”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                 

Həmyerlilərini Akif Çovdarova sifariş edən “Akula” Xaliq kimdir? – Sumqayıt gömrük şefinin adı keçən qalmaqal
Tarix: 24-05-2016, 08:10 | Çap et
Həmyerlilərini Akif Çovdarova sifariş edən “Akula” Xaliq kimdir?
Mayın 20-də Qafqaznews.az saytında “Sumqayıt Baş Gömrük İdarəsində “invoice” saxtakarlığı” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda bildirilirdi ki, “Şurataz LTD” şirkətinin rəhbəri Xaliq Abbasovla Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun işbirliyinə dair bəzi məlumatlar əldə olunub.
Redaksiyamıza “İFO Tire” LTD şirkətinin adına Sumqayıt BGİ-nə gətirilən malların “invoice” sənədlərindən bəzilərinin (“Goodyear” və “Lanvigator” şirkətlərinin istehsal etdiyi məhsullar üzrə- red.) surəti göndərilib.

Bu ilin birinci ayında gələn malın “İnvoice”inin üstündə “İfo Tire” LTD yazılmasa da, hüquq mühafizə orqanlarına bu hesabatın hansı şirkətə məxsus olduğunu öyrənmək çətin olmayacaq. Çünki, malın siyahısı və dəyəri invoysda göstərilib. “İnvoice” hesablamasında zavodun qiymətləri karandaşla qeyd olunub, lakin içəridə göstərilən qiymətlər Xaliq Abbasov tərəfindən azaldılan qiymətlərdir. Çox güman ki, Xaliq Abbasov invoysda malın zavod qiymətini azaltmadan əvvəl Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənovla əvvəlcədən razılaşıb.
Çünki, bu, birbaşa Xaliq Abbasov tərəfindən törədilən cinayətdir və onun əməlinə Sumqayıt BGİ-nin rəhbərliyi göz yumub. Hətta, burada ortaqlıq barədə şübhələr də istisna deyil. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, “IFO Tire” LTD şirkətinin təsisçisi Məhərrəmov İslah Siyafər oğludur.

Oxucuda sual yarana bilər ki, onda Xaliq Abbasovun bu işə nə aidiyyatı var? Biz bunu da araşdırdıq: Məhərrəmov İslah Siyafər oğlu “IFO Tire” LTD şirkətinin təsisçisi olmaqdan savayı, həm də “Şurataz LTD” MMC- də şirkət sahibi və baş direktor Xaliq Abbasovun birinci müavinidir. Yəni, Xaliq Abbasov özünün “yedək” şirkətinin rəsmi rəhbərliyini məhz özünün “Şurataz”dakı müavininə tapşırıb.Birinci “invoice” sənədində tam aydın görünür ki, zavod qiymətinin ümumi məbləği 77 min 168 dollar olduğu halda, invoysda 49 min 550 dollar göstərməklə 27 min 617 dollar (və yaxud dolların bugünkü məzənnəsi lə 41 min 425 manat) məbləğində malın invoysunu azaldaraq vergidən yayınma faktı var. Məlumat üçün onu da bildirək ki, dolların məzənnəsi yanvar ayında 1 manat 79 qəpik təşkil edirdi. İkinci invoysda isə ümumi qiymət 35 min 460 dollar təşkil edir, bu da zavod qiymətindən 5 min 261 dollar azdır. Yəni zavod qiyməti 40 min 722 dollar təşkil edir. Beləliklə, Xaliq Abbasovla İslah Məhərrəmov 5 min 261 dollar və yaxud da, 7 min 891 manat məbləğində malın rəsmi “invoice”ini azaldaraq saxtakarlıq yolu ilə vergidən yayınıblar.

Əldə etdiyimiz məlumata görə, “İFO Tire” LTD şirkəti “Şurataz LTD” MMC şirkətinə təkcə bu ilin birinci rübündə 68 konteyner mal göndərib. Nəticədə isə, dövlətdən nə az-nə çox, 2 milyon 440 min ABŞ dolları gizlədilib.

Bundan başqa, X.Abbasovun “İFO Tire LTD” şirkəti Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”ini dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda “İFO Tire” LTD ilə “Şurataz LTD” arasında alqı-satqı reallaşdırır. Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir”, – deyə mənbə bildirib.

Yazıda həmçinin qeyd olunur ki, mənbənin sözlərinə görə, Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var: “Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib. Uzun illər həmin vəzifədə çalışdığı zaman Gürcüstandan ölkəmizə mal keçirən sahibkarlara zülm edib. İndi də bu cür hallar bəzi sahibkarlara qarşı Sumqayıt BGİ-də davam edir. Ancaq bu cür zülmlərin X.Abbasova aidiyyatı yoxdur. Çünki, onun bütün əməlləri əvvəlcədən Vəzir Həsənovla razılaşdırılıb. Belə ki, təkər idxalı zamanı “invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur. Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni “parlayan” monopolistə çevrilib”.

Mayın 21-də isə Qafmaxresdefaultqaznews.az-a araşdırdığımız mövzu ilə bağlı bir sıra məlumatlar daxil oldu.
Məlumata görə, Xaliq Abbasov əslən Zəngilan rayonundan olmasına baxmayaraq, o, hətta öz həmyerlilərini Akif Çovdarova sifariş edib.

Mənbə bildirir ki, X.Abbasov təkər biznesində özünə rəqib bildiyi əslən Zəngilan rayonundan olan və hazırda Sumqayıt şəhərində məskunlaşan Knyaz və Namaz qardaşları, həmçinin, əslən Zəngilan rayonundan olan və yenə də Xaliq Abbasov tərəfindən özünə rəqib sayılan Ələddin Allahverdiyev kimi adamları MTN çətəsinə sifariş edib. Əslən Qazax rayonundan olan bazarda avtomobil ehtiyat hissələrinin ticarəti ilə məşğul olan Kərim Babayev və Kama avtoşinlər şirkətinin Azərbaycanda distribüteri olan Pünhan və Rəşad qardaşları da Xaliq Abbasov tərəfindən Akif Çovdarova sifariş veriliblər.

Xaliq Abbasovla Akif Çovdarovun kürəkəni Rəşad Əmircanovnan yaxın dostluq əlaqəsi olduğu üçün, elə onun vasitəsi ilə özünə rəqib bildiyi iş adamlarını Akif Çovdarova sifariş etdirib. Bu şəxslərin hamısı keçmiş MTN binasına çağırılaraq Rəşad Əmircanov tərəfindən onlardan haqq tələb olunub. Əlbəttə ki, bu hərəkətlə Xaliq Abbasov özünün güc sahibi olduğunu sahibkarlara nümayiş etdirmək istəyib”.

Xaliq Abbasovun yaxın ətrafında olan mənbə bildirir ki, o, vaxtlar özünə “Akula Xaliq” ləqəbi vermişdi: “O deyirdi ki, Akif Çovdarov Eldar Mahmudovun “Akula”sı ola bilir, mən “Akula Xaliq” ola bilmərəm?” .
Biz məlumatları dəqiqləşdirmək üçün Knyaz adlı sahibkarla əlaqə saxladıq. Soyadının İbrahimov olduğunu və Sumqayıtda təkər və şin satan mağaza işlətdiklərini deyən sahibkar, bizə daxil olan məlumatı dinlədi, lakin MTN çətəsi və Xaliq Abbasov mövzusunda danışmaq istəmədi: “Mən hacı adamam… Bu suallara cavab verə bilmərəm. Baş verən bu hadisələrə görə, ilin əvvəlindən bəri hələ də ölkəyə mal ixrac edə bilmirəm.
Kərim Babayev adlı sahibkar da suallarımızı dinlədikdən sonra belə cavab verdi: “Sizin suallarınıza cavab verə bilmərəm”.

Məlumatda adı keçən başqa bir sahibkar Ələddin Allahverdiyev isə MTN çətəsinin ona təzyiqlər etməsi barədə sualı bu cür cavablandırdı: “Olan keçmişdə qaldı. Kimin günahı var idi, cəzalandırıldı. Bizim istədiyimiz odur ki, hər kəs öz cəzasını alsın. Dövlətimiz də günahı olanların cəzasını verir”.
Xaliq Abbasovun ilin ilk rübündə 68 konteyner mal gətirməsi, digər sahibkarların da X.Abbasovdan xahişlər etməsi barədə sualımızı isə Əlləddin Allahverdiyev belə şərh etdi: “Mənim onunla əlaqəm yoxdur. Bəlkə kimsə ondan kömək istəyir, amma mən özüm gətirirəm. Bu il bir konteyner mal gətirmişik, hər şey qanuni olub”.
Rəşad adlı sahibkar isə bu işlərdə əsas söz sahibinin qardaşı Pünhan olduğunu bildirdi: “Pünhansız suallarınıza cavab verə bilmərəm”.

Görünür, sahibkarlar Xaliq Abbasovla baş verənləri açıqlamaqdan çəkinirlər, yaxud da bu söhbətlərin ictimailəşməsini uyğun görmürlər.
Lakin onlarla söhbət zamanı, xüsusilə də Ələddin Allahverdiyevlə danışandan sonra anladıq ki, bizə verilən məlumatlarda həqiqət payı olmamış deyil.
Bizim araşdırmalarımız davam edir və bu istiqamətdə yeni məlumatları oxuculara təqdim edəcəyik.

Həmyerlilərini Akif Çovdarova sifariş edən “Akula” Xaliq kimdir?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru