"Bu ənənənin əsasını Kəmaləddin Heydərov qoyub, ancaq..." - Şikayət
Tarix: 13-07-2015, 12:24 | Çap et
 Jurnalist,Yeni Azərbaycan Partiyasının,Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məzahir Həsənov dövlət başçısı İlham Əliyevə və Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova məktubla müraciə edib.
Jurnalist Azərbaycan çempionu,taekvondo üzrə Azəbaycan milli komandasının üzvü olan oğlu Ceyhun Həsənlinin idman kareyarasına yaradılan əngəllərə son qoyulmasına yönəlmiş hərəkətlərdən yazır və kömək istəyir.
O, milli komandanın iranlı baş məşqçı Rza Mehmandostun və Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun qurduğu işbirliyindən şikayətçidir.
Jurnalist yazır:
"Sizə Azərbaycanlı idmançıların yüksəlişi,parlaq gələcəyə malik olmaları,vətənpərvər bir vətəndaş olaraq yetiməyi lazımdırsa lütfən onlara,o cümlədən övladım Ceyhun Həsənliyə sahib çıxın. Nağı Səfərov-Rza Mehmandost birliyi Azərbaycan taekvondosunu inkişaf etdirməyə deyil, azərbaycanlı idmaçılarını öz vətənində, öz torpağında idmansız qoymağa, onlardakı vətənpərvərlik ruhunu məhv etməyə yönəlmiş bir siyasətdir. Azərbaycan taekvondosu iranlılardan, ruslardan ibarət ola bilməz. Rza Mehmandostun məqsədi Azərbaycanda çalışmaq, millyonlar qazanmaq, azərbaycanlıları deyil, özü ilə gətirdiyi iranlıları yetişdirməkdir. Bu necə bir siyasətdir ki, dünən İrandan gətirilən idmançılar Azərbaycanda super şəraitdə bəslənilir, yetişdirilir, mənim övladım öz evində, öz torpağında, öz vətənində həsrətlə onları seyr edir. Budurmu ədalət, budurmu idmana qayğı, budurmu Azərbaycan gəncliyinə sayğı, hörmət?”
M.Həsənli davam edir: "Mən bəlkə səhv düşünürəm, bəlkə övladıma qarşı olan haqsızlığa üsyan edərək həqiqəti əks etdirməyən düşüncələrimə qapılmışam. Bilmək istəyirəm, hər cür şəraiti olan milli komandamızın zallarında, yüksək məbləğlə təmin edilən baş məşqçininin məşqlərində kimin övladının istifadə etməyə haqqı çoxdur. 21 yaşlı böyüklər arasında Azərbaycan çempionu Ceyhun Həsənlinin, yoxsa Ahmed Mohammadinin, Radik İsayevin, Sina Behraminin, Beqri Heçeqaninin və ya adlarını çəkmədiyim digər xaricdən gətirilən idmançıların. Ceyhun Həsənli gənc həyatını bu idman növünə həsr edib. Cəmi 21 yaşı var. Onun amalı sidq ürəkdən öz xalqı, milləti üçün bir idmançı kimi onun müqəddəs bayrağını ucalara qaldırmaqdır. Nədən, hansı haqla Mehmandost bir sözlə onu öz torpağında, öz vətənində, iranlının, rusun gözü qarşısında milli komandamızda qapını göstərsin. Əgər buna haqqı varsa mən susub taleyimlə barışım. Oğlum da Rza Mehmandostun məhv edib millidən qovduğu və bu gün çilingər, ofisiant kimi çalışan perspektivli taekvondoçular kimi gənc yaşında idmana əlvidamı desin?”
Jurnalist bildirir ki, Avropa Oyunlarından sonra növbəti hədəf Yay Olimpia Oyunlarıdır: "Orada iştirak etmıək üçün reytinq xalları qazanılmalıdır. Ceyhun Həsənli evdə oturub klub məşqi keçərək reytinq xalları necə qazana bilər?”
Birinci Avropa Oyunlarında taekvondomuzun böyük nailiyyətlər əldə etməsini qeyd edən M.Həsənli yazır ki, bunu Rza Mehmandostun misilsiz fəaliyyəti ilə əlaqələndirmək lazım deyil: "Bizim taekvondo məktəbimiz var. Kəmaləddin müəllim sağ olsun, hər cür şərait yaradıb. Bu ənənənin əsasını Kəmaləddin Heydərov qoyub. Onun inkişafına Fizuli Musayev, Ələkbər İmaməliyev, Gündüz Abdullayev və digər insanlar böyük tövhə veriblər. Rza Mehmandost nə qədər sehirbaz olsa belə qısa zaman kəsiyində belə uğura imza ata bilməz. Onun sadəcə şansı gətirdi. Əgər o həqiqətən də dahi məşqçidirsə buyursun yetişdirsin kənarda qalan idmançılarımıza yardımçı olsun, onların çatışmayan cəhətlərini aradan qaldırsın.Bu şəxs bunu etməyəcək. Çünki, o buna maraqlı deyil”. Sözünün sonunda jurnalist xahiş edir ki, dövlət başçısı bu əcaib idman siyasətinə son qoyulmasına nail olsun: "Bizim övladlara bacarıqsız deyən yadelli məşqçilərə başa salın ki, bu torpağda bu torpağın övladlarını yetişdirmək lazımdır. Yoxsa bir müddət sonra Azərbaycanlı idmançıların səsi beynəlxalq yarışlardan deyil, ən zərərli yerlərdən gələ bilər”.\\mia.az\\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|