərinin geniş siyahısını və fotolarını əldə etmiş, ictimailəşdirmişdi. Pənah Əliyevin oğlu Tural Əliyev haqqında yazmışdıq ki, Qaradağ rayonunda hüquq- mühafizə orqanında xidmət edən və ayda 400 manat əmək haqqı alan bu şəxs işə 235 min manat dəyəri olan “Range Rover”lə gedir.

Məlumat üçün bildirək ki, Tural Əliyev əvvəl istifadə elədiyi “Audi” markalı avtomobilini sataraq Range Rover Cip-i almaq üçün bankdan öz adına kredit götürüb. Sual olunur ki, 900 seriyalı bu bahalı avtomobilin aylıq kreditini 400 manat maaşla Tural Əliyev necə ödəyir..? “Pənah Əliyev heç bir yerdə işləməyən və hərbi xidmətə hazırlaşan kürəkəninə Nərimanov rayonu ərazisində ipoteka ilə ev alıb. Görəsən heç yerdə işləməyən kürəkən bu ipotekanı necə ödəyir..? Əlbəttə, oğlunun da, kürəkəninin də aylıq ödənişlərini cənab Pənah Əliyev ödəyir, özü də “Qaçqınkom”dan gələn pulların hesabına.

Digər tərəfdən Pənah Əliyev paytaxtda böyük əmlak sahibidir. 9-cu mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən “Sombrero” restoranı, “Dental”klinikası və qızına həmin binada hədiyyə etdiyi ev, Kazımovski küçəsi 185 ünvanda yerləşən ev, “Qızıltac” restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, “Vorovski”dəki villası böyük bir siyahının kiçik hissəsidir. Pənah Əliyev yaxın dairəsi ilə söhbətdə fərəhlə danışır ki, oğlumu oxutdurub işə düzəltmək, evli- eşikli etmək, maşınlı-avtolu etmək… bir milyondan yuxarı başa gəlib. Görəsən bu qədər pul “Qaçqınkom”un departament rəhbərində hardandır?”, – deyə məqalədə bildirilirdi.

Həmçinin, Pənah Əliyevin 20 min manata aldığı bahalı at barədə də məlumat vermişdik: “Redaksiyamıza daxil olan məlumatda Pənah Əliyevin Nərimanov rayonu ərazisində Kooperasiya Universiteti ilə üzbəüz yerləşən Cıdırda 20 min manata aldığı atı saxladığı qeyd olunurdu. Məlumatdan o da bəlli olurdu ki, hər ay atın saxlanmasına departament rəisi 2 min manat pul xərcləyir. Əməkdaşımız Cıdıra baş çəkib və Pənah Əliyevin atına baxan şəxslərlə maraqlı söhbət edib. Həmin şəxslər hətta əməkdaşımıza Pənah Əliyevin atının fotosunu çəkməyə də icazə verib. Söhbət zamanı bəlli olub ki, mətbuatda gedən yazılardan sonra Pənah Əliyev ata baxanlara tapşırıb ki, atı dəyər-dəyməzinə satsınlar”.

Eyni zamanda, Qafqaznews.az-a məlumat verən mənbə bildirmişdi ki, Pənah Əliyev məcburi köçkünlər üçün ayrılan dövlət vəsaitindən mənimsədiyi puldan bir dostuna 300 min manat verib, həmin dostu isə “pul sənin deyil ki, dövlətindir” deyərək, qaytarmaqdan boyun qaçırıb. Pənah Əliyev özü haqqında məlumatların mətbuata sızdırılmasında həmin dostundan şübhələnmişdi. Lakin qeyd edək ki, Qafqaznews.az öz araşdırmalarını Pənah Əliyevin sabiq dost və şəriklərinin yox, məhz haqqını yediyi məcburi köçkünlərin şikayətləri əsasında aparıb.

Xatırladaq ki, bu yazılardan sonra baş nazirin müavini, komitə sədri Əli Həsənovun qəzəblənməsi və departament rəhbərini sərt tənbeh edərək, sonra da vəzifədən azad etməsi barədə də yazmışdıq. Maraqlıdır, Pənah Əliyevlə bağlı bu qədər qalmaqallı faktlar olmasına baxmayaraq, onu cinayət məsuliyyətinə cəlb etmədilər. Sadəcə, tutduğu vəzifədən azad edildi… Görəsən, Pənah Əliyev istintaq və məhkəmə qarşısına çıxsaydı, daha kimlərin “yeyinti”lərini ifşa edəcəkdi? Pənah Əliyev bu gün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində işləmir, hətta “görüntü” xatirinə bahalı maşınları da satıb. Lakin əldə etdiyimiz məlumatlara görə, o, yenə də əvvəlki kimi zəngin həyat sürür və sabiq komitə yoldaşları ilə də vaxtaşırı görüşür, yeyib-içir… Hətta keçən il dərc etdiyimiz yazılardan birində bildirmişdik ki, bu qalmaqaldan sonra, Əli Həsənovdan qisas almaq üçün onun nəvələri ilə bağlı materialların da mətbuata sızdırılmasında Pənah Əliyevin “barmağı” olduğunu öyrənmişik. Bəlkə, Hüseyn Əliyevin dediyi kimi, Pənah Əliyev də mənimsədiyi vəsaiti “kimlərləsə bölüşürdü” deyə, cinayət məsuliyyətinə cəlb olunmadı və indi rahat-arxayın öz biznesinin başındadır? Yoxsa, komitədə Əli Həsənovun zəifliyindən, ya da yaşlanmasından sui-istifadə edənlər var?

Yəqin ki, cənab baş nazir müavini Əli Həsənovun komitədə hər şeyə nəzarət etmək imkanları məhduddur. Ətrafındakı müavin və şöbə müdirləri ondan Pənah Əliyevin üzərinə çox getməməyi xahiş ediblərsə, deyə bilərik ki, korrupsiya kabusu hələ də bu komitənin dəhlizlərində dolaşmaqdadır. Ümid edirik, bu yazımızdan sonra cənab baş nazir müavini şəxsən vəziyyəti nəzarətə götürəcək və istər Şəndə İsmayılovanın, istərsə də digər məcburi köçkünlərin haqqını mənimsəyən məmurları sərt cəzalandıracaq.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru