Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                 

HƏLƏ DƏ İŞGƏNCƏLƏR DAVAM EDİR
Tarix: 3-08-2012, 11:12 | Çap et
HƏLƏ DƏ İŞGƏNCƏLƏR DAVAM EDİR

ƏMİRASLANOVUN İŞİNDƏKİ KOBUD POZUNTULAR

Sabirabad rayonunun Əsgərbəyli kənd sakini İlham Əmiraslanovun qanunsuz silah və döyüş sursatı saxlaması işi üzrə istintaqın yekunlaşdığı rəsmi elan olunub.

Əmiraslanov daşqından ziyan çəkənlərin hüquqlarını müdafiə edən və fəlakətin nəticələrinin aradan qaldırılmasında korrupsiyaya qarşı mübarizə aparan “Kür” vətəndaş cəmiyyətinin fəallarından biridir.

Vəkil Samir İsayev “Turan” Agentliyinə bildirib ki, dünən ibtidai istintaqın materialları ilə tanış olub. Materiallarda, xüsusən protokollarda, şahid ifadələrində bir çox uyğunsuzluqlar aşkar edilib. Məlum olub ki, iyunun 8-də Əmiraslanov saxlanılarkən mülki və polis geyimli şəxslər onu döydüyü zaman tibbi ekspertiza keçirilməsi haqqında qərar çıxarılmayıb. Ekspertiza prokuror Vüsal Salehov tərəfindən tələb olunan müddətdən xeyli gec təyin edilib. Bu məsələ və digər pozuntularla bağlı istintaq orqanlarına vəsatətlər göndərilib, lakin vəsatətlərin heç biri təmin edilməyib.

Nə şübhəli şəxs Əmiraslanov, nə də onun vəkili istintaq qərarının mətni ilə tanış deyillər, baxmayaraq ki, qərar guya poçtla onlara göndərilib. İndi Əmiraslanova qarşı ittiham irəli sürülməsi və işin Sabirabad rayon məhkəməsinə göndərilməsi gözlənilir. İsayev hesab edir ki, siyasi sifariş olmasa, müvəkkilinin uydurma ittihamları təkzib etmək üçün kifayət qədər şansı var. Həm də dünən o, işgəncə ilə ifadə verdiyi barədə müraciətlə çıxış edib.

Əmiraslanov iyunun 8-də “Makarov” tapançası və onun güllələrini saxlamaq ittihamı ilə həbs edilib. Ona qarşı CM-in 228.1-ci (odlu silah və döyüş sursatlarının saxlanması, daşınması) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə iki ilə qədər icbari iş və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma “Kür” vətəndaş cəmiyyəti qərargahı Əmiraslanovun həbsinin əsl səbəbi olaraq 2010-cu il daşqınından ziyan çəkmiş Aran bölgəsinin əhalisinin müdafiəsi üzrə göstərdiyi hüquq-müdafiə fəaliyyətini göstərib.

Həbsdən sonra işgəncələrə və qeyri-insani rəftara məruz qalması ilə bağlı Əmiraslanovun Baş Prokurorluğun DİN orqanlarında istintaq və araşdırmalara nəzarət İdarəsinin rəisi Kamal Qılıcova şikayətində yazılır:

Əmiraslanov iyunun 8-də Sabirabad rayonunun Əsgərbəyli kəndi yaxınlığında aptekdən evə dönərkən saxlanılıb. Bir neçə polis və DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları ona hücum çəkiblər, başına torba keçiriblər və maşına oturdublar.

Yolda Səid adlı əməliyyatçı onun kəməri ilə bədəni arasına hansısa bir əşya qoyub. Bu zaman Əmiraslanovun başına bir neçə zərbə endirilib.

Saxlanılan Əmiraslanovu Sabirabad olimpiya kompleksinə aparıblar, burada stula bağlayıblar və başına torba keçirilmiş halda döyməyə başlayıblar.

Daha sonra Nadir adlı rəisin yanında Əmiraslanovdan maşında üzərinə qoyulmuş əşyanı alıblar, bu, tapança imiş. Bu an videoya çəkilib.

Əvvəlcə Əmiraslanova tapançanı qardaşından aldığını etiraf etməyi təklif ediblər. Amma Əmiraslanovun tapançanın maşında üzərinə qoyulduğu barədə bəyanatı Səidi qəzəbləndirib və o, yenidən onu döyməyə başlayıb.

Daha sonra Əmiraslanov Sabirabad rayon polis idarəsinin rəis müavini Rauf Məcidovun otağına aparılıb. Burada yenidən “onun üzərindən tapança götürülməsini” çəkiblər. Burada da Əmiraslanovu döyməyə davam ediblər və etirafedici ifadə verməsə, şüşənin üstünə oturtmaqla hədələyiblər.

Əmiraslanov tapançanı iki ay əvvəl Araz çayının sahilində mal-qara otararkən tapdığı barədə etirafedici ifadə verməyə məcbur olub.

Daha sonra Əmiraslanova deyiblər ki, o, “5 güllə verməlidir”. Onları haradan alacağı barədə suala cavabda evinin zirzəmisinə atacaqları cavabı veriblər. Elə həmin gün Əmiraslanovu evinə gətiriblər və o, zirzəmidə sellofan içərisində 5 güllə tapıb.

Əmiraslanov bəyanatında yazır ki, zorakılıq hərəkətləri nəticəsində təbil zarı zədələnib, o, pis eşidir və güclü ağrılar hiss edir.

Onun ürək nahiyəsində də güclü ağrılar var. O, təcili tibbi müayinə təyin olunmasını və məhkəmə-tibbi ekspertiza keçirilməsini, habelə işgəncə faktlarının araşdırılmasını tələb edir.

Prokurorluq araşdırma aparıb, lakin nəticələri haqqında məlumat verməyib

Yalnız müxtəlif instansiyalara dəfələrlə müraciətindən sonra Ədliyyə Nazirliyinin tibb işçiləri onu bir neçə dəfə müayinə ediblər, lakin döyülmə izləri aşkar etməyiblər. Məsələn, Bakı istintaq təcridxanasının rəisi Elxan Sadıqov və BİT tibbi-sanitar hissəsinin rəisi səlahiyyətlərini icra edən Qurban Hüseynov Samir İsayevin adına ünvanlanan məktubda (14.07.12, в„–17/38-5329) rəsmi olaraq aşağıdakıları bildiriblər:

- 9 iyun 2012-ci ildə Əmiraslanov istintaq təcridxanasına daxil olduğu zaman keçirilən tibbi müayinə onun sağlamlığında heç bir problem olmadığını müəyyən edib, bədənində hər-hansı patoloji dəyişikliklər aşkar edilməyib. Əmiraslanova praktiki olaraq sağlam diaqnozu qoyulub.

- 28 iyun 2012-ci ildə təkrar keçirilən müayinə zamanı bədəndə işgəncə izləri və qulaq deşilməsi aşkar edilməyib.

- 5 iyul 2012-ci ildə rentgenoqrafiya nəticəsində Əmiraslanovun döş qəfəsində əzilmə aşkar edilməyib.

- 11 iyul 2012-ci ildə “qulaq pərdəsinin quru deşilməsi” (partlaması) müəyyən olunub.

28 iyul 2012-ci ildə penitensiar xidmətin tibbi müəssisəsini və məhkəmə ekspertiza mərkəzini təmsil edən bir qrup həkim Əmiraslanovun qulaq pərdəsinin deşildiyini təsdiq edib.

Bütün bunlardan sonra Baş Prokurorluq avqustun 1-də qulaq pərdəsinin deşilməsinin travmatik xarakterli olmadığını, uşaqlıqda keçirilən xroniki xəstəliyin nəticəsi olduğunu rəsmi olaraq elan edib.

Məlumatda bildirilir ki, iyulun 11-də Penitensiar Xidmətin tibb müəssisəsi “sol qulaq pərdəsinin nöqtəvari quru deşilməsinin” qeyri-travmatik xroniki mənşəli olduğunu qeydə alıb.

Amma Turan agentliyinin əlində olan 11.07.12 tarixli (в„–17/38-5329) tibbi rəydə dəqiq belə deyilir: “sol qulaq pərdəsinin quru deşilməsi” müəyyən edilmişdir. Və tibbi rəydə prokurorluğun qeyd etdiyi deşilmənin mənşəyi ilə bağlı heç nə yoxdur.

Əmiraslanovun qardaşı Xəlil Turana bildirib ki, İlham heç vaxt qulaq xəstəliyi keçirməyib və iyunun 8-də həbsinə qədər heç vaxt qulağında ağrılardan şikayət etməyib.

Xatırladaq ki, Əmiraslanov iyunun 8-də 2010-cu il daşqınından ziyan çəkənlərin problemlərinin həlli ilə bağlı FHN rəhbəri Kəmaləddin Heydərovla görüşündən 4 gün sonra həbs olunub. Bu, nazirlə ilk görüş deyildi. 24 iyun 2010-cu ildə su altında qalmış kəndlərin sakinləri Bakıya gedən yolu bağlayaraq, Kür çayına bitişik kəndlərin sakinlərinin çöllərə köçürülməsi planına etiraz ediblər. Həmin vaxt Heydərov kənd sakinlərinin qarşısına çıxıb, Əmiraslanov da onuna söhbət edib. Sonradan köçürmə planı ləğv edilib. 5 may 2011-ci ildə Əsgərbəyli, Qasımbəyli kəndlərinin bir qrup sakini prezident İlham Əliyevin kortejinin önünə çıxıb. Prezident onlarla görüşüb və şikayətlərini dinləyib. Əmiraslanov da onunla söhbət edib. Görüşdən bir saat sonra FHN nümayəndəsi Əmiraslanova zəng edib və problemlərin həli üçün Əsgərbəyli kəndi ətrafında görüşməyi təklif edib. Əmiraslanov “Kür” qərargahına bildirib ki, o, deyilən yerə yaxınlaşdıqda oraya qara şüşəli iki ağ “Prado” gəlib, maşınlardan çıxan insanlar onu tutmağa çalışıblar, lakin o, qamışlıqlar arasından onlardan qaçıb. Sonradan ona daim psixoloji təzyiq göstərilib.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov iyulun 2-də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə bildirib ki, Sabirabadda həbs olunmuş hüquq müdafiəçisi İlham Əmiraslanovun işinə yüksək səviyyədə baxılacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru